Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə2/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   2   3   4   5   6   7   8   9   ...   40

 
 

 
Konservatoriya” jurnalı 2017№ 2 (36) 
Əhsən ƏHMƏDOV 
AMK-nın baş müəllimi  
Email: ehsen.ehmedov@gmail.com 
ARİF BABAYEVİN TƏSNİF YARADICILIĞI 
Xülasə: Arif  Babayevin yaratdığı mahnı və təsniflər 30-a yaxındır. Onların 
çoxu Segah təsnifləridir. Göstərilən təsniflərin məzmunu ehtiras, hicran və 
şikayət lirikası motivlərini özlərində əks etdirir. 
Açar sözlər: Arif Babayev, təsnif, ifa, mahnı, muğam  
Görkəmli  xanəndə  Arif  Babayev  həm  də  30-a  yaxın  mahnı  və  təsnifin 
müəllifi  kimi  tanınır.  Bu  nümunələr  əməkdar  müəllim,  professor  Malik  Quliyev 
tərəfindən  nota  salınaraq  2012-ci  ildə  məcmuə  şəklində  nəşr  olunmuşdur  (1). 
Məcmuədəki  təsniflərin  təhlili  onu  göstərir  ki,  xanəndənin  çox  sevdiyi  “Segah” 
muğamı  onun  yaradıcılığında  Segah  təsniflərinin  üstünlük  təşkil  etməsini 
şərtləndirmişdir.  Bunlardan  “Ay  mənim  məhəbbətim”,  “Gəl,  gəl  maralım  gəl”, 
“Gəncədən fayton gəlir”, “Gəl məni aldatma gözəl, bəxtəvər”, “Qara telin incə belə” 
sözləri  ilə  tanınan  təsniflər  xanəndələrin  repertuarına  “Segah”  təsnifləri  kimi  daxil 
olmuşdur. Lakin bununla yanaşı, digər muğamlara əsaslanan təsniflər də məcmuədə 
yer almışdır. 
Məzmununa  gəldikdə  isə  onu  deməliyik  ki,  göstərilən  təsniflər  özlərinin 
melodik çalarlığı baxımından ehtiras, hicran və şikayət lirikası motivlərini əks etdirir. 
Təsniflərin  sözlərindəki  sadəlik,  səmimilik,  musiqinin  lirikliyi  dinləyicini 
düşünməyə,  sevməyə  səsləyir,  insanın  mənəvi  dünyasını  zənginləşdirir.  Son 
dövrlərdə daha çox məşhurlaşan “Samovarın xəkəsi”  təsnifinin sözlərinə diqqət ye-
tirsək bunun şahidi olarıq: 
Samovarın xəkəsi, 
Yoxdur yarın vəfası. 
Yara bir köynək aldım, 
Güləbatın yaxası. 
*** 
Gülən gülün eylərəm, 
Gülü xəndan eylərəm. 
Öz yarımı versinlər, 
Özgəsini neylərəm. 
Lirik  xalq  mahnıları  ruhunda  olan  bu  nümunə  öz  musiqi  quruluşuna  görə 
poetik  mətnlə  sıx  bağlıdır.  Mahnının  hər  melodik  bəndi  üç  cümlədən  ibarətdir. 
Birinci  musiqi  cümləsi  üç  ibarədən  təşkil  olunur.  Əsas  musiqi  ibarəsinin  (2  xanə) 
oxunmasından sonra nəqəratvari sözlərlə oxunan musiqi ibarəsi (1 xanə) ona cavab 
intonasiyası  ilə  səslənir.  Üçüncü  ibarə  (2  xanə)  musiqi  cümləsini  yekunlaşdıran 
kadensiya əhəmiyyətinə malikdir.   


 
 

 
Muğamşünaslıq UOT: 781,7 Əhsən Əhmədov - Arif Babayevin təsnif yaradıcılığı 
 
 
Mahnının melodiyası do diyez mayəli şur məqamına əsaslanır. Burada hər bir 
ibarə  məqamın  pillələri  üzərində  gəzişməklə  istinad  pilləsinə  dayaqlanır.  Musiqi 
ibarələri  müxtəlif  diapazon  həcmində  olub,  enən  hərəkət  xəttinə  əsaslanır.  Birinci 
ibarə  məqamın  kvarta  tonundan  (fa  diyez)  mayəyə  enir.  İkinci  ibarə  daha  geniş 
diapazonludur və kvinta tonundan (sol diyez) enən hərəkətlə mayədən bir ton aşağı – 
məqamın  əsas  tonunda  (si)  dayanır.  Üçüncü  fraza  isə  yığcam  şəkildə  tersiya 
diapazonunda  (mi  səsindən  başlayaraq)  mayə  ətrafında  dolanan  hərəkətlə  tam 
kadensiya  əmələ  gətirir.  Daha  sonrabu  musiqi  cümləsinin  ikinci  dəfə  yeni  mətnlə 
təkrarlanması verilir. Üçüncü cümlə birincinin dəyişilmiş variantını təşkil edir. Lakin 
bu  musiqi  cümləsi  quruluşuna  görə  fərqlənir.  Musiqi  quruluşunda  başlanğıc  fraza 
dəyişikliyə  məruz  qalır  və  musiqi  mətninə  yeni  intonasiya  daxil  edilir.  Sözsüz 
(asaitinin təkrarlanması əsasında) oxunan kiçik diapazonlu üç ibarə məqamın istinad 
pillələri ətrafında gəzişməklə qurulur.   
 


 
 

 
Konservatoriya” jurnalı 2017№ 2 (36) 
Bundan sonra əsas musiqi cümləsinin ikinci və üçüncü ibarələri təkrarlanaraq 
melodiyanı  yekunlaşdırır.  Melodik  quruluşda  iki  eyni  cümlədən  sonra  üçüncü 
cümlənin  fərqli  başlanğıcla  oxunması  nəqərat  xarakterli  səslənmə  əmələ  gətirir. 
Göründüyü  kimi,  mahnının  melodiyası  şur  məqamına  əsaslanmaqla,  “Dilkeş” 
muğamının intonasiya xüsusiyyətlərini özündə əks etdirir.  
“Gəl,  gəl  maralım”  sözlü  “Segah”  təsnifində  istifadə  olan  bayatılara  diqqət 
yetirsək,  aşiqin  tanrıya  yalvarmasının,  sevgilisini  arzulamasını  dilə  gətirməsinin 
şahidi oluruq. 
Tanrı məni quş eylə
Yaradıb gümüş eylə, 
Mən bu yoldan keçəndə 
Yarı mənə tuş eylə. 
*** 
Gəlirdim süzə-süzə, 
Qızılgül üzə-üzə 
Yar mənə qaş-göz atdı, 
Tellərin düzə-düzə. 
Bu  təsnifin  melodiyası  re  diyez  mayəli  segah  məqamının  istinad  pillələrinə 
əsaslanaraq qurulur. Melodiya üç musiqi cümləsindən ibarətdir. Birinci cümlə zildən 
başlayaraq, enən hərəkətlə fa diyez səsində –  segah məqamının VI pilləsində dayanır 
ki, bu cür hərəkət xətti “Manəndi-müxalif” şöbəsi üçün səciyyəvidir.  
 
İkinci  cümlədə  məqamın  pilləlləri  üzərində  enən  hərəkət  xətti  davam 
etdirilərək mayədə tamamlanır.   
 


 
 

 
Muğamşünaslıq UOT: 781,7 Əhsən Əhmədov - Arif Babayevin təsnif yaradıcılığı 
Lakin melodik fikrin yekunlaşması və tam kadensiya üçüncü cümlədə verilir. 
Bu  cümlə  ikincinin  variantlı  təkrarına  əsaslanaraq,  məqamın  əsas  istinad  pillələri 
ətrafında gəzişməni əks etdirir.  
 
Təsnifin quruluşunda kuplet formasına uyğun cəhətlər özünü göstərir. Belə ki, 
birinci  cümlə  zildə  səslənməsinə  və  çağırış  intonasiyalı  melodik  quruluşuna  görə 
bəndi  təmsil  edir,  ikinci  və  onun  variantı  olan,  eyni  sözlərin  təkrarlanmasına 
əsaslanan üçüncü cümlələr isə nəqərat xarakterlidir.  
Rasim Kərimlinin sözlərinə bəslənmiş  Segah təsnifi də dinləyicilərin sevimli 
mahnılarından birinə çevrilmişdir. Mahnının poetik mətni lirik məhəbbət etiraflarına 
əsaslanır: 
Ürəyimin közüsən, 
Söhbətisən, sözüsən. 
Sən könlümün özüsən 
Dözə bilmirəm sənsiz. 
*** 
Ay, mənim məhəbbətim
Ay, mənim ülviyyətim, gəl! 
Təbim, təravətim gəl gülüm… 
Eşqim, məhəbbətim gəl! 
 
Mahnı  üç  hissəli  formada  qurulmuşdur,  kənar  hissələr  təkrarlanır,  orta 
bölmədə  kulminasiya  özünü  göstərir.  Mətnin  hər  bəndi  bir  bölmənin  əsasını  təşkil 
edir. Hər bölmə özlüyündə bir melodik perioddan ibarətdir. 
Mahnının  melodiyası  do  diyez  mayəli  segah  məqamına  əsaslanır.  Birinci 
hissə təkrar quruluşlu iki cümlədən ibarətdir. Musiqi cümləsi iki xanəlik ibarələrdən 
əmələ  gəlir.  Başlanğıc  ibarə  segahın  VI  pilləsindən  (mi  səsi)  başlayıb,  dalğavari 
gəzişən hərəkətlə həmin pillədə bitir və yarım kadans yaranır. Növbəti ibarə bir pillə 
aşağı sekvensiya şəklində başlanır və həmin pillələyə istinad edərək, enən hərəkətlə 
mayədə tam kadansla bitir.  


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə