Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə34/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

 
 
86 
 
Konservatoriya” jurnalı 2017№2 (36)
 
İnformator Orucova Gülcahanın verdiyi məlumata görə bu nümunəni qızlar 
bulaq başında olarkən və xınayaxdı mərasimi zamanı oxuyur. “Səhəng” nümunəsi 
iki  qrupdan  ibarət  qızlar  tərəfindən,  sual-cavab  şəklində  ifa  olunur.  Bu  da 
Azərbaycan xalq musiqisində çoxsəsli musiqinin də olmasına bir nümunədir.  
Bu  nümunə  də,  öncəki  nümunə  kimi  şux,  oynaq  xarakterdədir.  Poetik 
mətnlərin musiqisi arasında heç bir fərq müşahidə olunmur. Yeddi hecalı misradan 
təşkil olunmuş mətn melodik misralarla uyğundur.  
Birinci  və  ikinci  cümlələr  4  xanə  olmaqla,  sual-cavab  quruluşunu  yaradır. 
“Ay  huvoylu  huvoylu” melodik  misrası  daim  cavab  partiya kimi  səsləndirilir.  Bu 
hissə  unison,  xor  şəklində  oxunduğu  halda,  digər  melodik  misralar  tək  ifaçı 
tərəfindən  ifa  olunur.  Qeyd  edək  ki,  “Huvoylu”  nəğmələrinə  Qarabağda  da  rast 
gəlmək mümkündür. 
 
Təhlil  olunan  digər  nümunə  “Ay  ağalar”  informator  Abdalov  Cavidin 
verdiyi  məlumata  görə  bu  mahnı  əsasən  toy  mərasimlərində,  xüsusən  toy 
axşamlarında  yaşlı  nəsil  tərəfindən  bir  araya  toplaşaraq  ifa  olunur.  Satirik  ruhda 
olan  bu  kompozisiyanı  adətən  qaynanalar  gəlinləri  üçün  oxuyurlar.  Ümumi 
məzmun şən, şuh, yumoristik abu-hava bağışlayır. 
Nümunə 3. 
Nota köçürən: Əsədzadə Gülxanım 
 
Nümunədə  aşıq  şeirinin  formalarını  görmək  mümkündür.  Belə  ki,  ritmik 
şəkildə  ifa  olunan  musiqinin  mətni  on  bir  hecalı  qoşma  quruluşundadır.  Bu  da 
Qobustan  ərazisində,  daha  dəqiq  desək,  Şamaxı  bölgəsində  illər  ərzində  xalq 
musiqisinin aşıq yaradıcılığı ilə olan qarşılıqlı əlaqəsindən xəbər verir. 
Bilindiyi kimi, Azərbaycan toy mərasimləri bir neçə mərhələdən ibarətdir. 
Ekspedisiya  zamanı  toy  mərasimi  ilə  bağlı  qarşımıza  çıxan  digər  nümunə  oğlan 
adamlarının qız evində oxuduğu mahnıdır. Azərbaycanda bir çox ərazilərdə, eləcə 
də  Qobustanda  da  qız  toyundan  sonra  oğlan  toyu  baş  tutur.  Oğlan  toyu 
başlamamışdan öncə, gəlini qız evindən ailə quracağı evə gətirirlər. Bu mahnı ilə 
sanki gəlini aparan oğlan adamı qız evini xəbərdar edir. Nümunə №4 qürur hissi ilə 


 
 
87 
 
Etnomusiqişünaslıq UOT 78.031.4 Gülxanım Əsədzadə  - Şirvanın autentik folklor nümunələri 
deyilən “Şal almağa gəlmişik” sözləri ilə başlayır. Toy camaatının sevincli olmağı 
nümunə  №4-ün  ifa  tərzindən  sezilir.  Bu  nümunə  adətən  şən,  oynaq  şəkildə  yaşlı, 
ağbirçək qadınlar tərəfindən ifa edilir. “Şal almağa gəlmişik” nümunəsi ifa olunan 
zaman həm ifaçılar, həm də gələn qonaqlar  ritmə uyğun şəkildə əl çalırlar. 
Nümunə №4. 
Nota köçürən: Əsədzadə Gülxanım 
 
Vurğulamaq  lazımdır  ki,  bu  nümunə  demək  olar  ki,  Azərbaycanın  bütün 
regionlarında  mövcuddur.  Lakin  hər  biri  məhəlli  xüsusiyyətlərinə  görə  biri-
digərindən  seçilir.  Məsələn,  Abşeron  ərazisində  bu  nümunə  oynaq,  ritmik  şəkildə 
yox,  əksinə  aramla  ifa  edilir.  Eləcə  də,  poetik  mətndə  də  bir  qədər  dəyişikliklər 
özünü büruzə verə bilər. 
Sahə araşdırmaları nəticəsində qarşımızıa çıxan digər nümunələr uşaq oyun 
havaları  ilə  bağlıdır.  Xalqın  əyləncəsini,  məişətini  təsvir  edən  uşaq  oyun  havaları 
mövzu,  məzmun  baxımından  rəngarəngdir  və  bir-birindən  fərqlənir.  Adından  da 
göründüyü  kimi,  bu  nümunələr  uşaqların  bir-birilə  oynadığı  zaman  istifadə  etdiyi 
parçalardır.  Bütün  uşaq  oyun  havaları  ilə  bizi  Sündü  kəndinin  sakini  informator 
Abdalov Cavid tanış etmişdir. 
İlk  nümunə  “Paravoz”  adlanır.  Poetik  mətndə  uşaqlar  biri  digərini 
oynamağa səsləyir:  
Nümunə №5. 
Nota köçürən: Əsədzadə Gülxanım 
 
Ümumən on iki xanədən ibarət nümunədə b3 və k3 intervallarına sıçrayışlar 
üstünlük  təşkil  edir.  Zənnimizcə,  bu  da  şüuraltı  olaraq  uşaq  oyun  havası 
olduğundan qaynaqlanır.  
Uşaq oyun havaları ilə bağlı olan digər nümunə “Çilingağac” oyunu zamanı 
uşaqlar tərəfindən ifa edilir. İki dəstədən ibarət olan bu oyunda hər dəstədən iki-üç 


 
 
88 
 
Konservatoriya” jurnalı 2017№2 (36)
nəfər iştirak edir. Adətən, oğlanların oyunu olduğundan əsas məğzi ağac parçasının 
daha uzaq məsafəyə atılmasındadır. Uduzan tərəf isə qalib gəlmiş dəstə tərəfindən 
cəzalandırılır. Cəza isə “Çilingağac”  mahnısının ifa edilməsidir. Cəzanın çətinliyi 
rəqib  tərəf  çatana  qədər  mahnının  birnəfəsə  oxunmasıdır.  Əgər  verilmiş  cəzanı 
uduzan  dəstə  yerinə  yetirə  bilməsə,  yenidən  nümunəni  oxumaq  məcburiyyətində 
qalır.  
Nümunənin  sadə  və  lakonik  olması  onun  uşaq  musiqisinə  aid  olduğunun 
sübutudur.  Burada  poetik  mətn  qısa  misralardan  təşkil  olunur.  “Çilingağac” 
oyununda ifa olunan mahnı çox cəld tempdədir və sonda kəlmənin uzadılması ilə 
tamamlanır. İfa olunan melodiya rast məqamı təəssüratını oyadır.  
Nümunə №6. 
Nota köçürən: Əsədzadə Gülxanım 
 
Ekspedisiya  zamanı  tanış  olduğumuz  digər  nümunə  həm  uşaqlar  bir-birilə 
oynadığı zaman, həm də uşaqları oxşayan, sakit edən zaman ifa olunur. Qeyd edək 
ki, bu nümunəyə biz Abşeronda da rast gəlmişik. Lakin bu nümunələr arasında fərq 
musiqisində yox, poetik mətnindədir. Bu da hər arealın özünəməxsus dili və ləhcəsi 
olmasından  irəli  gəlir.  Eləcə  də,  Abşeron  ərazisində  bu  nümunə  yalnız  uşaqların 
bir-birilə oyunu zaman ifa olunur. 
Nümunə№7. 
Nota köçürən: Əsədzadə Gülxanım 
 
Şamaxı ərazisində:Əkdim noxud 
                 Bitdi söyüd 
                 Yarpağı şabalıd 
 
 
Abşeron ərazisində:Əkdim noxud 
                  Bitdi şüyüd 
                 Yarpağı şabalüd


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə