Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə35/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   32   33   34   35   36   37   38   39   40

 
 
89 
 
Etnomusiqişünaslıq UOT 78.031.4 Gülxanım Əsədzadə  - Şirvanın autentik folklor nümunələri 
Çöl-sahə  araşdırmaları  zamanı  qarşımıza  çıxan  digər  nümunə  bir  qədər 
fərqliliyi  ilə  seçilir.  Belə  ki,  informator  Abdalova  Xan  Nisə  nənənin  verdiyi 
məlumata əsasən bu nümunə “Teşti” oyunu adlanır. Lakin elmi mənbələrdə “Teşti” 
nəğməsi  mövsüm  nəğməsi  kimi  yağışla  bağlı  olaraq  ifa  olunduğu  qeyd  olunur. 
İnformantın  bizə  verdiyi  məlumata  görə  isə  bu  nümunəni  uşaqlar  oyun  zamanı  ifa 
edirlər.  Uşaqlar  teşt
6
 götürərək  onu  çalğı  aləti  kimi  istifadə  edərək  mahnını 
oxuyurlar.İti, cəld tempdə ifa olunan “Teşti” oyunu 6/8 ölçüsündədir. Bu nümunədə 
rast məqamının çalarlarını, rüşeymini görmək mümkündür. Uşaq oyun havalarına xas 
dar diapazondadır.  
 
Nümunə №8. 
Nota köçürən: Əsədzadə Gülxanım 
 
 
Növbəti təhlilə cəlb olunan nümunə analar və ya nənələr tərəfindən qız övladı 
üçün  oxunan  nümunədir.  Mövzu  etibarı  ilə  əsasən  valideyn,  xüsusən  də  ana  və 
nənələr öz qız övladını təriflədiyi halda, oğul övladına zarafat ilə yanaşır. 
 
Nümunə №9. 
Nota köçürən: Əsədzadə Gülxanım 
 
 
Ritmik,  şən,  gümrah,  yumoristik  xarakterdə  olan  nümunə  informant  Ağayeva 
Nanəgülün  dediklərinə  əsasən  körpə  qız  uşaqlarını  oynadan  zaman  ifa  olunur.  Si 
mayəli  rast  məqamında  ifa  olunan  nümunədə  sonuncu  dörd  xanədə  do  mayəsi  ilə 
əvəz olunur. Folklor mühiti olduğu üçün informant burada mayəni sonadək saxlaya 
bilməmişdir.  6/8  ölçüsündə  ifa  olunan  nümunə  səkkizlik  və  çərək  notlardan  təşkil 
                                                            
6Kənd əhalisinin məclislər zamanı istifadə etdiyi xörək tavaları 


 
 
90 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
olunub.  Melodiyanın  diapazonu  k6  intervalı  çərçivəsində,  kiçik  oktavanın  lya 
notundan birinci oktavanın mi notuna qədər olan məsafəni əhatə edir.  
Beləliklə,  Qobustanın  ərazisinə  təyin  edilmiş  ekspedisiya  zamanı  bizim 
qarşımıza çıxan iki xınayaxdı, iki toy mahnısı və beş uşaq mahnısını araşdıra bildik. 
Araşdırılan nümunələr Şirvan ərazisinin musiqi folklor mühiti anlayışının və autentik 
folklorun ümumi cizgilərinin formalaşmasında qismən də olsa müəyyən rol oynadı. 
Tədqiqat  işləri  bir  daha  sübut  etdi  ki,  hələ  də  araşdırılmamış  folklor  nümunələri 
mövcuddur.  Kütləvi  informasiya  vasitələrinin  insanların  həyatına  nüfuz  etməsi, 
əhalinin böyük şəhərlərə miqrasiya etməsi kimi halların baş verdiyi zamanda mənəvi 
xəzinəmiz  hesab  edilən  folklor  nümunələrinin  toplanılması,  tədqiq  olunması  aktual 
məsələlərdən biri kimi qalmaqdadır.  
 
ƏDƏBİYYAT: 
1.  Xalıqzadə  F.X.  Şamaxı  folklor  musiqi  ənənələrinin  tədqiqinə  dair.  /  Ulu         
öndər Heydər Əliyev İrsində Multikultural və Tolerant dəyərlər mövzusunda 
konfrans materialı. B.: 2016, 400 s. 
2.  Şipoş Y. Azərbaycan el havaları. Musiqinin ilkin qaynaqlarında. B.: “Əbilov, 
Zeynalov və oğulları”,  2005, 604 s. 
3.  Kərimova T.M.  Ana folkloru. B.: Azərbaycan,  1994, 49 s. 
 
Гюльханум Асадзаде 
Магистр - этномузыковед 
АУТЕНТИЧЕСКИЕ ФОЛЬКЛОРНЫЕ ОБРАЗЦЫ ШИРВАНА 
 
Резюме: В статье представлены фольклорные образцы, которые были со-
браны  во время экспедиции в Ширване Гобустанского города. Собранные об-
разцы в основном принадлежат свадебным торжествам и детским песням. Ин-
форманты, рассказывая о свадебных обычаях, воспроизвели несколько народ-
ных песен, посвященных различным народным торжествам. Исследования по-
казали, что существует еще очень  много не найденных фольклорных образцов. 
Ключевые  слова:  Ширван,  Гобустан,  фольклор,  свадебные  песни,  дет-
ские песни 
Gulkhanim Asadzade 
Ethnomusicologyst 
AUTHENTIC FOLKLORE OF SHIRVAN 
Summary:This article give information about folklore examples which gath-
ered in expedition in city Qobustan  of Shirvan. Collected samples about wedding 
and nurseries songs. The people who lives there gives information about traditions 
and sing a lot of songs. 
Key words: Shirvan, Qobustan, folklore, wedding songs, nursery songs 
Rəyçilər: dosent, əməkdar incəsənət xadimi Faiq Nağıyev 
                Filologiya  üzrə  fəlsəfə  doktoru,  dosent  Fəxrəddin  Baxşəliyev 


 
 
91 
 
Etnomusiqişünaslıq UOT 78.031.4 Səfixanova Aysel  - Cəbrayıl rayonunda dini musiqi – mərsiyələr 
Aysel SƏFİXANOVA 
AMK-nın magistrantı                           
Email: aysel.sefixanova.1993@mail.ru 
CƏBRAYIL RAYONUNDA DİNİ MUSİQİ – MƏRSİYƏLƏR 
Xülasə:  MəqaləCəbrayıl rayonunun musiqi folklorunun tərkib hissəsi olan 
mərsiyə janrına həsr edilib. Hazırda erməni təcavüzkarları  tərəfindən işğal 
altında olsa da rayonun sakinləri ağır  şəraitdə yaşamalarına baxmayaraq öz 
adət-ənənələrini bu gün də qoruyub saxlayırlar. Təqdim edilən məqalədə bir 
neçə sakinin ifasından mərsiyələr toplanmış, nota köçürülmüş  və onların 
məqam, janr, forma baxımından təhlili verilmişdir.  
Açar sözlər: Cəbrayıl, musiqi folkloru, ekspedisiya, mərsiyə, təziyə 
Azərbaycanda  islam  dini  mərasimlərində  musiqinin  xüsusiyyətlərindən 
danışdıqda, xüsusilə, dini mərasim  və xalq musiqi yaradıcılığı arasında orta mövqe 
tutan,  orijinal  janr  –  İmam  Hüseyn  təziyələrini  ayrıca  göstərmək  olduqca  vacibdir. 
Çünki  İmam  Hüseyn  təziyələri  islam  dini  mərasimlərinin  musiqi  tərtibatında 
demokratik  tendensiyaları  göstərən  əyani  nümunədir.  Dini  ibadət  formalarında 
musiqidən  istifadə  etməni  ciddi  surətdə  məhdudlaşdıran  və  nizama  salan  islam, 
burada dini matəm mərasimlərinə xalq melodiyalarının daxil olmasına böyük səbrlə 
yanaşır. Ona görə də hər hansı milli regionda dini mətnlərin oxunuşunda xalq musiqi 
mədəniyyətinin, müxtəlif milli dillərin və onların lokal xüsusiyyətlərinin intonasiya 
cizgiləri  duyulur.  Bir  sözlə,  müxtəlif  milli  regionda  hər  bir  din  xadimi  mətni  sabit 
saxlamaq  şərtilə  Allah  “kəlamını”  öz  ləhcəsinə  müvafiq  surətdə  oxuyur.  Bu 
baxımdan ayrı-ayrı regionlarda oxunan dini mətnlərin bəziləri əgər musiqi cəhətdən 
daha inkşaflıdırsa, digərləri melodik quruluşunun bir qədər ciddiliyinə, sadəliyinə və 
təbiiliyinə görə fərqlənir, bir başqası melodik şəklin tamamilə bəsitliyi, olduqca kiçik 
diapazonu ilə seçilir.  
Dini  musiqi  şifahi  ənənəyə  əsaslanan  professional  sənətdir.  Bu  sənət 
nümunələri  auditoriya  qarşısında  oxunduğuna  görə  ifaçıdan  yüksək  məharət  tələb 
edir.  Dini  mərasimlərlə  əlaqədar  musiqilər  öz  funksionallığı  ilə  bilavasitə  folklora 
yaxın  olsa  da,  eyni  vaxtda  ondan  kəskin  surətdə  ayrılırlar.  Əfsanə  Babayeva  yazır: 
“Dini mətnlərin qiraətində musiqi: reçitativ, adi deklamasiya, melodik oxuma halında 
özünü  göstərir.  Dini  mətnlərin  musiqili  oxunuşu,  sözsüz,  emosional  təsiri  artırır, 
bununla da əsil bədii əhəmiyyət əldə edir” (1, s. 85-86).  
Yas  nəğmələrinin  əsas  yaradıcısı  və  ifaçısı  qadınlardır.  Yas  nəğmələrinin 
formaları  ağılar,  edilər  və  mərsiyələrdir.  Belə  nəğmələr  daha  çox  kədəri  ovutmaq 
məqsədilə, eyni zamanda ruhun o dünyaya rahat gedə bilməsi üçün oxunur. Mifoloji 
təsəvvürlərə görə ruh kənardan öz matəm məclisini müşahidə edir, gözlərdən çıxan 
yaş onun ruhunun ali məkana çatmasına kömək edir. Ağı nəğmələrinin son dil həddi 
“Şaxsey-vaxsey”dir. 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə