Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi


AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə34/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

84 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, 2011 
___________________ 
 
Muğamşünaslıq       Мугамоведение 
 
Elxan MANSUROV 
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi 
 
ZƏRB MUĞAMLAR VƏ ŞİKƏSTƏLƏR 
 
Açar sözlər: zərbi mugamlar, şikəstələr, muğam, ifaçılıq sənəti.  
 XIX əsrin II yarısından, XX əsrin I yarısına qədər muğam sənəti, mu-
ğam ifaçılığı Azərbaycanda yüksək zirvəyə qalxmışdı. O dövrün muğam 
ustadları-sənətkarları  muğam  məclislərində  yığışıb  bizim  muğamlara 
yeni  səs,  yeni  boğaz  artırmaqla  muğamlarımızı  iri  bir  dəstgah  halına 
çevirmişlər.  
 Elə  həmin  dövrlərdə  də  bizim  zərbi  muğamlarımız  yaranmışdır.  
əsas zərbi muğam mövcuddur: 
1.
 
Heyrat-Kabili 
2.
 
Osmanlı 
3.
 
Üzzal – zərbilə 
4.
 
Heydəri 
5.
 
Ovşarı 
6.
 
Mənsuriyyə 
7.
 
Səba-şəms 
 Müəyyən  bir  zamanda  zərbi  muğamlar  “ritmik”  muğamlar  da  deyir-
dilər.  Lakin  yaddan  çıxartmamalıyıq  ki,  “Ritmik”  sözü  Azərbaycan 
xalqına yad bir sözdur. “Ritm” sözünün mənası “ölçü” deməkdir. 
 Zərbi  muğamların  özünəməxsus  bir  çox  gözəl  xüsusiyyətləri  var. 
Məsələn: zərbi muğamları həm instrumental variantda - üçlük - yəni, tar, 
kamança, qaval, həm də xanəndənin ifasında üçlüklə çalınıb oxuna bilər. 
Yəni,  tar  –  kamanca  çalır,  xanəndə  isə  qavalda  zərb  vurmaqla  bərabər 
özünün xanəndəlik məharətini göstərir. 
 Zərbi  muğamların  hər  birinin  öz  ölçüsü  var.  Zərbi  muğamların 
bəziləri  əsasən  hərbi  yürüş  marşlarından  yaranıb.  Ona  görədə  zərbi 
muğamda  çalınan  instrumental  musiqi  parçaları  ancaq  zərb  aləti  ilə 
müşayət  olunmalıdı.  Zərb  ilə  müşayət  olunan  instrumental  musiqi 
parçalarının daxilində oxunan muğama zərbi muğam deyilir.  
 Zərbi muğam igidlik və qəhrəmanlıq timsalıdır. O, elə ifa olunmalıdır 
ki,  insanı  ancaq  mərdliyə  ruhlandırsın.  Zərbi  muğamların  “dəstgah” 


85 
muğamlarından  fərqi  ondadır  ki,  bu  muğamlar  ölçü  ilə  çalınır.  Həm  də 
zərbi  muğamlar  “dəstgah”  muğamlara  ona  görə  bənzəmir  ki,  dəstgahlar 
bir saat – saat  yarım çalınıb oxunduğu halda zərbi muğamlar uzağı on  – 
on beş dəqiqə ifa olunur.  
 Zərbi  muğamın  digər  xüsusiyyətlərindən  biri  də  odur  ki,  yuxarıda 
qeyd etdiyim kimi həm müstəqil şəkildə ifa olunub oxuna bilər, həm də 
hər hansı bir muğam dəstgahının daxilində çalınıb oxuna bilər. Buradan 
da  bir  sual  yarana  bilər  ki,  nəyə  görə  zərbi  muğamlar  müstəqil  olduğu 
halda muğam dəstgahlarının daxilində ifa olunur? Necə olur ki, əvvəllər 
muğam dəstgahları təmiz sırf muğam formasında çalınıb oxunub, indi isə 
Zərbi  muğamlarla  bir  yerdə  ifa  olunur.  Əlbəttə  ki,  bu  sualın  bir  cavabı 
var.  O  da  bizim  xanəndələrin  ustalığından,  məharətindən  irəli  gələn 
amildir. Keçmiş zamanlarda bizim xanəndələrimizin əksəriyyəti zil səsə 
malik olublar. Və o dövrdə bizim muğamlarımızın əksər hissəsi yəni şöbə 
və  guşələri  zildə  (yüksək  registrdə)  ifa  olunurdu.  Məsələn,  “Heydəri” 
muğamını götürək. 
 “Heydəri”  muğamının  13  hissədən  ibarət  şöbə  və  guşələri  var.  Bu 
muğamın  6  hissəsi  bəmdə  və  orta  registrdə  oxunursa,  qalan  7  hissəsi 
zildə  oxunurdu.  Bəhram  Mansurovun  xatirələrində  “Heydəri”  mugamı 
barədə Cabbar Qaryağdı oğlu ilə söhbətini təqdim edirəm. 
 B.M.:  “Cabbar  əmi,  nəyə  görə  “Heydəri”  muğamını  xanəndələrimiz 
çox az ifa edirlər? 
 C.Q.:  Bilirsən,  “Heydəri”  muğamı  o  qədər  zildən  oxunur  ki,  xanən-
dərin  boğazını  yorur.  Bu  muğamdan  sonra  başqa  bir  muğam  oxumaq 
çətindir.” 
 Odur ki, “Heydəri” muğamından bizə miras qalan Bəhram Mansuro-
vun  ifasında  çalınan  “Heydəri”  zərbi  muğamıdır.  Məhz  Bəhram  Man-
surovun sayəsində “Heydəri” zərbi muğamı bu gün də yaşayır. Və hətta 
tədris  proqramına  da  salınıb.  Onu  da  qeyd  edim  ki,  Bəhram  Mansurov 
“Heydəri”  zərbi  muğamının  oxumaq  variantını  ilk  dəfə  Alim  Qasımova 
öyrətmiş  və  ondan  sonra  bütün  xanəndələr  tərəfindən  ifa  olunmağa 
başlamışdır.  
 Xanəndələrin  səs  telləri  yorulmamaq  üçün  hər  bir  dəstgahın  ladına 
uyğun  zərbi  muğam  salınırdı  ki,  arada  xanəndələr  dincəlib  rahat 
oxusunlar.  Ümumiyyətlə,  zərbi  muğamlar  irihəcimli  muğamların,  yəni 
təkcə dəstgah formasında olan muğamların daxilinə çalınıb oxunurdular. 
Məsələn,  XIX  əsrin  sonları,  XX  əsrin  əvvəllərində  “Mahur-Hindi” 
dəstgahı  oxunanda  “Şikəsteyi-fars”  şöbəsi  oxunur  –  “Əşiran”  guşəsi  ilə 
“Mahur-Hindi” muğamına ayaq verir. Və “Əraq” şöbəsinə keçməmişdən 
“Heyrat-Kabili”  zərbi  muğamı  çalınır  ki,  bu  zərbi  muğamda  “Əraq” 
şöbəsi hissə-hissə xanəndə tərəfindən rahat oxunur.  


86 
 Ümumiyyətlə, biz hər bir zərbi muğamın oxunmasına diqqət yetirsək, 
görərik  ki,  bütün  zərbi  muğamlar  zildən  oxunur.  Bu  məqam  bir  daha 
mənim yuxarıda dediklərimi təsdiq edir. 
 “Heyrat-Kabili” zərbi muğamında “Mahur-Hindi” dəstgahının “Əraq” 
şöbəsi; 
 “Üzzal-zərbilə” zərbi muğamında “Bayatı-Şiraz” dəstgahının “Üzzal” 
şöbəsi; 
 “Səba-şəms”  zərb  muğamında  “Şur”  dəstgahının  “Səba-şəms”, 
“Hicaz”, “Qəməngiz” və “Sarənc” şöbələri
 “Mənsuriyyə”  zərbi  muğamında  “Cahargah”  dəstgahının  zil 
“Cahargah” və “Üzzal” şöbələri; 
 “Ovşarı”  zərbi  muğamında  “Şüştər”  muğamının  zil  “Şüştər”  kimi 
şöbələri oxunur. 
 Bildiyimiz  kimi  bütün  muğamlar  və  bu  muğamlara  aid  olan  şöbə  və 
guşələrin adları 4 qismə bölünür: 
1.
 
Say adları (Yegah, Dügah, Segah, Çahargah, Pəncgah, Şeşgah). 
2.
 
Yer,  məkan  adları  (İsfahan,  Şiraz,  Katar,  Dehri,  Ovşar, 
Kərkük, Xorasan, Kəşmir, Heyrat, Kabil və s.) 
3.
 
Tarixi şəxsiyyət və ifaçıların adı ilə bağlı muğam və şöbə adları 
(Hümayun, Hüseyn, Abdulla, Hüsniyyə, Baba Tahir və s.) 
4.
 
Müxtəlif  adlar  (Üşşaq,  Gərduniyyə,  Üzzal,  Dilkeş,  Cüdai, 
Əbülçəp, Rak, Busəlik, Mücrü və s.) 
 Eləcə də zərbi muğamların və şikəstələrin adları da yer, məkan adları 
ilə əlaqəli olduğu təsdiqini tapır. 
 “Heyratı”  zərbi  muğamının  yaranması  1830  –  cu  illərə  təsadüf  edir. 
Zərbi muğamların və “ Şikəstə”lərin yaranmasında aşıq musiqisinin çox 
əhəmiyyətli  rolu  olmuşdur.  Aşıq  sənətinin  çox  qədim  kökləri  var.  Hələ 
keçmiş  zamanlarda  aşıq  sənətiylə  məşğul  olanlar  oz  kiçik  saz  alətini 
götürüb bir çox Şərq ölkələrini qarış-qarış gəzirdilər. Olduqları ölkələrin 
musiqisi  ilə  tanış  olur  və  o  ölkələrin  xalq  havalarını,  musiqisini, 
marşlarını çox böyük məharətlə improvizə edib çalırdılar. O zamanlarda 
bizim tarzənlərimiz də aşıqlar tərəfindən eşitdiyi musiqi parçalarını tarda 
gözəl ifa edib, üçlük formasında çalırdılar. Və həmin dövrlərdə XIX əsrin 
II  yarsına  yaxın  “Heyratı”  zərbi  muğamı  sazəndələrimiz  tərəfindən 
çalınıb.  Bir müddət keçdikdən sonra xanəndələrimiz də öz gözəl  səsləri 
ilə  bu  zərbi  muğama  rəngarənglik  gətirib,  onu  daha  da  genişləndirib  iri 
həcmdə  oxuyublar.  “Heyratı”  zərbi  muğamının  əsl  adı  “Heyrat- 
Kabili”dir. Əsli Əfqanıstanın qədim yürüş marşıdır.  
 Göründüyü  kimi,  Heyrat  və  Kabil  Əfqanıstanın  ən  böyük 
şəhərlərindən biridir. O vaxtlar hərbiçilər bir şəhərdən o biri şəhərə hərbi 
yürüş edəndə bu marşı çalıb oxuyardılar. Ümumilikdə Azərbaycanda bu 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə