Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

61 
Tanınmış  yazıçı-publisist  Fazil  Rəhmanzadə  özünün  «Bədəlbəylilər» 
kitabında yazır: «Respublikamızın ictimaiyyəti dahi bəstəkarımız Üzeyir 
Hacıbəylinin  90  illik  yubileyini  təntənə  ilə  keçirməyə  hazırlaşırdı. 
Redaksiyanın  tapşırığı  ilə  Ə.Bədəlbəyliyə  zəng  vurdum.  Üzeyir 
Hacıbəyli barədə "Bakı"  qəzeti üçün bir məqalə  yazmasını xahiş  etdim. 
Əfrasiyab  müəllim  həmin  günlər  xəstə,  halsız  olmasına  baxmayaraq  bu 
işə  həvəslə  girişəcəyini  bildirdi.  İki  gündən  sonra  məqaləni  götürmək 
üçün  özüm  onlara  getdim.  "Qüdrətli  sənətçı"  yazısı  1975-ci  il  noyabrm 
20-də oxuculara çatdırıldı. Həmişə olduğu kimi, çap üçün qeydlərin ma-
kina  nüsxəsini  redaktora  verdim,  müəllifin  muncuq  xətti  ilə  yazdığı 
məqalənin əslini isə şəxsi arxivimdə saxladım. Və bu, görkəmli musiqi-
çinin öz sağlığında mətbuatda çıxmış son məqaləsi oldu» (3, s. 26). 
Beləliklə, görkəmli bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəl-
bəylinin yaradıcılığı Azərbaycan xalq musiqisi ilə sıx bağlı olmuşdur.  
 
Ədəbiyyat siyahısı 
1.
 
Üzeyir Hacıbəyov. Əsərləri. On cilddə, II c., Bakı: Az. SSR EA nəşriyyatı, 1965, 
412 s.  
2.
 
Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı: Şərq-Qərb, 2007, 264 s.  
3.
 
Fazil Rəhmanzadə. Bədəlbəylilər. Bakı: Nurlan, 2006, 244 s. 
4.
 
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti. Bakı: Elm, 1969, 446 s. 
5.
 
Ə.Bədəlbəyli. Musiqi haqqında söhbət. B: Uşaq gənc. nəşr, 1953. 
6.
 
Ə.Bədəlbəyli. Qurban Pirimov. B: Azərnəşr, 1955. 
 
SUMMARY 
Afrasiyab Badalbayli and Azerbaijini folk music 
Afrasiyab  Badalbayli,  the  famous  Azerbaijani  composer,  musician,  conductor  and 
researcher is the author of the first national ballet «Maiden Tower» and a lot of another 
musical works where he used folk  music. At the same time he teached  and investigated 
muğhams of the Azerbaijani people. 
Key words: Afrasiyab Badalbayli, national character of music, revolution and cul-
ture, Zurab Palioshvili, gori seminary, “Maiden tower”, ballet-master. 
 
РЕЗЮМЕ 
Афрасияб Бадальбайли и азербайджанская  народная музыка 
Видный aзербайджанский композитор, дирижер и музыкант Афрасияб Бадаль-
байли является автором первого национального балета «Девичья башня» и многих 
других музыкальных сочинений, в которых он использовал народную музыку. Он 
также изучал и исследовал мугамы Азербайджанского народа. 
Ключевые слова: Афрасияб Бадалбейли, национальное в музыке, революция и 
культура,Зураб Палиашвили,горийская семинария,Девичья башня,балетмейстер. 
 
Rəyçilər:  AMK-nın professoru Malik Quliyev
          AMK-nın dosenti Elçin Həşimov. 
 


62 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Xanəndəlik sənəti       Искусство ханенде 
 
Nəzakət TEYMUROVA 
Azərbaycan Milli Konservatoriyasının müəllimi 
 
AZƏRBAYCAN XANƏNDƏLƏRİNİN İFAÇILIQ ƏNƏNƏLƏRİ 
 
Açar  sözlər:  xanəndəlik  sənəti,  oxuma  qaydaları,  «Qobusnamə», 
muğam aləmi. 
Xanəndəlik  sənəti  Azərbaycanın  musiqi  mədəniyyətinin  inkişafında 
mühüm  rol  oynayır.  Xanəndəlik  sənəti  xalq  arasında  geniş  yayıldığı  və 
sevildiyi  üçün  bunu  yaşadan  sənətkarlar  xalq  arasında  xüsusi  ehtirama 
layiq görülürlər. Xanəndələr arasında elə görkəmli sənətkarlarımız var ki, 
onların yaradıcılığı, ifaçılığı musiqi mədəniyyətimizin inkişafında xüsusi 
bir iz qoymuşdur.  
Muğam sənəti yarandığı дюврдян bu günə kimi professional ifaçıların 
fəaliyyəti  ilə  bağlı  olmuşdur.  Şifahi  ənənəli  professional  musiqi  növü 
kimi  təşəkkül  tapmış,  orijinal,  təkraredilməz  xüsusiyyətlərə  malik  mu-
ğamları tam əsasla, professional xanəndə və xalq çalğı alətləri ifaçılarının 
yaratdığı sənət əsərləri adlandırmaq olar. 
Muğam sənətinin əsas xüsusiyyəti onun şifahi ənənələr əsasında, yəni 
not  yazısı  olmadan  və  eyni  zamanda,  kompozisiya,  forma,  melodika, 
məqam, metro – ritm və s. baxımından ciddi və məntiqi musiqi qanunları 
əsasında yaradılması və inkişaf etdirilməsindən ibarətdir. 
Muğamın  bütün  qanun-qaydalarını  dərindən  mənimsəyən,  özündən 
əvvəlki sənətkarların yaradıcılığından bəhrələnən ifaçılar muğam bilicisi 
kimi  ad  qazanmışlar.  Muğam  ifaçıları  bu  sənətin  ənənələrini  sədaqətlə 
qoruyaraq,  sonrakı  nəsillərə  ötürməklə  yanaşı,  həm  də  onları  inkişaf 
etdirir, yeni melodiyalarla zənginləşirirlər. Sənətdə özünəməxsus ifaçılıq 
üslubu, öz yolu olan sənətkarlar orijinal ifaçılıq məktəbləri yaratmışlar. 
Xanəndələr  xalq  mahnılarının,  təsniflərin  və  muğamların  mahir 
ifaçılarıdır.  Onlar  öz  yaradıcılığı  ilə  xalqın  mənəvi  aləminin,  zəkasının, 
arzu və istəyinin ifadəçisi olan xalq musiqimizi və muğamlarımızı təbliğ 
etmiş, yaşatmış və qoruyub saxlamışlar. Musiqi sənətimizin tarixindən də 
bilirik  ki,  bir  çox  xanəndələrimiz,  instrumental  ifaçılarımız  həm  də 
yaradıcı sənətkarlar olub, çoxlu təsnif və rənglərin, diringи və lirik xalq 


63 
mahnılarının,  muğamların,  zərbi  muğamların  yaradıcıları  olmuşlar. 
Xanəndəlik  sənətində  ifaçılıq  və  yaradıcılıq  bir-birilə  əlaqədar  olan 
məfhumlardır.  
Adətən  el  şənliklərində  iştirak  edən  xanəndələrin  əksəriyyəti  ifaçılıq 
sənətinin  mahir  sənətkarları  kimi  formalaşırlar.  Bununla  yanaşı,  ustad 
xanəndələr ifaçılıqla bərabər muğam sənətinin gələcək nəslə çatdırılması 
məqsədilə muğamların tədrisinə də xüsusi diqqət yetirirlər.  
Xanəndəlik  çətin  və  mürəkkəb  bir  sənət  növü  olub,  özünəməxsus 
ənənələrə  və  qanunlara  malikdir.  Bu  baxımdan,  xanəndəlik  sənəti  üçün 
vacib  olan  bir  neçə  cəhəti  qeyd  edək.  İlk  növbədə,  xanəndə  mahir 
musiqiçi,  ifaçı  sənətkar  olmalıdır  ki,  sazəndələri  öz  arxasınca  apara 
bilsin. Bunun üçün o, gözəl, məlahətli səsə malik olmaqla yanaşı, həm də 
muğam və xalq musiqimizin rəngarəng sahələrinin bilicisi olmalıdır.   
Səs – xanəndəlik sənətində öndə durur: muğam dəstgahlarını oxuyan 
xanəndələrin səs diapazonu geniş olmalıdır. Adətən səs diapazonu 2-2,5 
oktava  hüdudunda  olan  xanəndələr  muğam  dəstgahlarının  ifası  zamanı 
özlərini  daha  sərbəst  hiss  edirlər.  Muğam  dəstgahlarını  oxumaq  üçün 
xanəndənin  səsinin  gözəl  tembri  ilə  yanaşı,  bütün  registrlərdə  ifa 
texnikasını  nümayiş  etdirə  bilmək  üçün  çoxçalarlı  səsi  ilə  diqqəti  cəlb 
etməlidir.  
Eyni  zamanda,  xanəndə  mahir  dəf  çalmaq  qabiliyyətinə  malik 
olmalıdır ki, muğam ansamblının - sazəndə üçlüyünün tərkibində özünü 
müşayiət  edə  bilsin.  Bunun  üçün  yüksək  istedad  və  təcrübə,  eləcə  дя 
möhkəm ritm hissiyyatı tələb olunur.  
Mühüm  əhəmiyyətə  malik  cəhətlərdən  biri  də  ondan  ibarətdir  ki, 
xanəndə poeziyanın, xüsusən də qəzəl janrının dərin bilicisi olmalıdır ki, 
oxuduğu  qəzəli  bəhrlərə  görə  düzgün  bölə  bilsin.  Qeyd  etmək  lazımdır 
ki,  sözün  musiqi  ilə  vəhdəti  muğam  ifaçılığında  ən  vacib  məsələlərdən 
biridir.  Bu  baxımdan  xanəndə  Şərq,  xüsusən  də  Azərbaycan  poeziyası 
nümunələrini, onların qanunauyğunluqlarını dərindən bilməlidir. 
Xanəndə  yaradıcı  sənətkar  olduğu  üçün  bəzi  nəzəri  məsələlərə  də 
xüsusi  diqqət  yetirməlidir:  məqam  əsası,  modulyasiya  formaları, 
elementar  musiqi  nəzəriyyəsinin  qaydaları  bu  qəbildəndir.  Həmçinin,  o, 
müxtəlif  məclislərdə  oxuduğu  üçün  muğamların  emosional  təsir 
vasitələrini  dərindən  bilməlidir.  Bunun  üçün  xanəndə  kamil  elmi  bilik, 
zəngin təcrübə sahibi olmalıdır. 
Xanəndəlik  peşəkar  sənət  növü  olduğu  üçün  bütün  bu  keyfıyyətlərin 
vəhdət  halında  бирляшмяси  тяляб  олунур.  Xanəndənin  sənətinin 
dinləyicilər  tərəfindən  yüksək  səviyyədə  qəbul  едилиб  едилмямяси  dя 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə