Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə38/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   32   33   34   35   36   37   38   39   40

 
 
98 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Ключевые  слова:  Джабраил,  музыкальный  фольклор,  экспедиция,  мар-
сийа, тазия 
Aysel SAFIKHANOVA   
Master of Arts of ANC 
 
RELIGIOUS MUSIC OF JABRAIL REGION-MARSİYYA 
Summary:  Marsiyya is one of the literary-musical genres which play great 
role in conducting religions ceremonies. Musical folklore of Jabrayil region is many 
part of the Azerbaijani art. Though the region is under the occupation of armenian 
invaders and every dweller of the region lives in difficult situations, they preserved 
their own customs and traditions. 
The given article deals with the marsiyyas performed by Surayya Haji 
Taherova who is from Jabrayil but lives in the settlement for  internally displaced 
persons in Bilasuvar, Shafiga Khanlar Huseynova, Sirafaddin Mirhuseyn Huseynov 
who were sethed in united hostel of Caspian shipping company, Gulbas Ismayil 
Karimova who was settled in Gunashli settlement in Beylagan. 
These marsiyyas have been collected, transformed on notes and their 
composition have been analysed.   
Key words: Jabrayil, musical folklore, expedition, marsiyya, taziya 
 
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə; 
             sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
99 
 
“KONSERVATORİYA” ELMİ JURNALINI ARTIQ İNTERNETDƏ 
İZLƏMƏK MÜMKÜNDÜR 
 
2009-cu  ildən  bəri  bu  günəcən  fasiləsiz  dərc  edilən,  Azərbaycan  Milli 
Konservatoriyasının,  eləcə  də  sənətşünaslıq  yönümündə  fəaliyyət  göstərən  başqa 
təhsil  ocaqlarının  elmi  nailiyyətlərini  məqalələrdə  mütəmadi  işıqlandıran 
“Konservatoriya”  elmi  jurnalının  fərdi  veb  səhifəsi  istifadəçilərin  ixtiyarına  verildi. 
Təqdimat mərasimi aprelin 13-də AMK-nın “Bakı” zalında baş tutdu.  
 
Konservatoriya.az  ünvanında  fəaliyyətə  başlamış  sayt  “Milli  musiqinin 
tədqiqi”  laboratoriyasının  əməkdaşları  tərəfindən  hazırlanıb.  AMK-nın  elmi  işlər 
üzrə prorektoru Lalə xanım Hüseynova zala toplaşanları jurnalın onlayn versiyasının 
çıxması  münasibəti  ilə  təbrik  etdi  və  Milli  Konservatoriyanın  elmi  mühitinin 
canlanmasında saytın böyük rolunun olacağına ümidlərini səsləndirdi. Çünki artıq bir 
neçə ay İnternetdə olmasına baxmayaraq xaricdən maraqlananlar və saytdan məlumat 
götürənlər artıb, təbrik edənlər də saytda şərhlərini yerləşdirirlər. Hər yeni nömrənin 
dərhal onlayn versiyasını sayta yerləşdirməklə dünya elmi bizim nailiyyətlərimizdən 
xəbərdar  olacaq.  Əlbəttə,  bu  fakt  yanlışlıqlara  daha  diqqətli  olmağa,  xüsusilə  də 
plagiata qarşı amansız mövqedə durmağa vadar edir. Çıxışının sonunda Lalə xanım 
xüsusilə  vurşuladı  ki,  dünya  elmi  mühitinə  daxil  olması  üçün  saytın  bir  körpü 
olacağına  böyük  ümidlər  bəsləyirik.  Ona  görə  də  jurnalın  bütün  məqalələri  başqa 
nüfuzlu elmi dərgilərdən fərqli olaraq saytda açıq istifadədə yerləşdirilib və hər kəs 
bu yazılardan sözün müsbət mənasında yararlana biləcək. 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
100 
 
 
Daha  sonra  saytın  veb  dizayneri  Manafova  Gülnarə  dinləyiciləri  saytın 
özəllikləri  ilə  bilavasitə  onlayn  rejimdə  tanış  etdi.  Saytın  rəng  seçiminin  neytral 
olması  elmi  jurnallara  qarşı  qoyulan  əsas  tələblərdən  biridir.  Çünki  rəngbərəng 
tərtibat  diqqəti  yayındırır  və  məqalənin  məğzini  anlamağa  mane  olur.  Saytın  əsas 
səhifəsində  jurnalın  İSSN  beynəlxalq  seriya  nömrəsi  və  jurnal  haqqında  məlumat, 
eləcə  də  sonuncu  nömrələrin  linki  yerləşdirilib.  Futerdə  (yəni  saytın  alt  hissəsində) 
əlaqə üçün informasiya, bütün arxiv nömrələr, bölmələr və açar sözlər bir tıklama ilə 
açılmağa hazır şəkildə yer alıb. Jurnalın ilk səhifəsındəki hər iki – həm üst, həm də 
alt  menyudan  AMK-nın  əsas  saytına  birbaşa  giriş  imkanı  da  var.  Əsas  səhifədə 
məqalələr  sayta  yerləşdirilmə  ardıcıllığı  ilə  düzülür.  Hər  məqalənin  açar  sözləri 
məqalənin başlığının altında aydın görünür. Məlumdur ki, axtarış sistemləri ilk əvvəl 
başlıqda  olan  söz  və  açar  sözlər  vasitəsilə  məlumat  axtarır.  Ona  görə  də  saytda 
axtarış  üsullarına  xüsusi  diqqət  ayrılıb.  Hər  məqalənin  müəllifinin  fərdi  səhifəsi 
yaradılıb. Onun haqqında məlumat və fotolar, eləcə də məqalələrinin siyahısı və dərc 
edildiyi  il,  nömrəsi  qeyd  edilib.  Hər  növbəti  məqalə  müəllifin  səhifəsində  də  yer 
alacaq.  Məqalənin  mətnindən  isə  müəllifin  və  eləcə  də  məqaləyə  rəy  verən  alimin 
fərdi  səhifəsinə  giriş  imkanı  var.  Beləliklə,  məlumat  axtaran  şəxs  saytın  daxilində 
bütün  lazımi  informasiya  ilə  təmin  edilmiş  olur.  Göründüyü  kimi  saytın  yaranması 
ilə bərabər arxivləşmə və kataloqlaşma işi də görülüb. 
Saytın menyusu redaksiya heyəti, jurnalın tələbləri, arxiv, tədbirlər, elanlar və 
əlaqə  üçün  informasiya  ilə  rahat  tanış  olmaq  imkanı  yaradır.  Kitabxana,  elmi 
fəaliyyət  və  yardımçı  vasitələr  bölmələri  isə  hələ  tərtib  eidlmə  mərhələsindədir. 
Kitabxana düyməsi altında elektron kitabxananın yaradılması nəzərdə tutulub. Elmi 
fəaliyyət  düyməsi  elmlə  məşğul  olan  hər  kəs,  xüsusilə  də  dissertant,  doktorantlar 
üçün  lazımlı  olacaq  sənədlər,  dünya  elmi  mühiti  ilə  tanışlıq  üçün  vasitəçi  saytlar 
yerləşdiriləcək.  Yardımçı  vasitələr  bölməsindən  isə  dünya  elm  mərkəzləri,  elektron 
kitabxanalar, dissertasiya topluları kimi vacib köməkçiləri, eləcə də tədqiqata lazım 
olan kompüter proqramları, antiplagiat resurslar, biblioqrafik  köməkçilər və s. elmi 
tədqiqatı  asanlaşdıran  vasitələri  birbaşa  jurnalın  səhifəsindən  əldə  etmək  mümkün 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə