Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə33/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

 
 
83 
 
Semiotika UOT 003:7 Камина Мамедова -  Некоторые онтологические аспекты музыкальной семиотики 
5.  Кушнаренко  В.  Музыка/  URL:  http://www.lomonosov.org/laws  /fourlaws 
625412.html 
6.  Ленин В.И. Материализм и эмпириокритицизм. Полн. собр. соч., т. 18, с. 247-248 
7.  Символы и знаки. Музыка/ URL: http://sigils.ru/symbols/music.html 
8.  Спирова  Э.М.  Знак  или  символ?  /Знание.  Понимание.  Умение.  №1,  М.,  2007, 
с.110-114 
9.  Татанова Е. PR в Античной мифологии. Сирены /Электронная энциклопедия 
URL: http://mifologia.osipova-pr.com/soderjanie/antichnost/sireny 
10.  Федоров  В.С.Феномен  Гёте  в  метафизике  Андрея  Платонова/  URL: 
http://philosophy.spbu.ru/userfiles/rusphil/Veche%20%E2%84%9614-6.pdf 
 
Kəminə MƏMMƏDOVA 
Fəlsəfə doktoru, dosent  
  
MUSİQİ SEMİOTİKASININ BƏZİ ONTOLOJİ ASPEKTLƏRİ 
Xülasə: İdeologiya və texniki imkanlarından asılı olaraq  musiqi semiotikası 
ontologiyasının öyrənilmə zərurətinin aktuallığı daim meydana çıxan potensial elmi 
yanaşmalardan irəli gəlir. Müəllifin fikrincə, müasir dövrdə musiqili rəmzlər 
informasiya obrazlarının daşıyıcısı kimi inteqrativn-kommunikativ faktor rolunu 
oynayır, dünyanın mədəni dəyərlərini mənən nəcibləşdirirlər.  
 
Açar sözlər: Musiqi rəmzləri, ontologiya, obraz, pərəstiş, ideologiya, inkar, 
musiqili məlumatlar, məna inkişafı. 
Kamina MAMMADOVA 
Doctor of philosophy, 
Associate Professor  
 
SOME ONTOLOGICAL ASPECTS OF MUSICAL SEMIOTICS 
 
Summary: The urgency of the need to study the ontology of a musical semiotics 
is due to the ever-expanding potential of scientific approaches depending on ideolo-
gy and technical capabilities. In the author's opinion,as carriers of information im-
ages,musical symbols in the modern period, play the role of an integrative - commu-
nicative factor,which spiritually ennobling a new picture of the world its values and 
cultural attitudes. 
Key words: musical symbol, ontology, image, cult, ideology, denial, music in-
formation, semantic development.   
 
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva         
                sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova 
                  


 
 
84 
 
Konservatoriya” jurnalı 2017№2 (36)
Gülxanım ƏSƏDZADƏ  
Etnomusiqişünas-magistr 
Email: asadzade-gulxanim@mail.ru 
ŞİRVANIN AUTENTİK FOLKLOR NÜMUNƏLƏRİ 
 
Xülasə:  Məqalədə ekspedisiya zamanı  Şirvanın qədim məskənlərindən biri 
olan Qobustan şəhərindən toplanılan folklor nümunələri təqdim olunur. 
Qarşımıza çıxan nümunələr  əsasən xınayaxdı, toy və  uşaq mahnılarından 
ibarətdir. Sahə araşdırması zamanı informatorlar müxtəlif adət-ənənələri 
danışaraq, musiqi nümunələri ifa etmişlər. Tədqiqat işləri bir daha sübut etdi 
ki, hələ də toplanılmamış musiqi nümunələri yaşamaqdadır. 
Açar sözlər: Şirvan, Qobustan, folklor, xınayaxdı, toy, uşaq mahnıları 
 
Azərbaycanın qədim yaşayış ərazilərindən biri, Şirvan regionunda yerləşən 
Qobustan
5
şəhərinin  folklor  musiqisi  olduqca  zəngindir.  Lakin  təəssüflə  qeyd 
etməliyik ki, insanların böyük şəhərlərə axın etməsi ilə burada folklor nümunələri 
yox  olmaq  üzrədir.  İnformatorlardan  aldığımız  məlumata  görə  qədim  zamanlarda 
müxtəlif  şənlik  və  məclislərdə,  eləcə  də  məişətdə  fərqli  folklor  nümunələri  ifa 
edilərmiş. Musiqi sözügedən məclislərin əsas qayəsini təşkil edir. Bu səbəbdən də, 
xalqın  yaddaşlarında  qalmış  və  günlük  həyatlarında  istifadə  etdikləri  autentik 
musiqi folklor nümunələrini bu gün toplamağı özümüzə borc bilirik. Qeyd edək ki, 
Şirvanın  autentik  musiqi  folklorunun  ilk  dəfə  olaraq  öyrənilməsini  macar 
etnomusiqişünası Yanoş Şipoş həyata keçirmişdir. Müəllifin 2005-ci ildə işıq üzü 
görmüş  “Azərbaycan  el  havaları.  Musiqinin  ilkin  qaynaqlarında”  adlı  böyük 
tədqiqat əsərində (2) Şirvanın autentik musiqi folklorunun müxtəlif janrlarına dair 
musiqi  nümunələrinə  rast  gəlmək  mümkündür.  Eləcə  də,  Şirvanın  musiqi 
folklorunun  öyrənilməsində  professor  F.Xalıqzadənin  də  müstəsna  xidmətləri 
olmuşdur. 
Adı  çəkilən  ərazidən  topladığımız  nümunələr  toy,  xınayaxdı  və  uşaq 
mahnıları ilə bağlı ifa olunur. Təqdim edəcəyimiz ilk nümunələr ənənəvi xınayaxdı 
havalarıdır.  Azərbaycan  xalqının  təfəkküründə  toy  adət-ənənəsi  ən  qədim  tarixə 
malik,  çal-çağırlı  bir  hadisədir.  Xınayaxdı  mərasiminin  iştirakçıları  qadınlar  və 
cavan qızlardır. Sözügedən mərasim bütün gecə boyu davam edir və şənlik zamanı 
müxtəlif mahnılar, rəqslər ifa edilir. 
Biz  Sündü  ekspedisiyası  zamanı  xınayaxdı  ilə  bağlı  iki  nümunə  əldə  edə 
bildik. Qeyd edək ki, informatorlardan biri Orucova Gülcahanın verdiyi məlumata 
əsasən  bu  nümunələri  ona  öz  nənəsi  oxuyub.  Daha  sonralar  bu  nümunələri 
                                                            
5Tarixi  abidələri  və  ziyalıları  ilə  tanınan  bu  kənd,  Bakıdan  101  km  uzaqlıqda  yerləşir.  Əhalisi 
əkinçilik, üzümçülük və heyvandarlıqla məşğul olur. 
 


 
 
85 
 
Etnomusiqişünaslıq UOT 78.031.4 Gülxanım Əsədzadə  - Şirvanın autentik folklor nümunələri 
informantın  özü  Şamaxıda  fəaliyyət  göstərən  folklor  ansamblının  tərkibində  ifa 
etməyə başlayıb. 
Gəlinin  yeni  həyata  qədəm  qoyması  ilə  əlaqədar  ağbirçək  və  yaşlı 
qadınların  ona  xeyir-dua,  öyüd-nəsihət  və  məsləhətlərin  verilməsi  musiqi 
parçasının  sözlərində  aydın  şəkildə  xarakterizə  olunur.  Səkkiz  hecalı  quruluşa 
malik olan poetik mətn musiqi ilə vəhdət təşkil edir. 
Nümunə №1                                                        
Nota köçürən: Əsədzadə Gülxanım 
 
Nümunə  toy  mərasiminə  uyğun  ritmik  özəlliyi  ilə  seçilir.  Melodiya 
Azərbaycan musiqisinə xas olan 6/8 ölçüsündə ifa olunur. Ümumilikdə, bəndlərin 
musiqisi  arasında  fərq  müşahidə  edilmir.  Ona  görə  deyə  bilərik  ki,  hər  bənd  bir 
perioddan və hər misranın sözləri bir frazadan ibarətdir. 
Birinci və ikinci misranın melodiyası birinci cümləni, üçüncü və dördüncü 
misranın  melodiyası  isə  ikinci  cümləni  əmələ  gətirir.  İki  cümlədən  ibarət  olan 
period formasında hər cümlənin üçüncü və dördüncü xanəsi eynidir: 
 
Qeyd  etmək  lazımdır  ki,  cümlələrin  hamısı  əsas  pərdədə  bitir.  İnformator 
nümunəni ifa edən zaman ikinci bəndi bir qədər yüksələn creshendo ifa etmişdir. 
Hər  bəndin  əvvəli  crescendo  olunduğu  halda,  bəndin  son  iki  melodik  misrası 
diminuendo  ifa  olunurdu.  Tətbiqi  əhəmiyyət  daşıyan  xınayaxdı  nümunəsi  tam 
kadensiya ilə tamamlanır.  
Toy mərasim musiqisi ilə bağlı olan digər nümunə “Səhəng” adlanır.  
Nümunə 2. 
Nota köçürən: Əsədzadə Gülxanım 
 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə