Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

78 
1. Şur  
 
 
11. Əşiran 
2. Dəraməd  
 
12. Əbülçəp 
3. Bayatı-türk  
 
13. Bayatı-Şiraz 
4. Simai-şəms  
 
14. Şəhri (Tehrani) 
5. Şahnaz    
 
15. Hacı Yuni 
6. Bayatı-kürd  
 
16. Rak-Hindi 
7. Həzare-Ərak    
17. Giləyi 
8. Həzare –Azərbaycan   18. Cüdai 
9. Mübbəriqə  
 
19. Gəbri 
10. Novruz -əcəm   
20. Saqinamə 
Bir qədər keçəndən sonra Mirzə Ağa Kərim də “Şur” dəstgahı oxudu. 
Onun oxuduğu “Şur” bu hissələrdən ibarət idi: 
1.
 
Mayə    
 
11. Şəhr-aşub 
2.
 
Dəraməd  
 
12. Şahnaz 
3.
 
Cudai    
 
13. Şikəsteyi-fars 
4.
 
Gərayili   
 
14. Əşiran 
5.
 
Gövhəri   
 
15. Simai-şəms 
6.
 
Gülriz    
 
16. Tizək 
7.
 
Mübərriqə  
 
17. Hicaz 
8.
 
Busəlik   
 
18. Şah-Xətai 
9.
 
Bayatı-türk  
 
19. Mehri-zərrabı 
10. Dügah 
Bu cədvəlləri göstərməkdə məqsədimiz iki sənətkarı müqayisə etmək 
deyil.  Çünki  onların  hər  biri  ayrı-ayrılıqda  böyük  sənətkar  və  şəxsiy-
yətdir.  Bu muğamları oxuyanda Ağabalanın  28, Mirzə Ağa Kərimin isə 
45 yaşı var idi. Bu məclisdə oxuyandan sonra Ağabala 40 il, Mirzə Ağa 
kərim isə 11 il yaşadı. 
Sonralar,  neçə  onilliklər  keçəndən  sonra  Kəbleyi  Ağabala  “Şur” 
dəstgahını daha da mürəkkəbləşdirib, belə ardıcıllıqda oxudu: 
1.
 
Mayə    
 
22. Mehdi-zərrabı 
2.
 
Dəraməd  
 
23. Gəbri 
3.
 
Cudai    
 
24. Mənəvi 
4.
 
Gərayi    
 
25. Sarənc 
5.
 
Gövhəri   
 
26. Dügah 
6.
 
Gülriz    
 
27. Ruhül-ərvah 
7.
 
Mübərriqə  
 
28. Nişibi-fəraz 
8.
 
Muyə    
 
29. Həzare-Ərak 
9.
 
Busəlik   
 
30. Həzare-Azərbaycan 
10.
 
Bayatı-türk    
31. Mübərriqə 
11.
 
Şəhr-aşub  
 
32. Muyə 
12.
 
Dügah  
 
33. Novruz-əcəm 
13.
 
Ruhül-ərvah    
34. Əbülçəp 
14.
 
Zəmin-xarə    
35. Bayatı-şiraz 


79 
15.
 
Şikəsteyi-fars  
36. Şəhri(Tehrani) 
16.
 
Əşiran  
 
37.Hacı Yuni 
17.
 
Simai-şəms    
38. Rak-hindi 
18.
 
Tizək   
 
39. Nişibi-fəraz 
19.
 
Hicaz   
 
40. Təxti- kavus 
20.
 
Şah-Xətai  
 
41. Bazəm-şur 
21.
 
Mavərənnəhr 
Məşədi Məlikin vəfatından sonra, onun davamçısı – oğlu Məşədi Sü- 
leyman Mənsurov “Bakı muğam məclislərinin” rəhbəri oldu. 
Məşədi  Süleymanın  təşkil  etdiyi  muğam  məclislərində  Cabbar  Qar- 
yağdıoğlu,  Seyid  Şuşinski,  Üzeyir  bəy,  Müslüm  bəy,  Əbdülbağı,  Şinas, 
Məşədi Zeynal, Keçəçi oğlu Məmməd, Şirin Axundov, Qurban Pirimov 
və bir çox tanınmış musiqiçilər iştirak edərdilər. 
Məşədi Süleyman bir çoxlarından onunla fərqlənirdi ki, o, təşkil etdiyi 
məclisləri sonradan xatirə kimi qələmə alırdı. Bu əlyazmaların biri 1925-
ci il tarixi ilə qeyd olunub. 
“...Bakının ən gözəl xanəndələrindən biri Mirzağa Hacı Ağababa oğlu 
idi. Muğamları mükəmməl bilirdi, “do” kökündə oxuyurdu. 1926-cı ildə 
50 yaşında rəhmətə gedib. 
...Bir  dəfə  dostlarımdan  biri  bizi  qonaq  eləmişdi.  Mən  -  Süleyman, 
Xalıq,  Hacı  Yaquboğlu,  qardaşım  Mirzə  Mənsur,  Allahverdi  Manafov  və 
Hacı Məhəmməd Kərim Ramazanov idi. Dəvət olunanlar içərisində Cabbar 
Qaryağdıoğlu,  Qurban  Pirimov,  Mirzağa  Hacı  Ağababa  oğlu  da  var  idi. 
Cabbarın yanında bir uşaq var idi, onu özü ilə hər yerə aparırdı... Cabbargil 
başladı “Şur” oxumağa. Qurban elə ki, tarı qoydu yerə, o saat Mirzə Mənsur 
götürdü  tarı.  Məclis  adamları  xahiş  elədilər  ki,  Mirzağa  oxusun,  Mənsur 
çalsın.  Mənsur  “Şur”un  “Hicaz”  pərdəsindən  başladı  çalmağa.  Mənsur  bir 
tar çaldı ki, divarlar titrədi. Qurban dedi Mənsura “A başına dönüm, tarım 
indi  sınar?”  Mənsur  dedi:“Ondan  qorxma,  ustad  əlidir”.  “Mirzağa  başladı 
“Hicaz”dan sonra, keçdi “Mehdizərrabı”ya, Şah Xətai, Baba-Tahir, Sarənc 
və Məsnəvi ilə  bitirdi. Cabbar Qaryağdıoğlu  öz qavalını  çevirdi  torbasına 
və Qurbana dedi: “Mən gedirəm sən özün bilərsən...” 
Bakı xanəndələri elə oxuyublar ki, qeyri yerdən gələnlər onlarla bəhsə 
girə  bilməyiblər.  O  vaxtlar  məclislərdə,  toylarda  muğam  biliciləri 
oturardılar.  Elə  ki,  xanəndə  bir  guşəni,  ya  zənguləni,  ya  da  muğamın 
özünü  düz  oxumurdu,  o  muğam  biliciləri  onu  saxlayıb  deyərdilər  ki, 
həmən yeri təzədən, düzgün oxusun. 
Muğam  məclislərinin  daimi  iştirakçısı  olan  Mirzə  Mənsur  Mənsurov 
öz  dövrünün  mahir  ifaçısı  olmaqla  yanaşı,  həm  də  muğamları  nəzəri 
cəhət-dən  çox  yaxşı  bilirdi.  O,  uzun  illər  boyu  Uzeyir  Hacıbəyli  ilə 
dostluq etmiş, muğam sahəsində onun əsas məsləhətçisi olmuşdur. Mirzə 
Mənsurun musiqi  məktəbləri  üçün hazırladığı  muğam  proqramı 1935-ci 
il  tarixi  ilə  qeydə  alınıb.  Həmin  proqramda  “Şur”  dəstgahı  belə 


80 
ardıcıllıqla düzülüb: 
1.Cudai  
 
 
6. Busəlik 
2. Gərayili   
 
7. Bayatı-türk 
3. Hüseyni   
 
8. Şikəsteyi-fars 
4. Səlmək    
 
9. Əşiran 
5. Şur-Şahnaz  
 
10. Simai-şəms 
11. Hicaz    
 
13. Sarəng 
12. Şah-Xətai  
 
14. Baba Tahir 
Əvvəldə qeyd etdiyimiz kimi, Şur məqamı təkcə Azərbaycanda deyil, 
bir sıra Şərq məmləkətlərində də mövcuddur. “Şur” dəstgahı iki ölkədə - 
Azərbaycanda və İranda daha çox intişar tapıb. Iran “Şur”unun şöbələrini 
nəzərdən keçirsək müəyyən yaxınlıq və fərqləri görə bilərik: 
1.
 
Dəraməd  
 
16. Forud 
2.
 
Kereşme  
 
17. Həzin 
3.
 
Guşeyi-rahab    
18. Şure-pəmindəste 
4.
 
Nəğmə    
 
19. Guşeyi-rahab 
5.
 
Zirkeşe –səlmək  
20. Çahar-guşə 
6.
 
Molla –Həci  
 
21. Müqəddemeyi-gərayili 
7.
 
Səlmək   
 
22. Rezavi 
8.
 
Gülriz    
 
23. Şahnaz 
9.
 
Məclise-əfruz    
24. Qarrəçə 
10. Üzzal    
 
25. Şahnaze-guş ya Aşıq-guş 
11. Cafə    
 
26. Rənge üsul 
12. Bozorg   
 
27. Gərayili 
13. Dübeyti  
 
28. Şəhr-aşub 
14. Xara 
15. Qacar 
Muğamın klassik dövrünü Ü.Hacıbəylinin qeyd etdiyi “Şur” dəstgahı-
nın şöbələri ilə yekunlaşdırırıq. 
1.
 
Bərdaşt   
 
13. Simai-şəms 
2.
 
Mayeyi-şur  
 
14. Hicaz 
3.
 
Səlmək   
 
15. Hacı-yuni 
4.
 
Cüdai    
 
16. Məvərənnəhr 
5.
 
Gövhəri   
 
17. Şah-Xətai 
6.
 
Gərayili   
 
18. Saqinamə 
7.
 
Hacı-dərvişi    
19. Sarənc 
8.
 
Şəhr-aşub  
 
20. Əbu-əta 
9.
 
Şahnaz-xara    
21. Qəməngiz 
10. Bayatı-türk  
 
22. Dügah 
11. Şikəsteyi-fars    
23. Zəmin -xara 
12. Əşiran   
 
24. Nişibi-fəraz 
Yuxarıda göstərilən cədvəllərdən aydın görünür ki, ifaçının biliyindən, 
ustalığından  asılı  olaraq  hər  hansı  bir  muğam  istənilən  ardıcıllıqda  ifa 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə