Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə29/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

 
 
73 
 
Üzeyirbəyşünaslıq UOT 782.8 Zeynallı Günel  - “Ər və arvad” operettası 100 il sonra səhnədə... 
 
Гюнель ЗЕЙНАЛЛЫ  
Докторант БМА имени У.Гаджибейли , 
 преподаватель кафедры «Теория музыки» 
 
ОПЕРЕТТА «МУЖ И ЖЕНА» НА СЦЕНЕ СПУСТЯ 100 ЛЕТ... 
 
Резюме: В статье рассматривается история создания оперетты Узеи-
ра  Гаджибейли  «Муж  и  жена».  Представлена  подробная  информация  о  вос-
становлении и редактирование данного произведения Сардаром Фараджевым.  
Ключевые  слова:Узеир  Гаджибейли,  Сардар  Фараджев,  жанр,  музы-
кальная комедия, оперетта 
 
Gunel ZEYNALLI  
PhD Student of BMA named U.Hacibeyli , 
Senior Lecturer of Music Theory Department                  
THE OPERETTA “HUSBAND AND WIFE” ON THE SCENE AFTER 
100 YEARS... 
 
Summary: The article talks aboutoperetta  "The husband and the wife" by 
Uzeyir Hajibeyli. Here you will find detailed information on the restoration and edit-
ing of this work by Sardar Farajov.  
 
Key words: Uzeyir Hajibeyli, Sardar Farajov, genre, musical comedy, operetta 
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova 
                 sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Abasquliyeva 
 
 


 
 
74 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Sonaxanım İBRAHİMOVA 
sənətşünaslıq üzrə fəlsəfə doktoru,   
professor, əməkdar incəsənət xadimi  
 
Bakı şəhəri, AZ 1014, Rəşid Behbudov küçəsi 75, 
Email: bakixoreografiyaakademiyasi@gmail.com 
 
AZƏRBAYCANDA MUSİQİ PRODÜSSERLİYİNİN SƏCİYYƏVİ 
XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ  
 
Xülasə:Təqdim olunan məqalədə Azərbaycanda müasir sosial-mədəni 
vəziyyətin kontekstində musiqi prodüserliyinin səciyyəvi xüsusiyyətləri və 
problemləri açıqlanır. Açıqlanan problemlər musiqi sənətinin müxtəlif 
vektorlarını  əhatə edir və bu mərhələdə Azərbaycan musiqi prodüserliyinin 
inkişafına mane olan əsas müddəalar və amillər qeyd olunur. 
Açar sözlər:  Musiqi prodüserliyi, problemləri, Azərbaycan, art-menecer, 
xüsusiyyətlər, mədəniyyət, istiqamətlər 
 
Prodüser  fəaliyyətinin  ayrı-ayrı  formalarının  mövcud  olmasına  baxmayaraq, 
indiyə qədər Azərbaycanda bir sıra amillərin yardım etdiyi prodüserlik institutunun 
təşəkkül  tapması  haqqında  bəhs  etmək  mümkün  deyil.  Azad  bazarın  səciyyəvi 
xüsusiyyətlərini  nəzərə  almaqla  musiqi  proseslərinə  rəhbərliyin  təşkili  və  yeni 
peşəkar formaların yaradılması preroqativ istiqamətlərdən biri olmuşdur. Onlara ilk 
növbədə, musiqi prodüserliyi aiddir.  
1990-cı ildə müstəqillik əldə olunandan sonra Azərbaycanda baş verən sosial-
siyasi  və  iqtisadi  dəyişikliklər  müasir  Azərbaycan  incəsənətinin  inkişafına  təsir 
göstərmişdir. Sərhədlərin açılması ümumilikdə ölkənin sosial-mədəni sisteminə təsir 
göstərmiş  və  xüsusilə  də  mədəni  dialoq  baxımından  beynəlxalq  işgüzar  ünsiyyət 
məsələləri  və  mədəniyyətin  müasir  təşkili  sistemində  birləşməsi  nəinki  musiqini, 
eləcə də ədəbiyyatı, teatrı, kinonu daxil etməklə Azərbaycan mədəniyyətində işgüzar 
seqmentin  sonrakı  inkişafına  xidmət  edən  əsas  istiqamətlərin  müəyyən 
transformasiyası problemlərini ön plana çəkmişdir. 
İndiki  dövrdə  Azərbaycanda  anlayışların  əvəz  olması  mövcudluğu  bir  qayda 
olaraq  layihənin  menecmentinə  görə  məsul  şəxsi  prodüser  adlandırırlar.  Hətta 
peşəkar  musiqiçilər  arasında  musiqi  prodüserlərinin,  menecerlərin,  agentlərin, 
sərmayəçilərin funksiyaları haqqında yanlış təsəvvür mövcuddur (“musiqi prodüseri” 
termini  altında  layihənin  və  ya  ifaçının  irəliləməsinin  “texniki  tərəfi”  ilə  maliyyə, 
inzibati,  texnoloji  və  ya  hüquqi  aspektlər  ilə  məşğul  olan  PR–menecerin,  naşirin, 


 
 
75 
 
Art menecment UOT: 7.05 Sonaxanım İbrahimova - Azərbaycanda musiqi prodüsserliyinin səciyyəvi xüsusiyyətləri və problemləri  
distribüterin, tur-menecerin, imicmeykerin funksiyalarını yerinə yetirir, yəni menecer 
funksiyalarını yerinə yetirən şəxs başa düşülür
3
). 
Yuxarıda  qeyd  olunan  məqamlar  ilə  əlaqədar  və  geniş,  peşəkar  musiqi 
prodüserlərinin  fəaliyyətinin  əsas  istiqamətləri  haqqında  məlumatlı  olmamasından 
istifadə  edərək,  yaranan  boşluğu  elementar  musiqi  təhsili  olmayan,  özlərini  musiqi 
prodüserləri kimi qələmə verən şəxslər doldurmuşlar. Lakin təqdim olunan fərdlərin 
fəaliyyətinin  təhlilini  menecment  kimi  xarakterizə  etmək  mümkündür.  Musiqi 
prodüseri  –  sırf  inzibati  funksiyalar  ilə  əvəz  olunmayan  böyük  iş  təcrübəsini  və 
xüsusi peşə təhsilini tələb edən ayrıca peşədir. 
İlk olaraq musiqi prodüserinin işinin mahiyyətini və səciyyəvi xüsusiyyətlərini 
açıqlayan  fakültələrin,  mütəxəssislərin  hazırlanmasında  təhsil  və  elmi  bazanın 
yoxluğudur. 
Musiqi 
prodüsserinin 
fəaliyyətinin 
səciyyəvi 
aspektlərinin 
öyrənilməsinə  aid  olan  fənn  əksər  hallarda  sistemsiz  və  fakültativ  xarakter  daşıyan 
“Art-menecment”  kimi  qısa  kursun  çərçivələri  daxilində  məhdudlaşdırılır 
(respublikanın hər bir musiqi AİM-də fənnin tətbiqinin xüsusi planı təqdim olunub).  
Bu kurs giriş kursu olub, yaradıcılıq layihəsinin fəaliyyətinin bütün sahələrinin 
ətraflı şəkildə tədrisi ilə əlaqədar peşələrin öyrənilməsinin differentasiyasını nəzərdə 
tutmur:  musiqi  sənətinin  müxtəlif  vektorlarının  prodüser  peşəsi,  prodüserliyin 
komanda  və  fərdi  forması,  layihənin,  musiqi  kommunikasiyası  nəzəriyyəsinin 
inkişafının  hesablanması  və  elementar  sxemin  işlənib  hazırlanması,  musiqi 
sosiologiyasının əsaslarının öyrənilməsi: dinləyicilərin tipologiyası və onların musiqi 
seçimləri,  böyük  və  kiçik  şəhər  publikasının  mentaliteti,  dinləyicinin  hazırlığına 
istinad edən konsertlərin müxtəlifliyi (o cümlədən də, akademik musiqi) və s. 
İlk növbədə, bütün maraqlı tərəflərin iştirakı ilə akademik istiqamətin və bədii 
layihələrin  musiqi  prodüserliyinin  inkişafına  yönəlmiş  problem  xarakterli 
tapşırıqların  qoyuluşu  və  həlli  ilə  bağlı  dəyirmi  masaların,  konfransların,  elmi 
diskussiyaların yox dərəcəsində olmasıdır. Bu diskussiyalar prodüserlərin, incəsənət 
xadimlərinin,  musiqişünasların,  KİV  nümayəndələrinin  elmi,  yaradıcı  və  işgüzar 
əlaqələrinin,  eləcə  də  təhsil,  mədəniyyət  və  incəsənət  idarələrinin  hakim 
strukturlarının  və  inzibati  işçilərinin  prodüser  layihələrinin  realizəsinə  cəlb  edilmə, 
həmçinin,  dinləyicilərin  akademik  musiqiyə  qarşı  marağının  artmasına  yardım 
göstərməsidir. 
Bu gün Azərbaycan musiqi cəmiyyətində bəzi hallarda neqativ iradlara gətirib 
çıxaran  xüsusi  şifahi  qaydada  əməkdaşlıq  şərtləri  və  nəticə  kimi,  yeganə  yaradıcı 
layihə  ilə  əlaqədar  olan  tərəflər  arasında  etimadın  yoxluğu  şərtləndirilir.  Sözsüz 
olaraq,  xidmətlərin  qiymətlərinin,  əməkdaşlıq  müddətlərinin  dəqiq  şərtləndirildiyi 
müqavilələrin  tərtib  olunması  və  imzalanması  zamanı  dəqiq  qanunverici  baza, 
tərəflərin  arzuları  və  ümidləri,  layihənin  və  artistin  irəli  çəkilməsi  ilə  bağlı  ümumi 
büdcənin  razılaşdırılması,  bütün  maraqlı  tərəflərin  məsuliyyətinin  və  etimadının 
                                                            
3
Sovet terminologiyasından istifadə edərək musiqi prodüseri tərəfindən yerinə yetirilmiş işi bədii rəhbər menecer 
–  direktor-təşkilatçı  (yaradıcı  layihənin  realizə  olunması  üçün  inzibati  tərəflərin  realizə  olunması  üçün  işə 
götürülən  idarəçinin  funksiyası)  tərəfindən  yerinə  yetirilmiş  iş  ilə  müqayisə  etmək  mümkündür  (layihənin 
yaradıcı hissəsi, eləcə də, konkret layihənin inkişaf istiqamətinin təyin olunması). 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə