Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə39/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   32   33   34   35   36   37   38   39   40

Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
101 
 
olacaq.  Sayt  tam  gücü  və  planlaşdırılmış  imkanları  ilə  işə  düşdükdə  informasiyaya 
açıq  olan  hər  kəsə  yardımçı  olmaqla  həmçinin  bütün  Azərbaycan  elminə  öz  layiqli 
töhfəsini vermiş olacaq. 
AMK-nın rektoru, professor Siyavuş Kərimi müasir dövrlə ayaqlaşan bu elmi 
yeniliyi dəstəkləyərək alqışladığını bildirdi. Saytın və jurnalın gələcək inkişafı üçün 
sənətşünaslıq  yönümlü  yüksək  səviyyəli  tərcüməçilərin  və  texniki  bilikləri  olan 
alımlərin yetişdirilməsi istiqamətində müəyyən işlərin artıq getdiyini söylədi.  
Son  olaraq  “Konservatoriya”  jurnalının  redaksiyası  jurnalda  məqaləsi  dərc 
edilmiş  müəlliflərə  müraciət  edərək  müəllif  səhifələrində  çatışmayan  məlumatı, 
email,  foto,  məqalə  adları  və  s.  bu  kimi  informasiyanı  tam  doldurmaqda  yardımçı 
olmağı xahiş edir.  
Manafova Gülnarə 
“Milli musiqinin tədqiqi” elmi-tədqiqat  
laboratoriyasının elmi işçisi 
AQŞİN ƏLİZADƏNİN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-
PRAKTİKİ KONFRANS 
3  may  2017-ci  il  tarixində  Azərbaycan  Milli  Konservatoriyasının  “Bakı” 
zalında  görkəmli  Azərbaycan  bəstəkarı,  ictimai  xadim  və  pedaqoq,  respublikanın  
xalq  artisti,  dövlət  mükafatı  laureatı  Aqşin  Əlizadənin  80  illik  yubileyinə  həsr 
olunmuş elmi-praktiki konfrans keçirildi.   
Konfransda  ön  sözlə  AMK-nın  elmi 
işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, professor Lalə Hüseynova çıxış edərək 
Aqşin  Əlizadənin  həyat  və  yaradıcılığını  əks 
etdirən    video-slaydın  müşayiətilə  bəstəkarın 
musiqi 
tarixində, 
bəstəkarlıq 
sahəsində 
oynadığı  əhəmiyyətli  roldan  danışdı.  Daha 
sonra  Azərbaycan  “Aqşin  Əlizadə:  mühiti  və 
müasirləri” mövzusunda Bəstəkarlar İttifaqının 
katibi,  əməkdar  incəsənət  xadimi  Sərdar 
Fərəcov  çıxış  edərək  onun  müəllimi  olmuş 
Aqşin 
Əlizadənin 
yaradıcılığındakı 
özəlliklərdən,  ona  xas  olan  obraz-intonasiya, 
yaradıcılıq  üslubundan  və  bəstəkarın  yaşayıb-
yaratdığı  mühitdən,  həmkarları  haqda  danışdı. 
Sərdar Fərəcov eləcə də, bəstəkarın bir neçə əsərindən müəyyən parçalar ifa edərək 
onun əsərlərinin bədii və estetik özəlliklərindən  söz açdı. 
Konfransda  həmçinin  AMK-nın  “Milli  musiqinin  tarixi  və  nəzəriyyəsi” 
kafedrasının  müdiri,  professor  Fəttah  Xalıqzadə  “Aqşin  Əlizadənin  yaradıcılığında 
ritm  məsələləri”,  BMA-nın  professoru,  sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru  Leyla 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
102 
 
Məmmədova-Fərəcova  “Aqşin  Əlizadənin  80  illik  yubileyi  münasibətilə  etüdlər”,  
ADMİU-nun dosenti Zəhra Qarayeva “Aqşin Əlizadənin Violin və simfonik orkestr 
üçün  konsertlərinin  özəllikləri  barədə”,  BMA-nın  baş  müəllimi  Aybəniz  Növrəsli 
“Aqşin  Əlizadə  filmi  üzrəində  işimiz  haqqında”  mövzularında  çıxış  edərək 
bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verdilər.  
Konfrans  boyu  bəstəkarın  fortepiano  üçün  yazdığı  “Dastan”  (AMK-nın 
müəllimi  Naibə  Şahməmmədovanın  ifasında),  Aqşin  Əlizadənin  kinomusiqisinə 
fantaziya  (AMK-nın  II  kurs  magistr  tələbəsi  Fərdin  Məmmədlinin  ifasında), 
“Variasiyalar” (AMK-nın I kurs tələbələri Qəhrəmanova Nigar və Aşurova Zabitənin 
ifasında), “Qəmli vals” (AMK-nın I kurs tələbəsi Canmirzəyeva Lətifənin ifasında) 
əsərləri səslənərək dinləyicilər üçün xoş təəssürat yaratdı.   
Humay Fərəcova 
GƏNC İFAÇININ UĞURLARI 
 
Tarzən olmaq arzusu ilə yaşayan və bu arzunu ardıcıl gerçəkləşdirən istedadlı 
ifaçı  İbrahim  Babayevin  ifasını  ilk  dəfə  Azərbaycan  Milli  Konservatoriyasının 
nəzdindəki Musiqi Kollecinin təşkil etdiyi hesabat konsertində dinləmişdik. Konsert 
2016-cı  il  may  ayının  6-da  Azərbaycan  Dövlət  Filormoniyasında  keçirilirdi  və  Ulu 
Öndər,  Ümummilli  Lider  Heydər  Əliyevin  anadan  olmasının  93  illiyinə  həsr 
olunmuşdu.  Həmin  gecə  şəhərin  bu  konsert  zalında  bayram  əhvali-ruhiyyəsi  hökm 
sürürdü.  Konsertə  ali  və  orta  təhsil  müəssisələrinin,  həmçinin  Bakıda  fəaliyyət 
göstərən  bir  çox  musiqi  məktəblərinin  rəhbər  işçiləri,  aparıcı  müəllimləri  və 
musiqisevərlər  dəvət  olunmuşdu.  Musiqi  Kollecinin  yekun  konsertində  fortepiano, 
simli,  nəfəsli,  xalq  çalğı  alətləri,  həmçinin  vokal  siniflərində  təhsil  alan  tələbələr 
çıxış  edirdi.  Onun  proqramı  isə  Qərb,  rus,  Azərbaycan  bəstəkarlarının  əsərləri 
əsasında tərtib edilmişdi. Ən maraqlısı da o idi ki, hər bir iştirakçı təqdim etdiyi əsəri 
Rauf Abdullayevin bədii rəhbər və baş dirijor olduğu Ü.Hacıbəyli adına Azərbaycan 
Simfonik Orkestrinin müşaiyəti ilə ifa edirdi. İştirakçılar içərisində öz fərqli çıxışı ilə 
seçilənlərdən  biri  Musiqi  Kollecinin  “Xalq  çalğı  alətləri”  şöbəsində  təhsil  alan 
dördüncü  kurs  tələbəsi  İbrahim  Babayev  idi.  Digər  iştirakçılardan  fərqli  olaraq 
dinləyicilər  onu,  çıxışının  sonunda  deyil,  məhz  çaldığı  konsertin  “kadensiya”sının 
ifası  zamanı  alqışlayırdı.  Bu  da  onun  nümayiş  etdirdiyi    bacarıq  və  qabiliyyət, 
məharətli çalğısı ilə əlaqədar idi.  
İbrahim  Babayev  1997-ci  ildə  Bakıda  anadan  olub.  Atası  həkim,  anası  isə 
riyaziyyatçıdır. Valideynlərinin arzusu övladlarına öz peşələrinin sirlərini öyrətmək, 
onu öz davamçıları kimi yetişdirmək deyildi. Onların yeganə istəyi İbrahimi pianoçu 
kimi  görmək  idi.  Elə  bu  istək  və  arzu  ilə  əlaqədar  İbrahim  Bakının  Biləcəri 
qəsəbəsində  yerləşən  Fikrət  Əmirov  adına  6  saylı    uşaq  İncəsənət  məktəbinin 
fortepiano sinfində musiqi dərsləri almağa başlayır. Onun adı tez-tez məktəbin fəal, 
istedadlı  şagirdləri  sırasında  çəkilir.  Lakin  ailənin  yaxın  dostu,  gözəl  tarzən, 
Respublikanın  Əməkdar  artisti  Ələkbər  Ələkbərovun  hədiyyə  etdiyi  tar  aləti 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə