98
“ Konservatoriya” jurnalı 2017№2 (36)
Ключевые слова: Джабраил, музыкальный фольклор, экспедиция, мар-
сийа, тазия
Aysel SAFIKHANOVA
Master of Arts of ANC
RELIGIOUS MUSIC OF JABRAIL REGION-MARSİYYA
Summary: Marsiyya is one of the literary-musical genres which play great
role in conducting religions ceremonies. Musical folklore of Jabrayil region is many
part of the Azerbaijani art. Though the region is under the occupation of armenian
invaders and every dweller of the region lives in difficult situations, they preserved
their own customs and traditions.
The given article deals with the marsiyyas performed by Surayya Haji
Taherova who is from Jabrayil but lives in the settlement for internally displaced
persons in Bilasuvar, Shafiga Khanlar Huseynova, Sirafaddin Mirhuseyn Huseynov
who were sethed in united hostel of Caspian shipping company, Gulbas Ismayil
Karimova who was settled in Gunashli settlement in Beylagan.
These marsiyyas have been collected, transformed on notes and their
composition have been analysed.
Key words: Jabrayil, musical folklore, expedition, marsiyya, taziya
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova
Konservatoriya” jurnalı 2017№2 (36)
99
“KONSERVATORİYA” ELMİ JURNALINI ARTIQ İNTERNETDƏ
İZLƏMƏK MÜMKÜNDÜR
2009-cu ildən bəri bu günəcən fasiləsiz dərc edilən, Azərbaycan Milli
Konservatoriyasının, eləcə də sənətşünaslıq yönümündə fəaliyyət göstərən başqa
təhsil ocaqlarının elmi nailiyyətlərini məqalələrdə mütəmadi işıqlandıran
“Konservatoriya” elmi jurnalının fərdi veb səhifəsi istifadəçilərin ixtiyarına verildi.
Təqdimat mərasimi aprelin 13-də AMK-nın “Bakı” zalında baş tutdu.
Konservatoriya.az ünvanında fəaliyyətə başlamış sayt “Milli musiqinin
tədqiqi” laboratoriyasının əməkdaşları tərəfindən hazırlanıb. AMK-nın elmi işlər
üzrə prorektoru Lalə xanım Hüseynova zala toplaşanları jurnalın onlayn versiyasının
çıxması münasibəti ilə təbrik etdi və Milli Konservatoriyanın elmi mühitinin
canlanmasında saytın böyük rolunun olacağına ümidlərini səsləndirdi. Çünki artıq bir
neçə ay İnternetdə olmasına baxmayaraq xaricdən maraqlananlar və saytdan məlumat
götürənlər artıb, təbrik edənlər də saytda şərhlərini yerləşdirirlər. Hər yeni nömrənin
dərhal onlayn versiyasını sayta yerləşdirməklə dünya elmi bizim nailiyyətlərimizdən
xəbərdar olacaq. Əlbəttə, bu fakt yanlışlıqlara daha diqqətli olmağa, xüsusilə də
plagiata qarşı amansız mövqedə durmağa vadar edir. Çıxışının sonunda Lalə xanım
xüsusilə vurşuladı ki, dünya elmi mühitinə daxil olması üçün saytın bir körpü
olacağına böyük ümidlər bəsləyirik. Ona görə də jurnalın bütün məqalələri başqa
nüfuzlu elmi dərgilərdən fərqli olaraq saytda açıq istifadədə yerləşdirilib və hər kəs
bu yazılardan sözün müsbət mənasında yararlana biləcək.
Konservatoriya” jurnalı 2017№2 (36)
100
Daha sonra saytın veb dizayneri Manafova Gülnarə dinləyiciləri saytın
özəllikləri ilə bilavasitə onlayn rejimdə tanış etdi. Saytın rəng seçiminin neytral
olması elmi jurnallara qarşı qoyulan əsas tələblərdən biridir. Çünki rəngbərəng
tərtibat diqqəti yayındırır və məqalənin məğzini anlamağa mane olur. Saytın əsas
səhifəsində jurnalın İSSN beynəlxalq seriya nömrəsi və jurnal haqqında məlumat,
eləcə də sonuncu nömrələrin linki yerləşdirilib. Futerdə (yəni saytın alt hissəsində)
əlaqə üçün informasiya, bütün arxiv nömrələr, bölmələr və açar sözlər bir tıklama ilə
açılmağa hazır şəkildə yer alıb. Jurnalın ilk səhifəsındəki hər iki – həm üst, həm də
alt menyudan AMK-nın əsas saytına birbaşa giriş imkanı da var. Əsas səhifədə
məqalələr sayta yerləşdirilmə ardıcıllığı ilə düzülür. Hər məqalənin açar sözləri
məqalənin başlığının altında aydın görünür. Məlumdur ki, axtarış sistemləri ilk əvvəl
başlıqda olan söz və açar sözlər vasitəsilə məlumat axtarır. Ona görə də saytda
axtarış üsullarına xüsusi diqqət ayrılıb. Hər məqalənin müəllifinin fərdi səhifəsi
yaradılıb. Onun haqqında məlumat və fotolar, eləcə də məqalələrinin siyahısı və dərc
edildiyi il, nömrəsi qeyd edilib. Hər növbəti məqalə müəllifin səhifəsində də yer
alacaq. Məqalənin mətnindən isə müəllifin və eləcə də məqaləyə rəy verən alimin
fərdi səhifəsinə giriş imkanı var. Beləliklə, məlumat axtaran şəxs saytın daxilində
bütün lazımi informasiya ilə təmin edilmiş olur. Göründüyü kimi saytın yaranması
ilə bərabər arxivləşmə və kataloqlaşma işi də görülüb.
Saytın menyusu redaksiya heyəti, jurnalın tələbləri, arxiv, tədbirlər, elanlar və
əlaqə üçün informasiya ilə rahat tanış olmaq imkanı yaradır. Kitabxana, elmi
fəaliyyət və yardımçı vasitələr bölmələri isə hələ tərtib eidlmə mərhələsindədir.
Kitabxana düyməsi altında elektron kitabxananın yaradılması nəzərdə tutulub. Elmi
fəaliyyət düyməsi elmlə məşğul olan hər kəs, xüsusilə də dissertant, doktorantlar
üçün lazımlı olacaq sənədlər, dünya elmi mühiti ilə tanışlıq üçün vasitəçi saytlar
yerləşdiriləcək. Yardımçı vasitələr bölməsindən isə dünya elm mərkəzləri, elektron
kitabxanalar, dissertasiya topluları kimi vacib köməkçiləri, eləcə də tədqiqata lazım
olan kompüter proqramları, antiplagiat resurslar, biblioqrafik köməkçilər və s. elmi
tədqiqatı asanlaşdıran vasitələri birbaşa jurnalın səhifəsindən əldə etmək mümkün
Dostları ilə paylaş: |