Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə26/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

 
 
66 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
XIX  əsrdə  görkəmli  şairə  Xurşidbanu  Natəvan  bu  sahədə  xüsusi  fəaliyyət 
göstərmişdir.  Xan  qızı  Natəvan  gözəl  şeirlərlə  bərabər,  zərif  tikmələrin  də  müəllifi 
idi.  Onun  hazırda  muzeydə  saxlanan  bir  albomunun  üz  qabığı  öz  əli  ilə  işlənmiş 
muncuqlu  tikmə  ilə  örtülmüşdür.  Rəngarəng  muncuqlarla  bəzədilən  bu  tikmədə 
qovaq  ağacı  təsvir  olunur.  Qeyd  edək  ki,  hazırda  Bakıda  və  Azərbaycanın  digər 
bölgələrindəki tarix və incəsənət muzeylərində Natəvanın texniki üsulla icra olunan 
və yüksək bədii xüsusiyyətlər kəsb edən bir neçə tikməsi saxlanılır. 
Xurşidbanu Natəvanın müasiri olmuş Həsənbəy Yüzbaşı onun əl işlərini belə 
səciyyələndirir: “Bunu nəinki adi bir insan, hətta Şərqin məşhur rəssamlarından olan 
Mani  və  Behzad  da  yarada  bilməzdi”  (1,  s.208).Muncuqlarla  bəzədilən  belə  bədii 
tikmələrdən  birini  Xan  qızı  Natəvan  1858-ci  ildə  Qarabağa  gəlmiş  məşhur  fransız 
yazıçısı  Aleksandr  Dümaya  hədiyyə  edib.  Əl  işinin  incəliyinə  heyran  qalan  Düma 
onu “ən qiymətli hədiyyə” adlandırıb. Natəvanın əl işləri və rəsmləri öz dövründə də 
yüksək  qiymətləndirilib.  Təsadüfi  deyil  ki,  onun  rəsmləri  dəfələrlə  Rusiyanın 
müxtəlif  şəhərlərində  təşkil  olunan  sərgilərdə  nümayiş  etdirilib.  1882-ci  il 
Ümumrusiya  sərgisinin  “Qafqaz”  şöbəsi  vitrinində  qoyulan  sənət  nümunələri 
arasında  Xan  qızının  mahud  üzərində  qızılı  və  gümüşü  saplarla  toxuduğu  əsərlər 
xüsusilə seçilirmiş. 
Bu gün də Azərbaycanın bir çox şəhərlərində kökü qədim çağlara gedən bədii 
tikmə  məktəbi  qorunub  saxlanır.  Azərbaycan  ustalarının  əl  işləri  beynəlxalq 
sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir. 
Çox vaxt bir naxışı görəndə onun hansı xalqa aid olduğu o dəqiqə aydınlaşır. 
Azərbaycanda  naxışların  əsas  özəyini  butalar  təşkil  edir.  Hər  hansı  bir  milli 
geyimimizi  götürsək,  orda  bu  və  ya  digər  formada  butalardan  və  müxtəlif  digər 
elementli naxışlardan istifadə olunduğunu müşahidə etmək olar.Naxışvurma – parça, 
iynə,saplar  və  digər  materiallardan  hazırlanmış  sənətkarlıq  nümunəsidir. 
Naxışvurmada  həmçinin  mirvari,  muncuq  və  pilək  kimi  materiallarıdan  da  istifadə  
oluna  bilər.  Müasir  dövrdə  bu  sənət  ən  çox  baş  geyimlərində,  yun  köynək, 
pərdələrdə,  yataq  dəstlərinin  bəzədilməsində  və  milli  geyimlərdə  tətbiq  edilir. 
Naxışların bəzədilməsində müxtəlif tərkibli və rəngli saplardan istifadə olunur. 
Naxış  tikmə  sənəti  Azərbaycanla  yanaşı,  Orta  Asyada,  Türkiyədə  də  çox 
yayılmışdır. Ancaq naxışlar şəkillərinə və formasina görə bir-birindən fərqlənir. Hər 
xalqın  özünəməxsus  naxış  ornamentləri  vardır.  Bu  xüsusiyyətlər  əsrlərdən  bəri  öz 
məxsusluğunu qoruyub saxlamışdır. 
Hər zaman naxış tikmə sənəti qadınların sevimli məşğuliyyəti olub. Göz nuru 
ilə  ərsəyə  gələn  əl  naxışı,  qadınlarımızın,  qızlarımızın  könlünün  dilidir.  Naxışların 
ənənəvi el sənətlərimizdə işlədilən hər bir motivi, hər bir tikməsi ayrı bir duyğunu, 
düşüncəni ifadə edir. İlmələrdən yaranan naxışlar, yaşanılan və düşünülən acılı-şirinli 
neçə  duyğuların,  xatirələrin  işartısındayaranmış  bir  sənət  əsəridir.  Ən  qədim 
dövrlərdən  bu  günümüzədək  insanların  zövqünü  oxşayan  bu  sənət  növü  xalqın 
geyimlərində, müxtəlif bəzək və məişət əşyalarında sevə-sevə istifadə edilir. 
Müasir  dövrdə  texnologiyanın  inkişafı  ilə  birlikdə  artıq  kompüterli,  yaxud 
yarıavtomatik  maşınlarla  tikilən  naxışlar  daha  geniş  yayılsa  da,  əl  əməyi  olan 


 
 
67 
 
İncəsənət UOT 746.02 Rəna Məmmədova - Azərbaycanda bədii  tikmə sənətinin tarixi inkişaf yoluna dair
naxışların  hər  zaman  ayrı  bir  yeri  var.  Maşınlarla  tikilən  naxışlar  nə 
qədəriqtisadi,vaxt  baxımından  əlverişli  olsada,  əl  naxışına  dəyərini  verə  bilməz. 
Keçmişdən  günümüzə  qədər  nəsildən-nəslə  inkişaf  edərək,  müxtəliflik  baxımından 
zənginləşən  əl  naxışı  işləri,  bu  gün  də  öz  aktualığını  qoruyub  saxlayır.Düzdür, 
hazırda çox az insan tapılar ki, onun qədim tikmə sənətimizin bütün növləri haqqında 
məlumatı  olsun.  Bizdən  uzaqlaşmaqda  olan  bu  xalq  sənətini,  el  əmanətini  yaşadan 
rəssamların, bədii tikmə ustalarının olması bizi sabaha ümidləndirir.  
Sevindirici haldır ki, Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu xalq 
sənətinin  bütün  sahələrinin  inkişafına  böyük  diqqət  ayırır,  qayğı  göstərir.  Bir 
zamanlar bədii tikmə ustalarının əl işləri evlərdə qalırdısa, bu gün onlar üzə çıxarılır, 
müxtəlif  sərgilərdə  nümayiş  etdirilir,  mağazalarda  satılır.  Hazırda  bədii  tikmə 
nümunələrinə  xalq  arasında  ciddi  maraq  və  tələbat  yaranıb  ki,  bu  tendensiya 
özlüyündə çox yaxşı əlamətdir. Bütün bunlar xalqımızın öz milli kökünə qayıtması, 
milli  dəyərlərimizə  sahib  çıxması  və  xalqın  mədəniyyətinin  varisliyini  sübut  edən 
mühüm göstəricilərdir. 
 
ƏDƏBIYYAT: 
1.  Əfəndi  R.S.  Azərbaycan  incəsənəti.  B.:  Şərq-Qərb,  2007,  160  s.+112  s. 
(illüst.)  
2.  Mustafayev  A.H.  Azərbaycanın  maddi  mədəniyyət  tarixi.  B.:  Bakı 
Universiteti, 2009, 234 s. 
3.  ƏfəndiyevR.S. Azərbaycanın bədii sənətkarlığı. B.: Azərnəşr, 1966, 227s. 
4.  Əzizbəyova P.Ə. Azərbaycan tikmələri M.: İskusstvo, 1971, 110s. 
5.  Kiliçevskaya  Z.A.  Azərbaycanın  maddi  mədəniyyəti.  B.:  Azərbaycan  SSR 
EA nəşriyyatı, 1949, 244s. 
6.  Qazıyev A.Y. Tətbiqi incəsənət. IV c. B.: Azərnəşr, 1954, 375s. 
 
 
Рена МАМЕДОВА 
Преподаватель АГПУ 
 
ОБ ИСТОРИИ РАЗВИТИЯ ИСКУССТВА ВЫШИВКИ  
В АЗЕРБАЙДЖАНЕ  
Pезюме:  Искусство  вышивки  тесно  связано  с  историей  и  культурой 
азербайджанского народа и является одним из ценных  источников его изуче-
ния. История народного творчества, его этнографические и художественные 
особенности находят свое отражение и на вышивках. 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə