Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə37/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   32   33   34   35   36   37   38   39   40

 
 
95 
 
Etnomusiqişünaslıq UOT 78.031.4 Səfixanova Aysel  - Cəbrayıl rayonunda dini musiqi – mərsiyələr 
əsaslanan  mərsiyə  nümunəsi  8  xanədən  ibarət  olan  1  cümləli  period  formasındadır. 
Mayənin  üst  mediantasında  başlayan  melodiya  elə  mayənin  özündə  bitir.  Melodik 
baxımdan nümunədə predyomlardan və təkrarlardan istifadə olunmuşdur. Melodiya 
dalğavari  hərəkət  edir.  Heç  bir  sıçrayışlara  rast  gəlmək  olmur.  Səkkizlik  və 
onaltılıqlarla hərəkət üstünlük təşkil edir. Ritmik baxımdan 6/8 ölçüsündə, Andantino 
tempində  olan  mərasim  nümunəsi  bir  növ,  gözüyaşlı  olan  anaların  sanki  özlərinə 
təskinlik  vermə  xüsusiyyəti  daşıyır.  Bir  ananın  dilindən  söylənilən  nümunənin 
sözlərinə  diqqət  yetirsək,  ana  övladının  acı  xəbərini  deyil,  ümidlə  gələcək  xəbərini 
gözləyir. Diapazonu xalis kvarta (x
4
) intervalı təşkil edir.  
Növbəti  ekspedisiya  səfərimizdən  biri  də  İnşaatçılar  prospekti  5  ünvanında 
yerləşən  Xəzər  Dəniz  Gəmiçiliyi  idarəsinin  birləşmiş  yataqxanasına  oldu.  Bu 
yataqxanada məskunlaşan etnofor Hüseynov Siracəddin Mirhüseynoğlu da bizə xeyli 
maraqlı  məlumatlar  verdi.  Hüseynov  Siracəddin  Mirhüseyn  oğlu1951-ci  ildə 
Cəbrayıl  rayonunun  Əfəndilər  kəndində  anadan  olub.  Əslən  seyid  nəslindəndir 
(Əfəndilər ocağı). 
 Məcburi  köçkünlük  həyatı  yaşaması  ilə  əlaqədar  hazırda  ailəsi  ilə  birgə  bu 
ünvanda məskunlaşıb. Etnofor söylədi ki, bizim evdə əsasən orucluq ayında hər gün 
mollalar  yığışar,  deyişmə  şəklində  peyğəmbərləri,  imamları  mədh  edən  mərsiyələr 
söyləyərdilər.  İnformator  özü  də  eşitdiyi  və  yaddaşında  hələ  də  qoruyub  saxladığı 
folklor nümunələrini bizə avazla oxudu.  
 


 
 
96 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Sol  mayəli  segah  məqamındadır.  3  cümləli  period  formasındadır.  Quruluş 
formulu  belədir:  a  (11x)+a
1
  (8x)+a

(8x).  I  cümləsi  (a)  oxşar  quruluşlu  2  ibarədən 
ibarətdir  (5x+6x).  Mayənin  üst  tersiyası  ilə  eyni  səsin  təkrarları  üzərində  tədrici 
hərəkətlə  aşağıya  doğru  enərək  mayənin  alt  mediantasında,  yəni  əsas  tonda 
tamamlanır.  II  cümlə  (a
1
)  melodik  baxımdan  a  cümləsinin  variantlı  təkrarıdır.  Hər 
biri  4  xanədən  ibarət  2  ibarəyə  bölünür.  Mayənin  üst  mediantasında  başlanan 
melodiya yenə də tədrici hərəkətlə aşağıya enərək mayədə tamamlanır. Mayənin üst 
kvartasında  başlayan  III  cümlə  (a
2
)  yenə  də  melodik  cəhətdən  əvvəlki  cümlələrin 
variantıdır.  
Melodik baxımdan təhlil etsək görərik ki, verilən musiqi nümunəsində not və 
motiv sekvensiyalarından, predyomlardan geniş istifadə olunub. Ritmik cəhətdən isə 
dəyişkən  ritmlidir.  Belə  ki,  6/8  ölçüdə  başlayan  melodiya  3/4,  5/8  ölçülərlə 
növbələnir.  Məhz  bu  dəyişkən  ritm  melodiyaya  daha  axıcılıq,  dərin  məna,  dini 
xarakter verir. Diapazonu böyük septima  (B
7
)  həcmindədir.   
Ekspedisiya səfərlərimizdən biri də Beyləqan rayonunun Günəşli  qəsəbəsində 
oldu.  Bu  qəsəbə  sakinlərinin  demək  olar  ki,  hamısı  Cəbrayıl  rayonu  Sirik 
kəndindənolan  məcburi  köçkünlərdir.  Burada  da  zəngin  folklor  daşıyıcılar  çoxluq 
təşkil edirdi. Görüşdüyümüz belə etnoforlardan biri də Kərimova Gülbəs İsmayıl qızı 
idi. O, 1948-ci ildə Cəbrayıl rayonunun Sirik kəndində anadan olub. Hazırda Günəşli 
qəsəbəsində  məskunlaşdıqlarına  baxmayaraq  adət-ənənələrini  hələ  də  qoruyub 
saxladıqlarını söylədi. İnformatorun bizə söylədiyi maraqlı məlumatlardan biri də bu 
oldu ki, Novruz bayramında kənd sakinləri hamılıqla toplaşar və imamlarımızı mədh 
edən mərsiyələri avazla oxuyarlarmış.   
 


 
 
97 
 
Etnomusiqişünaslıq UOT 78.031.4 Səfixanova Aysel  - Cəbrayıl rayonunda dini musiqi – mərsiyələr 
Nümunə  sol  diyez  mayləli  segah  məqamında  və  2  cümləli  period 
formasındadır. Quruluş formulu belədir: a (8x)+a

(12x). Qeyri-kvadrat quruluşlu və 
qapalı perioddur.  I cümlə 2 ibarədən ibarətdir. 4 xanəni özündə birləşdirən ibarələrin 
hər biri 2 xanədən ibarət 2 motivə, bu motivlər isə submotivlərə bölünür. Mayənin 
üst  mediantasında  başlayan  melodiya  çox  kiçik  diapazonda  –  kiçik  tersiya 
çərçivəsində  dalğavari  melodiya  yaradaraq  nəhayət,  mayədə  tam  kadansla  bitir. 
Melodiyanın  inkşaf  xüsusiyyətlərindən  danışarkən  qeyd  etmək  lazımdır  ki,  burada 
təkrarlardan və gəzişmədən çox istifadə olunub. Melodiya 6/8 ölçüsündə, Allegretto 
tempindədir. Heç bir melizmatik işarələrdən istifadə olunmayıb.  
Beləliklə,  apardığımız  təqdiqata  əsasən  söyləmək  olar  ki,  coğrafi-iqtisadi 
mövqeyi,  özünəməxsusluğu  ilə  seçilən  Cəbrayıl  rayonunun  musiqi  folkloru 
ümumazərbaycan  mədəniyyətinin  tərkib  hissəsidir.  Hazırda  erməni  təcavüzkarları 
tərəfindən  işğal  altında  olsa  da  rayonun  hər  bir  sakini  ağır  şəraitdə  yaşamalarına 
baxmayaraq  öz  adət-ənənələrini  bu  gün  də  qoruyub  saxlayırlar.  Bakı  şəhərində, 
Biləsuvar  və  Beyləqan  rayonlarında  apardığımız  tədqiqatlar  və  toplanılan 
materialların elmi təhlili xalqımızın mənəvi mədəniyyətinin olduqca zəngin və qədim 
olmasını bir daha təsdiqləmiş oldu. 
 
ƏDƏBİYYAT: 
1.  Babayeva Ə.A. Azərbaycanda İslam və musiqi. B.: 2001,Nurlan, 177s. 
2.  Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. B.: Səda, 2002, 210 s. 
3.  Seyidova  S.A.  Qədim  Azərbaycan  mərasim  musiqisi.  Ali  və  orta  musiqi 
məktəbləri üçün dərs vəsaiti. B.: Mars-Print, 2005, 116 s. 
4.  Vəliyev V.Ə. Azərbaycan folkloru. B.: Maarif, 1985, 414 s. 
 
Айсель САФИХАНОВА                  
Магистрант АНК 
 
РЕЛИГИОЗНАЯ МУЗЫКА В ДЖАБРАИЛЬСКОЙ РАЙОНЕ-
МАРСИЯ 
 
 
Резюме: Марсия является одним из литературно-музыкальных жанров, 
который  играет  большую  роль  в  проведении  религиозных  церемоний.  Музы-
кальный  фольклор  Джабраилского  района - составная  часть  общеазербай-
джанской культуры. Несмотря на то, что в данный момент этот район ос-
тается  под  оккупацией  армянских  сепаратистов,  жители  Джабраила  в  тя-
желых обстоятельствах сохраняют традиции своего региона. В данной ста-
тье  собраны  марсии  исполняемые  вынужденными  переселенцами,  проживаю-
щими в Баку, а также  в Бейляганском и Билясуварском районах. Эти марсийи 
были нотографически зафиксированы и проанализированы 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə