Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   36   37   38   39   40   41   42   43   44

98 
televiziyada  konsertlər  verirlər.  Bununla  yanaşı,  muğam  ustalarının 
qastrol səfərləri də çox önəmlidir. Avropanın, Rusiyanın, Yaxın və Orta 
Şərqin  böyük  şəhərlərində  bu  sənətkarların  çıxışları  müvəffəqiyyətlə 
keçir, onlar muğamı dünyaya tanıtmağa nail olurlar. 
Muğam ifaçılığı sənətinin inkişafından danışarkən, milli musiqiçilərin 
qrammofon  vallarını  xüsusi  qeyd  etməliyik.  Çünki  muğam  ustadlarının 
ifalarını  qoruyub  yaşadan  qrammofon  valları  xalqımızın  mədəni 
sərvətləridir.  Bu  vallar  Azərbaycan  musiqisinin  təbliğində  və  dünya 
miqyasında tanınmasında müstəsna rol oynamışdır. 
1900-1916-cı  illər  ərzində  «Qrammofon»,  «Pate»,  «Sport-Rekord», 
«Ekstrafon»,  «Noqin»  zavodu  və  başqa  səsyazma  firmaları  məşhur 
Azərbaycan  xanəndə  və  sazəndələrinin  ifalarını  vala  köçürmüşlər. 
Qarabağ  xanəndələrindən  Cabbar  Qaryağdı  oğlu,  Keçəçi  oğlu  Məhəm-
məd,  Məşədi  Məmməd  Fərzəliyev,  İslam  Abdullayev  və  başqalarının 
səsləri  qrammofon  vallarına  yazılmışdır.  Bu  ənənə  bu  gün  də  davam 
etdirilir.  Belə  ki,  muğam  ifaçılarının  çıxışları  müasir  texniki  vasitələrlə 
audio, video kassetlərə  yazılır, İnternet səhifələrində yerləşdirilir. Bütün 
bunlar  muğam  ifaçılarının  auditoriyasını  genişləndirir,  dünya  xalqları 
arasında Azərbaycan muğam sənətinin pərəstişkarlarının sayını artırır.  
Muğamların  və  xalq  musiqisi  nümunələrinin  qrammofon  vallarına 
yazılması  onların  musiqi  elmində  öyrənilməsinə  də  yollar  açmışdır.  Bu 
baxımdan  1932-ci-1943-cü  illərdə  Azərbaycan  Dövlət  Konservatori-
yasının  nəzdində  Bülbülün  rəhbərlik  etdiyi  Elmi-tədqiqat  Musiqi 
Kabinetinin 
fəaliyyəti  diqqətəlayiqdir.  Bu  kabinetdə  məşhur 
xanəndələrin, tarzənlərin və aşıqların ifasında muğam, təsnif, xalq mahnı 
və  rəqsləri,  aşıq  yaradıcılığı  nümunələri  fonovaliklərə  yazılmışdır. 
Sonradan  həmin  nümunələr  kabinetin  əməkdaşları  tərəfindən  nota 
salınmış, kataloqlaşdırılmış və çap olunmuşdur ki, bunun da böyük elmi 
əhəmiyyəti  vardı.  Çünki  həmin  materiallar  musiqişünasların  tədqiqat 
obyektinə  çevrilmişdir.  Onu  da  deyək  ki,    hal-hazırda  Elmi-tədqiqat 
Musiqi Kabinetinin fonovaliklərə  yazılmış zəngin musiqi materiallarının 
əksər  hissəsi  Bülbülün  ev-muzeyində  saxlanılır.  Həmçinin,  Kabinetin 
fəaliyyəti  dövründə  muğam  ifaçılarından  toplanılmış  tarixi  materiallar 
AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında qorunur.  
Muğam  sənətinin  inkişafı,  onun  tədrisi  və  tədqiqi  prosesi  bu  gün  də 
davam  edir.  Müasir  dövrdə  dövlət  səviyyəsində  muğamla  bağlı 
layihələrin həyata keçirilməsi bu sənətin dünya miqyasında təbliğində və 
yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir. 
Xüsusilə YUNESKO tərəfindən Azərbaycan muğamının bəşəriyyətin şah 
əsərləri siyahısına salınması ümumilikdə muğam sənətinin uğurudur.  
YUNESKO-nun  və  İSESKO-nun  Xoşməramlı  səfiri,  Heydər  Əliyev 
Fondunun və Azərbaycan Mədəniyyətinin  Dostları Fondunun prezidenti 


99 
Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata 
keçirilən layihələr muğam  sənətinin  inkişafında və təbliğində xüsusi rol 
oynayır.  Belə  layihələr  sırasında  “Muğam  -  İrs”,  “Muğam  -  Dəstgah”, 
“Muğam Ensiklopediyası”, “Muğam - İnternet”, “Muğam - Antologiya”, 
“Muğam dünyası”, “Muğam Mərkəzi” layihələri qeyd olunmalıdır.  
“Musiqi  Dünyası”  jurnalının  elektron  nəşrlər  mərkəzinin  də  muğam 
sənətinin  təbliği  sahəsində  fəaliyyəti  diqqətəlayiqdir.  Artıq  qeyd 
etdiyimiz  kimi,  bu  mərkəz  tərəfindən  hazırlanan  internet  layihələri,  o 
cümlədən,  “Azərbaycan  diskoqrafiyası”  veb-saytı  və  multimediya 
elektron  məhsulları  hal-hazırda  dünyanın  istənilən  yerində  internet 
istifadəçilərinə virtual məkanda Azərbaycan musiqisini, muğam sənətini 
tanıdaraq, milli musiqi mədəniyyətimizin təbliğində böyük rol oynayır. 
Beləliklə,  xalqın  dünyagörüşünün,  dünyaduyumunun  ifadəsi  olan 
muğam  -    ifaçıların  yaradıcılığında  cilalanaraq,  muğam  məktəblərində 
təkmilləşərək,  bizim  günlərə  gəlib  çatmışdır.  Muğam  bu  gün  də  şifahi 
ənənəli  professional  musiqi  janrı  kimi  milli  musiqi  mədəniyyətimizin 
bünövrəsini  təşkil  edir,  yaşayır,  muğam  ifaçılarının  yaratdığı  sənət 
inciləri bütün dünyaya yayılır. 
 
Ədəbiyyat siyahısı 
1.
 
Ü.Hacıbəyli. Əsərləri. II cild. Bakı. AMEA-nın nəşri. 1965. 
2.
 
“Azərbaycan diskoqrafiyası”. http://discografiya.musigi-dunya.az 
 
РЕЗЮМЕ 
 
«Мугам в контексте азербайджанской музыкальной культуры 20-го века». Ста-
тья посвящена изучению достижений азербайджанского мугамного исполнитель-
ского  искусства.  В  статье  дается  общий  обзор  Азербайджанского  музыкального 
искусства в период со второй половины 19-го века по 20-й век. 
Ключевые слова: Мугам, Джаббар Гарйагды оглу, учебная часть.  
 
SUMMARY 
 
«Mugham in a context of the Azerbaijan musical culture of 20-th century». The arti-
cle  is  devoted  to  the  studying  achievements  Azerbaijan  mugam  performing  art.  In  the 
article is given the general review of the Azerbaijan musical art during the period since 
the second half of 19-th century till 20-th century.  
Key words: Mugam, Djabbar Garyagdi oglu, part of teaching. 
 
Rəyçilər:   Professor V.Əbdülqasımov;  
  
AMK-nın professoru F.Xalıqzadə. 


100 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Muğamşünaslıq       Мугамоведение 
 
Vamiq MƏMMƏDƏLİYEV 
ADMİU-nin  dosenti 
 
AZƏRBAYCAN MUSİQİ SƏNƏTİNDƏ MUĞAMLARIN ROLU, 
ƏHƏMİYYƏTİ VƏ QORUNMASINA DAİR 
 
Açar  sözlər:  muğam,  Əbdülqadir  Marağalı,  dəstgah,  Şərq  mədə-
niyyəti.  
Tariximizin  şirinli-acılı  məqamlarını  öz  məzmunu  ilə  musiqi  dün-
yamızda  qoruyub  saxlayan  sazəndə  və  xanəndə  sənətkarlarımız,  ifa-
çılarımız, muğamlarımızı bu gün də öz zənginliyi ilə hər birimizi təkrar-
təkrar ulu keçmişimizə qaytarır, mənəvi dəyərlərimizin qiymətini daha da 
artırırlar. 
Ulu  öndər  Heydər  Əliyev  cənablarının  «Dünya  azərbaycanlılarının 
qurultayı»nda  milli  dəyərlərimizlə  bağlı  fikirlərini  qeyd  etmək  yerinə 
düşərdi (9-10 noyabr 2001): «Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan 
azərbaycanlılar həmin ölkənin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. 
Ancaq  heç  bir  öz  milli  köklərini,  milli  mənsubiyyətlərini  itirməsinlər. 
Bizim 
hamımızı 
birləşdirən 
milli 
mənsubiyyətimizdir, 
tarixi 
köklərimizdir, 
ədəbiyyatımızdır, 
incəsənətimizdir, 
musiqimiz, 
şeirlərimiz, 
mahnılarımızdır, 
xalqımıza 
mənsub 
olan 
adət-
ənənələrimizdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək 
öz milli dəyərlərini qoruyub saxlasın. Öz mili dəyərlərinə, mili köklərinə 
sadiq  olsun.  Bizim  hamımızı  birləşdirən,  həmrəy  edən  azərbaycançılıq 
ideyasıdır, azərbaycançılıqdır.  
Azərbaycan  xalqı  nəğməkar  xalqdır.  Hələ  qədim  zamanlardan  bəri 
çalğıya,  muğama,  mahnıya  dərin  məhəbbət  bəsləyən  azərbaycanlılar 
günlərini  nəşəsiz,  sevincsiz  dəqiqələrini  və  şən  saatlarını  da  musiqinin 
incə  telləri  ilə,  muğamın  axarlığı  ilə,  mahnının  həzin  melodiyaları  ilə 
ifadə  etmişlər.  Azərbaycanda  musiqi  folkloru  xalq  yaradıcılığının  geniş 
sahələrindən biridir. Bu folklorun inciləri xalqın ən istedadlı musiqiçiləri, 
nəğməkarları  tərəfindən  yaradılmış  və  zamanın  sınaqlarından  çıxaraq 
dillər əzbəri olmuş, ürəklərdə yaşamış, getdikcə daha da təkmilləşmişdir.  
Zəhmətkeş  xalq  həmişə  musiqi  mədəniyyətinə  mənəvi  ehtiyac  hiss 
etmişdir.  Xalqın  mənəvi  həyat  tərzinin  gələcək  haqqında  bəslədiyi 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə