Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə28/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 
 
71 
 
Üzeyirbəyşünaslıq UOT 782.8 Zeynallı Günel  - “Ər və arvad” operettası 100 il sonra səhnədə... 
100  il  sonrakı  tamaşanı  Musiqili  Komediya  Teatrının  direktoru  Əliqismət 
Lalayevin  dəstəyi  ilə  baş  rejissor  Yusif  Əkbər,  quruluşçu  rəssam  Eldar  Qurbanov, 
dirijor,  əməkdar  incəsənət  xadimi  Nazim  Hacıəlibəyov  hazırlamışlar.  Aktyor 
heyətinə  isə  beş  Xalq  artisti  –  İlham  Namik  Kamal  (Mərcan),  Afaq  Bəşirqızı 
(Minnət),  Yaşar  Nuri  (Kərbəlayi  Qubad),  Arif  Quliyev  (Səfi),  Fatma  Mahmudova 
(Kərbəlayi Qubadın arvadı Yetər) daxil idi (6).  
Göründüyü  kimi  100  il  öncəki  professional  təşkilat  və  aktyor  truppasının 
qazandığı  müvəffəqiyyəti  100  il  sonra  da  mükəmməl  təşkilat  və  aktyor  bacarığı 
sayəsində  geri  qaytarmaq  mümkün  oldu.  Bu  isə  artıq  ikiqat  uğur  demək  idi.Sərdar 
Fərəcova  keçmişin  musiqisini  gələcəyə  ötürmək  nəsib  olmuş,  bu  işin  öhdəsindən 
bəstəkar layiqincə gələ bilmişdi.  
S.Fərəcov  əsərin  yeni  redaktəsini  edərkən  bir  çox  yeniliklərə  imza  atmışdır. 
Bəstəkar əsərin bərpa və redaktəsində, orkestrləşdirilməsində, ədəbi mətnin düzgün 
təqdim  olunmasında  hər  kiçik  detallara  xüsusi  diqqət  yetirmiş,  müsbət  tərəfə  xeyli 
sayda fərqliliklər gətirmişdir (6):  
1. Öncə əsərin klaviri yenidən işlənib hazırlandı. 
2. Yeni klavir əsasında tamamilə yeni partitura yazıldı. 
3. Libretto üzərində işlənərək bəzi düzəlişlər edildi.  
4.  Üzeyir  bəyin  “Ər  və  arvad”  operettasında  xorlar  təksəsli,  unison  olduğu 
halda,  genişləndirilərək  artıq  2  və  4  səsli  yazıldı.(Xorlar:  2  səsli  kişi  xoru,  4  səsli 
qarışıq xor). 
5. Operettada iştirak edən personajların səs bölgüsü müəyyənləşdirildi.  
6. Səs bölgüsünə uyğun olaraq tonallıq təyin olundu. 
7. Xəttatlar tərəfindən edilmiş xətalar (məqam, harmoniya, intonasiya xətaları 
və b.) aradan qaldırılaraq düzəldildi. 
8.  Əsərin  üslubuna  uyğun  gəlməyən  bəzi  musiqi  nömrələri  ixtisar  olundu.  ( 
Üzeyir  Hacıbəylinin  “Ər  və  arvad” operettasının  orijinal  klavirində  yer  alan  “Leyli 
və Məcnun” operasından “Ərəblərin xoru”, “Şeyx Sənan” operasından II pərdədəki 
“İnsaf eyləyin halıma yanın” və ya “Ey səba yeli” adlı xorları S.Fərəcov tərəfindən 
ixtisar edilmişdi). 
9.  Onun  əvəzində  S.Fərəcov  bəzi  məntiqi  dəyişikliklər  edərək,  əvvəllər 
klavirdə olmayan bir neçə musiqi nömrələri əlavə etdi. Bərpa olunmuş yeni klavirdə 
7  əlavə  musiqi  parçaları  yazılaraq,  cəmi  13  musiqi  nömrəsindən  ibarət  olan 
operettanı 20 musiqi nömrəsinə qədər artırdı. 
10.  Əsərin  orijinal  3  pərdəli  quruluşunda  dəyişikliklər  edərək,  pərdələrin 
daxilində musiqi nömrələrini artıraraq ümumilikdə onu 2 pərdəli quruluşda etmişdir.  
Bəstəkarın özünün də qeyd etdiyi kimi, bu əsəri yenidən redaktə edərkən o, bir 
çox yenilikləri ilə yanaşı, əsas sujet xəttinin özəlliyini də qoruyub saxlamışdır. XX 
əsrin  əvvəllərində  yaranmış  bu  əsər  öz  dövrünün,  köhnə  cəmiyyətdən  miras  qalan 
köhnəliyin,  Azərbaycan  qadınının  ailə  və  cəmiyyətdəki  məhdud  vəziyyətə  etirazın 
bariz  nümunəsi  olaraq  komik-satira  janrı  vasitəsilə  ifadə  edən  ən  gözəl  əsərlərdən 
biridir.  Üzeyir  bəyin  “Ər  və  arvad”,  “O  olmasın,  bu  olsun”,  “Arşın  mal  alan” 


 
 
72 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
operettaları öz dövrünün ictimai həyatında hakim olan feodal patriarxal münasibətləri 
tənqid və ifşa edən qüdrətli satirik əsərlərdir. 
Beləliklə,    S.Fərəcovun    “Ər  və  arvad”  operettasına  100  il  sonra  yeni  səhnə 
həyatı bəxş etmək cəhdi müvəffəqiyyətlə baş tutur. Bununla da Üzeyir bəyin artıq 3 
operettasının tam mənada sujet və musiqisi tamaşaçılara məlum olur. Sərdar Fərəcov 
təkcə bir bəstəkar kimi deyil, həm də ictimai xadim kimi də bu münasibətlə bir neçə 
tədbirlərin təşkilatçısı kimi çıxış etmişdir.  
Azərbaycan  musiqi  mədəniyyətinin  yaradıcısı,  dahi  bəstəkar  Üzeyir 
Hacıbəylinin 125 illik və “Ər və arvad” operettasının 100 illik münasibəti ilə Sərdar 
Fərəcovun rəhbərliyi altında 2010-cu il mayın 14-də bəstəkarın Ev Muzeyində elmi-
praktik konfrans keçirildi. Konfransda muzeyin direktoru Sərdar Fərəcov Üzeyir bəy 
haqqında  öz  dəyərli  düşüncələrini  bölüşərək,  daha  sonra  muzeyə  Azərbaycan 
Respublikasının  Milli  Bankı  tərəfindən  hədiyyə  olunmuş  Üzeyir  bəyin  surəti  həkk 
olunmuş qızıl sikkəni qonaqlara nümayiş etdirdi. 
Azərbaycanın  bir  çox  elm  və  mədəniyyət  xadimlərinin,  professorların  iştirakı 
ilə  keçirilən  elmi  konfransda  Üzeyir  bəyin  bir  bəstəkar,  pedaqoq,  publisist,  ictimai 
xadim  və  b.  cəhətləri  haqqında  məruzələr  səsləndirildi.  Belə  konfransların 
keçirilməsində  məqsəd  Üzeyir  bəyin  yalnız  bəstəkar  kimi  deyil,  həmçinin  onun  bir 
publisist, jurnalist, pedaqoq kimi də gördüyü işlərin misilsiz dəyərini bir daha sübut 
etmək,  onun  elmi  əsərlərini  araşdırıraq,  yeni  nəsillərə  ötürməkdir.  Konfransda 
səslənən məruzələr kiçik broşür şəklində çap olundu.  
Üzeyir  Hacıbəylinin  həmçinin  125  illik  yubileyi  ilə  əlaqədar  Heydər  Əliyev 
Fondunun dəstəyi, S.Fərəcovun rəhbərliyi və təşkilatçılığı ilə “Üzeyir dünyası 125” 
adlı  təqvim-kitab  tərtib  olunmuşdur.  Həm  telefon  dəftəri,  həm  də  təqvim  kimi  çap 
olunan bu kitabçada Üzeyir bəyin bütün həyat yolu, ilk əsərlərindən başlayaraq bütün 
əsərləri kiçik şəkillərlə, qısa məlumatlarla qeyd olunmuşdur.  
 
ƏDƏBİYYAT: 
1.  Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 248 s. 
2.  Məmmədli  Q.M.  Üzeyir  Hacıbəyov:  1885-1948  həyat  və  yaradıcılıq 
salnaməsi. B.:Yazıçı, 1984, 462 s. 
3.  Məmmədova L.M. Sərdar Fərəcov. B.: Şərq-Qərb, 2015, 32 s.  
4.  Fərəcov S.F. Üzeyir işığında. B.: Xatun plyus, 2010, 172 s. 
5.  Fərəcova  H.S.  Ü.Hacıbəylinin  musiqili-səhnə  əsərlərinin  bərpası  və  yeni 
redaktəsi. Magistr dissertasiyası. Azərbaycan Milli Konservatoriyasının kitabxanası. 
B.: 2015, 75 s. 
6.  Hacıbəyli  Ü.Ə.  Ər  və  arvad.(Operettanın  bərpası  və  yeni  redaktəsi 
S.Fərəcovundur). B.: 2012. 
7.  Абасова Э.А Опера и музыкальные комедии Узеира Гаджибекова. Б.: Ак 
Наук Азер.ССР, 1961, 193 с.  
8.  Музыкальный  энциклопедический  словарь.  гл.редактор  Г.В.Келдыш, 
М.Советская  энциклопедия, 1990, 672 с.  


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə