Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə38/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

93 
edirdi  ki,  axırıncı  dəfə  1929-cu  ildə  Keçəçi  oğlu  Məmmədin  “Qarabağ 
şikəstəsi”nin ilkin variantda oxuduğunun şahidi olub. 
 Qeyd  etdiyim  kimi  Üzeyir  Hacıbəyli  “Əsli  və  Kərəm”  operasında, 
Zülfüqar Hacıbəyov “Aşıq Qərib” operasında, Müslüm Maqomayev “Şah 
İsmayıl”  operasında  “Qarabağ  şikəstəsi  ”nə  müraciət  edib,  klassik 
formada  olan  ana  xəttinin  çalmasını  və  oxunmasını  olduğu  kimi 
saxlayaraq öz operalarında istifadə etmişlər. Bu tamaşalarda Hüseynqulu 
Sarablı,  Hüseynağa  Hacıbababəyov,  Əlövsət  Sadıqov,  Xanlar  Haqver-
diyev,  Həqiqət  Rzayeva,  Gülxar  Həsənova,  Rubaba  Muradova,  Arif 
Babayev kimi ustadlar da “Qarabağ şikəstəsi ”ni zil pərdələrdə məlahətli 
səsləri ilə çox yüksək səviyyədə oxumuşlar.  
 1930-cu  illərdən  sonra  “Qarabağ  şikəstəsi”  o  dövrdə  olan  orkestrın 
repertuarına salınandan sonra çalğısı dəyişdirilib, zərbi muğamına yaxın 
olub.  “Qarabağ  şikəstəsi”nin  ölçüsü  də  tezləşib.  Bundan  da  əlavə, 
yuxarıda qeyd etdiyim kimi “Əraq” pərdələrində həzin, lirik səslə oxunan 
hissələr də yaddaşlardan silinib gedib. .  
 “Zərbi  muğamlar  və  şikəstələr”  mövzusuna  toxunmağımızın  əsas 
məqsədi oxucuları keçmiş dövrdə olan klassik zərbi muğamlarımızla və 
şikəstələrimizlə  yaxından  tanış  etməkdir.  Uzun  müddət  eyniləşdirilən, 
bəzən mübahisəli fikir ayrılığına səbə olan zərbi muğam və şikəstələrin 
fərqli, eləcədə bənzər cəhətlərini aydınlaşdırmağa çalışdıq. Bu məqalədə 
Məşədi Süleyman Mansurovun əlyazmalarından və Bəhram Mansurovun 
ev arxivindən və xatirələrindən istifadə etmişik.  
 
РЕЗЮМЕ 
Эльхан Мансуров 
Задача  статьи  «Зарби-мугамы»  и  «Шикести»  выяснить  спорный  вопрос  раз-
личий  этих  жанров.  Автор  ссылается  на  мнение  отца  и  его  гостей,  особенно  на 
рукописи его деда Машади Сулеймана. 
Kлючевые слова  Зарби мугамы, шикести, мугам, исполнительское искусст-
во.  
 
SUMMARY 
Elkhan Mansurov 
This article is devoted to differencies “zarb-mugam” and “Shikeste”. 
The author is noticed opinion of father and his guests and manuscripts of his grand 
father Mashadi Suleyman.  
Key words: Zerbi mugams, shikesti, mugam, performing art. 
  
Rəyçilər:  АMK-nın professoru Malik Quliyev;  
 
   
AMK-nın professoru Möhlət Müslümov. 
 


94 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Muğamşünaslıq       Мугамоведение 
 
Mənsum İBRAHİMOV 
Azərbaycan Milli Konservatoriyasının dosenti 
  
MUĞAM SƏNƏTİ XX ƏSR AZƏRBAYCAN MUSİQİ 
MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ 
 
Açar sözlər: muğam, Cabbar Qaryağdıoğlu, tədris ocağı. 
Bütün dünya xalqlarında olduğu kimi, Azərbaycanda da musiqi mədə-
niyyətinin inkişafı müəyyən tarixi mərhələlərdən keçərək formalaşmışdır. 
Qədim  dövrlərdən  bəri  ictimai-iqtisadi  formasiyaların  bir-birini  əvəz 
etməsi  cəmiyyətin  inkişafına  təkan  verməklə  yanaşı,  mədəniyyətin  də 
təşəkkülü  və təkamülü üçün şərait  yaratmışdır. Uzun əsrlər boyu xalqın 
həyatı, yaradıcı fəaliyyəti, daim yeniliyə, yüksəlişə can atması, azadlıq və 
müstəqillik uğrunda mübarizəsi, digər xalqlarla, xüsusən də qonşu xalq-
larla  qarşılıqlı  iqtisadi  və  mədəni  əlaqələr  qurması  Azərbaycan  xalqının 
özünəməxsus mədəniyyətinin formalaşmasında əsaslı rol oynamışdır. 
Xüsusilə  cəmiyyətdə  gedən  iqtisadi,  ictimai  və  siyasi  dəyişikliklərin 
mədəniyyətə  və  incəsənətə  təsiri  bütün  sahələr  üzrə  mədəni  yüksəlişə 
təkan  vermişdir.  Azərbaycan  musiqi  mədəniyyətində  belə  bir  mərhələ 
XIX əsrin II yarısını və XX əsrin I yarısını əhatə edən dövrdə xüsusi ilə 
diqqəti cəlb edir.  
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan musiqi həyatındakı 
canlanma,  muğam  ifaçılığı  sənətində  müşahidə  olunan  yüksəliş  musiqi 
mədəniyyətində  yeni bir  dövrün başlanğıcını hazırlayan mühüm amil kimi 
diqqəti cəlb edir. Məhz bu dövrdə şifahi ənənəli musiqi  yaradıcılığının bir 
qolu olan professional musiqi – muğam sənəti daha da inkişaf edərək, yeni 
ifaçılıq formaları əldə etmiş və fəaliyyət sahələrini genişləndirmişdir. 
Eyni  zamanda  bu  dövrdə  musiqi  mədəniyyətində  şifahilikdən  –  yazılı 
ənənələrə keçidin əsası qoyuldu. Bəstəkar yaradıcılığı, musiqi təhsili sistemi 
inkişaf  etməyə  başladı.  Musiqi  mədəniyyətində  şifahi  ənənəli  professional 
musiqi – muğam və yazılı ənənəli professional musiqi – bəstəkar yaradıcılığı 
parallel olaraq və bir-birinə qarşılıqlı təsir göstərərək, bu gün də öz inkişafını 
davam  etdirir.  Digər  tərəfdən,  bu  dövrdə  musiqi  mədəniyyətinin  inkişafı 
prosesində  ayrı-ayrı  sənətkarların  adları  parlayır.  Məhz  bu  sənətkarların 
yaradıcı  fəaliyyəti  musiqini  irəli  aparan  hərəkətverici  qüvvəyə  çevrilərək, 
mədəniyyət tarixində yeni səhifə açmışdır. 


95 
XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  böyük  sənətkarlar  nəslinin 
yetişməsi  mədəniyyətin  inkişaf  prosesinin  qanunauyğun  nəticəsi  idi. 
Muğam  ustadları  böyük  və  zəngin  milli  ənənələrin  yaşadılmasında 
mühüm rol oynayırlar. Muğam ifaçılığı sənətinin inkişaf istiqamətlərinin 
öyrənilməsi bunu təsdiq edir. Eyni zamanda muğam ifaçılarının nəsildən-
nəslə  ötürdükləri  muğam  sənətinin  bu  gün  də  yaşamasında  böyük  rolu 
vardır.  Muğam  məktəblərində  formalaşan  ənənələrin  qarşılıqlı  əlaqələri 
bunun bariz sübutudur. 
Qeyd  etmək  lazımdır  ki,  XIX  əsrdə  Azərbaycanın  müxtəlif  ərazilə-
rində formalaşan muğam ifaçılığı ənənələri mövcud olmuşdur. Bu ifaçılıq 
ənənələrinin  peşəkar  ifaçılar  tərəfindən  nəsildən-nəslə  ötürülməsi  iki 
mənada məktəb anlayışının formalaşmasına zəmin yaratmışdır: 1) ifaçılıq 
ənənələrinin varisliyi kimi; 2) tədris ocağı kimi. 
Muğam sənətində ayrı-ayrı sənətkarların adı ilə bağlı ifaçılıq ənənələrinin 
qorunması,  onların  sənət  yolunun  davam  etdirilməsi,  əvvəl  yaranan 
ənənələrin mənimsənilməsi, yeni cəhətlərlə zənginləşdirilərək gələcək nəslə 
ötürülməsi,  yəni  ənənələrin  varisliyi  məsələləri  mühüm  əhəmiyyətə 
malikdir.  Bu  ənənələrin  ardıcıl  olaraq  ifaçıların  yaradıcılığı  vasitəsilə 
nəsildən-nəslə keçməsi, musiqi tarixində müxtəlif  muğam ustadlarının adı 
ilə bağlı məktəb anlayışının meydana gəlməsində xüsusi rol oynamışdır. 
Bir  regionda  yaşayan  sənətkarların  yaradıcılığının  formalaşmasında 
həmin ərazidə kök salmış yerli musiqi ənənələrinin rolu və bunun qarşılığı 
olaraq, ayrı-ayrı sənətkarların ifaçılıq ənənələrinin ümumi mühitin inkişafına 
təsiri  və  ifaçılıq  məktəblərinin  yaranması  xüsusi  qeyd  olunmalıdır.  Bu 
cəhətdən  Azərbaycanın  Qarabağ  (Şuşa),  Şirvan  (Şamaxı),  Abşeron  (Bakı) 
muğam  ifaçılığı  məktəbləri  bu  ərazilərdə  yaşayan  ustad  musiqiçilərin 
yaradıcılığı  sayəsində  inkişaf  etmişdir.  Bu  məktəblərin  ifaçılıq  ənənələri 
ümumilikdə  Azərbaycan  musiqi  mədəniyyətinin  tərkib  hissəsi  olub,  onun 
inkişafında mühüm rol oynamışdır.  
XX  əsrdə  Azərbaycan  musiqisində  ayrı-ayrı  regionlarla  bağlı  ifaçılıq 
məktəblərinin ənənələrinin qarşılıqlı təsiri və tədricən qovuşması prosesi 
sürətlənir.  Ümumi  Azərbaycan  musiqi  mədəniyyətinin  bir  qolu  kimi 
şifahi  ənənəli  professional  musiqi  –  Azərbaycan  muğam  sənəti  anlayışı 
ön plana çıxır. 
 Tədris  ocağı  kimi  muğam  məktəbləri  anlayışı  öz  başlanğıcını  XIX 
əsrdə  Qarabağda  formalaşmış  dini  mahiyyətli  muğam  məktəblərindən 
götürmüş,  tədricən  inkişaf  edərək,  muğam  ifaçılarını  yetişdirən  tədris 
bazasına çevrilmişdir.  
Azərbaycan  muğam  ifaçılığı  məktəbinin  inkişafının  mərhələləri  ayrı-
ayrı  görkəmli  sənətkarların  adı  və  ənənələri  ilə  bağlıdır.  Çünki  bu 
sənətkarların ifaçılıq üslubu musiqi sənətində dərin iz buraxmış, onlar öz 
dəst-xətti  ilə  seçilmişlər.  Öz  şagirdlərinə  də  bu  ustadların  böyük  təsiri 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə