Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

91 
igidlik  rəmzidir.  Xanəndə  də  bu  muğamları  zərb  ilə  oxuyanda  özündə 
daha  da  qürur  hisslər  keçirir.  Lakin  “Şikəstə”lər  şikəst  sözündən 
götürülüb. Yəni, sınıq, qırılmış, kövrək, məzlum, əzilmiş yazıq deməkdir. 
Onun  oxunması  da,  çalınması  da  yanıqlı  olmalıdır.  Çünki  bu  sözün 
mənası bunu tələb edir. “Şikəstə”ləri hər müğənni oxuya bilməz. O, hər 
oxuyanda  alınmır.  “Şikəstə”ni  oxuyanın  məlahətli,  həzin  səsi  olmalıdır 
ki, dinləyiciyə təsir etsin. 
 Beləliklə, göstərdiyim kimi zərbi muğamlar ayrı janrdır, “Şikəstə”lər 
tam  başqa  bir  janrdır.  Ona  görə  də  bir  daha  qeyd  edirəm  ki,  “Zərb” 
muğam mərdlik rəmzidir, “Şikəstə”lər isə onun tam əksi olan zəiflik 
rəmzidir.  
 “Şikəstə”lərin  yaranma  tarixi  çox  qədim  zamanlara  təsadüf  edilir. 
“Şikəstə”lər  aşıq  musiqisi  ilə  çox  bağlıdır.  Azərbaycanda  hər  bir  yerin 
özünəməxsus  “Şikəstə”si  var.  Xalqımız  şikəstələri  “Bayatı”lar  üstündə 
qurublar. “Şikəstə”lərin yaranması və inkişafı ancaq Azərbaycan xalqına 
məxsuzdur.  Azərbaycanda  mugam  sahəsində  5  əsas  şikəstədən  istifadə 
olunub. 
1.
 
“Qarabağ şikəstəsi” ; 
2.
 
“Kəsmə şikəstə” (“Bakı Şikəstəsi”); 
3.
 
“Mirzəcani şikəstəsi” ; 
4.
 
“Şirvan şikəstəsi ”; 
5.
 
“Sarıtorpaq şikəstəsi”
 “Şikəstə”lər əsas  etibarı ilə  yarandığı  yerin adı ilə bağlıdır.  Məsələn, 
“Sarıtorpaq” şikəstəsi. Şamaxıda Sarıtorpaq məhəlləsinin adı ilə bağlıdır. 
“Zabul-Segah”  pərdəsindən  başlayır.  “Sarıtorpaq  şikəstəsi”nin  gözəl 
ifaçıları Yavər xanım və Haşım Kələntərlilər olmuşdur. 
 “Şirvan şikəstəsi” də Şirvan zonasına aid olduğuna görə oranın adı ilə 
bağlıdır.  “Zabul”  muğamı  üstündə  gedir.  Aşıq  Şakir  bu  şikəstəni  gözəl 
oxuyurdu. 
 “Kəsmə  şikəstə”  Bakıda  yaranıb,  əsasən  Bakıda  da  ifa  olunardı. 
“Kəsmə şikəstə ”ni Yavər xanım və Haşım Kələntərlilər o qədər gözəl ifa 
edirdilər ki, dinləyicilər tərəfindən bu ifaçılar “Şikəstəyə” göra daha çox 
sevilərdilər.  Onlardan  sonra  Fatma  Mehrəliyeva  özünəməxsus 
dəyişikliklər  etməklə  oxumağına  əlavələr  edib  çox  məlahətli  həzin  səsi 
ilə  dinləyicilərin  qəlbinə  yol  tapıb  yaddaşlarda  iz  qoymuşdur.  “Kəsmə 
şikəstə”  ürək  ağrısı  ilə  oxunan  şikəstədir.  Bizim  xanəndə  və 
müğənnilərimiz nə qədər çox olsa da bu şikəstəni ancaq lirik, həzin səsə 
malik olan müğənnilər ifa edə bilər. 
“Mirzəcanı  şikəstəsi”  də  aşıqlar  tərəfindən  bizə  gəlib  çatmışdır.  Bu 
şikəstəni  Bəhram  Mansurov  xatirələrində  Aşıq  Əsəddən,  İbrahim  Qaraçı 
oğlundan  eşitdiyini  vurğulayıb.  Xanəndələrimiz  bu  şikəstəni  çox  az  ifa 


92 
ediblər.  
 Üzeyir Hacıbəylinin dahiliyi onunla bağlı idi ki, o öz yaradıcılığında 
təkcə  musiqi  bəstələməklə  kifayətlənməyib  o  dövrdə  səslənən 
diringilərdən,  rəqslərdən,  muğamlardan,  zərbi  muğamlardan,  hətta  aşıq 
musiqisindən də çox yüksək səviyyədə bəhrələnib, öz əsərlərində istifadə 
etmişdir.  Üzeyir  Hacıbəyli  bizim  gələcək  bəstəkarlara  isbat  edib  ki, 
Azərbaycanın  belə  zəngin  musiqisindən  necə  istifadə  etmək  lazımdır. 
Üzeyir  Hacıbəyli  “Mirzəcanı  şikəstəsi”ndən  “Koroğlu”  operasında 
istifadə  etmişdir.  Bu  operanın  IV  pərdəsində  Həsənxanın  məclisinin 
qonağı  olan  Əhsən  Paşa  Koroğluya  deyir  ki,  “Aşıq,  indi  də  bir  şikəstə 
oxu”.  O  zaman  Koroğlu  həmin  “Mirzəcanı  Şikəstəsi”ni  oxuyur.  Bəli, 
Üzeyir  bəyi  diqqətlə  öyrənmək  lazımdır,  O,  aşıq  musiqisi  əsasında 
“Aşıqsayağı” əsərini yazıb. “Leyli və Məcnun” operasında Üzeyir bəy 7 
əsas  muğam  dəstgahından,  4  kiçik  muğamlarımızdan,  “Heyratı”, 
“Osmanlı”  zərb  muğamlarından,  “Arazbarı”  zərb  ilə;  “Əsli  və  Kərəm” 
operasında,  “Rast”,  “Bayatı-Şiraz”,  “Şur”,  “Hümayun”,  “Bayatı-Kürd”, 
“Şahnaz”,  “Segah”  muğamlarından,  “Osmanlı”  zərbi  muğamından, 
“Qarabağ” şikəstəsindən, “Yanıq Kərəmi” aşıq musiqisindən, “Arşın mal 
alan”, “O, olmasın bu olsun”, “Ər və arvad” və sairə operettalarında bir 
çox diringi və rəqslərdən istifadə edib.  
 Zülfüqar  Hacıbəyov  “Aşıq  Qərib”  operasında  “Bayatı-Şiraz”, 
“Bayatı-Qacar”,  “Mirzə  Hüseyn  segahı”,  “Şahnaz”,  “Katar”,  “Bayatı-
kürd”  muğamlarından,  Şikəstələrdən,  “Kərəmi”  aşıq  musiqisindən,  xalq 
mahnılarından istifadə edib. 
 Müslüm  Maqomayev  “Şah  İsmayıl”  operasında  “Zabul-segah”, 
“Çahargah”,  “Bayatı-Şiraz”,  “Katar”,  “Bayatı-Qacar”,  “Mahur-Hindi”, 
“Qarabağ  şikəstəsi”,  “Kəsmə  şikəstə”sindən  böyük  ustalıqla  istifadə 
etmişdir.  
 “Qarabağ  şikəstəsi”  Qarabağda  yaranıb.  XIX  əsrin  axırları  XX  əsrin 
əvvəllərində  “Qarabağ  şikəstəsi”  müasir  dövrdəki  “Qarabağ  şikəs-
təsi”ndən  tam  fərqli  bir  üslubda  ifa  olunurdu.  O  dövrdəki  “Qarabağ 
şikəstəsi” lirik, həzin bir melodiyaya malik idi. Şikəstəyə məxsus xarakterini 
saxlayırdı. Bu şikəstəyə çox məlahətli, güclü, təsirli səs lazım idi. O zamanın 
“Qarabağ  şikəstəsi”nin  “Mübərriqə”dən  sonra  “Əraq”  yeri  də  oxunurdu 
ki, bu zil yeri çox böyük ustalıqla yanıqlı oxumaq lazım idi. Burada “Əraq” 
yeri II oktavanın “Fa – Sol” pərdələrinə düşdüyünə görə müğənnilərin çoxu 
oxumaqda  çətinlik  çəkdiyi  üçün  “Əraq”  yerini  oxumurdular.  Bundan  da 
əlavə  “Əraq”  yeri  zil  olmasına  baxmayaraq,  çox  həzin  bir  üslubda 
oxunmalıdır.  Onu  da  hər  müğənni  bacarmırdı.  O  dövrdə  bu  “Qarabağ 
şikəstəsi”ni  tam  şəkildə  Cabbar  Qaryağdı  oğlu,  Hacı  Hüsü,  Keçəçi  oğlu 
Məmməd kimi ustad xanəndələr gözəl ifa ediblər. Bəhram Mansurov qeyd 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə