Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 3,89 Kb.
Pdf görüntüsü
səhifə30/44
tarix14.12.2017
ölçüsü3,89 Kb.
#15615
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

73 
və digər bu kimi elm sahələri təşəkkül tapdı. Bu tərəqqi, əlbəttə, mədəni 
qarşılıqlı əlaqə faktoru olmadan mümkün deyildi. Alimlərin rəyinə görə, 
Azərbaycanın  Orta  əsrlər  dövrü  qarşılıqlı  mədəni  əlaqələrin  xüsusi 
fəallığı  ilə  seçilirdi.  Fars,  ərəb,  türk  sivilizasiyasının  ümummədəni 
dəyərlərindən  təsirlənmə  yerli  ənənələri  zənginləşdirdi,  Azərbaycan 
mədəniyyətinə təkrarolunmaz görkəm verdi.  
Azərbaycanda  qədim,  islamaqədərki  ənənənin  islam  mədəniyyətinə 
uyğunlaşması yeni tarixi şəraitdə mədəni inkişaf yolu ilə getmişdir. Daha 
sonra isə Azərbaycanın tarixi mədəniyyətində oturaq etnosun yeni köçəri 
türk  etnosları  ilə  daha  artıq  əsaslı  qarşılaşması  nəzərə  çarpır.  Bütün 
bunların  sayəsində  genişlənən  incəsənətin  qarşılıqlı  əlaqələri  yeni 
əsərlərin,  yeni  üslubların,  cərəyanların  təşəkkülünə  imkan  yaradırdı.  Bu 
dövrdə  Qafqaz,  Mərkəzi  Asiya,  Avropa,  İraq,  Hindistan,  Rusiya,  Şərqi 
Ərəbistan  və  Bizans  dövləti  ilə  qarşılıqlı  mədəni  tranzit  əlaqələri  vacib 
faktor kimi qeyd edilməlidir. 
 Qətran Təbrizi,Xaqani Şirvani,Nizami Gəncəvi, Bəhmənyar, Əbülhə-
sən  Şirvani,  Səfiəddin  Urməvi,  Əcəmi  Naxçıvani,  Mahmud  Şəbüstəri, 
Nəsirəddin  Tusi,  İmadəddin  Nəsimi,  Məhəmməd  Füzulinin  əsərləri 
qarşılıqlı  əlaqələr  və  mədəni  təmaslar  barədə  informasiyanı  zənginləş-
dirir.  Söhbət  əsasən  antik  ərəb,  fars,  türk  mədəniyyətinin  nailiyyətlə-
rindən yaradıcı tərzdə istifadədən gedir.  
Musiqi  sənətinin  inkişafı,  musiqi  janrlarının,  onların  bədii 
sistemlərinin  Orta  əsr  dövründə  formalaşması  poeziya  ilə  sıx  əlaqədə 
olması  ilə  şərtlənir.  Obyektiv  faktorlar  əsasında  ərəb-müsəlman 
mədəniyyətində  müəyyən  poetika,  ədəbi  ənənə  formalaşmışdır.  Bu 
ənənəyə  sadiqlik  Azərbaycan  şairlərinin  simasında  (Nizami  Gəncəvi, 
Xaqani Şirvani və b.) yüksək ideya-bədii səviyyəli əsərlərin yaranmasına 
səbəb olmuşdur. Şeir yaradıcılığında əruz forması – qəzəl, rübai, qəsidə, 
müxəmməs – Azərbaycan şairləri tərəfindən geniş istifadə edilmişdir və 
öz  növbəsində  muğam  sənətinin  üslub,  ifadə  və  forma  yaratma 
prinsiplərinə bilavasitə təsir göstərmişdir. 
Muğam sənətinin yüksəlməsi də XII əsrə təsadüf edir. Qeyd edək ki, 
ərəb  mühitində  professional  musiqi  ənənəsi  yerli  milli  ənənələrlə  sıx 
əlaqə  sayəsində  daim  zənginləşmişdir.  Bu  mədəniyyətlərin  qarşılıqlı 
mübadiləsində  Şərq  musiqi  xəzinəsinə  öz  xidmətini  göstərmiş  ərəblərin 
və  azərbaycanlıların  qarşılıqlı  əlaqələri  az  rol  oynamamışdır.  Musiqi 
elmini  Orta  əsr  dövründə  on  iki  makam  haqqında  təlim  formalaşdırır, 
onda  bir  çox  Yaxın  və  Orta  Şərq  xalqlarının  və  ilk  növbədə  ərəb  və 
Azərbaycan musiqi nəzəriyyəsinin nailiyyətləri sintezləşdirilmişdir.  
Məlumdur ki, Orta əsrlərdə Azərbaycan Dərbənddən Xəzər dənizinin 
cənubuna  kimi  geniş  bir  ərazini  əhatə  etmişdir.  Bu  ərazi  Elxanilər 
dövlətinin  mərkəzi  vilayəti  idi,  Marağa  və  Təbriz  şəhərləri  isə  müxtəlif 


74 
illərdə  bu  dövlətin  paytaxtı  olub.  Beləliklə,  Elxanilər  dövlətinin 
informasiya  axını  məhz  Azərbaycandan  keçirdi,  burada  mədəniyyət  və 
incəsənətin  ən  yaxşı  nümayəndələri  toplanmışdır.  Qeyd  edək  ki, 
Azərbaycanın ən vacib qarşılıqlı mədəni əlaqələrini və həmçinin musiqi 
sənətinin qarşılıqlı əlaqəsini səyahətçilər də təsdiqləyirlər. 
Azərbaycan şəhərlərinin çiçəklənməsi,  onun iri karvan  yolları  barədə 
İbn  Battuta,  Babban  Sauma,  Övliya  Çələbi,  Marko  Polo,  Barbaro 
Kantarini,  Adam  Oleari,  Klavixo,  Antoniy  Çelkinson,  Kotov,  Afanasiy 
Nikitin  kimi  məşhur  səyahətçilər  yazırdılar.  Bunlar  Azərbaycanla  digər 
ölkələrlə  əlaqəsini  sübuta  yetirir.  Burada  Azərbaycanın  Səfəvi  dövrü 
tarixçilərindən – “Ahsatan-ət-təvarix” (“Tarixlərin ən yaxşısı”) çoxcildlik 
əsərinin  müəllifi  Həsən  bəy  Rumlunu,  məşhur  “Tarix-i-alan  aray-i 
Abbasi” (“Dünyanın bəzəyi Abbas tarixi”) və “Zeyl-i-tarixi-i alan aray-i 
Abbasi”  (“Dünyanın  bəzəyi  Abbas  tarixinin  davamı”)  əsərinin  müəllifi 
İsgəndər Münşünü qeyd edə bilərik. 
Elmi tədqiqatlarda Azərbaycanın Qədim və Orta əsr qarşılıqlı mədəni 
əlaqələri  haqqında  kifayət  qədər  tarixi  faktlar  təqdim  edilmişdir. 
Azərbaycan  tarixçiləri,  etnoqrafları,  arxeoloqlarının  tədqiqatlarında 
qarşılıqlı mədəni mübadilə, qarşılıqlı incəsənət əlaqələri prosesini lazımi 
səviyyədə  bərpa  etmək  üçün  kifayət  qədər  dəyərli  məlumatlar 
mövcuddur.  Bunlar  Azərbaycanın  mədəni  inkişafında  tarixi  qarşılıqlı 
əlaqələrin necə böyük rol oynadığını əsaslı şəkildə sübuta yetirir. 
İncəsənətlərin  qarşılıqlı  əlaqələrinin  öyrənilməsi  bizə  Azərbaycan 
incəsənətinin,  mədəniyyətin  ayrı-ayrı  təbəqələrini  öyrənməyə  imkan 
verir,  Azərbaycan  xalqının  inkişaf  tarixində  ayrı-ayrı  dövrlərin 
mədəniyyətinin  yekununu  dərk  etməyə  köməklik  göstərir,  ən  əsası  isə 
Azərbaycan xalqının şərq mədəniyyətinə verdiyi töhfəni dəyərləndirməyə 
imkan  yaradır.  Öz  növbəsində,  Şərq  incəsənətinin  özünə  xas  cəhətləri 
haqqında da mühakimə yürüdə bilirik.  
Əgər  memarlıqda,  ədəbiyyatda  əsaslı  qarşılıqlı  əlaqələri  müşahidə 
ediriksə,  musiqidə  isə  yaradıcılıqla  bağlı  sənət  növü  kimi  biz  region-
lararası  əlaqələrin  analogiyasını  əsaslandıra  bilərik.  Aparılan  tədqiqatlar 
sübuta yetirir ki, ərəb xilafəti və türk etnomodelinin musiqi  mədəniyyə-
tinin inkişafında qarşılıqlı təsir prosesi vacib rol oynamışdır. Azərbaycan 
musiqi  mədəniyyətində  xilafət  və  türk  region  ölkələri  üçün  bir  sıra 
ümumi  xüsusiyyətlər  yaranmışdır,  onların  da  əsasında  yerli  şəraitdə 
konkret spesifik cəhətlər öz əksini tapmışdır. Bunlar aşıq yaradıcılığı və 
muğam sənəti timsalında olduqca bariz şəkildə təzahür edir. 
Azərbaycan aşıqlarının yaradıcılığı bir çox Şərq xalqlarının, həmçinin 
türk  xalqının  musiqi  mədəniyyətinin  qarşılıqlı  əlaqələrində  inkişaf  edib. 
Azərbaycan  və  türk  aşıq  ənənələri  onların  etnomədəni  yaxınlığı,  ifadə 
formalarının oxşarlığı, inkişaf mərhələlərinin paralelliyi ilə səciyyələnir. 


Yüklə 3,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə