Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə9/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

 
 
27 
 
Muğamşünaslıq UOT 781,7 Ruslan Tağıyev - “İsfahan” muğamı VI-XIV əsrlərdə  
yeddi  avazatın  yeddi  səma  cisimləri  ilə,  dörd  şöbənin  isə  dörd  rənglərlə və  dörd  hava 
əlamətləri ilə bağlı olduğunu göstərmişdir. 
Səlahəddin əs-Səfadinin                                    
 
 
12 
əsas muğam
12 
Bürc 

Avazat 

səma 
cisimləri 

şöbə 

rəng 

hava əlamət

Rast 
Qoç 
Gəvəşt 
Saturn 
Yegah 
Sarı qızılı  Isti quru 

Əraq 
Buğa 
Novruz 
Yupiter 
Dügah 
Təbii qırmı Isti nəm 

İsfahan 
Əkizlər
Səlmək 
Mars 
Segah 
Təbii səma  Soyuq nəm 

Zirəfkənd 
Xərçəng
Şahnaz 
Günəş 
Çahargah  Təbii qara  Soyuq quru

Büzürk 
Şir 
Mayə 
Venera 

Zənguləh 
Qız 
Gərdaniyə  Merkuri 

Rəhavi 
Tərəzi 
Hisar 
Ay 

Hüseyni 
Əqrəb 

Hicaz 
Oxatan 
10  Busəlik 
Oğlaq 
11  Nəva 
Dolça 
12  Üşşaq 
Balıq 
Onu  da  qeyd  edək  ki,  Səfadinin  təqdim  etdiyi  muğam  cədvəlində  on  iki  klassik 
muğamlardan yeddi avaz və dörd şöbənin əmələ gəlməsi açıq şəkildə göstərilmişdir (4, 
s.33). 
XIV əsr Azərbaycan muğam mədəniyyətinin formalaşmasında müstəsna xidmətlər 
göstərmiş  görkəmli  şəxsiyyətlərdən  biri  də  Əbdülqadir  Marağayidir.S.Urməvi 
məktəbinin  layiqli  davamçısı  olan  Əbdülqadir  Marağayi  Azərbaycanın  qədim 
şəhərlərindən  biri  olan  Marağa  şəhərində  anadan  olmuş  və  öz  ləqəbini  elə  bu  şəhərin 
adından  götürmüşdür.Ə.Marağayi  bir  çox  elmi  risalələrin  müəllifidir.  Onun  yaratdığı 
elmi  əsərlərindən,  “Şərhül-Kitabül  ədvar”,  “Züldətül-ədvar”,  “Fəvait-i  əşərə”,  “Came 
Əl-Əlhan”  (“Melodiyaların  toplusu”)  və  b.  adlarını  misal  göstərmək  olar.  “Muğam” 
termininin ilk dəfə olaraq elmə gətirilməsi Ə.Marağayinin adı ilə bağlayırlar (4, s.35). 
Bundan  başqa  alim  “Şərhül-Kitabül  ədvar”,  “Fəvait-i  əşərə”  və  “Came  Əl-Əlhan” 
risalələrinin  hər  üçündə  on  iki  klassik  muğamdan  altı  avaz  və  iyirmi  dörd  şöbənin 
yaranması  barədə  geniş  söhbət  açmışdır  (3,  s.193-194).    On  iki  muğambunlardır: 
“Üşşaq”, “Nəva”, “Busəlik”, “Rast”, “Hüseyni”, “Hicaz”, “Rəhavi”, “Zəngulə”, “İraq”, 
“İsfahan”, “Zirəfkənd” və “Büzürk”(3, s.198-199). 
Marağayi on iki muğamdan altı avazın yaranması barədə də çox maraqlı fikirlər 
söyləmişdir:  “Avazların  yaranışı  iki  muğamın  birləşməsi  nəticəsində  əmələ  gəlir. 
Məsələn:  “Novruz”  avazı  “Hüseyni”  və  “İsfahan”  muğamlarının,  “Gəvəşt”  avazını 
“Hicaz” və “Büzürk” muğamlarının, “Səlmək” avazı “Üşşaq” və “Rast” muğamlarının, 


 
 
28 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
“Gərdaniyə”  avazı  “Əraq”  və  “Zəngulə”  muğamlarının,  “Mayə”  avazı  “Nəva”  və 
“Busəlik”  muğamlarının,  “Şahnaz”  avazıisə  “Rəhavi”  və  “Zirəfkənd”  muğamlarının 
birləşməsindən  yaranır”  (3,  s.  198-199).  Altı  avaz  bunlardır:  “Novruz”,  “Gəvəşt”, 
“Səlmək”, “Gərdaniyə”, “Mayə” və “Şahnaz”.                                                                             
 Bundan başqa alim “Dügah” muğamından başlayaraq 24 şöbənin quruluşuna da 
aydınlıq gətirmişdir: “Dügah”ın iki pərdəsi bud tani (yəni böyük ton) intervalını əmələ 
gətirir (fa-sol). İkinci şöbə “Segah” üç tondan ibarətdir. “Tanini” intervalına bütöv ton 
əlavə  etməklə  əmələ  gəlir  (fa-lya).  Üçüncü  şöbə  “Çahargah”dır.  “Segah”a  bir 
mücənnəb,  kiçik  bütöv  tonun  birləşməsindən  əmələ  gəlir.  Dördüncü  şöbə 
“Pəncgah”dır.Beş  pərdədən  ibarətdir  və  “Çahargah”a  bir  mücənnəb  intervalı  əlavə 
olunması  ilə  yaranır.Beşinci  şöbə  “Əşiran”dır  və  on  tondan  ibarətdir.Altıncı  şöbə 
“Novruzi-ərəb”dir,  dörd  pərdədən  ibarətdir.Yeddinci  şöbə  “Mahur”  şöbəsidir.Bu  şöbə 
“Gərdaniyə” və “Üşşaq”dan ibarətdir.Səkkizinci şöbə “Novruzu-Xara”dır, altı pərdədən 
ibarətdir.Doqquzuncu  şöbə  olan  “Hisar”  səkkiz  pərdədən  ibarətdir.  Onuncu  şöbə 
“Bayatı” beş pərdədən ibarətdir. On birinci şöbə “Nühuft”, səkkiz pərdədən ibarət 64-cü 
dairədir.Birinci  təbəqənin  dördüncü  şəkli  və  ikinci  təbəqənin  altıncı  şəklinin 
birləşməsindən yaranmışdır. On ikinci şöbə olan “Üzzal”ın beş pərdəsi var və “Hicaz”ın 
ikincisinə  tanini  intervalının  əlavə  edilməsi  ilə  əmələ  gəlir.C-D  koron  E-koron-F-G 
(Koron - 1/2 bemol ton deməkdir) (3, s. 486). On üçüncü şöbə olan “Ouc” səkkiz tondan 
ibarətdir və 72-ci dairədə yerləşir.On dördüncü şöbə “Neyriz”dir. Bu şöbə iki cür olur. 
Birinci  beş  səsdən,  ikincisi  isə  “Neyriz  kəbr”  adlanır  və  səkkiz  səsdən  ibarətdir. 
“Mübərriqə”  on  beşinci  şöbədir  və  mücənnəb  intervalından  ibarətdir.On  altıncı  şöbə 
“Rəkb”dir  və  iki  növdə olur.Birincisi  üç  tondan,  ikincisi  səkkiz  pərdədən  ibarətdir.On 
yeddinci  şöbə  “Səba”  adlanır.“Səba”  “Segah”  tonikasından  başlayan  “Novruzi 
ərəb”dir.On  səkkizinci  şöbə  olan  “Hümayun”  yeddi  səsdən  ibarətdir.On  doqquzuncu 
“Nəhavənd”  şöbəsidir.Bu  şöbə  səkkiz  səsdən  ibarətdir.İyirminci  şöbə  “Zabul”, 
“Segah”a  bənzəyir,  lakin  yuxarı  tərəfdən  bir  “irha”  intervalı  əlavə  edilmişdir.  İyirmi 
birinci    şöbə  olan  “İsfahan”  yeddi  səslidir.İyirmi  ikinci  şöbə  “Huzi”dir,  altı  səsdən 
ibarətdir.İyirmi  üçüncü  şöbə  “Rui-İraq”dır.Bu  şöbə  altı  səsdən  ibarətdir.  İyirmi 
dördüncü şöbə olan “Mühəyyər” səkkiz  səsdən ibarət 52-ci dairədə yerləşir” (3, s.196-
197).  İyirmi  dörd  şöbə  bunlardır:    “Dügah”,    “Segah”,  “Çahargah”,  “Pəncigah”, 
“Əşiran”,  “Novruzu-ərəb”,  “Mahur”,  “Novruzu-Xara”,  “Hisar”,  “Bayatı”,  “Nühuft”, 
“Üzzal”,  “Ouc”,  “Neyriz”,  “Mübərriqə”,    “Səba”,    “Rəkb”,  “Hümayun”,“Nəhavənd”, 
“Zabul”,  “İsfahan”, “Huzi”, “Rui-İraq” və “Mühəyyər”. 
Ə.Marağayi muğamlarla bağlı cədvəldə “İsfahan”ı həm əsas muğam, həm də şöbə 
kimi göstərmişdir (4, s.34-35). 
 
On iki muğam 
1.Üşşaq 
2. Nəva  
3. Busəlik  
4. Rast   
5. Hüseyni 
6. Hicaz 
7. Rəhavi 
8. Zəngulə 
9. İraq 
10.İsfahan 
11. Zirəfkənd 
12.Büzürk 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə