Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   36   37   38   39   40   41   42   43   44

105 
Martın  22-dən  24-dək  Dövlət  Kukla  Teatrında  keçirilən  Muğam 
Müsabiqəsi  isə  əsl  sənət  yarışmasına  çevrilmişdir.  Müsabiqədə  11 
ölkədən  20  ən  istedadlı  ifaçının  çıxışları  münsiflər  heyətinin  işini 
çətinləşdirsə  də,  seçimin  nəticəsindən  hamı  –  ifaçılar  da,  münsiflər  də, 
tamaşaçılar  da  razı  qaldılar.  «Qran-Pri»  Azərbaycan  ifaçısına  –  Təyyar 
Bayramova  nəsib  olmuşdur.  Birinci  yerə  Özbəkistandan  Yulduz 
Turdiyeva,  ikinci  yerə  İrandan  Məhəmməd  Motomidi,  üçüncü  yerə 
misirli Mustafa Səid layiq görülmüşlər.  
Bütövlükdə  də  «Muğam  aləmi»  Beynəlxalq  festivalı  mədəniyyətin, 
incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı 
xalqların  nümayəndələrini  bir  araya  gətirmək  baxımından  özünü 
möhtəşəm  tədbir  kimi  təsdiq  etmiş,  xalqların  daha  da  yaxınlaşmasına 
mühüm  bir  töfhə  olmuşdur.  «Muğam  aləmi»  Beynəlxalq  festivalı 
indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev 
fondunun  muğamın  qorunub  saxlanması,  gələcək  nəsillərə  çatdırılması 
sahəsində  atdığı  daha  böyük  bir  addımdır.  Bu  festival  bütün  Şərq 
dünyasına  xas  olan  muğamın  tacının  da  Azərbaycanda  olduğunu  sübut 
etmişdir.  Bir  həftəlik  möhtəşəm  muğam  bayramından  sonra  çoxsaylı 
qonaqlar  İslam  mədəniyyətinin  paytaxtı  olan,  Şərq  və  Qərb 
mədəniyyətinin  özündə  sintez  edən  gözəl  Bakıdan  fetivalın  bir  daha 
təkrarlanacağı arzusu ilə ayrılmışlar.  
2009-cu  il  martın  18-də  AMEA-nın  Milli  Azərbaycan  Tarixi 
muzeyində «Muğam aləmi» Beynəlxalq festivalı çərçivəsində beynəlxalq 
elmi simpoziumun açılışı olmuşdur.  
Beynəlxalq festivalın prezidenti, Heydər Əliyev Fondunun prezidenti, 
YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri  M.Əliyeva  simpoziumu 
açaraq  demişdir:  -  simpoziumun  işində  iştirak  etmək  üçün  dünyanın 
müxtəlif  ölkələrindən  paytaxtımıza  gələn  bütün  qonaqlarımıza 
«Azərbaycana  xoş  gəlmisiniz!»  deyirəm.  YUNESKO-nu  təmsil  edən,  o 
cümlədən,  Beynəlxalq  Musiqi  Şurasının  muğam  bölməsində  fəaliyyət 
göstərən qonaqlarımızı xüsusi salamlayıram. Muğamın təhlili, təbliği ilə 
məşğul  olan  məhşur  alimləri,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
əməkdaşlarını,  muğam  ustadlarını,  bütün  muğamsevərləri  bu  gün  bu 
möhtəşəm  tədbirdə  görməyə  şadam.  Ümidvaram  ki,  muğamla  bağlı 
möhtəşəm  tədbirlərin  keçirilməsi  muğam  sənətinin  tarixində  yeni  bir 
mərhələnin  başlanğıcına  çevriləcəkdir.  Eyni  zamanda,  muğam  sənətinə 
həsr  olunmuş  beynəlxalq  simpozium  da  muğamın  təkcə  Azərbaycanın 
mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə 
qədər  dəyərli,  nə  qədər  məna  kəsb  etməsinin  əsas  göstəricisidir.  Biz 
azərbaycanlılar  hamımız,  haqlı  olaraq,  öz  doğma  muğamlarımızla  fəxr 
edirik.  Hər  bir  azərbaycanlı  üçün  muğam  xüsusi  əhəmiyyət  daşıyır. 


106 
Qərblə  Şərq  arasında  Böyük  İpək  yolu  üstündə  yerləşən  Azərbaycan 
sivilizasiyaların  qovuşduğu  bir  məkanda  əsrlər  boyu  öz  mədəniyyətini 
formalaşdırmışdır.  Bəzi  dövrlərdə  biz  müxtəlif  imperiyaların  daxilində 
yaşasaq da, dinimiz, mlli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir 
xalq kimi, millət kimi qoruyub saxlamışdır.  
Azərbaycanın  zəngin  mədəniyyətinin  və  tarixinin  ən  gözəl 
incilərindən  biri  olan,  muğam  sənəti  bizim  mili  sərvətimizdir.  Muğam 
Azərbaycan  xalqına  xas  olan  ən  gözəl  xüsusiyyətlərin  daşıyıcısıdır. 
Torpağa,  köklərə  bağlılıq,  vətənpərvərlik,  milli  ləyaqət  hissi, 
qonaqpərvərlik,  xeyirxahlıq,  mərhəmət,  emosional  zənginlik  –  bütün  bu 
hisslər  muğam  fəlsəfəsinin  əsasındadır.  Odur  ki,  desəm  muğam 
gözəlliyin  və  məhəbbətin  rəmzidir  –  səhv  etmərəm.  Bildiyimiz  kimi, 
2003-cü ildə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin 
qeyri-maddi  irsinin  siyahısına  salınmışdır.  Bizim  üçün  muğam 
sənətinin  tarixinin  hər  bir  səhifəsi,  hər  bir  anı  əzizdir,  çox  doğmadır. 
Əsrlər  boyu  formalaşan  bu  sənət  XX  əsrin  əvvəllərində  xalq 
şənliklərindən, 
toylardan, 
bayramlardan 
ayrılmayaraq, 
konsert 
salonlarında  səslənməyə  başladı.  Həmin  dövrdə  mərhum  Üzeyir 
Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü 
yaratdı.  Məhz  muğamın  dərin  bilicisi  olan  bu  dahi  bəstəkar  Şərqin  ilk 
operası  olan  və  keçən  il  təntənəli  şəkildə  YUNESKO  çərçivəsində  100 
illiyi  qeyd  olunan  «Leyli  və  Məcnun»  operası  yaratdı.  Bununla  da, 
muğam  opera  teatrı  səhnəsinə  qoyuldu.  Eyni  zamanda,  Ü.Hacıbəyli 
Azərbaycan xalq musiqisinin əsaslarına həsr olunmuş nadir bir əsər yazdı 
və bu da muğamın qarşısında yeni imkanlar açdı. Muğam prinsiplərinin 
əsasında  musiqi  bəstələmək  qaydaları  aşkar  olundu  və  bununla  da 
muğamın  zəngin  xəzinəsi  Azərbaycan  bəstəkarlarının  ilham  mənbəyinə 
çevrildi.  Bütövlükdə  demək  olar  ki,  muğam  Azərbaycan  musiqi 
mədəniyyətinin  bütün  janrlarına  təsir  göstərdi.  Bütün  bunlar  Fikrət 
Əmirovun,  Niyazinin  simfonik  muğamlarına,  Qara  Qarayevin 
simfonizminə yol açdı və biz XX əsrdə bu uğurları müşahidə etdik.  
Bu  gün  biz  tarixə  nəzər  salsaq  görərik  ki,  Azərbaycanın  musiqi 
mədəniyyətində elə bir janr yoxdur ki, orada muğamın təsirini görməyək. 
Balet,  opera,  estrada  janrı,  mahnı  janrı,  caz  –  hamısında  biz  muğamla 
sintezi,  muğamın  təsirini  hiss  edə  bilərik.  Eyni  zamanda,  muğam 
özlüyündə yalnız tarixdə yaşayan bir sənət deyil, muğam özü də inkişaf 
edir,  zənginləşir.  Son  illər  ölkəmizdə  muğamın  inkişafına,  təbliğinə, 
genişlənməsinə,  yayılmasına  və  qorunmasına  dair  bir  çox  işlər  həyata 
keçiriblər. Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, həm 
Heydər Əliyev fondu, həm də Azərbaycan Mədəniyyət Dostları fondu bu 
sahədə  öz  layiqli  töfhəsini  vermişdir.  Bildiyimiz  kimi,  son  illər  biz  bir 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə