Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə39/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   36   37   38   39   40   41   42   43   44

96 
olmuşdur.  Onların  ətrafında  cəmləşən  gənc  musiqiçilər  ustadlarının 
ifaçılıq  üslubunu  mənimsəyərək,  yaratdıqları  ənənələri  öyrənərək 
onlardan  bəhrələnmişlər.  Ustad  sənətkarların  ənənələri  bu  mənada 
məktəbə  çevrilmişdir.  Belə  məktəblərin  yetirmələri  kimi,  ilk  növbədə 
ustad sənətkarlardan bilavasitə muğamın sirlərini öyrənən xanəndələr və 
sazəndələr  –  tarzənlər,  kamança  ifaçıları  qeyd  olunur,  daha  sonra  isə 
onların ümumi musiqi mədəniyyətinin inkişafına təsiri qiymətləndirilir. 
Onu  da  deyək  ki,  ifaçının  muğam  müəllimi  və  ya  bir  sənətkarın 
məktəbi məfhumunu dar mənada qəbul etmək düzgün deyil. Təbiidir ki, 
sənət yoluna qədəm qoyan hər bir xanəndəyə, tar və ya kamança ifaçısına  
muğamları öyrədən müəllim olur. Bu şəxs ilk müəllim hesab edilir. Lakin 
muğam ifaçısı həm də dövrünün məşhur sənətkarları ilə sıx təmasda, onu 
əhatə edən mədəni mühitdə formalaşır, yetkinləşir. Sözsüz ki, gənc ifaçı 
həm də müasiri olduğu ustad sənətkarların yaradıcılığından bəhrələnir və 
onların  ənənələrini  davam  etdirir.  Bu  baxımdan  ustad  sənətkarların 
yaradıcılığının öyrənilməsi gənc ifaçı üçün məktəb mahiyyəti kəsb edir. 
Muğam ifaçılığında ustadlıq zirvəsinə çatmağa can atan hər bir sənətkar 
özündən əvvəlki ustadların ənənələri üzərində öz məktəblərini yaradırlar. 
XX əsrdə, xüsusilə 1920-ci illərdən başlayaraq, musiqi təhsili sisteminin 
yaranması,  bu  sistemin  tərkib  hissəsi  kimi  muğam  tədrisinin  əsas-
landırılması,  muğamın  üç  pillədən  ibarət  uşaq  musiqi  məktəblərində,  orta 
ixtisas  musiqi  məktəblərində,  ali  musiqi  məktəblərində  tədris  prosesinin 
formalaşması muğam ənənələrinin ümumi inkişafına təsir göstərmişdir.    
Ümumiyyətlə,  XX  əsrin  əvvəllərində  Bakının  iqtisadi  inkişafı 
baxımından yüksələrək, Zaqafqaziyanın ən iri sənaye şəhərinə çevrilməsi 
ilə  onun  mədəniyyət  mərkəzi  kimi  də  rolunu  artırdı.  Bu  zaman 
Azərbaycanın  müxtəlif  bölgələrindən  olan  mədəniyyət  və  incəsənət 
xadimlərinin,  xüsusilə  də  musiqiçilərin  Bakıda  cəmlənməsi  prosesi 
sürətlənməyə başladı. Bu da şəhərin teatr və konsert həyatını canlandırdı. 
Bakı mədəni mərkəz kimi öncül mövqe tutdu. 
Şuşada  və  Şamaxıda  püxtələşmiş  sənətkarlardan  bəziləri  öz 
fəaliyyətini  Bakıda  davam  etdirirdilər.  Buna  baxmayaraq,  onlar  həmin 
bölgələrdə  yeni musiqiçilər nəslinin  yetişməsinə yardım edirdilər. Onlar 
öz  ənənələrini,  sənətkarlıq  sirlərini  yeni  gələn  nəslə,  muğam  məktəbini 
davam etdirən gənc ifaçılara aşılayırdılar. 
Lakin bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, XIX əsrdə formalaşmış  
Qarabağ,  Şirvan,  Abşeron  muğam  məktəblərinin  ifaçılıq  ənənələri  bu 
bölgələrdən olan musiqiçilərin arasındakı sıx yaradıcılıq əlaqələri sayəsində 
qarşılıqlı  təsirə  məruz  qaldı.  XX  əsrdə  Azərbaycanda  professional  musiqi 
təhsilinin    bünövrəsinin  məhz  Bakıda  qoyulması,  bu  təhsil  sisteminin  bir 
qolu kimi muğam sənətinin  tədrisi də bu prosesi sürətləndirdi. 
XX əsrin əvvəllərindən başlayaraq, Bakının musiqi həyatının bir neçə 


97 
istiqamətdə  inkişaf  etməsi  özünü  aydın  büruzə  verir  ki,  bu  da  sonrakı 
illərdə musiqi mədəniyyətinin yüksəlişi üçün bünövrəyə çevrilir.  
Əsas  istiqamətlərdən  biri  Avropa  və  rus  musiqisi  ilə  təmasın 
yaranması  və  musiqi  ictimaiyyəti  tərəfindən  yeni  formaların  mənim-
sənilməsi  ilə  bağlı  idi.  Həmin  dövrdən  başlayaraq,  Bakıda  xarici 
musiqiçilərin, opera trippalarının qastrolları artır. Bunun nəticəsi olaraq, 
simfonik  və  kamera  musiqisi  konsertlərinin,  opera  tamaşalarının  təşkili 
işi genişlənir ki, bu da Bakının musiqi həyatını canlandırır. 
Digər  bir  istiqamət  milli  musiqi  yaradıcılığının  və  ifaçılıığının  yeni 
növlərinin  meydana  gəlməsi  ilə  əlaqədar  idi  ki,  bu  da  Azərbaycan  bəs-
təkarlıq  məktəbinin  formalaşmasında  mühüm  əhəmiyyətə  malik  idi.  Bu 
baxımdan məşhur xanəndə və sazəndə dəstələrinin, aşıqların iştirakı ilə Şərq 
konsertlərinin  verilməsi,  muğamlar  əsasında  musiqili  səhnəciklərin 
göstərilməsi,  dram  tamaşalarının  fasilələrində  muğam  ifaçılarının  çıxışı  və 
nəhayət,  Azərbaycanda  musiqili  səhnə  əsərlərinin  yaranması,  muğam 
operalarının və musiqili komediyaların meydana gəlməsi əlamətdardır. 
Bu dövrdə musiqi həyatında özünü göstərən daha bir istiqamət musiqi 
maarifçiliyinin yaranması idi. Xüsusilə Bakıda fəaliyyət göstərən qabaq-
cıl mədəniyyət  xadimləri  xalqın maariflənməsi  uğrunda, milli  ədəbiyyat 
və incəsənət uğrunda mübarizə aparırdılar. Azərbaycan ədəbiyyatının və 
mədəniyyətinin  mütərəqqi  fikirli  xadimlərinin  xalq  kütlələrini 
oyandırmaq,  maarifləndirmək,  irəli  aparmaq  naminə  gördüyü  işlər  − 
məktəblərin  açılması,  müxtəlif  maarifçilik  cəmiyyətlərin  yaradılması, 
xalqın  tədriclə  Avropa  tipli  musiqi  mədəniyyətinə  alışdırılması  milli 
mədəniyyətin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. 
1920-ci illərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən dəyi-
şikliklər  nəticəsində  milli  mədəniyyətin  inkişafında  yeni  yolların  açıl-
ması,  musiqi  təhsilinin  genişlənməsi,  ifaçılıq  sənətinin  yüksəlişi  prosesi 
muğam ifaçılarının da fəaliyyətinin yeni məcrada inkişafını şərtləndirdi. 
Bu  baxımdan,  musiqi  məktəbləri  şəbəkəsinin  yaradılmasını  qeyd 
etməliyik  ki,  muğam  ifaçıları  dövlət  tərəfindən  açılan  bu  musiqi 
məktəblərində  sənət müəllimi kimi geniş fəaliyyət göstərmişlər. 1920-ci 
illərdə  Şərq  konservatoriyasında,  daha  sonralar  Bakı  Musiqi  Texniku-
munda,  Azərbaycan  Dövlət  Konservatoriyasında  (Bakı  Musiqi 
Akademiyasında), hal-hazırda isə Milli Konservatoriyada, Mədəniyyət və 
İncəsənət Universitetində muğam sənəti tədris olunur. 
Lakin  XX  əsrin  əvvəllərindən  yaranmış  ənənələr  də  müasir  dövrdə 
davam  və  inkişaf  etdirilir.  Hal-hazırda  da  muğam  ifaçılarının  fəaliyyət 
sahəsi teatr və konsert səhnəsi ilə bağlıdır.  Xanəndələrin bir çoxu Opera 
və  Balet  Teatrının  solisti  kimi  Azərbaycan  bəstəkarlarının  muğam 
operalarında  çıxış  edirlər.  Azərbaycan  Dövlət  Filarmoniyasının  solisti 
kimi  geniş  dinləyici  auditoriyası  qarşısında,  həmçinin  radio  və 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə