Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə10/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

 
 
29 
 
Muğamşünaslıq UOT 781,7 Ruslan Tağıyev - “İsfahan” muğamı VI-XIV əsrlərdə  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu fakt “İsfahan” muğamının inkişafının başlanğıc nöqtəsi olduğunu sübut edən 
əsaslı amillərdən biri kimi sayıla bilər. 
Beləliklə,  “İsfahan”  muğamının  tarixinə  dair  apardığımız  tədqiqat  işinin  nəticəsi 
olaraq onu deyə bilərik ki, sözü gedən muğam kiçik şöbə şəklində VI əsrdə yaranmış və 
daha  sonrakı  tarixi  mərhələlərdə,  yəni  VII-XIV  əsrlərdə  inkişaf  etdirilərək  həm  şöbə, 
həm də ki, əsas muğam kimi təşəkkül tapmışdır.     
ƏDƏBİYYAT:  
1.  Klassik Azərbaycan ədəbiyyatı. // Nizami Gəncəvi. Xosrov və Şirin. B.: Lider, 2004, 
509 s.  
2.  Qabusnamə. Heydər Əliyev fondu. B.: Azərbaycan, 2014, 240s.  
3.  Səfərova Z.Y. Azərbaycan musiqi elmi (XIII-XX əsrlər). B.: Azərnəşr. 2006, 541 s. 
4.  Musazadə R. Dügah dəstgahı. B.: Adiloğlu. 2009, 240 s. 
5.  Zöhrabov R.F.  Muğam. B.: Azərnəşr, 1991, 219 s. 
6.  Faseh R. Azərbaycan muğamlarında söz və musiqinin əlaqəsi. B.: Çıraq, 2004, 140 
s. 
    Руслан ТАГИЕВ 
Диссертант АНК 
МУГАМ “ИСФАГАН” В VI-XIV ВЕКАХ 
Резюме: В статье рассматривается исторический путь развития мугама “Исфа-
ган”, являющимся одним из 12 классических мугамов. В работе отмечается, что этапы 
развития мугама “Исфаган” были исследованы в научных трудах учёных VI-XIV веков. 
 Ключевые слова: У.Гаджибейли, трактат, мугам, глава и рисала 
Ruslan TAGIYEV   
                                                                          Candidate for a degree of ANC  
                    “İSFAHAN” MUGНAM IN VI-XIV CENTURIES 
Summary: The article talks about the foundation and the ways of development of “Isfa-
han” mugham which is one of the twelve classical mughams. Note that, a number of musicolo-
gists who lived in the VI-XIV centuries had investigated by examining the stages of historical 
development of “Isfahan” mugham in their scientific works.          
Key word: U.Hacıbeyli, tractate, mugham, chapter, risale 
Rəyçilər: professor Vamiq Məmmədəliyev 
                 sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Musazadə 
 
İyirmi dörd şöbə 
1. Dügah 
9. Hisar   
17. Səba 
2. Segah 
10. Bayatı 
 
18. Hümayun 
3. Çahargah 
11. Nühuft 
19. Nəhavənd 
4. Pəncigah 
12. Üzzal 
20. Zabul 
5. Əşiran 
13. Ouc 
21. İsfahan   
6. Novruzu-ərəb 
14. Neyriz 
22. Huzi 
7. Mahur 
15. Mübərriqə 
23. Rui-İraq 
8. Novruzu-Xara 
16. Rəkb 
24. Mühəyyər 
Altı avaz 
1. Novruz 
2. Gəvəşt 
3. Səlmək 
4. Gərdaniyə 
5. Mayə 
6. Şahnaz 


 
 
30 
 
Konservatoriya” jurnalı 2017№2 (36)
Nəzakət TEYMUROVA 
AMK-nın dosenti 
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7 
 
 
XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BAKI 
XANƏNDƏLƏRİNİN YARADICILIĞINA NƏZƏR 
 
Xülasə:  Məqalə Azərbaycan muğam ifaçılığı  sənətinin inkişafında 
özünəməxsus rol oynayan Bakı xanəndələrinin XIX əsrin sonu, XX əsrin 
əvvəllərindəki yaradıcılıq irsinin tədqiqinə  həsr olunmuşdur. Müəllif Məşədi 
Süleyman Mansurovun xatirələrinə istinad edərək dövrün məşhur muğam 
ifaçılarının ifa üslubları, ifaçılıq xüsusiyyətləri haqqında məlumat vermişdir. 
Açar sözlər: muğam, xanəndə, muğam ifaçısı, təsnif, xalq mahnıları, dəstgah 
 
Muğam  ifaçılığı  məktəbləri  muğamın  tarixi  inkişafında  mühüm  mərhələlər 
kimi  qiymətləndirilir.  Xüsusilə,  XIX  əsrdə  Azərbaycanın  bir  sıra  iri  şəhərlərində  – 
Şuşa, Bakı, Şamaxıda formalaşmış muğam ifaçılığı məktəbləri Azərbaycanın musiqi 
tarixində  mühüm  rol  oynamışdır.  Bakı  şəhərində  təşəkkül  tapmış  və  Abşeronda 
yaşayıb-yaradan  xanəndələri,  xalq  çalğı  alətləri  ifaçılarını  –  sazəndələri  özündə 
cəmləşdirən  muğam  ifaçılığı  məktəblərinin  ənənələrinin  öyrənilməsi  isə  müasir 
dövrdə xüsusi bir aktuallıq kəsb etmişdir.  
Məhz  XIX  əsrin  ikinci  yarısı  və  XX  əsrin  əvvəllərində  xanəndəlik  sənəti  ən 
yüksək  inkişaf  mərhələsinə  çatmış  və  bu  dövrdə  Azərbaycanın  musiqi  mədəniy-
yətinin irəliləyişinə təkan verən və musiqimizi dünyanın bir çox ölkələrində tanıdan 
sənətkarlar  nəsli  yetişmişdir.  Onların  yaradıcılıq  ənənələrinə  əsaslanan  xanəndəlik 
məktəbinin  nümayəndələri  bu  gün  musiqimizin  öncül  sənətkarlarıdır.  Biz,  tədqiqat 
obyekti kimi Bakı (Abşeron) xanəndəlik məktəbini seçmişik və bu məktəbin muğam 
ifaçılıq ənənələrinin öyrənilməsi, qorunması və inkişafı məsələlərinin önə çəkilməsi 
mövzunun aktuallığından irəli gəlir.  
Abşeronda,  Bakıda  “Məcməüş-şüəra”  (Ağa  Kərim  Salik,  Ağa  Dadaş  Müniri, 
Ağa  Seyid  oğlu  Ağabala  və  b.)  və  Mansurovların  musiqi  məclisi  sənət  ocağına 
çevrilmişdi. Xüsusən Mansurovların məclisləri təkcə Abşeronda, Bakıda deyil, bütün 
Azərbaycanda  çox  məşhur  idi.  Əvvəlcə  onu  qeyd  edək  ki,  bu  ailə  artıq  üç  əsrə 
yaxındır  ki,  Azərbaycan  milli  musiqisinin  keşiyində  durub,  ona  xidmət  edir.  Bu 
musiqi  məclisinin  rəhbəri  Məşədi  Məlik  Mansurov  olub.  Burada  muğamatın  nə 
zaman, kim tərəfindən, hansı şəraitdə yaradılması mövzusu məclis üzvlərini daha çox 
maraqlandırırdı. Eyni zamanda, hər bir muğam məclisdə ayrıca müzakirə olunurdu. 
Muğamların  tamam  düzgün  oxunulmasına  diqqət  yetirilirdi,  musiqiçilər  arasında 
müəyyən bir muğamın şöbə, guşə və hissələri barəsində mübahisə düşdükdə tarzən 
Mirzə  Fərəcə,  yaxud  xanəndə  Ağa  Kərim  Salikə  müraciət  edirdilər.  Bakı  musiqi 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə