Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə90/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   86   87   88   89   90   91   92   93   ...   111

304 
 
yeniliyə malik olan tam yarada bilmək 
bacarığını müəyyən edir. 

 
Eksperiment və ya digər fəaliyyətlərin 
keçirilməsi planını təklif edir. 

 
Məsələlərin sxemlərini tərtib edir. 
6. Qiymətləndirmə 
Bu kateqoriya bu və ya digər materialın 
əhəmiyyətini qiymətləndirmək bacarığını 
müəyyən edir. 
 

 
Yazılı mətnin qurulmasının məntiqini 
qiymətləndirir. 

 
Nəticələrin mövcud olanlarla 
uyğunluğunu qiymətləndirir. 

 
Bu və ya digər fəaliyyət məsulunun 
əhəmiyyətini qiymətləndirir. 
 
Cədvəl 23. 
Təlimin məqsədləri: İdrak proseslərinin səviyyəsi üzrə məqsədə nail olmaq üçün 
uyğun təlim fəaliyyətlər və tədris strategiyası 
 
Səviyyələr 
Təsvir 
Təlim fəaliyyətləri 
Texnikalar 
HAFİZƏ 
İnformasiyanı və faktları 
səhvsiz və dəyişiklik 
etmədən yadda saxlamaq və 
xatırlama bacarığı. 
Nə deyildiyini anlamaq və 
materialdan digər 
materiallarla əlaqə 
yaratmadan istifadə etmək 
bacarığı. 
Əzbərləmək 
Ardıcıllıqla sadalamaq 
Təkrarlamaq 
Təsvir etmək 
Tərifi vermək 
 
Mühazirə 
Oxuma 
MƏNTİQİ 
TƏFƏKKÜR 
Nəticə çıxarma, əlaqə 
yaratma, yaxud da xüsusi 
situasiyanı izah etmək üçün 
ümumi ideyaları tətbiq 
etmək bacarığı. 
İnformasiyanı hər bir hissəsi 
anlaşıqlı və yaxud əlaqələrin 
dəqiq qalması şərti ilə tərkib 
hissələrinə ayıra bilmə 
bacarığı. 
Müəyyən etmək 
Təsnif etmək 
İzahat vermək 
Şərh etmək 
Təhlil etmək 
Əlaqələr tapmaq 
Müzakirə (qrup 
müzakirəsi) 
Venn diaqramı 
Kublaşdırma  
Algoritmin 
çıxarılması 
Suallar 
Konkret hadisənin 
tədqiqi 
TƏNQİDİ 
TƏFƏKKÜR 
İnformasiyanın dəyəri və 
onun müəyyən kriteriya 
uyğunluğu haqqında fikir 
yürütmək bacarığı. 
Müqayisə etmək 
Ziddiyyət tapmaq 
Səhvləri tapmaq 
Meyarları müəyyən 
etmək 
Səmərəli yol tapmaq 
Debat, diskussiya 
Problemin həlli 
Situasiyanın şərhi 
Suallar – 
(müqayisə, 
ziddiyyət, məgər 
nə?, Nə üçün?) 


305 
 
Rəylər 
YARADICI 
TƏFƏKKÜR 
Ümumi formalaşdırmaq 
üçün mövcud olanları 
birləşdirmə bacarığı. Yeni 
nümunə və struktur 
yaratmaq üçün hissə və 
bölgülərlə işləmək 
Yeni şəraitdə tətbiq 
etmək 
Yeni yol və üsullarla 
işlətmək 
Dəyişmək 
İcad etmək 
Proqnozlaşdırmaq 
Quraşdırmaq 
Qrup/fərdi 
layihələr 
Rollu oyunlar 
Proqnozlaşdırmaq 
Morfoloji qutu 
Yaradıcılığı 
stimullaşdıran 
texnikalar 
 
Dərsi  planlaşdırarkən  müəllim  dərsin  hansı  növə  malik  olduğunu  da 
müəyyənləşdirir.  Fəal/interaktiv  dərsin  2  əsas  növü  var:  induktiv  və  deduktiv 
tədqiqat.  Məlum  olduğu  kimi,  induktiv  tədqiqat  xüsusi  biliklərdən  ümumi  biliklərə 
doğru,  deduktiv  tədqiqat  isə  ümumi  biliklərdən  xüsusu  biliklərə  doğru  irəliləyir. 
Dərsin induktiv və ya deduktiv növünün seçilməsi dərsin məqsədindən asılıdır: 
•  İnduktiv  tədqiqat  daha  çox  yeni  mövzunun  keçirilməsi  zamanı  istifadə 
olunur; 
•  Deduktiv  tədqiqat  daha  çox  mövzunun  möhkəmləndirilməsi  və 
dərinləşdirilməsi məqsədi ilə istifadə olunur. 
Fəal  dərsin  induktiv  və  deduktiv  tədqiqat  növləri  adətən  ardıcıl  şəkildə,  bir-
birindən  sonra  keçirilir:  induktiv  tədqiqat  deduktiv  tədqiqata  və  əksinə  deduktiv 
tədqiqat induktiv tədqiqata keçə bilər. 
Dərsin  növündən  asılı  olaraq  onun  quruluşu  da  bir  qədər  fərqlənəcək  (Cədvəl 
24.). 
Cədvəl 24. 
 
İNDUKTİV TƏDQİQATIN GEDİŞİ 
DEDUKTİV TƏDQİQATIN GEDİŞİ 
1. Motivasiya.Sualların verilməsi. 
Yeni problemin qoyulması. 
Fərziyyələrin irəli sürülməsi. 
 
1. Motivasiya. Keçmiş dərsdə kəşf olunmuş 
ümumiləşdirilmiş biliyin yada salınması və 
ya  yeni biliyin(ümumiləşdirmənin) təqdim 
olunması. Bu bilikləri yeni faktlarla təsdiq 
etmək üçün tədqiqat suallarının qoyulması və 
fərziyyələrin irəli sürülməsi 


306 
 
2.Tədqiqat.Yeni məlumatların təqdim 
olunması,qoyulan suala cavabın tapılması və 
fərziyyələrin yoxlanılması üçün tədqiqat 
zamanı faktların axtarılması. 
2.Tədqiqat. Yeni məlumatların təqdim 
olunması və ümumi ideyanı (fərziyyəni) 
təsdiq etmək üçün yeni faktların axtarılması 
3.Məlumat mübadiləsi. Tapılan faktların 
təqdimi. 
3.Məlumat mübadiləsi. Tapılan faktların 
təqdimi. 
4.Məlumatın müzakirəsi və təşkili. 
Məlumatın müəyyən xüsusiyyətlərə görə 
təsnifatı və ya başqa yolla təşkili 
4.Məlumatın müzakirəsi və təşkili. 
Məlumatın müəyyən xüsusiyyətlərə görə 
təsnifatı və ya başqa yolla təşkili 
5.Məlumatın əlaqələndirilməsi: müxtəlif 
qrup məlumatların arasında olan əlaqələrin 
tapılması (“körpülərin” salınması) və ümumi 
ideyanın axtarışı. 
5.Məlumatın əlaqələndirilməsi: yeni faktlar 
ümumi ideya ilə müqayisə edilir, 
əlaqələndirilir və onun təsdiq edilib-
edilməməsi haqqında müzakirələr aparılır. 
6.Nəticənin        (ümumiləşdirmənin) 
çıxarılması. Yeni fərziyyələrin tapılması, 
onların müzakirəsi və ümumi ideyanın irəli 
sürülməsi. 
6.Nəticənin çıxarılması. Fərziyyə kimi çıxış 
edən ümumi ideyanın təsdiq olunub 
olunmaması haqqında qərar çıxarılır. 
7. Biliyin tətbiq edilməsi. 
7. Biliyin tətbiq edilməsi. 
 
 
 
Aşağıdakı cədvəldə ənənəvi təlimlə fəal təlimin müqayisəsi verilmişdir. 
 
Cədvəl 25. 
 
Ənənəvi təlimlə fəal/interaktiv təlimin müqayisəli xarakteristikası 
 
“Ənənəvi təlim” 
“Fəal (İnteraktiv) təlim” 
Hafizəyə (yaddaşa) əsaslanma 
 
Məntiqi, tənqidi və yaradıcı təfəkkürə 
əsaslanma 
Monoloji təlim 
Dialoji təlim 
Tədrisdə avtoritar üslub (müəllim 
“reproduktiv”) 
Demokratik tədris üslubu (müəllim 
“bələdçi”) 
Tədrisin forma və metodlarının sərtliyi, 
müəllimin və dərsliyin biliyin əsas mənbəyi 
olması 
Tədrisin forma və metodlarının çevikliyi, 
bilik mənbələrinin müxtəlifliyi 
 
Şagirdlərin passivliyi, bilikləri hazır formada  Şagirdlərin fəallığı, müstəqil olaraq bilikləri 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə