Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə7/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   2   3   4   5   6   7   8   9   10   ...   40

 
 
22 
 
Konservatoriya” jurnalı 2017№ 2 (36)
T.Quliyevin  “Rast”  muğamının  not  yazısı  aşağıdakı  şöbələri  özündə  ehtiva 
edir:  “Novruz-rəvəndə”,  “Rast”,  “Üşşaq”,  Təsnif,  “Hüseyni”,  “Vilayəti”,  Rəng, 
“Xocəstə”,  Təsnif,  “Xavəran”,  “Əraq”,  “Pəncgah”,  “Raq”,  “Xavəran”,  “Əmiri”, 
“Məsihi” [11]. Burada “Bərdaşt”ın adı “Novruz-rəvəndə” kimi qeyd olunub. Bundan 
əlavə  “Bərdaşt”ı  səciyyələndirən  hərəkət  istiqaməti  –  mayənin  oktavasından 
başlayaraq aşağı – mayəyə doğru hərəkət və mayədə tamamlanması da not yazısında 
öz  əksini  tapıb.  Qeyd  edək  ki,  burada  xanə  ölçüləri  də  maraqlı  şəkildə  öz  həllini 
tapıb.  Nəinki  dəqiq  metrə  əsaslanan  təsnif  və  rənglərdə,  həmçinin  improvizasiya 
bölümlərində  də  xanə  önündə  dəqiq  metr  göstərilir.  Burada  4/4,  3/4,  2/4,  12/8,9/8, 
6/8  ölçüləri  növbələşir.  Fərqli  ritmlərin  növbələşməsi  və  xüsusilə  də  Rudolfun 
harmonizasiyası  bu  not  yazısını  daha  çox  muğamsayağı  pyesə  yaxınlaşdırır. 
Keçmişdə dəstgahların geniş tərkiblə bir neçə saata ifa olunması təcrübəsini nəzərə 
alsaq, T.Quliyevin not yazısında bu ənənəni sezmək mümkündür. Burada “Bərdaşt” 
da daha çox musiqi cümləsini özündə ehtiva etməklə tədricən mayəyə doğru hərəkət 
edir və mayədə tamamlanır. 
Həmin  ildə  nəşr  olunan  Z.Bağırovun  nota  yazdığı  “Dügah”  dəstgahını  da 
qeyd  etmək  lazımdır.  Həmin  dəstgahın  şöbə  və  guşə  ardıcıllığı  aşağıdakı  kimi 
verilib:  “Bərdaşt”,  “Dügah”,  “Guşeyi-boyati  Qacar”,  “Ruhül-Ərvah”,  təsnif, 
“Mavəraünnəhr”,  “Hüseyni”,  “Şikəsteyi-fars”,  təsnif,  “Dilruba”,  təsnif,  “Əraq”, 
“Zəngi-şütür”, “Rak”, “Dügah” [12]. Gördüyümüz kimi burada “Bərdaşt” var. Lakin 
“Bərdaşt”  üçün  səciyyəvi  olan  mayə  oktavasından  başlayıb,  pillə-pillə  enərək 
mayədə  tamamlanma  prinsipinə  riayət  etmir.  Burada  “Bərdaşt”  improvizasiyalı 
şəkildə deyil, 6/8 ritmində olub rəqs-rəng xarakterli musiqi kimi üzə çıxır.  
 
Zakir Bağırov “Dügah” (1936-cı il) 


 
 
23 
 
Muğamşünaslıq UOT 781.7 Fərdin Məmmədli - XX əsrin əvvəllərində Rast muğamının səs və not yazılarında Bərdaşt şöbəsi 
 
Ötən  əsrin  ilk  yarısında  muğamı  nota  salan  müəlliflər  sırasında  Fikrət 
Əmirovun  adını  da  xüsusi  qeyd  etməliyik.  Bəstəkar  1939-cu  ildə  xanəndə  Bilal 
Yəhyanın ifasından “Rast” muğamını nota köçürmüşdür [13]. Həmin yazıda muğam 
do  mayəlidir.  Burada  “Bərdaşt”  şöbəsi  verilməyib.  Xanəndə  “Mayə”  şöbəsindən 
başlayır.  F.Əmirovun  B.Yəhyanın  ifasında  nota  yazdığı  “Rast”  aşağıdakı  şöbə 
ardıcıllığı  ilə  verilmişdir:  “Mayə”,  “Hüseyni”,  “Vilayəti”,  “Saginamə”,  “Şikəsteyi-
fars”,  “Xocəstə”,  “Əraq”  [13].  Sözügedən  not  yazılarının  bədii dəyəri  muğamın  ilk 
not nümunələri olması ilə yanaşı, həm də ötən əsrin ilk yarısının muğam baxışının, 
muğam  təfəkkürünün,  muğama  yanaşma  tərzinin  təzahürü  olmasıdır.  Yaşadığımız 
dönəmdən  80-90  il  öncə  yazılan  bu  nümunələr  timsalında  həmin  dövrün  “Rast”ı, 
“Bərdaşt”ı  ilə  bugünkü  “Rast”  və  “Bərdaşt”  arasındakı  oxşar  və  fərqli  cəhətləri, 
zamanın təsirini açıq-aydın görmək mümkündür. 
Beləliklə,  qeyd  etdiyimiz  proqram,  səs  və  not  yazılarından  belə  qənaətə 
gəlirik ki, XX əsrin ilk rübündə bilavasitə bərdaşt termini ilə qarşılaşmasaq da, xatirə 
səciyyəli  mənbələrdə  və  not  yazılarında  “Bərdaşt”  funksiyalı  hissə  özünü  göstərir. 
M.Maqomayevin notlaşdırdığı “Rast” da həmin funksiyaya əsaslanan hissə  vardır. 
XX  əsrin  30-cu  illərində  nəşr  olunmuş  T.Quliyevin  “Rast”ında  bərdaşt 
funksiyalı  “Novruzi-rəvəndə”,  Z.Bağırovun  “Dügah”ında  isə  “Bərdaşt”  adı  ilə  rəng 
xarakterli hissə verilib.  
Beləliklə,  səs  yazılarında  olmasa  da,  not  yazılarında  “Bərdaşt”  funksiyalı 
hissənin göstərilməsi ötən əsrin əvvəllərində bu hissənin ifa olunmasına dəlalət edir. 
Burada  diqqət  çəkən əsas  məqam  “Bərdaşt”  funksiyalı  hissənin  yalnız instrumental 
variantlarda  mövcudluğudur.  Deməli,  termin  olaraq  “Bərdaşt”  muğam  dəstgahının 
morfologiyasında XX əsrin 30-cu illərindən etibarən öz yerini tutur.  
 
ƏDƏBİYYAT: 
1.  Hacıbəyli Ü.Ə. Azərbaycan türklərinin musiqisi haqqında. (Təqdim edəni, ön 
söz və lüğətin müəllifi F.Əliyeva). B.: Adiloğlu, 2005, 76 s. 
2.  İsmayılov M.C. Azərbaycan  xalq musiqisi. // Musiqi və həyat. B.: 1961. s. 
20-28. 
3.  Muxtaroğlu V. Havalansın xanın səsi. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 
1971, 104  s 
4.  Məmmədov V.M. Muğam, söz, ifaçı. B.: İşıq, 1981, 144 s. 
5.  Rzayeva-Bağırova R.İ. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: İşıq, 
1986, 76 s. 
6.  Zöhrabov R.F. Azərbaycan muğamları. B.: Təhsil, 2013, 336 s. 
7.  İzahlı muğam lügəti. Dörd CD disk ilə. Tərtibçilər T.Məmmədov, C.Quliyev. 
B.: OL NPKT, 2015, 214 s. 
8.  Исмайлова Г.A. Муслим Магомаев, Б.: Азернешр, 1975, 124 с. 
9.  Səfərova S.Q. Müslüm Maqomayev və Azərbaycan xalq musiqisi. Sən. nam. 
... dis. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası. B.: 1998, 
176 s. 


 
 
24 
 
Konservatoriya” jurnalı 2017№ 2 (36)
10.  Rast. Not yazısı Niyazi. Əlyazma, 1935, Niyazinin ev muzeyinin arxivi. DK 
№ 14751 
11.  Rast dəstgahı. Mansur Mansurovun tarda ifasından yazan Tofiq Quliyev. B.: 
Azərnəşr, 1938. 60 s. 
12.  Dügah dəstgahı. Mansur Mənsurovun tarda ifasından yazan Zakir Bağırov. 
B.: Azərnəşr, 1938, 35 s. 
13.  Rast. Not yazısı Fikrət Əmirov. Əlyazma, 1939, AMEA-nın Memarlıq və 
İncəsənət İnstitunun arxivi. İnv 94a. 
 
Saytoqrafiya 
 
14. Aida Hüseynova. Müslüm Maqomayev: əsrlərin ayrıcından bir nəzər. URL: 
http://www.musigi-dunya.az/magazine1/articles/muslim/MuslimPrint.html 
 
Фардин Маммадли 
МагистрантАНК 
РАЗДЕЛ «БАРДАШТ» МУГАМА «РАСТ» В ЗВУКОВЫХ И НОТНЫХ 
ЗАПИСЯХ НАЧАЛА ХХ ВЕКА 
 
Резюме: В представленной статье основное внимание уделяется разде-
лу «Бардашт» мугама «Раст», который является вступительной частью да-
стгяха.  Рассматриваютсязвуковые  и  нотные  записи  раздела  «Бардашт»  на-
чала ХХ века.  
Ключевые  слова:«Бардашт»,  шобе,  нотные  записи,  учебные  програм-
мы, звукозаписи 
Fardin Mammadli 
Master of Arts of ANC 
 
THE SOUND AND MUSICAL NOTATION OF BARDASHT'S SECTION OF 
MUGHAM RAST AT THE BEGINNING OF THE XX CENTURY 
 
Summary: The article talks about Bardasht (in Rast mugham family ) which 
is introductory part of dastkah..The sound and musical notation of Bardasht’s 
section of mugham Rast at the beginning of the XX century is traced. 
Key words: “Bardasht”, section, musical notation, programmes, sound nota-
tion 
 
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova 
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə 
 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə