Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə42/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   36   37   38   39   40   41   42   43   44

103 
formada  öz  yerini  tutmuş,  xanəndə  və  sazəndələrimiz  tərəfindən  çalınıb 
oxunur. Başqa xalq musiqi janrları kimi muğamlarımızın da Azərbaycan 
bəstəkarlarının  yaradıcılığına  böyük  təsiri  olmuşdur.  Klassik  muğam 
janrından müasir bəstəkarlarımız da öz yaradıcılıq işlərində geniş istifadə 
etmiş, həmin işi bu gün də davam etlməkdədirlər.  
Xalqımızın musiqi folkloru elə zəngin xəzinədir ki, orada bəstəkarlara, 
xanəndə və sazəndələrə də lazım ola biləcək incilər yetərincədir.  
Muğamlarımızın  gələcək  inkişafı  və  istifadəsi  bir  problem  kimi  xalq 
musiqiçilərimizi,  musiqişünasları  və  musiqi  tədqiqatçılarını  dərindən 
düşündürməlidir.  
 Azərbaycanda muğam sənətinin qorunması və inkişafına xidmət edən 
«Muğam aləmi» Beynədxalq festivalı Heydər Əliyev Fondu, Mədəniyyət 
və  Turizm  Nazirliyi,  Bəstəkarlar  İttifaqının  təşkilatçılığı,  Azərbaycan 
Mədəniyyətinin  Dostları  Fondu,  Milli  Elmlər  Akademiyası,  Təhsil 
Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilmişdir.  
2009-cu  ildə  Bakının  İslam  mədəniyyətinin  paytaxtı  elan  edilməsi 
çərçivəsində,  Novruz  bayramı  günlərində  şəhərimizdə  keçirilən  bu 
möhtəşəm musiqi bayramı muğam ifaçılığı tarixində ilk belə tədbir kimi 
artıq tarixə çevrilmişdir. Bakı bir həftə ərzində həqiqətən də, xalqımızın 
mili  sərvəti,  dünya  mədəniyyətinin  şah  əsəri  olan  muğamın  paytaxtına 
çevrilmişdir. Yenidən nəzərlər Avropa ilə Asiyanın qovşağında yerləşən 
ölkəmizə yönəlmişdi – bu dəfə Azərbaycan mədəniyyətinin təntənəsinə. 
Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  Prezidenti, 
YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri  Mehriban  Əliyevanın 
təşəbbüsü  ilə  keçirilən  «Muğam  aləmi»  Beynəlxalq  Festivalının  açılışı 
martın 20-də Beynəlxalq Muğam Mərkəzində olmuşdur.  
Tədbirdə  nitq  söyləyən  Prezident  İlham  Əliyev  ölkəmizdə  keçirilən 
birinci Beynəlxalq muğam festivalını yüksək qiymətləndirərək demişdir: 
«Bu  hadisə  bizim  üçün  çox  önəmlidir.  Muğam  Azərbaycanın  milli 
sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca 
tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəsilə keçən muğam sənəti 
bu  gün  də  Azərbaycanda  yaşayır,  qorunur,  inkişaf  edir.  Bizim  görkəmli 
muğam  ustadlarımız  öz  məharətini,  öz  biliklərini  gənc  nəslə  ötürürlər. 
Azərbaycanda  ənənəvi  olaraq  keçirilən  muğam  müsabiqələri  də  bu  işdə 
çox  mühüm  rol  oynayır.  Azərbaycanı  muğamsız  və  muğamı 
Azərbaycansız təsəvvür  etmək mümkün deyil. Təsadüfi deyil ki,  birinci 
Beynəlxalq  muğam  festivalı  məhz  Azərbaycanda,  bu  gözəl  Muğam 
Mərkəzində  keçirilir…  Bu  Muğam  Mərkəzində  keçirilən  ilk  beynəlxalq 
tədbirdir. Bu gözəl bina, bir tərəfdən, müasir standartlara tam cavab verir, 
digər  tərəfdən,  mili  üslubda  tikilibdir  və  əminəm  ki,  bundan  sonra  da 
uzun  illər  ərzində  Muğam  Mərkəzi  bütün  muğamsevərləri  sevindirəcək, 


104 
sözün  əsl  mənasında,  muğam  evinə  çevriləcək  və  belə  gözəl  tədbirlərin 
keçirilməsi Azərbaycanda gözəl ənənəyə çevriləcək».  
Beynəlxalq  muğam  festivalının  açılışında,  festival  çərçivəsində 
keçirilən  bir  sıra  tədbirlərdə  YUNESKO-nun  baş  direktoru  Koişiro 
Matsuura da iştirak etmişdir.  
Beynəlxalq  muğam  festivalı  çərçivəsində  martın  18-də  Milli  Tarix 
Muzeyində «Muğam aləmi» Beynəlxalq elmi simpoziumu keçirilmişdir. 
Simpoziumun  açılışında  xalqımızın  mədəni  irsinin  keşiyində  ləyaqətlə 
dayanan  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyeva  çıxış  etmişdir. 
Azərbaycan  muğamı  YUNESKO-nun  Dünya  İrs  Siyahısına  da  məhz 
Mehriban  xanım  Əliyevanın  xidməti  sayəsində  daxil  edilmişdir.  «Biz 
azərbaycanlılar  muğamlarımızla  fəxr  edirik»  deyən  Mehriban  Əliyeva 
muğamı  gözəlliyin  və  məhəbbətin  rəmzi  adlandıraraq  qeyd  etmişdir  ki, 
bu  simpozium  muğamın  təkcə  Azərbaycanda  yox,  bütün  dünyada 
məhşurluğunun  göstəricisidir. Mehriban xanım Əliyeva demişdir:  «Mən 
bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, həm Heydər Əliyev 
fondu, həm də Azərbaycan Dostları Mədəniyyətinin Fondu bu sahədə öz 
ləyaqətli töhfəsini vermişdir. Bildiyiniz kimi, son illər bir sıra irimiqyaslı 
layihələr  həyata  keçirmişik:  muğam  müsabiqələri,  «Qarabağ 
xanəndələri» albomunun buraxılması, «Muğam» jurnalının nəşri və sair. 
Bu sırada «Muğam ensklopediyasının nəşri xüsusi yer tutur».  
YUNESKO-nun təmsilçisi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin 
professoru  Jan Dürinq  «muğam  ümumi  bir dil, ümumi  bir  məqamdır,  o, 
musiqiçilər  arasında  anlaşma,  ünsiyyət  vasitəsidir»  deyərək  Azərbaycan 
muğamının inkişaf etdiyini, zənginləşdiyini və onun bu istiqamətdə digər 
ölkələrə yol göstərdiyini vurğulamışdır.  
Üç  gün  davam  edən  elmi  simpoziumda  Azərbaycandan  və  dünyanın 
müxtəlif  ölkələrindən  gələn  muğam  tədqiqatçılarının  məruzələri 
dinlənilmişdir. Muğam sənətinin tarixində yeni, mühüm bir mərhələ olan 
simpozium  muğamın  qorunması  və  inkişaf  etdirilməsi,  onun  müsəlman 
ölkələrinin mədəniyyəti arasında əlaqələrin möhkəmləndirilməsinə təsiri 
baxımından yüksək qiymətləndirilmişdir.  
Festival  çərçivəsində  Azərbaycan  Dövlət  Filarmoniyasında  italiyalı 
Silvio  Barbatonun  dirijorluğu  ilə  Ü.Hacıbəyli  adına  Dövlət  Simfonik 
Orkestrinin  konsertini  Azərbaycanın  birinci  xanımı  M.Əliyeva  və 
YUNESKO-nun baş direktoru Koişiro Matsuura da izləmişlər.  
Beynəlxalq  Muğam  Mərkəzində  keçirilən  festival  konsertlərində 
azərbaycanlı  ustad  ifaçılarla  yanaşı,  İtaliyanın  «Marağı»,  Suriyanın  «Al 
Kindi», İraqın «Anqam Al Rafidain», Mərakeşin «Nahda», Özbəkistanın 
«Çargox»,  Misirin  «Əl  Ədvar»  ansambllarının  çıxışları  anşlaqla 
keçmişdir.  


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə