Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

75 
Azərbaycan və türk aşıq sənətinin çox yaxınlığı şeir üsulu (qoşma, bayatı 
və  s.)  qohumluğunda,  həmçinin  forma  və  janrlarda,  musiqi  ifaçılığının 
növlərində qeyd olunur.  
Şərqin  böyük  ərazisində,  ərəb  aləminin  yüksək  mədəni  mühitində 
yaranmış muğam mədəniyyəti də sonralar milli mədəniyyətlər zəminində 
inkişaf etmişdir. Bu halda muğam janrının genetik və regional ümumiliyi 
bu  sistemin  bir  sıra  komponentlərinin  eyniliyini  şərtləndirərək,  onların 
şifahi  ənənəli  professional  musiqisinin  mövcud  ümumi  universal 
cəhətlərinin meydana gəlməsinə şərait yaratmışdır. 
Mədəniyyətlərin  qarşılıqlı  əlaqələri  yerli,  Azərbaycan  musiqi 
mədəniyyətini  zənginləşdirmişdir.  Yaxınlaşma  və  sintez  prosesinin 
nəticəsində  Azərbaycan  musiqi  sənətinin  xüsusiyyətləri  formalaşmışdır. 
Digər  tərəfdən,  Azərbaycan  incəsənəti  Şərq  incəsənətinə  özünün 
əhəmiyyətli töhfəsini vermişdir. 
 
Ədəbiyyat siyahısı 
1.
 
Hacıbəyli Ü.  Azərbaycan türklərinin  musiqisi  haqqında. (Təqdim edəni,  ön  söz 
və lüğətin müəllifi F.Əliyeva). Bakı, “Adiloğlu”, 2005. 
2.
 
Bədəlbəyli Ə. İzahlı-monoqrafik musiqi lüğəti. Bakı, Elm, 1969. 
3.
 
Zöhrabov R. Muğam. Bakı, Azərnəşr, 1991.  
4.
 
Səfərova Z. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). Bakı, Elm, 1998. 
5.
 
Abdullazadə G. Qədim və orta əsrlərin musiqi mədəniyyəti: tarixi – fəlsəfi təhlil. 
Bakı, Qartal, 1996.  
6.
 
Məmmədova R. Musiqi türkologiyası. Bakı, Elm, 2002. 
 
РЕЗЮМЕ 
«Роль  взаимосвязей  в  азербайджанской  музыкальной  культуре».  Статья  по-
священа изучению такой актуальной проблемы современного искусствоведения, как 
достижения азербайджанского искусства в контексте взаимного культурного обмена 
межрегиональных систем, в том числе музыкального искусства на уровне турецкой и 
арабской  этнокультуры.  Автором  представлены  исторические  факты  о  культурных 
взаимосвязях Азербайджана в древний и средневековый периоды.  
Ключевые слова: музыкальная культура, средные века, мир мугама, мораль-
ные ценности.  
 
SUMMARY 
«The role of interrelations in Azerbaijani culture». The article is devoted to the 
studying of such actual problem of modern art criticism, as achievements of Azerbaijani 
art in a context of a mutual cultural exchange of inter-regional systems, including musi-
cal art at a level of turkish and arabian ethnoculture. Historical facts about cultural inter-
relations  of  Azerbaijan  during  the  ancient  and  medieval  periods  are  submitted  in  this 
article.  
Key words: the culture of music, the Middle Ages, the space of mugam, moral val-
ues. 
 
Rəyçilər:   AMK-nın professoru Arif Babayev; 
AMK-nın professoru Malik Quliyev. 


76 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Muğamşünaslıq       Мугамоведение 
 
Firuz ƏLİYEV 
Azərbaycan Milli Konservatoriyasının dosenti 
 
“ŞUR” DƏSTGAHI 
 
Açar sözlər: Muğam, dəstgah, xanəndə, üçlük. 
Bütün  muğam,  şöbə  və  guşə  adlarının  tarixi  4  qismə  bölünür.  1.Say 
adları,  2.Yer,  məkan  adları.  3.Tarixi  şəxsiyyət  və  ifaçının  adı  ilə  bağlı 
muğam və şöbə adları. 
Say adı ilə bağlı olan muğam və şöbələr bunlardır. 1.Yegah. 2.Dügah. 
3.Segah. 4.Çahargah. 5. Pəncgah. 6.Şeşgah. 7. Həftgah. 
Müasir  ifaçılıqda  adlarını  çəkdiyimiz  muğamlardan  yalnız  beşi  ifa 
olunur. 
“Yegah”-“Rast”  muğamının  başqa  adıdır.  “Rast”  sözü  ərəbcədir.  Düz, 
doğru, dürüst deməkdir. “Yegah” isə fars dilindədir. Birinci mənasını verir. 
“Dügah”-farscadır. Iki mövqe, məkan, vəziyyət, eyni zamanda axşam-
səhər , gecə-gündüz mənasını verir. 
“Segah”  –  üç  mövqe,  məkan,  vəziyyət  mənasını  verir.  “Segah”  mu-
ğamı forma etibarilə də üç hissədən ibarətdir. “Zabul”, “Segah” və “Hisar 
müxalif”. 
“Çahargah”-  dörd  mövqe  mənasını  verir.  Qədim  musiqi  alimlərinin 
fikrincə göy gurultusu ilə əlaqədardır. Məhz təbiətin bu hadisəsi göy gurul- 
tusu ilə əlaqədar olaraq yaranmışdır. Üzeyir Hacıbəyli “Çahargah” muğamı- 
nın dinləyicidə coşqunluq və ehtiras hissi oyatdığını qeyd edir. “Çahargah” 
muğamı Yaxın Şərq xalqları musiqisində ən çox şöhrət qazanmış muğamlar- 
dan biri, onların musiqisinə mənsub muğam köküdür. 
“Pəncgah” –“Rast” muğamının zil pərdəsidir. Bu hissənin ahəngi şox 
gərgin  və  ciddidir.  “Pəncgah”  şöbəsinin  “Rast”  dəstgahında  tutduğu 
mövqe  çox  əhəmiyyətli  olduğundan  “Rast”  dəstgahı  çox  zaman  “Rast- 
Pəncgah”  adlanır.  Fars  muğamında  da  “Rast-Pəncgah”  çox  işlənən 
muğamlardan sayılır. Məşhur musiqi tədqiqatçısı, alim Jan Dürinq “İran 
musiqisinin ənənələri və mənşəyi” adlı elmi-tədqiqat əsərində bu barədə 
ətraflı söhbət açmışdır. 
“Şeşgah”  və  “Həftgah”  –  muğam  və  şöbə  adı  kimi  heç  bir  mənbədə 
qeyd  olunmayıb.  Lakin  mərhum  bəstəkarımız  və  musiqişünasımız 
Əfrasiyab  Bədəlbəylinin  “Musiqi  lüğəti”  kitabında  bu  adlar  diatonik 
səsdüzümünün 6-cı və 7-ci səsi kimi şərh olunur. Eyni kökə mənsub olan 
say  adlarının  bir  qisminin  muğam  və  şöbə  adı,  digər  qisminin  isə 


77 
səsdüzümünün pərdələri kimi adlanmasının səbəbi isə müqəddəs sayılan 
“7” rəqəmi ilə bağlıdır. Buna misal olaraq Uca Yaradanın, həyatı  yeddi 
günə  yaratdığını,  göyün  yeddi  qatdan  ibarət  olmasını,  dünyanın  yeddi 
möcüzəsini, eyni zamanda əsas notların da sayının yeddi olmasını misal 
gətirmək olar. Üzeyir Hacıbəyli “Azərbaycan xalq  musiqisinin əsasları” 
kitabında  yazır  ki,  ərəb,  İran  və  Avropa  musiqişünaslarına  görə  qədim 
yunanlar  yeddi  səma  cisimlərindən  hər  birinin  Pifaqor  tərəfindən  icad 
edilmiş 7 notdan birinə müvafiq olduğunu zənn edirlərmiş. 
Bundan  belə  nəticəyə  gəlmək  olar  ki,  qədim  zamanlarda  muğam  7 
əsas  avazatdan  ibarət  olmuş  və  yuxarıda  adları  çəkilmiş  ardıcıllıqla 
adlandırılmışdır. Zaman keçdikcə isə zənginləşmiş və öz intişarını tapmış 
“Rast”,  “Bayatı-Şiraz”,  “Çahargah”,  “Segah”,“Şur”,  “Humayın”,  “Şüş-
tər”,  “Mahur-hindi”,  “Orta  mahur”  kimi  əsas  muğamlar,  “Bayatı-kürd”, 
“Rahab”,  “Şahnaz”  kimi  əlavə  muğamlar,  çox  saylı  şobə  və  guşələrdən 
ibarət  bir  şəklə  düşmüşdür  .  Onu  da  qeyd  etmək  lazımdır  ki,  istər  əsas, 
istərsə də əlavə muğamlar yeddi məgam üstündə ifa olunur. Bu məqamlar 
“Rast” eyni zamanda “Mahur-hindi” və “Orta mahur” məqamı ,“Bayatı-
Şiraz”,  “Şur”,  “Çahargah”,  “Segah”,  “Hümayun”  və  “Şüştər”  məqam-
larıdır. 
Azərbaycanda ən çox sevilən gözəl muğamlardan biri də “Şur”dur. Bu 
muğamın  tarixçəsi  çox  qədimdir,  çünki  “Şur”  təkcə  Azaərbaycana  aid 
deyil. O, məqam etibarilə bütün Yaxın və Orta Şərqə aiddir. 
Müxtəlif  mənbələrdə  bu  muğam  haqda  çoxlu  nadir  və  maraqlı  yazılar 
var. 
Bildiyimiz kimi “Şur” muğamı ayrı-ayrı məktəblər, ifaçılar tərəfindən 
müxtəlif  variantlarda  ifa  olunurdu.  Keçən  əsrdən  bu  günə  qədər  bütün 
“Şur” cədvəllərinə baxsaq görərik ki, hamısı müxtəlifdir. 
Keçən  əsrin  axırlarında  içərişəhərli  Məşədi  Məlik  Mansurovun  evində 
keçirilən  muğam  məclislərində  Azərbaycanın  bir  çox  məşhur  xanəndə  və 
sazəndələri iştirak edərdilər. Bu sənətkarlardan bir neçəsinin adını çəkməklə 
onları  yad  etmiş olarıq:  Kəbleyi  Ağabala Ağa Səid oğlu,  Mirzə  Ağakərim 
Hacı Zeynal oğlu, Məşədi Məmməd, Hacı Hüsü, Məşədi Əli, Cabbar Qar-
yağdıoğlu,  Əbdülbağı,  Əsgər  Gəncəli,  Kor  Hacı,  Məşədi  Zeynal,  İsgəndər 
Ürri, Ağa Cəbrayıl, Hacı Məlik Heydər, Muğməl, Kəbleyi Eldar Abdülqədir 
Çəmənkəndli, Xəlil Müğbil və bir çox başqaları… 
Adları çəkilənlər və bir çox başqaları bu məclislərin yaraşığı olmuşlar. 
Məşədi Məlik, sonralar isə onun oğlu Məşədi Süleyman bu məclisləri öz 
xatirələrində  belə  təsvir  etmişlər:  “1888-ci  ilin  yazında  Mirzə  Ağakərim 
(təxəllüsü Salik), Kəbleyi Ağabala , Ürri İsgəndər, Mirzə Fərəc, Əbdülqədir, 
Mirzağa Hacı Ağababa oğlu, Ala Palas oğlu, Seyid Mirbabayev, Əli Zühab 
və  başqaları  Məşədi  Məlikin  evində  muğam  məclisində  “Hümayun”  və 
“Şur” muğamlarını ifa edərdilər. Məclisin əvvəlində Kəbleyi Ağabala “Şur” 
dəstgahını bu şöbə və guşələrdə oxuyur: 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə