Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə3/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   2   3   4   5   6   7   8   9   ...   40

 
 

 
Konservatoriya” jurnalı 2017№ 2 (36) 
 
 
Mahnının  orta  bölməsi  zil  pərdədən  –  lya  səsindən  başlayır.  Bu  da 
melodiyanın quruluşunda yüksəliş – kulminasiya anı kimi qeyd olunur. Bu hissənin 
musiqi  ibarələri  enən  sekvensiyalar  şəklində  qurulmuşdur.  Başlanğıc  ibarə  zildən-
bəmə enən hərəkətlə mi səsinə istinad edir. Lakin natamam kadensiya verilir, bu da 
ikinci ibarənin bir pillə aşağıdan başlanmasına imkan yaradır.  
 
Cümlənin  sonunda  mi  səsinin  uzadılması  ilə  tam  kadensiya  özünü  göstərir. 
Orta  bölmədə  bu  səsin  istinad  pilləsi  kimi  qabarıq  verilməsi  “Şikəsteyi-fars” 
şöbəsinin intonasiya xüsusiyyətlərinə uyğundur.    


 
 

 
Muğamşünaslıq UOT: 781,7 Əhsən Əhmədov - Arif Babayevin təsnif yaradıcılığı 
 
Mahnının üçüncü bölməsi – birincinin təkrarı olub, yeni sözlərlə oxunur. 
“Gəl  məni  aldatma  gözəl,  bəxtəvər”  sözləri  ilə  başlayantəsnif“Segah” 
muğamının  ən  məşhur  təsniflərindən  biri  sayılır.  Poetik  mətnin  quruluşunda  bənd-
nəqərat bölgüsü verilir. 
Gəl məni aldatma gözəl, bəxtəvər, 
Qaş gözün oynatma gözəl bəxtəvər 
Nəqərat: 
Qurban olum səni doğan anaya 
Səni doğub məni saldı bəlaya 
Gəl görüm gəl görüm kimin yarısan 
Hansı vəfadarın vəfadarısan 
*** 
Qoy dolanım başına pərvanə tək, 
Salma məni çöllərə divanə tək. 
Nəqərat. 
Mahnının  musiqi  quruluşunda  da  kuplet  formasının  xüsusiyyətləri  özünü 
göstərir. Melodiya üç xanəlik musiqi cümlələrindən ibarətdir. Hər cümlə bir misraya 
oxunur. 
Mahnının  melodiyası  re  mayəlisegah  məqamına  əsaslanır  və  onun 
quruluşunda məqamın istinad pillələri böyük rol oynayır. Birinci bəndin melodiyası 
mayənin üst kvartasından, sol səsindən başlanıb, enən hərəkətlə mayədə bitir.  
 


 
 
10 
 
Konservatoriya” jurnalı 2017№ 2 (36) 
Bənd mətninin ikinci misrası da bu musiqi cümləsinə oxunur.  
Nəqərat isə kulminasiyanı təşkil edir. Zil səsdən (si səsindən) başlanır və bu 
səsə istinad etməklə qurulur. Bu da melodiyanın kulminasiyasının bədii təsir gücünü 
artırmaqla, melodiyaya deklamasiya xarakteri aşılayır. 
 
Nəqəratda istinad pilləsinin dəyişməsi rast məqamına keçid əmələ gətirir ki
bu da segaha əsaslanan melodiyalar üçün xarakterikdir.  
 
Nəqəratın musiqi cümlələri variantlı şəkildə işlənilir. İkinci cümlə birincinin 
davamı olub, enən hərəkətlə mayədə bitir. Melodiyada məqamın pillələri ətrafında 
gəzişmələr onu zənginləşdirir və inkişaf etdirir.   
 
Mahnının  ikinci  kupleti  birincinin  yeni  variantı  kimi  səslənir  və  musiqi 
məzmununa rəngarənglik gətirir. 
 


 
 
11 
 
Muğamşünaslıq UOT: 781,7 Əhsən Əhmədov - Arif Babayevin təsnif yaradıcılığı 
Nəzərdən  keçirdiyimiz  təsnifin  melodik  quruluşu  zəngin  inkişaflı  olması  ilə 
seçilir.  
Beləliklə, A.Babayevin yaratdığı mahnı və təsniflərin təhlilindən göründüyü 
kimi, onlar lirik xalq mahnı və təsniflərinin quruluş və musiqi dilinin xüsusiyyətlərini 
özündə  cəmləşdirmişdir  və  xanəndənin  yüksək  istedadı  sayəsində  musiqi  irsimizi 
zənginləşdirmişdir. 
 
ƏDƏBİYYAT: 
1.  Arif  Babayevin mahnı və təsnifləri (tərtib edən M.Quliyev). B.: Təhsil, 2012, 
s. 72. 
2.  Həsənova  C.İ.  Qarabağ  xanəndələri  layihəsi.  //  “Musiqi  dünyası”  jurnalı, 
2005, № 1-2 /23, 25s. 
3.  Həsənova  C.İ.  Azərbaycan  musiqisinin  məqamları.  Dərs  vəsaiti.  B.:  Elm  və 
təhsil, 2012, 232 s. 
4.  Həsənova C.İ. Arif Babayev-70 // “Musiqi dünyası” jurnalı. 2008, № 1-2/35,  
s.131-132. 
 
Ахсан АХМЕДОВ 
Старший преподаватель АНК 
ТЕСНИФ В ТВОРЧЕСТВЕ АРИФА БАБАЕВА 
Резюме: Песни и теснифы созданные и впервые исполненные Арифом Ба-
баевым были зафиксированы в нотном изложении профессором М. Гулиевым. 
Самый любимый мугам Арифа Бабаева – «Сегях» и этот факт обусловил соз-
дание им более 30 теснифов «Сегях», в которых отражаются мотивы стра-
сти, разлуки и жалобной лирики.  
Ключевые слова: Ариф Бабаев, тесниф, исполнение, песня, мугам   
 
Ahsan AHMADOV 
Senior Lecturer of ANC 
 
TASNIF IN CREATIVITY OF ARIF BABAYEV 
Summary: The songs and tasnifs performed by ArifBabayev were noted. The 
most favoritemugham that A.Babayev likes is just “Segah”. That’s why most of his 
30 tasnifs created by him are “Segah” tasnifs. As for the content we should say, that 
the mentioned tasnifsreflectpassion, separation and complaint motivesoflyrics along 
with lyrical theme from the point of their melodic undertone.  
Key words: Arif Babayev, tasnif, performance, song, mugham 
Rəyçilər: professor Əlibaba Məmmədov; 
professor Mənsum İbrahimov 


Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
12 
 
Sabir ƏLƏKBƏROV  
AMK-nın baş müəllimi  
Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7 
 
“ƏMİRİ” ŞÖBƏSİNİN MUĞAMLARDA YERİ VƏ ROLU 
 
Xülasə:  Məqalədə muğam  şöbəsi olan “Əmiri”nin  əhəmiyyətindən, 
dəstgahlarda tutduğu mövqedən geniş söhbət açılır. “Əmiri”  şöbəsinin 
muğamların dinamikasına göstərdiyi təsir, onun əsas muğam ilə  məqam 
fərqindən yaranması qeyd edilir. İfaçılara tövsiyə olunur ki, “Əmiri” şöbəsinin 
yaratdığı  effektlərdən bacarıqla istifadə etsinlər. 
Açar sözlər: muğam, “Əmiri”, variant, şöbə, ifaçılıq 
 
Azərbaycan  muğam  dəstgahları  dinləyicidə  qeyri-adi  hisslər  oyada  bilən 
möcüzədir. Muğamlarda qəhrəmanlıq, eşq-məhəbbət, hüzn-kədər və ya sevinc əhval-
ruhiyyəsi  ifaçının  istedadı  və  muğamların  şöbə  və  guşələrindən  məharətlə  istifadə 
etmə bacarığından irəli gəlir. 
Yaxın keçmişə qədər muğamlar saatlarla ifa edilə bilirdi. Bir saat və ya daha 
artıq vaxt ərzində dinləyicini heyrətdə saxlamaq, ifaçıdan muğamları dərindən bilib, 
məqamdan-məqama  keçib,  təsnif,  mahnı,  rəng  və  rəqslərdən  məharətlə  istifadə  edə 
bilmək  qabiliyyəti,istifadə  olunan  şeir  və  qəzəllərin  mənalarını  çatdırmaq,  səlist 
tələffüz,  səslərin  gözəlliyi,  ifaçıların  virtuozluğu  tələb  olunurdu.  Cabbar 
Qaryağdıoğlu,  Qurban  Primov,  Saşa  Oqanezaşvili  üçlüyü  öz  ifaları  ilə  dinləyicini 
nəinki  yormur,  əksinə  heyrətləndirməyi  bacarırdılar.  İstedad,  zəhmət  və  bilik  belə 
sənətkarları xalqın xatirində daim yaşadır. 
Müasir dövrdə yüksək zövqlə, dərin biliklə muğamları öyrənib ifa etmək üçün 
hər  cür  şərait  mövcuddur.  Bunun  üçün  musiqi  məktəbləri,  musiqi  kollecləri,  Milli 
Konservatoriya  və  başqa  muğam  tədris  edən  müəssisələr  fəaliyyət  göstərərək 
sənətkarların  bilik  və  təcrübəsindən  bəhrələnmək,  muğamın  sirrlərini  açıb,  gələcək 
nəsillərə  ötürmək  məsuliyyətini  daşıyır.  Muğamlarımızın  unikallığı  onların 
çoxvariantlı məqam dəyişmələri və improvizə imkanlarından irəli gəlir. Əsrlər boyu 
ifaçılar  muğamın  bu  xüsusiyyətindən  istifadə  edərək  təkrarolunmaz  təsirə  malik 
musiqi  nümunələri  yaratmışlar.  Muğamların  quruluşuna  fikir  verdikdə,  proqram  və 
cədvəllərə  nəzər  saldıqda  bəzi  şöbə  və  guşələrin  bir  neçə  muğam  dəstgahında 
mövcudluğu diqqəti özünə çəkir. Misal üçün “Mahur”, “Rast” muğamlarında segah 
məqamında  olan  “Segah”,  “Şikəstə”,  “Xocəstə”,  “Əmiri”,  “Mübərriqə”,  şur 
məqamına  aid  “Vilayəti”,  “Dilkeş”,  “Kürdü”,  şüştər  məqamına  aid  “Manəndi-
müxalif”,  çahargah  məqamına  aid  “Hisar”,  rast  məqamına  aid    “Əraq”,  “Qərai” 
muğam  dəstgahında  müəyyən  dinamika,  sujet  xətti  yaratmaq  üçün  işlədilir. 
“Əmiri”dən başqa bütün göstərilən şöbə və guşələr muğamın orta, ya da axıra yaxın 
hissələrində  ifa  olunur.  “Əmiri”  isə  adının  mənası  kimi  ancaq  muğamın  əvvəlində 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə