Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

81 
oluna  bilər.  Amma  bu  o  demək  deyil  ki,  ifaçı  muğamın  əsas  şöbələrini 
saxlayıb,  kiçik  şöbə  və  guşələrinin  yerini  istədiyi  kimi  dəyişir  və  ya 
ixtisar edir. Məhz belə bir yaradıcı proses muğamlarımızı bu günə qədər 
qoruyub saxlamışdır. 
 
Saqinamə 
 
Ənənəvi  Azərbaycan  musiqisində,  dəstgah  muğamlarda  –  “dəraməd”, 
“təsnif”, “diringə” və “rənglər”lə yanaşı “saqinamə” ərəb və fars sözlərindən 
əmələ gəlmişdir. Qədim şairlərin saqiyə xitabən yazdıqları qəsidə, mənzumə 
və  sair  şeirlər  “saqinamə”  formasında  öz  əksini  tapmışdır.  Bundan  başqa 
klassik  Şərq  ədəbiyyatında  da  “saqinamə”  adətən  poemaların  əvvəlində 
verilir  və  əsərin  proloqu  mahiyyətini  daşıyır.  Nizami,  Şeyx  İraqi,  Əmir 
Xosrov  Dəhləvi,  Xocə  Kirmani,  Xacə  Hafiz  Şirazi,  Əbdürrəhman  Cami, 
Məhəmməd  Füzuli,  Əlişir  Nəvai  və  başqa  məşhur  Şərq  şairləri 
“saqinamə”lərin klassik nümunələrini qələmə almışlar. XII əsrdən etibarən 
fars,  ərəb,  türk  dilli  ədəbiyyatda  “saqinamə”lərə  geniş  təsadüf  edirik. 
“Saqinamə”lərin  ilk  ən  gözəl  nümunələrini  Nizamidə  tapırıq.  Adətən 
“saqinamə”lər ayrı-ayrı məsnəvilərin əvvəllərində verilir. 
“Təzkireyi-meyxanə”də  XII-XIX  əsrlərdə  yaşamış  onlarca  şairin 
saqinaməsi  toplanmışdır.  “Saqinamə”lər  əruz  vəzninin  ən  müxtəlif 
bəhrlərində,  eləcə  də  müxtəlif  poetik  formalarda  yazılırdı:  məsnəvi, 
qəzəl,  qəsidə,  rübai  və  sair  formalarda  “saqinamə”lər  adətən  saqiyə 
müraciətlə  başlanır.  Anadilli  şeirimizdə  “saqinamə”nin  klassik 
nümunələrini Füzulidə tapırıq. Ancaq “saqinamə”lərdə mey, şərab, badə, 
saqi  ifadələri  real  mənadan  daha  çox  simvolik  xarakter  daşıyırlar.  Bu 
obrazlar  təsəvvüf  fəlsəfəsi  ilə  əlaqədar  konkret  mənalara  malikdirlər. 
Orası  da  var  ki,  ayrı-ayrı  sufi  təriqətlərində  konkret  muğamlarda  ifa 
olunurdu.  “Saqinamə”ni  ilk  dəfə  poeziyaya  gətirən  Nizami  olmuşdur. 
Hafiz  Şirazi  saqinamə  və  muğamnamələr  yaymaq  sahəsində  daha  geniş 
fəaliyyət  göstərmişdir.  Hafiz  Şirazi  Nizamidən  sitatlar  vermişdir,  ondan 
müəyyən  beytlər  gətirmişdir.  “Saqinamə”lərin  şairin  bədbinlik  ruhu  ilə 
əla  -qədar  yaranmasını  təsdiqləyən  alimlər  var.  Lakin  başqa  bir  qrup 
tədqiqatçılar  “saqinamə”ləri  optimistik,  nikbin  ruhlu  əsərlər  saymışlar. 
“Saqinamə”lər zaman ötdükcə daha çox dünyəvi, real əsas kəsb etmiş, bu 
şeirlərdə zövq, sevinc, vəsv edilmişdir. 
Ədəbiyyatda olduğu kimi, musiqimizdə də “saqinamə” keçmiş zaman-
lardan  indiki  dövrümüzə  qədər  muğamlarımızın  tərkibindəki  şöbə  və 
guşə-lərdə  də  öz  adını  qoruyub  saxlamışdır.  Hal-hazırda  Azərbaycan 
musiqisində 
cəmi 
iki 
“saqinamə”qorunub 
saxlanmışdır. 
Bu 
“saqinamə”lərdən biri “Şur”, digəri isə “Hümayun” muğamına daxildir. 
“Şur”  muğamında  səslənən  “Saqinamə”yə  -  “Saqinamə-Əcəmi”də 
deyirlər.  Bu  ona  görədir  ki,  “Şur”muğamında  səslənən  “Saqinamə-


82 
Əcəmi” məhz Azərbaycan muğamının intonasiya köklərində inkişaf edir. 
“Şur”  muğamındakı  “Saqinamə”  əsasən  “Simayi-şəms”  şöbəsinin 
pərdələrində səslənir. “Saqinamə” “Şur” dəstgahının zilində, daha dəqiq 
desək aşağıdakı ardıcıllıqda ifa olunur: 
Şah-Xətai 
Saqinamə 
Mavərənnəhr 
Sarənc 
“Şur”  muğamındakı  “Saqinamə”nin  melodiyası  çox  həzin  və  lirikdir. 
Melodiya əvvəldən axıra qədər çox ciddi üslubda inkişaf edir. Melodiyanın 
belə bir inkişafı “Saqinamə”nin özünəməxsus xüsusi ölçüsü ilə əlaqədardır. 
Məhz  bu  metro-ritmik  xüsusiyyət  –“Saqinamə”ni  dəstgah  formasına  daxil 
olan  digər  janrlardan  –dəraməd,  təsnif  və  sair  ayırmağa  imkan  yaradır. 
Metro-ritmik  xüsusiyyətlərinə  görə  “Saqinamə”nin  təsnif  janrına  müəyyən 
oxşarlığı var. Lakin bu iki janrı bir-biri ilə qarışdırmaq olmaz. Ona görə ki, 
təsnif müəyyən ölçüyə malik olub, üçlük ifada zərb (dəf) alətinin müşayiəti 
ilə çalınıb oxunur. “Saqinamə”isə elə həmin heyətdə, amma zərbsiz, yalnız 
tarın və kamançanın müşayiəti ilə ifa olunur. 
“Humayun”muğamında  səslənən  “Saqinamə”  bir  sıra  cəhətlərdən  –
inkişaf prinsipini, forma quruluşu, metro-ritmik xüsusiyyətinə görə “Şur” 
dəstgahındakı  “Saqinamə”yə  yaxındır.  “Şur”  muğamındakı  “Saqina-
mə”dən  fərqli  olaraq,  “Humayun”  muğamındakı  “Saqinamə”yə  -
“Saqinamə-Ərəbi”  deyirlər.  Bu  da  ondan  irəli  gəlir  ki,  “Hümayun” 
muğamında çalıb-oxunan “Saqinamə” ərəb musiqisinin intonasiyaları ilə 
zəngindir.  “Hümayun”  “Saqinamə”si  muğamın  zilində,  “Bidad”  və 
“Üzzal” şöbələrinin arasında çalınır: 
Məsnəvi 
Tərkib 
Bidad 
Saqinamə 
Üzzal 
Onu da qeyd etmək lazımdır ki, hər iki “Saqinamə” həm instrumental 
və həm də vokal instrumental ifada səslənə bilər. 
XIX  əsrin  ikinci  yarısında,  XXəsrin  əvvəllərində  “Saqinamə”lər 
Azərbaycanda  yalnız  instrumental  ifada  səslənirdi.  Bu  haqda  “Bakı 
musiqi  məclisləri”nin  təşkilatçılarından  biri  olan  Məşədi  Süleyman 
Mənsurovun  xatirələri  çox  maraqlıdır.  O,  yazır:  “Keçmişdə  muğamlar 
saat  yarım,  iki  saat  çalıb-oxunardı.  Məclisdə  əyləşənlərə  bir  növ  fasilə 
verməkdən  ötrü,  sazəndələr  “Saqinamə”  çalarmışlar.  Çünki,  bir  saat, 
yarım  saat  oxuyandan  sonra  xanəndə  də  yorulur,  qulaq  asmaq  da  çətin 
olur.  “Saqinamə”  çalınan  vaxt  oxuyan  boğazını  təmizləyirdi,  nəfəsini 
düzəldirdi. Görürdün ki, məclisdə də bir az canlanma başlanıb. Bu vaxt 
qulluqçular  əllərində  məcməyi  camaat  üçün  çay,  şərbət,  su  gətirirdilər. 


83 
“Saqinamə”  çalınıb  qurtaran  kimi,  məclis  yenə  də  sakitləşirdi,  xanəndə 
və  sazəndələr  dəstgahın  ardını  çalıb-oxumağa  başlayırdılar.”  Sonralar 
“Saqinamə”ləri sözlə ilk dəfə oxuyan Cabbar Qaryağdı oğlu olmuşdur. 
Muğamların  şöbə  və  guşələrin  yaranma  tarixi  çox  maraqlı  və 
mürəkkəb prosesdir. Ola bilsin ki, çox muğam, şöbə adları vaxtilə musiqi 
parçaları olmuşlar.  Lakin bir çox muğamlar kimi  bizim zəmanəyə  gəlib 
çatmamışlar. Ona görə ki, muğam şifahi ənənə ilə nəsildən-nəsilə keçir. 
Urməvi, Marağalı və Fərabinin musiqi traktatlarında də bir çox muğam, 
şöbə və guşə adlarına rast gəlirik. Lakin onların da əksəriyyəti bizə gəlib 
çatmamışdır.  Ona  görə  də  bir  sıra  muğam  və  şöbələrin  ancaq  adlarını 
bilirik. Ancaq musiqilərindən heç bir əsər-əlamət yoxdur. 
Hal-hazırda  muğamşünaslıq  elmi  qarşısında  elə  vəzifələr  durmalıdır 
ki, misilsiz zənginliyə xas olan qədim muğamlarımızın getdikcə itməkdə 
olan nadir şöbə və guşələri qorunub saxlanılsın. 
 
Ədəbiyyat siyahısı 
1.
 
A.Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. Bakı ,MBM 2003 
2.
 
V.Əbülqasımov . Azərbaycan tarı . Bakı, “İşıq”1989. 
3.
 
R.İmran. Muğam tarixi. Bakı, “ Elm”1998. 
4.
 
Ü.Hacıbəyli.Əsərləıri, II cild Bakı,Azərbaycan.EA nəşriyyatı, 1965. 
5.
 
S. Mənsurovun xatirəsi. “Muğam düşüncələri” kitabında. Bakı “İrşad” 1995. 
6.
 
Əlizadə Lalə. Füzulinin gizli sözü. Bakı “İrşad” 1990 
 
РЕЗЮМЕ 
 
В  исследовании  народного  артиста  Азербайджана,  доцента  Фируза  Алиева 
«Шур  дастгях»,  анализируется  история  мугама  «Шур»,  его  специфика  построе-
ния, исполнения, а также историко-типологическое сравнение. Впервые наряду с 
мугамом  «Хумаюн»  исследуется  жанр  «Сагинаме»,  входящий  в  мугам  «Шур», 
который исполняется ханенде в высоком регистре. Автор отмечает, что «Сагина-
ме»  может  исполнятся  как  «инструментальный  мугам»  так  и  в  вокально-
инструментальном исполнении. 
Ключевые слова: Мугам, дастгях, ханенде, трио. 
 
SUMMARY 
 
The article “ Shur ” dastgakh of Honored Artist of Azerbaijan, Firuz Aliyev is de-
voted  to  history  of  “  Shur  ”, their  construction,  performing.  At  firstly  together  with  “ 
Khumayun ” is researched “ Shur ” (Saginame). 
The  author  noticed  that  Saginame  may  be  singing  or  playing  as  a  instrumental 
mugam. 
Key words: Mugam, dastgah, khanende, trio. 
 
Rəyçilər:   AMK-nın professoru Ağasəlim Abdullayev
 
   
ADMİU-nun dosenti Vamiq Məmmədəliyev. 
 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə