Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə40/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   32   33   34   35   36   37   38   39   40

Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
103 
 
İbrahimin musiqi məktəbindəki fortepiano dərslərinin sakit axınını pozur, məcrasını 
dəyişir.  O,  hədiyyə  edilmiş  tarda  çalmağı  öyrənməyə  başlayır.  Tədricən  bu  ötəri 
həvəs  onda  ciddi  məşğuliyyətə  çevrilir,  meylini  saldığı,  sevdiyi  bu  alətdə  saatlarla 
çalmaqdan, məşğul olmaqdan zövq alır. Nəhayət, o, 6 saylı İncəsənət məktəbindəki 
təhsilini fortepiano üzrə deyil, tar sinfində davam etdirir. İbrahim məktəbin müxtəlif 
tədbirlərində,  hər  tədris  ilinin  sonunda  keçirilən  yekun  konsertlərində  iştirak  edir, 
yaddaqalan ifası ilə seçilir, musiqi istedadı və fərqli çalğısı ilə hamının diqqətini cəlb 
edir.  Belə  konsertlərin  birində  o,  Azərbaycan  Respublikasının  xalq  Artisti  Teymur 
Göyçayevin  rəhbərlik  etdiyi  orkestrin  müşaiyəti  ilə  Vasif  Adıgözəlovun  “Laylay” 
əsərini ifa edir. 
2012-ci  ildə  isə  İ.Babayev  Azərbaycan  Milli  Konservatoriyası  nəzdində 
fəaliyyət  göstərən  Musiqi  Kollecinə  daxil  olur.  O,  muğam  dərslərini  adı 
Azərbaycanın  musiqi  ictimaiyyətinə  çox  yaxşı  tanış  olan  gözəl  tarzən,  Azərbaycan 
Respublikasının xalq artisti, professor Ağasəlim Abdullayevin sinfində keçir, ixtisas 
dərslərini  isə  Azərbaycan  Respublikasının  əməkdar  artisti  Ələkbər  Ələkbərovdan 
alır.  Müəllimlərinin  səyi,  özünün  hədsiz  zəhmətsevərliyi  nəticəsində  o,  tədricən 
muğam  sənətinin  ecazkar  aləminə  daxil  olur,  tar  alətinin  geniş  imkanlarını 
mənimsəməyə başlayır. Elə birinci kurs tələbəsi ikən İbrahim respublikada keçirilən 
müxtəlif müsabiqələrdə çıxış edir. O, 2012-ci ildə Ümummilli Lider Heydər Əliyevin 
90-illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 
təşkil olunan “Gənc  ifaçıların ikinci Respublika müsabiqəsi”ndə iştirak edir, yüksək 
ifa  səviyyəsinə  görə  birinci  yerə  layiq  görülür.  Növbəti,  2013-cü  ildə  Azərbaycan 
Respublikası  Təhsil  Nazirliyi  ilə  Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşkil  etdiyi 
“Milli musiqi alətləri ifaçılarının Bülbül adına ikinci Respublika müsabiqəsi”ndə də 
o öz ifası ilə seçilərək yenə birinci yerə layiq görülür. Elə həmin ildə o, Azərbaycan 
Respublikasi  Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşkilatçılığı  ilə  keçirilən  üçüncü 
Respublika  müsabiqəsində  yüksək  səviyyəli  çıxışı  ilə  diqqəti  cəlb  edir  və  birinci 
dərəcəli  diplomla  təltif  olunur.  Həmin  müsabiqədə  münsiflər  heyətinə  sədrlik  edən 
tanınmış tarzən, Azərbaycan Respublikasının xalq artisti Ramiz Quliyev onun ifasını 
çox  bəyənir.  O,  Azərbaycan  Televiziya  və  Radio  Verilişləri  QSC-in  (AZTV) 
tərkibində  fəaliyyət  göstərən  Əhsən  Dadaşov  adına  “Xatirə”  xalq  çalğı  alətləri 
ansamblının rəhbəri Adil Bağırova İ.Babayev haqqında geniş məlumat verir, həmin  
ansamblda birinci tar vəzifəsində çalışmasını məsləhət görür. R.Quliyevin təqdimatı 
ilə  ansambla  qəbul  edilən  İbrahim  bu  günə  kimi  həmin  ansamblda  çalışır  və  onun  
konsert proqramlarında fəal iştirak edir.  
Bununla  yanaşı  İ.İbrahim  təhsil  illərində  Musiqi  Kollecində  keçirilən 
konsertlərdə,  hətta  dövlət  tədbirlərində  çıxış  edərək  görkəmli  Azərbaycan 
bəstəkarlarının  əsərlərini  ifa  edir.  Bu  konsertlərdə  onun  ifasında  F.Əmirovun 
“Laylay”,  Niyazinin  “Arzu”,  C.Cahangirovun    “Ana”  və  başqa  əsərləri  səslənirdi. 
Konsertlərdə o, nəinki kiçik, həmçinin iri həcmli əsərlərlə də çıxış edirdi. Belə ki, o, 
Azərbaycan  Respublikasının  xalq  artisti,  professor    T.Bakıxanovun  tar  və  orkestr 
üçün  yazdığı  1  saylı  konsertini,  Ü.Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Simfonik 
Orkestrinin 
müşaiyəti 
ilə 
Azərbaycan 
Respublikasının 
xalq 
artisti 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
104 
 
H.Xanməmmədovun  tar ilə orkestr üçün yazdığı 2 saylı konsertinin birinci hissəsini 
ifa edir.  
Solo  çıxışları  ilə  yanaşı  yeniyetmə  konsert  salonlarında  instrumental  trionun 
tərkibində müxtəlif muğam müsabiqələrində iştirak etmiş gənc xanəndələri – Məxtun 
Məmmədov, Xəqani Niftəliyev, Vüqar Əliyev, Fərid Əliyev və başqalarını müşaiyət 
edirdi. Beləliklə, o, solo ifaçı, həmçinin müşaiyətçi kimi çıxış etdiyi hər bir konsertdə 
tədricən püxtələşir, ifa tərzini kamilləşdirirdi. 
 
İbrahim Babayev müəllimi, Azərbaycan Respublikasının əməkdar artisti  
Ələkbər Ələkbərovla. 
2014-cü  ildən  başlayaraq  İbrahim  beynəlxalq  müsabiqələrdə  iştirak  etməyə 
başlayır.  Belə  ki,  həmin  ildə  o,  Özbəkistan  Respublikasının  Daşkənd  şəhərində 
keçirilən  “Ana  Yurdun  Ahəngləri”  beynəlxalq  müsabiqəsində  iştirak  edir. 
Müsabiqənin birinci mərhələsində o, rus bəstəkarı M.Qlinkanın “Ruslan və Lüdmila” 
operasından  “Uvertüra”nı,  istedadlı  Azərbaycan  bəstəkarı  A.Bəbirovun  “Konsert 
pyesi”ni  təqdim  edir.    İkinci  mərhələdə  isə  o,  “Orta  Mahur”    muğamını  və 
müsabiqənin proqramına daxil olan Özbək bəstəkarı A.Nazarovun “Fəsli bahar” adlı 
əsərini  Özbəkistanın  Xalq  Çalğı  Alətləri  Orkestrinin  müşaiyəti  ilə  ifa  edir. 
Azərbaycan ifaçısı “laureat” adını qazanır, həmçinin ikinci yerə layiq görülür.  
2015-ci  ildə  isə  İ.Babayev  artıq  yeni,  ABŞ-ın  Nyu-York  şəhərində  keçirilən 
“Amerikan  Protege  İnternational  Competition”  adlı  Beynəlxalq  müsabiqədə  iştirak 
edir. Bu müsabiqə ilk dəfə keçirilirdi. Onun təşkil edilməsində əsas məqsəd dünyanın 
müxtəlif  ölkələrində  yaşayan  gənc  istedadları  üzə  çıxarmaq,  onların  bu  sahədəki 
fəaliyyətini göstərmək və dəstək olmaq idı. 
Müsabiqədə  müxtəlif  ölkələrdən  olan  gənc  musiqiçilərlə  (pianoçular,  simli, 
nəfəs aləti ifaçıları, vokalçılar) yanaşı Azərbaycan tarzəni də iştirak edirdi. Müsabiqə 
iki yaş qrupu üzrə keçirilirdi. Birinci qrupda 6-18 yaş arasında olan istedadlı uşaqlar 
və  gənclər,  ikincidə  isə  yaşı  on  səkkizi  ötmüş  peşəkar  musiqiçilər  yarışırdılar. 
Müsabiqənin baş tutması, ərsəyə gəlməsi üçün iştirakçıların ifaları canlı deyil, məhz 
səsyazma şəklində dinlənilirdi. Müsabiqədə yalnız 29 nəfər müxtəlif  yaş və alətlər 
qrupu üzrə qalib adına layiq görülmüşdür. 
İ.Babayev  müsabiqədə  Azərbaycanı  təmsil  edən  yeganə  iştirakçı  olsa  da 
Azərbaycan  ifaçılıq  sənətini  yüksək  səviyyədə  təmsil  edir.  O,  müsabiqəyə  İspan 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
105 
 
bəstəkarı  və  skripka  ifaçısı  Pablo  de  Sarasatenin  məşhur  “Qaraçı  havaları”  ilə 
qatılmış və birinci yerə layiq görülmüşdür. Müsabiqənin təşkilatçıları tərəfindən  o, 
Nyu-Yorkda keçirilən, qaliblərin canlı ifaları əsasında təşkil edilən yekun konsertinə 
xüsusi dəvət alır.  
2016-cı ilin uğurlarından biri İbrahimin Musiqi Kollecini bitirərək ali məktəbə, 
Azərbaycan Milli Konservatoriyasına daxil olması ilə əlaqədardır. Hal-hazırda o, bu 
təhsil oçağının tələbəsidir, muğam dərslərini Respublikanın Əməkdar artisti Ələkbər 
Ələkbərovun  rəhbərliyi  altında  keçir,  ixtisas  üzrə  isə  dosent  Səbuhi  Cəfərovun 
sinfində oxuyur. O, tələbə orkestrında  çalmağa başladığı elə ilk gündən onun rəhbəri 
və dirijoru tərəfindən orkestra konsertmeystr təyin edilmişdir. 
İ.Babayevin adı artıq peşəkar tarzənlər, həmçinin yetişən tar ifaçılarına bəllidir. 
Ümüdverici,  istedadlı  gənc  əldə  etdiyi  bu  nailiyyətləri  ilə  heç  də  kifayətlənmir, 
məmnunluq duymur, o, yeni yüksəkliklərə can atır, yeni zirvələri fəth etməyə çalışır. 
Budur, 2016-cı ilin 14-21 noyabrında İ.Babayev Daşkənddə keçirilən “Ana Yurdun 
Ahəngləri”  adlı  II  Beynəlxalq  müsabiqədə  çıxış  edir.  Həmin  müsabiqəyə  405 
iştirakçı  qatılmışdı.  Onlar  Özbəkistan,  Qazaxıstan,  Qırğızıstan,  Türkiyə,  Rusiya, 
Azərbaycan,  İran  və  digər  ölkələri  təmsil  edirdilər.  İbrahim  simli-mizrablı  alətlər 
qrupunun böyük yaşlılar dəstəsində yarışırdı ki, burada da əlliyə yaxın iştirakçı var 
idi.  Müsabiqə  iki  mərhələdən  ibarət  idi.  Birinci  mərhələdə  o,  F.Əmirovun  “Sevil” 
operasından  Balaşın  ariyasını,  həmçinin  əsərlərini  sevə-sevə  dinlədiyimiz 
T.Quliyevin “Qaytağı” və Pablo de Sarasatenin “Qaraçı havaları” nı ifa edir. İkinci 
mərhələdə  isə  İ.Babayev  ifa  eydiyi  mütləq  əsər  özbək  bəstəkarı    N.Narxojayevin 
yazdığı    “Novruz  ifolisi”  idi.  Azərbaycan  ifaçısı  bu  əsəri  Özbəkistanın  Xalq  Çalğı 
alətləri  orkestrinin  müşaiyəti  ilə  ifa  edir  (Orkestrin  bədii  rəhbəri  və  baş  dirijoru 
Firuzə  Əbdürəhmanova idi). Onu da qeyd etməliyik ki, İ.Babayev ikinci mərhələdə 
ifasına  bir  qədər  yaradıcı  yanaşmış,  “Novruz  ifolisi”  əsərindən  öndə  “Rast” 
muğamının “Əraq” şöbəsini əlavə olaraq ifa etmişdir. Müsabiqədə İ.Babayevin ifası 
münsiflər  heyəti  tərəfindən  yüksək  qiymətləndirilmiş  və  o  birinci  yerə  layiq 
görülmüşdür. 
 
2016-cı ilin noyabrında Daşkənddə keçirilən “Ana Yurdun Ahəngləri” adlı 
İkinci Beynəlxalq Müsabiqədə  İ.Babayevin Özbəkistanın xalq çalğı alətləri 
orkestrinin müşaiyəti ilə  çıxışi. 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
106 
 
2017-ci  ilin  mayın  3-də  isə  İbrahim  Babayevin  daha  bir  maraqlı  layihəsinin 
şahidi  olduq.  “Musiqili  səyahət”  adı  altında  reallaşmış  konsert-layihədə  yüksək 
professionallıqla  seçilən  əsərlər  səhnələşdirilmiş  ssenari  əsasında  qurularaq  məntiqi 
şəkildə  bir-birini  əvəz  edirdi.  “Tam  fərqli  –  qədimlik,  klassika,  müasirliyin 
təcəssümü” epiqrafı altında düzənlənən konsertin əsas mahiyyəti odur ki, şərti olaraq 
Avropanın  müxtəlif  ölkələrinə  səyahət  edən  ifaçılar  həmin  ölkənin  tanınmış 
bəstəkarlarının  əsərləri  ilə  çıxış  edirdi.  İfaçının  öz  xəyallarında  baş  verənləri,  onun 
Almaniya, İtaliya, Polşa, İspaniya və Rusiyaya səyahətini tamaşaçılar  vidiogörüntü 
və slaydlarda müşahidə edirdi. Proqramda bir çox əsərlər tar üçün işlənmiş variantda 
ilk  dəfə  ifa  edildi.  Konsertin  ideya  müəllifi,  AMK-nın  aparıcı  konsertmeysteri 
Svetlana  Əhmədovanın  da  rolu  xüsusi  qeyd  olunmalıdır.  Fəal  konsert fəaliyyətində 
olan  Svetlana  Əhmədova  öz  səhnə  təçrübəsini  İbrahim  Babayevlə  daim  bölüşür. 
Konsertdə ilk dəfə ifa edilən bəzi əsərlərin tar üçün işləməsi Svetlama Əhmədovaya, 
tar  partiyasının  redaktəsi  Səbuhi  Cəfərova  məxsusdur.  Bu  cür  maraqlı  tərtibatda 
təqdim  edilmiş  konsert-layihə  dinləyicilərin  xüsusi  marağına  səbəb  oldu.  İfaçılıq 
yolunun  astanasında  maraqlı  layihələrlə  çıxış  edən  İbrahim  Babayevin  gələcək 
sənətində böyük uğurları və yüksək nəaliyyətlərini görmək arzusundayıq. 
İradə HÜSEYNOVA 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru 
AMK-nın baş müəllimi 
 
BUŞE ŞƏHƏRİNDƏN GƏLƏN İRAN SƏDALARI 
16  may  İran  Mədəniyyət  Mərkəzi  və  AMK-nın  təşkilatçılığı  ilə 
konservatoriyanın  Böyük  zalında  möhtəşəm  konsert  keçirildi.  İranın  cənub 
hissəsindəki  Buşe  şəhərindən  olan  musiqiçilər  dinləyiciləri  valeh  etdilər.  Onların 
istifadə  etdiyi  bəzi  alətlər  fərqli  idi,  böyük  maraq  doğururdu,  ifaçıların  musiqisi 
kimi...  
Tədbiri  AMK-nın  Beynəlxalq  Əlaqələr  departamentinin  rəhbəri  Cahangir 
Səlimxanov  açdı  və  musiqiçilər  barədə  məlumat  verərək  İran  xalq  musiqisinin 
dolğunluğundan bəhs etdi. Sonra İran Mədəniyyət Mərkəzinin rəhbəri, cənab Əsgər 
Farsi  səhnəyə  dəvət  olundu.  Ə.Farsi  İran  və  Azərbaycanın  qədim  adət-ənənələrinin 
olduğunu  vurğulayaraq  İslam  Həmrəylik  oyunlarının  təqdirəlayiqliyidən  söz  açdı. 
Sonda sözünü yekunlaşdıraraq dedi: “Sağ olsun İran və Azərbaycan xalqı... Yaşasın 
bizim dostluğumuz!”  
Qonaqların çalğı alətləri tamaşaçılarda böyük maraq doğururdu. Bu alətlərin 
bəziləri  bizim  alətlərə  bənzəyirdi.  Tulumu  İranda  bəzi  xalqlar  nayi-xik,yaxud  ney-
ənban adlandırırlar.  Ümumiyyətlə, tuluma bənzəralətlərdən dünyanın bir sıra qədim 
xalqları müxtəlif adlarla istifadə edirlər. Öncədən deyək ki, bu aləthəmin gün konsert 
boyu  ifa  olunurdu.  Dağ  maralının  buynuzundan  hazırlanmış  buq  nəfəsalətinin  də 
maraqlı səsi var. Qoşanağaraya bənzər dəmmam-eşqum zərb aləti isə solisti müşayiət 
etmək üçün nəzərdə tutulub. Burada istifadə olunan tempo zərb aləti demək olar ki, 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
107 
 
bizim nağaranın eyni idi. Senc aləti döyüşdəki qılınc səsini xatırladır,ud-bərbət, ikili 
ney, fleytaalətləri sanki zəngin İran musiqisinin ruhuna uyğun yaradılıb. 
 
Nəhayət,  konsertin  əsrarəngiz  musiqili  hissəsi  başladı...  Səhnəyə  çoxlu  zərb 
alətləri  daxil  oldu,  aralarında  həmin  maraqlı  buq  nəfəs  aləti  də  var  idi.  Bu,  nə  isə 
fərqli  bir  musiqi  idi.  Sonra  növbəti  musiqi  nömrəsində  ifaçı  udda  gözəl,  məlahətli, 
ürəyəyatımlı, düşündürücü bir İran təranəsi ifa etdi. Səhnədəki digər zərb alətləri də 
ona  qoşuldu.  İnsan  səsi  faktoru  musiqini  daha  da  gözəlləşdirirdi,  müğənni  alətlərin 
müşayiətilə İran xalq musiqisi oxudu. Onun çox gur, şaqraq səsi zaldakı dinləyiciləri 
özünə cəlb edirdi. 
III musiqi nömrəsi təqdim olunarkən ney-ənban ifaçısıöz məharətini nümayiş 
etdirdi  və  şən,  oynaq  bir  gözəl  musiqi  ilə  proqramı  davam  etdirdi.  Bu  musiqi 
tamaşaçıların  doğrudan  da  marağına  səbəb  oldu  və  alqışlarla  müşayiət  olundu, 
müğənni də oxuyaraq musiqini daha da özünəməxsus çalara qərq etdi.  
IV  musiqi  nümunəsindəifaçı  yenəney-ənban  alətində  şən  bir  musiqi  ifa 
edərək,  səhnədəki  musiqiçilərin  əlçalmaları  ilə  müşayiət  olundu,  musiqinin  davamı 
olaraq  müğənninin  şaqraq  boğazları  səsləndi...  İran  musiqisini  canlı  dinləmək 
həqiqətən çox maraqlı idi.  
Növbəti  ifazamanı  ud  ifaçısı  həzin,  qəmli  bir  melodiya  çalaraq,  yerini  ney-
ənbançıya verdi. Sonra ardıcıllıqla müğənni həmin musiqini davam etdirdi və bu ifa 
tədricən şən musiqiyə qarışdı, surətini artıraraq da sona çatdı. 
Bir-birindən  maraqlı  musiqilərdən  sonra  səhnədə  sehrli  fleyta  səsləndi  və 
müğənni onun müşayiəti ilə kiçik bir muğam parçası ifa etdi. Yenə də müğənninin 
şən melodiyası və özünəməxsus ritmik jestləri diqqəti çəkirdi. Xorun replikaları ilə 
müğənninin ifası ilə növbələşirdi.  
Beləliklə,  həmin  gün  AMK-da  çox  maraqlı  bir  gün  yaşandı.  Konsertin 
sonunda hörmətli rektorumuz, professor, Xalq artisti Siyavuş Kərimi yekun çıxışını 
etdi,qonaqlara maraqlı konsert proqramına görə təşəkkürünü bildirdi. 
Kəmalə Hacıyeva 
 “Milli musiqinin tədqiqi” elmi-tədqiqat  
laboratoriyasının kiçik elmi işçisi 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
108 
 
 
AMK-DA NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR 
 
19 may 2017-ci il tarixində Azərbaycan Milli 
Konservatoriyasının “Milli musiqinin tədqiqi” elmi-
tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə 
elmlər  doktoru,  professor  Abbasqulu  Nəcəfzadənin 
konservatoriyanın  “Bakı”  zalında  növbəti  seminarı 
baş  tutdu.  Bu  dəfəki  seminar  xanəndə,  aktyor, 
Əməkdar  artist  Şirzad  Hüseynovun  həyat  və 
yaradıcılığına həsr olunmuşdu. 2 saat ərizində davam 
edən  seminarda  A.Nəcəfzadə  mətbuatda  yanlış 
olaraq  alman  əsilli  kimi  təqdim  olunan  Şirzad 
Hüseynovun  soy-kökü,  həyat  və  yaradıcılığına  dair 
maraqlı  faktları  açıqladı.Onun  opera  səhnəsində  – 
Məcnundan  başlayaraq  Koroğluyadək  ifa  etdiyi 
bütün  rollar(bura  Avropa  ruhlu  əsərlər  də  daxildir) 
haqda danışdı və ailəsi barədə geniş məlumat verdi. 
Sənətkarın  indiyədək  opera  səhnəsində  kimsənin 
əldə  etmədiyi  uğurlardan  söz  açdı.  Eləcə  də  qonaqlar  və  seminarda  iştirak  edənlər 
Şiraz Hüseynovun ifasını audio formatda dinlədilər, onun həyat və yaradıcılıq yolunu 
əks etdirən fotolardan ibarət slayda baxmaqla bu sənətkarın  musiqi tarixindəki yeri 
və rolu haqqında əyani olaraq bilgi əldə etdilər.  
Seminarda  həmçinin AMK-nın professoru, tədris işləri üzrə prorektor Malik 
Quliyev,  əməkdar  incəsənət  xadimi  bəstəkar  Vasif  Allahverdiyev  də  çıxış  edərək 
Şirzad Hüseynova həsr olunmuş seminar haqqında dəyərli fikirlər söylədilər. 
Humay Fərəcova
 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
109 
 
Konservatoriya” elmi jurnalının tələbləri
 
“Konservatoriya”  elmi  jurnalı  Azərbaycan  Milli  Konservatoriyasının  Elmi  Şurasının  26 
dekabr  2008-ci  il  tarixli  7  saylı  protokolu  ilə  təsdiq  edilmiş,  Azərbaycan  Respublikası  Ədliyyə 
Nazirliyində 17.12.2008-ci il tarixdə 2770 saylı Şəhadətnamə ilə qeydə alınmışdır. 
“Konservatoriya”  elmi  jurnalı  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 
Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol № 10-
R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən 
elmi  nəşrlərin  siyahısı”na  salınmışdır.“Konservatoriya”  elmi  jurnalı  ildə  4  dəfə  (üç  aydan  bir) 
nəşr edilir. Dərgidə Azərbaycan, ingilis, türk, rus və başqa dillərdə məqalələr dərc olunur.  
“Konsevatoriya”  elmi  jurnalında  çap  olunmaq  uçun  təqdim  ediən  məqalələr  aşağıdakı 
şərtlərə cavab verməlidir. 
Məqalənin quruluşu 
1.  Müəllifin adı və soyadı 
2.  Müəllifin fotosu 
3.  Statusu (elmi adı, elmi dərəcəsi və ya fəxri adı, yaxud dissertant, ya da doktorant 
olduğu təşkilat) və vəzifəsi (işlədiyi yer, müəssənin ünvanı) 
4.  E-maili 
5.  Məqalənin başlığı (Baş hərflərlə)  
6.  Məqalənin yazıldığı dildə xülasə (4-5 cümlə) və açar sözlər (6-10 söz) 
7.  Məqalənin mətni, foto və not nümunələri ilə birgə 
8.  Ədəbiyyat siyahısı 
9.  Daha iki dildə xülasə və açar sözlər 
10.  Rəyçilər 
Təqdim edilən məqalələrin formatı 

Məqalənin çap olunmuş əlyazması (1 nüsxə) və onun elektron variantı (CD disk və ya 
fləş kartda) məqaləyə 2 rəy ilə birlikdə təqdim edilir. Əlyazma və CD disk geri 
qaytarılmır. Məqalə jurnalın emailinə göndərilə bilər. azconservatory@gmail.com 
-  Məqalə Azərbaycan dilində, yaxud rus və ingillis dillərində Times New Roman şriftində, 
14-lük ölçüdə, 1,5 intervalı ilə yazılmalıdır. 
-  Hər sözdən sonra, həmçinin nöqtə və vergüldən sonra cəmi bir boşluq (spaceback) 
işarəsi qoyulmalıdır. Mətnə tərtibat vermək olmaz.  
-  Məqalənin başlığı həddən artıq böyük olmamalıdır və 8 sözdən artıq olacaqsa ixtisar 
ediləcək.  
-  Məqalə ədəbiyyat siyhısı, not nümunələri və xülasələrlə birlikdə 7-15 A4 formatlı səhifə 
çərçivəsində olsa yaxşıdır. 
-  Elmi məqalə araşdırmadırsa not nümunələrinin olması vacibdir. Not nümunələri not 
yazan proqramların birində səliqəylə yığılmalıdır. Ksero kopyanın görüntüsü 
keyfiyyətsiz olarsa məqalənin üstündə verilə bilməz. 
-  Sadalanan tələblər olmayan məqalə geri qaytarıla bilər. 
Elmi jurnalda çap olunmaq üçün ilk əvvəl məqalənin elmi dəyəri müəyyənləşdirilir. Elmi 
məqalədə  heç  olmasa  bir  problem  qoyulmalı  və  məqalənin  sonunda  həlli  yolları  göstərilməli 
yaxud  müəyyən  nəticələr  çıxarılmalıdır.  Elmi  məqalə  balaca  bir  elmi  işdir.  Məlum  faktları  və 
artıq dərc edilmiş kitab və məqalələrdən sitatları sadəcə sadalamaq məqaləyə elmi dəyər vermir. 
Elmi  məqalədə  artıq  məlum  və  kiminsə  dərc  edilmiş  fikri  istinadsız  yazılarsa  bu,  mənimsəmə, 
plagiat  sayılır.  Elmi  məqalədə  plagiat  faktı  aşkarlanarsa  məqalə  dərhal  müəllifinə  qaytarılır. 
Məqalənin  elmi  dəyərini  müəyyənləşdirmək  məsələsində  problemlər  olarsa  redaksiya  ekspert 
şurasının  fikrini  əsas  götürərək  qərar  verir.  Redaksiya  ekspert  şurasınıın  tərkibini  gizli  saxlaya 
bilər.Təqdim edilən məqalələr başqa dərgidə artıq çap olunubsa “Konservatoriya” jurnalına verilə 
bilməz. Təkrar çap müəllifin olmasa da dərginin müəllif hüququnu pozur.  


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
110 
 
 
 
ELMİ NƏŞR 
 
 
№ 2 (36) 
 
Bakı – 2017 
 
 
 
EKSPERT ŞURASI 
 
Sevil Fərhadova 
Sənətşünaslıq üzrə elmlər doktoru
professor 
Gülzar Mahmudova  
Sənətşünaslıq üzrə elmlər doktoru, 
professor 
Ceyran Mahmudova 
Sənətşünaslıq üzrə elmlər doktoru, 
professor 
Cəmilə Həsənova 
Sənətşünaslıq üzrə elmlər doktoru, 
professor 
Rafiq Musazadə  
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
professor, əməkdar müəllim 
Məmmədağa Umudov 
Əməkdar incəsənət xadimi, professor,  
 
Kamilə Dadaşzadə 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, 
dosent 
Faiq Nağıyev 
Bəstəkar, əməkdar incəsənət xadimi, 
dosent 
Sərdar Fərəcov 
Bəstəkar,əməkdar incəsənət xadimi 
Eldar Mansurov 
bəstəkar, xalq artisti 
Firudin Qurbansoy 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Malik Mansurov 
Əməkdar artist, dosent 
Ramiz Əzizov 
Əməkdar müəllim, dosent 
Fəxrəddin Baxşəliyev 
Filologiya üzrə fəlsəfə doktoru 
 
 
… // ”Konservatoriya” jurnalı 2017,  №2 (36), 110 s. 
 
___________________________________________________________ 
Yığılmağa verilmişdir: 03.06.2017 
Çapa imzalanmışdır: 24.06.2017 
Tiraj 250 nüsxə, sifariş №  
“Ecoprint” mətbəəsində çap olunub. 

Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə