Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

87 
zərbi muğamın 2 adı olub: 
1.
 
“Heyrat-Kabili” 
2.
 
“Əraq-Kabili”  
 Əgər  hər  hansı  bir  məclisdə  oturan  dinləyicilər  “Heyrat-Kabili”ni 
sifariş  edirlərsə,  deməli  üçlük,  yəni  хanəndəsiz  (tar-kamança-xanəndə 
qavalla)  instrumental  variantda  dinləyicilər  tərəfindən  dinlənmək 
istənilir. 
 Əgər  “Əraq-Kabili”  sifariş  olunarsa,  onda  xanəndə  səsini  düzəldib 
oxumağa hazır olmalıdır. Çünki dinləyicilər xanəndənin ifasında “Əraq- 
Kabili” zərbi muğamını dinləmək istəyirlər.  
 Diqqət  yetirsəniz  keçmiş  zamanlarda  bizim  sənətkarlarımız,  ustad-
larımız  necə  də  incə  və  aydın  bir  formada  muğamlarımıza  yanaşırdılar, 
hər  hansı  bir  sözlə  nə  demək  istədiklərini  göstərirdilər.  Xanəndə 
tərəfindən  “Mahur-Hindi”  muğamının  “Əraq”  şöbəsi  oxunduğuna  görə 
ona  “Əraq-Kabili”  adı  verilmişdir.  Bir  daha  qeyd  etmək  istəyirəm  ki, 
“Heyrat-Kabili  ”  deyəndə  ancaq  üçlük  (tar  –  kamança  –  qaval),  “Əraq-
Kabili ” deyəndə üçlük (tar – kamança – xanəndə) nəzərdə tutulur. 
 Bu  zərbi  muğamını  XIX  əsrin  II  yarısından  Hacı  Hüsü,  Əbdülbağı 
Zülalov (Bülbülcan), Məşədi İsi və başqaları Sadıqcanın müşayiəti ilə ilk 
ifaçıları olmuşlar. Amma “Əraq-Kabili” zərbi muğamının təkmilləşdiril-
məsində  və  onun  geniş  bir  formada  oxunmasında  Cabbar  Qaryağdı 
oğlunun böyük rolu olmuşdur. 1914-cü ildə “Əraq-Kabili” zərb muğamı 
Cabbar Qaryağdı oğlunun ifasında Varşavada qrammofon valına yazılıb. 
Cabbar  Qaryağdı  oğlundan  sonra  “Əraq-Kabili”zərbi  muğamının  gözəl 
ifaçısı Seyid Şuşinski olmuşdur. Müasir dövrdə bu zərb muğamı bir adla 
– “Heyratı” zərbi muğamı kimi tanınıb, ifa olunur. 
 “Heyratı-Kabili”  zərbi  muğamından  başqa  “Osmanlı”  zərbi  muğa-
mının da adı dəyişmiş və “Mani” adı ilə ifa olunmuşdur. Halbuki “Mani” 
adının bu zərbi muğamına heç bir aidiyyatı yoxdur.  
 “Osmanlı”  zərbi  muğamı  da  hərbi  yürüş  marşı  əsasında  yaranıb. 
“Osmanlı”  türklərin  hərbi  marşı  olub.  XX  əsrin  əvvəllərində  Sovet 
hakimiyyətinin  quruluşu  yaranandan  sonra  “Osmanlı”  zərbi  muğamının 
siyasi  məsələlərə  görə  adı  dəyişdirilib,  “Mani”  adı  ilə  sazəndələr  və 
xanəndələr  tərəfindən  ifa  olunub.  “Osmanlı”  zərbi  muğamının  gözəl 
ifaçılarından  XIX  əsrin  axırlarında  Məşədi  İsi,  Hacı  Hüsü,  Keçəçi  oğlu 
Məmməd olmuşdur. 
 O  zamanlar  xanəndələr  “Kürdü-Şəhnaz”  muğamını  oxumaq  üçün 
əvvəl  “Osmanlı”  zərbi  muğamını  ifa  edərdilər,  sonra  keçid  alardılar 
“Kürdü-Şahnaz”  muğamına.  Çünki  “Osmanlı”  zərbi  muğamı  ifa 
olunanda səs telləri yavaş-yavaş açılır, pərdəyə yatır və “Kürdü-Şahnaz ” 
muğamını ifa etmək rahat olurdu. Bizim bəstəkarlar da “Osmanlı” zərbi 


88 
muğamını  öz  operalarında  gözəl  bir  şəkildə  istifadə  ediblər.  Məsələn, 
Üzeyir  Hacıbəyli  “Leyli  və  Məcnun”,  “Əsli  və  Kərəm”  operalarında, 
Zülfüqar  Hacıbəyov  “Aşiq  Qərib”  operasında  istifadə  etmişlər. 
“Osmanlı”  yeganə  zərbi  muğamdır  ki,  onun  mətni  bayatılarla  oxunur, 
digər zərbi muğamların mətni qəzəllərlə oxunur.  
 XX  əsrin  əvvəllərində  Seyid  Şuşinski  tərəfindən  “Arazbarı”  adı  ilə 
tanınan vokal-instrumental əsər yaranmışdır. “Arazbarı” aşıq musiqisinə 
çox  yaxındır.  Seyid  Şuşinski  öz  xatirələrində  qeyd  edib  ki,  hələ  9  yaşı 
olanda  bibisi  onu  Cəbrayıl  rayonundakı  Arazbar  kəndində  aşıqlar 
dəstəsinə  düzəldir  və  14  yaşına  qədər  Seyid  bu  dəstədə  oxuyub  – 
calmağını inkişaf etdirir. Bu dəstədən ayrılandan sonra “Arazbarı” zərbi 
ilə instrumental musiqi əsərini yaradır. “Arazbarı” Cəbrayil rayonundakı 
Arazbar kəndinin adı ilə bağlıdır.  
 XX  əsrin  əvvəllərində  “Segah”  muğamını  başlamamışdan  əvvəl 
“Arazbarı”  zərbi  ilə  ifa  olunurdu.  Bir  növ  yuxarıda  qeyd  etdiyim  kimi 
“Kürdü  –  Şahnaz”  muğamından  əvvəl  “Osmanlı”  zərbi  muğamı  çalınıb 
oxunurdu. Eləcə də “Segah” muğamından əvvəl “Arazbarı” zərbi ilə ifa 
olunurdu ki, bu da “Segah”ın oxunmasında və səsin açılmasında xanəndə 
üçün köməkçi rolunu oynayırdı.  
 İllər keçdikcə Seyid Şuşinski “Arazbarı” və “Osmanlı” zərbi muğam-
larını  bir-birinin  ardınca  oxuyub,  sonda  iki  bənddən  ibarət  təsniflə  biti-
rirdi. Bu ardıcıllıq ondan irəli gəlmişdir ki, “Arazbarı” və “Osmanlı” zər-
bi  muğamları  həm  lad,  həm  də  tonallıq  cəhəddən  bir  -  birinə  yaxın 
olmuşlar.  
 “Arazbarı”  zərb  ilə  çalınır.  Ancaq  onun  zərbi  muğamına  heç  bir 
aidiyyatı  yoxdur.  Çünki  zərbi  muğam  dedikdə  qeyd  etdiyimiz  kimi, 
zərbin  içində  muğam  parçası  oxunursa  o,  zərbi  muğam  olur.  Ancaq 
“Arazbarı”  bütünlüklə  təsnifəbənzər  vokal–instrumental  əsərdir. 
“Arazbarı”nın  tərkibində  heç  bir  muğam  parçası  oxunmur.  O,  daha  çox 
aşıq  musiqisinə  yaxındır.  “Arazbarı”nı  –  zərbi  –  Arazbarı”  kimi  qəbul 
etmək daha düzgün olardı, nəinki “Arazbarı” zərbi muğam kimi. Halbuki 
müasir dövrdə “Arazbarı” zərbi muğam kimi qələmə verilir. Bu məntiqə 
sığmayan haldır.  
 Bəhram  Mansurovun  Seyid  Şuşinski  barədə  zərbi  muğamlarla  olan 
bəzi xatirələrini yada salmaq istərdim. Bəhram Mansurov deyirdı: “Seyid 
ilə  məni  bir  dəfə  şəhərdə  toy  məclisinə  dəvət  etdilər.  Toyda 
pərəstişkarları  ona  dedilər:  “Ağa,  çoxdandı  səni  eşitmirik,  bizi  bir 
“Arazbarı”,  “Osmanlı”,  “Rahab”  dəstgahına  qonaq  elə.  Ağanın 
“Arazbarı”  oxumağı  məlumdur.  Onun  “Osmanlı”sı  da  zil  pərdələrdə 
oxumağı ilə ürəyi deşir. Sonra da “Rahab”.... Ağa başladı nə başladı, bir 
saat  yarıma  yaxın  bunları  oxudu.  Qurtarandan  sonra  əl  çaldılar  və  çox 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə