Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə36/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   32   33   34   35   36   37   38   39   40

 
 
92 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Azərbaycan mərasim nəğmələri xalqın milli adət-ənənələrinin bədii təfəkkürdə 
şeir  şəkli  alması  nəticəsində  yaranmışdır.  Ölümün  türk  xalqlarında  nə  demək 
olduğunu  başa  düşmək  üçün  onun  fizioloji  proses  olmaqdan  savayı,  yaxınları  üçün 
ağır  itki  olduğunu  da  düşünmək  lazımdır.  Məhz  ölümü  dəyərləndirmək  məqsədilə 
oxunan  ağılar,  nəğmələr  hər  şeydən  əvvəl  bədii  təfəkkürün  məhsuludur.  Yas 
mərasimi  və  orada  oxunan  nəğmələr  xalqın  folklorunda  emosional-lirik  hisslərin 
ifadəsinə  xidmət  edir.  Qədim  tarixi  köklərə  malik  olan  mərsiyələr  XVI  əsrdən  bəri 
XX  əsrin  əvvəlinə  kimi  Azərbaycanda  geniş  yayılmışdır.  Mərsiyələr  şikayət  tipli 
matəm mahnılarıdır ki, xüsusiyyətlərinə görə çox rəngarəngdirlər. Onlardan həm dini 
mərasimlərdə  Hüseyniyyə  təziyələrində,  həm  də  yas  mərasimlərində  istifadə  edib 
oxuyurlar.  
Mərsiyə  mətnləri  qəsidə  tərzində  yazılmış  mənzum  şeirlərdir  ki,  məzmun 
etibarilə  əsasən  Kərbəla  müsibətində  həlak  olan  din  qəhrəmanlarına,  onların 
çəkdikləri müsibətlərə həsr olunur. Lakin mərsiyə konkret bir şəxsin vəfatına da həsr 
edilir.  
Mərsiyələrin musiqisi şifahi ənənəyə əsaslanırsa, ədəbi mətnləri şair qələminə 
məxsusdur. Mərsiyələrin musiqi mətninin formalaşmasında folklor musiqisinin təsiri 
o biri dini musiqi janrlarına nisbətən daha çox nəzərə çarpır. Bu da onların ifasındakı 
müəyyən normativlərin sərbəstliyi ilə əlaqədardır. Mərsiyələrin musiqi quruluşlarının 
yaranmasında  ədəbi  mətnlərin  forması  və  ifa  tərzi  böyük  rol  oynayır.  Mərsiyələrin 
musiqi mətnlərinin melodik özəyi əsasən iki, üç və ya dörd xanəli melodik ibarələrdir 
ki, inkşaf edərək musiqi mətnini əmələ gətirir.  
Biz  tədqiqat  mövzumuzla  bağlı  olaraq  Bakı  şəhəri  ilə  yanaşı,  Biləsuvar 
rayonunda  Cəbrayıl  rayonundan  olan  məcburi  köçkünlərin  məskunlaşdıqları 
qəsəbədə  də  ekspedisiya  səfərinə  getdik.  Bu  səfər  də  bizi  bir  çox  zəngin  folklor 
daşıyıcıları  ilə  tanış  etdi.  Biləsuvar  rayonuna  səfərimiz  çox  məhsuldar  oldu.  Belə 
etnoforlardan biri 8-ci qəsəbədə məskunlaşan Tahirova Hacı Sürəyya idi. O, 1940-cı 
ildə  Cəbrayıl  rayonu  Mehdili  kəndində  anadan  olub.  Etnofor  bizə  söylədi  ki,  hal-
hazırda da öz evində həm oğlu, həm də özü peyğəmbərləri və imamları mədh edən 
mərsiyələr  oxuyurlar.  Oxuduğu  mərsiyələrdən  bir  neçəsini  bizə  avazla  söylədi. 
Həmçinin mərsiyələrlə yanaşı, bir çox laylalar da ifa etdi.   
 


 
 
93 
 
Etnomusiqişünaslıq UOT 78.031.4 Səfixanova Aysel  - Cəbrayıl rayonunda dini musiqi – mərsiyələr 
 
Fatimə deyər ağlar
Fatimə deyər ağlar, 
Hanı mənim Huseynim? 
Hanı mənim Huseynim? 
 
Başa qara bağlar
Başa qara bağlar, 
Hanı mənim Huseynim? 
Hanı mənim Huseynim? 
Hərdən-hərdən dar eyləyər
Hərdən-hərdən dar eyləyər, 
Aləmi bərbad eyləyər
Aləmi bərbad eyləyər. 
Anasını yad eyləyər
Anasını yad eyləyər, 
Hanı mənim Huseynim? 
Hanı mənim Huseynim? 
“Bayatı-Qacar” muğamının “Zəmin-Xara” şöbəsinə əsaslanan not nümunəsi 2 
cümləli  period  formasındadır:  a  (12x)  +  a

(20x).  I  cümlə  (a)  mayənin  aşağı 
kvartasında başlayaraq mayədə tamamlanır. 2 ibarədən ibarətdir. 4 xanəni əhatə edən 
sual  xarakterli  I  ibarə  qlissando  ilə  mayənin  aşağı  kvartadan  mayəyə  qədər  qalxan 
melodik  hərəkəti  özündə  ehtiva  edir.  II  cavab  ibarəsi  isə  8  xanəni  əhatə  edərək  2 
xanəlik  4  motivə  bölünür.  Hər  2  ibarə  motivlərə,  motivlər  isə  xırda  submotivlərə 
bölünərək  musiqi  nümunəsinin  xarakterini  –  kədəri,  acını  əks  etdirir.  II  cümlə  (a
1

melodik  baxımdan  a  cümləsinin  variant  təkrarı  da  hesab  oluna  bilər.  Fərq  yalnız 
həcmin  bir  qədər  böyük  olmasındadır.  Beləki,  I  cümlə  12  xanəni  əhatə  edirsə,  II 
cümlə 20 xanədən təşkil olunub. Bu genişlənmələr təkrarların hesabına baş verir. II 
cümlə  də  2  ibarədən  ibarətdir  və  hər  ibarə  8  xanəyə  bölünür.  Beləliklə,  mərsiyə 
mayədə tam kadansla tamamlanaraq qapalı periodu təşkil edir.  
Verilən  not  nümunəsindən  görünür  ki,  motiv  təkrarlarından  geniş  istifadə 
olunmuşdur. Ritmik baxımdan təhlil etsək, sinkopalı hərəkətin üstünlük təşkil etdiyi 
görərik.  Nümunənin  diapazonunu  I  oktavanın  lya  notundan  II  oktavanın  fa  notuna 
qədərdir (k
6
 a
1
-f
2
). Melizmatik işarələrdən isə yalnız mordentdən istifadə olunub. 
Yas  mərasimlərinu  musiqisiz, yəni oxumalarsız təsəvvür etmək olmaz. Çünki 
baş vermiş faciə və hüzn özünün musiqi ifadəsini tapmalıdır. Lakin yas mərasiminin 
müxtəlif dini oxumalarını – ağı, oxşama və mərsiyə kimi janrları mahnı adlandırmaq 
doğru olmazdı. Ağı və oxşamalar öz sərbəst ritminə görə bu janra aid edilmir. Ağı və 
oxşamalar,  bayatılar  əsasında  deyilirsə,  mərsiyələrin  mətni  əruz  vəznində,  həm  də 
yazılı şəkildə yaradılır. Ağı janrı da  mərasim folkloruna aiddir və onun sözlə ifadə 


 
 
94 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
olunan  tərkib  hissəsidir.  Burada  əsas  məsələ  ondan  ibarətdir  ki,  ağı  xalqın  qəm, 
kədər,  həsrət,  nisgil  kimi  hiss  və  duyğuları  ilə  birbaşa  bağlıdır.  Bu  janrların  digər 
fərqli  xüsusiyyətləri  onların  sırf  musiqi  ritmi  və  ifa  özəllikləri  ilə  bağlıdır.  Ağı  və 
oxşamalar  adətən  solo  şəkildə,  mərsiyələr  isə  solo-xor  (dəstə)  formasında  oxunur. 
Azərbaycanın  bir  sıra  bölgələrində  yas  mərasimləri  ağıçı  qadınlar  tərəfindən  idarə 
olunur. 
Bizim  ilk  ekspedisiyamız  Bakı  şəhərində  yataqxanalarda  məskunlaşan  əslən  
Cəbrayıl rayonundan olan məcburi köçkünlərin orta və yaşlı nəsil nümayəndələrinin 
daşıdığı  xalq  folklor  nümunələrinin  toplanması  ilə  bağlı  olub.  Cəbrayıl  rayonunun 
müxtəlif kəndlərindən olan bir çox köçkünlər bizə rayonun adət-ənənələri ilə yanaşı, 
müxtəlif  folklor  nümunələrini  də  avazla  oxudular.  Nümunələr  içərisində  dini 
mövzularla  bağlı  olan  nümunələr  xüsusilə  diqqəti  cəlb  etdi.  Zəngin  folklor 
daşıyıcılarından  biri  də  etnofor  Hüseynova  Şəfiqə  Xanlar  qızı  idi.  İnformatorun 
oxuduğu və bizim araşdırma sahəmizə daxil olan bir çox folklor janrları ilə yanaşı, 
yas mərasimləri zamanı ifa etdiyi ağılar nəzər diqqətimizi cəlb etdi.  
Etnofor  hal-hazırda  da  yas  mərasimlərində  mərsiyə  söyləyir,  ağı  deyib 
məclisləri idarə edir. Şəfiqə nənə bir informator olaraq bizə ekspedisiya səfərimiz ilə 
bağlı  çox  kömək  etdi.  Belə  ki,  o,  bildiyi  ağıları  söyləyərək  və  izahını  verərək  çox 
geniş  məlumat  təqdim  etdi  və  hətta  bizi  çoxlu  sayda  bayatı-ağılar  bilən  bir  çox 
qonşuları ilə də tanış etdi. Şəfiqə nənə çox səlist ifa etməklə yanaşı, oxuduğu ağıların 
tam izahını da verirdi. İnformator qeyd etdi ki, “Yas mərasimində başçı mən oluram 
(yəni  ağubaşı)  və  hal-hazırda  da  qədim  adət-ənənələrimizə  uyğun  şəkildə  yerdə 
oturaraq mərasimi icra edirəm”
7

 
İnformator bu nümunəni mərsiyə adlandırmışdır və biz də bu musiqi parçasının 
adını  bizə  deyildiyi  kimi  saxlamışıq.  Lakin  nümunənin  poetik  mətninə  baxdıqda 
onun ağı tipli nümunə olduğunu aydın şəkildə görürük.Lya mayəli segah məqamına 
                                                            
7
Bakı şəhəri Həsən bəy Zərdabi 31/66. BAQAES-in yarımçıq inzibati binası, 20 fevral 2017-ci il.  
 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə