Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə30/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

 
 
76 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
möhkəmləndirilməsində  və  bir  çox  neqativ  nəticələrin  dəf  olunmasında  vacib 
məqamdır.  
İri  prodüser  mərkəzləri,  prodüserliyin  fərdi  formaları  haqqında  qanunu, 
akademik  istiqamətli  musiqi  biznesinin  inkişafına  vergi  qoyuluşundan  azad  edilən 
investorlar  və  sponsorlar  haqqında  qanunu  daxil  etməklə  musiqi  sahəsində  bütün 
işgüzar  və  maliyyə  aspektlərinin  fəaliyyətini  tənzimləyən  qanunverici  bazanın, 
hüquqi aktlarının mövcudluğu vacib amillərdəndir. 
Qeyd  etmək  lazımdır  ki,  akademik  musiqinin  prodüsserliyinə  xüsusi  diqqət 
kütləvi  musiqi  mədəniyyətinin  (pop-art)  və  akademik  musiqinin  ifadə  vasitələri 
arasında  –  müasir  musiqinin  iki  sahələrinin  sosiumunda  açıq-aşkar  güclənən 
disbalans  diktə  olunur
4
.Bu  mənada,  vergi  güzəştləri  və  akademik  musiqinin  musiqi 
prodüserliyinə  göstərilən  hüquqi  dəstək  publikanın  bədii  zövqünün  yaxşılaşmasına, 
sosiumun  mədəni  səviyyəsinin  artırılmasına,  akademik  incəsənətin  dəyərləndirici 
olan auditoriyanın formalaşmasına və tərbiyə olunmasına yardım göstərə bilər. 
Azərbaycanda  ayrı-ayrı  musiqiçilərin  və  yaradıcı  layihələrin  peşəkar  şəkildə 
irəli  çəkilməsi  ilə  məşğul  olan  iri  prodüsser  mərkəzlərinin  (rekord-leybl,  bukinq-
agentlikləri)  yox  dərəcəsindədir.  Kənar  mütəxəssislərin  dəvət  olunması,  eləcə  də 
xüsusi  layihələrin  musiqiçilər  tərəfindən  sərbəst  şəkildə  təmsil  olunması,  bu 
fəaliyyətin  nəticəsini  daha  da  az  proqnozlaşdıraraq  müəyyən  maliyyə  riski  ilə 
əlaqələndirir  (vəsaitlərin  təkrar  xərclənməsi,  qeydiyyat  metodlarının,  studiyaların, 
mühəndislərin  yanlış  seçimi).  Peşəkar  musiqi  prodüsserinin  fəaliyyəti  işin  bütün 
mərhələlərinə  nəzarətə  yardım  edir  və  büdcəni,  müddətləri  və  nəticəni 
proqnozlaşdırır.  Yeni  bədii  layihələri  zəif  realizə  edən  (əsasən  menecer  fəaliyyəti) 
məşhur xarici ifaçıların qastrolları ilə məşğul olan kommersiya konsert təşkilatlarının 
mövcudluğu  və  beynəlxalq  əlaqələrin  yoxluğu  ilə  əlaqədar  bir  çox  istedadlı 
Azərbaycan musiqiçilərinin xarici musiqi prodüserlərinə müraciəti buna misaldır 
Musiqi  televiziyasında  1990-2016-ci  illər  ərzində  prodüserlik  institutunun 
meydana  çıxması,  dövlət  maliyyəsinin  ixtisara  salınması,  teleyayımın 
kommersiyalaşdırılması,  teleproqramlara  ehtiyac  duyan  kanalların,  o  cümlədən  də, 
musiqi  kanallarının  çoxalması  ilə  əlaqədardır.  Azərbaycan  televiziyasında  yeni 
orijinal  musiqi  proqramlarının  yaradıcılarının  hüquqi  zəmanətlərinin  yoxluğu  ikinci 
problem  olaraq  meydana  çıxır.  Bu  zaman  “gizlin  plaqiat”,  yəni,  rəqabət  aparan 
telekanallarda  musiqi  proqramlarının  yeni  format  yaradıcılarının  intellektual 
mülkiyyətinin  qeyri-qanuni  şəkildə  mənimsənilməsi  halları  mövcuddur.  Musiqi 
televiziyasının  təşkilində  prodüserlik,  institutun  formalaşması  ilə  əlaqədar 
problematikanın ayrıca hissəsini təşkil edir.  
 Bu sahədə məşğul olan insanların işi bir sıra fərqli əlamətlər ilə xarakterikdir. 
Televiziyada musiqi proqramlarının prodüseri ilk növbədə musiqi teleproqramlarının 
                                                            
4
Sözsüz olaraq, iki sahənin uğurlu qarşılıqlı fəaliyyəti ilə bağlı bir sıra misallar mövcuddur. Misal kimi Luçano 
Pavorottinin  (klassika)  və  Stinqin  (pop-art)  və  ya  Alim  Qasımov  ilə  (folklor)  YoYo  Ma  (klassik)  duetini 
göstərmək mümkündür. Lakin bu layihələr vahid xarakterə malikdir. 
 


 
 
77 
 
Art menecment UOT: 7.05 Sonaxanım İbrahimova - Azərbaycanda musiqi prodüsserliyinin səciyyəvi xüsusiyyətləri və problemləri  
məzmununu  –  sinopsisin,  musiqi  teleproqramının  ssenarisinin,  pilot  buraxılışının 
yaradılmasını təmin edir.  
Xarici lisenziya ilə əldə olunan teleproqramın istehsalı üçün kanalın prodüseri  
işçi  götürdüyü  hallarda  lisenziyalı  musiqi  proqramlarının  nüfuzu,  Azərbaycan 
televiziyasının  əsas  problemlərdəndir.  Əksər  hallarda  bu  proqramlar  və  layihələr 
müxtəlif  kanallarda  təkrarlanaraq,  musiqi  verilişlərinin  vahid  formalarının  nüfuz 
qazanmasına,  musiqi  televiziyasının  müəyyən  stereotiplərinin  məcburən  qəbul 
edilməsinə  yardım edir. 
Digər  problem  Azərbaycan  televiziyası  üçün  xarakterikdir:  kütləvi  mətbuat 
vasitələrinin  artımı  və  qlobal  media  mədəni  məkanın  inkişafı  ilə  əlaqədar  olaraq 
tamaşaya,  media  vasitələrinə,  əyləncəli  musiqinin  kommersiyalaşmasına,  kütləvi 
şəkildə yayımlanmasına və istifadəsinə əsaslanan kütləvi musiqi mədəniyyətinin yeni 
tipi  formalaşır.  Kütləvi  musiqi  mədəniyyətinin  artımı  şəraitində  mədəniyyətin 
periferiyasında akademik mədəniyyət sahəsi yer alır və klassik musiqi sahəsinə qarşı 
maraq əhəmiyyətli şəkildə azalır. Bütün bunlara baxmayaraq, musiqi sənayesi bu və 
ya  digər  hallarda  televiziya  ilə  əlaqədardır.  Praktiki  olaraq  bütün  Azərbaycan 
telekanallarında  klassik  incəsənət  və  klassik  musiqi  haqqında  proqramların  və  ya 
verilişlərin  payı  10%-dən  artıq  olmur.  Akademik  incəsənət  sahəsində  ən  yaxşı 
layihələri  və  xəbərləri  (konsertlər,  tamaşalar,  filmlər)  işıqlandıran  yeganə  kanal 
“Mədəniyyət”  kanalı,  pop-mədəniyyət  ilə  akademik  incəsənət  arasındakı  açıq-aşkar 
disbalansı kompensasiya etmək iqtidarında deyil. 
Nəticədə  qeyd  etmək  istərdik  ki,  təsvir  olunan  problemlər  Azərbaycanda 
musiqi  prodüserliyinin  inkişafı  mərhələsində  əsas  problemlər  olaraq  qalır.  Onların 
həlli, musiqi prodüserliyi institutunun inkişafı kimi müasir Azərbaycan sosio-mədəni 
məkanının yekun olaraq formalaşmasına və təkmilləşdirilməsinə yardım edəcəkdir. 
 
ƏDƏBİYYAT: 
1.  Алиева У.С. Анализ нашего... // Зеркало №139  B.: 2003. с. 23-24. 
 
Сонаханум ИБРАГИМОВА 
                         доктор философии по искусствоведению, профессор 
 
СПЕЦИФИКА И ПРОБЛЕМЫ  МУЗЫКАЛЬНОГО ПРОДЮСЕР-
СТВА В АЗЕРБАЙДЖАНЕ 
 
Резюме: В представленной статье раскрываются специфика и проблемы 
музыкального  продюсерства  в  контексте  современной  социо-культурной  си-
туации Азербайджана. Раскрываемые проблемы охватывают разные векторы 
музыкального  искусства,  при  этом  подчёркиваются  основные  положения  и 
факторы, мешающие развитию азербайджанского музыкального продюсерст-
ва на данном этапе. 
Ключевые  слова:  музыкальное  продюсерство,  проблемы,  Азербайджан, 
арт-менеджмент 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə