Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə5/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   2   3   4   5   6   7   8   9   ...   40

Konservatoriya” jurnalı 2017№2 (36)
 
 
16 
 
Muğamlarımız zəngin xəzinəyə bənzəyir. Onu öyrənib tədqiq etdikcə yeni-yeni 
incilər meydana çıxır. Muğam ifaçılarımız nə qədər çox biliklərə malik olsalar, ifaları 
da bir o qədər maraqlı və cazibədar olar. Muğamlar isə, daha da inkişaf edib, dünya 
musiqisi səviyyəsində yüksək mövqe nümayiş etdirər. 
 
ƏDƏBİYYAT: 
1.  Bakıxanov Ə.M. Muğam, mahnı, rəng. B.: İşıq, 1975,  33 s. 
2.  Musazadə R. Qədim muğamlar. B.: MBM, 2013, 124 s. 
 
Сабир АЛЕКБЕРОВ 
Старший преподаватель АНК 
 
РОЛЬ И ЗНАЧЕНИЕ РАЗДЕЛА «АМИРИ» В МУГАМЕ 
Резюме:  В  статье  раскрывается  роль  и  значение  раздела  «Амири»  в 
азербайджанских мугамах («Рахаб», «Шуштер», «Шур» и т.д). Раздел «Ами-
ри»,  несмотря  на  ладовое  различие,  выступает  в  роле  вступления («Бар-
дашт»),  имеющий  большое  значение  в  образовании  динамики,  сюжетной  и 
драматургической линий. 
Ключевые слова: мугам, «Амири», вариант, талант, шобе, исполнение 
 
 
Sabir ALAKBAROV  
Senior Lecturer of ANC 
 
 
PLACE AND ROLE OF THE “АMIRI” SECTİON IN MUGAM 
 
Summary: The article describes the role of the section of “Amiri” in Azerbai-
jani mugham (“Rahab”, “Shushter”, “Shur” and etc.). “Amiri”, in spite of modal 
differences, in the role of entries (“Bardasht”) has enormous values in the formation 
dynamics, plot and dramaturgic lines 
Key words: Mugham, “Amiri”, variant, talent, work, section, performing 
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə 
                 filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev 


 
 
17 
 
Muğamşünaslıq UOT 781.7 Fərdin Məmmədli - XX əsrin əvvəllərində Rast muğamının səs və not yazılarında Bərdaşt şöbəsi 
 
Fərdin MƏMMƏDLİ 
AMK-nın magistrantı 
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7 
Email: fardin.mammadli@gmail.com 
 
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ RAST MUĞAMININ SƏS VƏ NOT 
YAZILARINDA “BƏRDAŞT” ŞÖBƏSİ 
Xülasə:  Məqalədə “Rast” muğam ailəsində  dəstgahların giriş hissəsi olan 
“Bərdaşt” bölmələrinə diqqət yetirilir. “Bərdaşt”  şöbəsinin XX əsrin ilk 
yarısında tədris proqramlarında, səs və not yazılarında necəyer alması 
məsələsi aydınlaşdırılır.  
Açar sözlər: “Bərdaşt”, şöbə, not yazıları, tədris proqramları, səs yazıları 
Azərbaycan şifahi ənənəli professional musiqi sənəti olan muğam əsrlərdir bir 
janr  kimi  öz  spesifikasını  qoruyub  saxlamaqdadır.  Bu  günədək  şifahilik  prinsipinə 
sadiq  qalması  muğamın  əsas  önəmli  meyarıdır.  Muğam  Şərq  təfəkküründə 
formalaşan, tətbiqi də, tədrisi də şifahi ənənəyə əsaslanaraq icra edilən janrdır. Digər 
tərəfdən  şifahilik  ənənəsi  muğamda  gedən  prosesləri  dərindən  izləmək,  araşdırmaq 
imkanlarını  xeyli  azaldır.  Bu  barədə  Üzeyir  bəy  yazırdı  ki,  “O  zamanlarda  not  və 
başqa  bir  musiqi  yazmaq  üsulu  olmadığından  dəstgahlardan  bir  çoxunun  adı 
qalıbdırsa  da,  ağızdan-ağıza  gələn  və  gəldiyi  əsnada  bir  çox  səbəblərdən  dolayı 
müxtəlif  təğəyyürat  və  təbəddülata  yarayan  havaları,  bu  gün  bambaşqa  olmaqla, 
əvvəlki əsasında dəxi dönüb başqa bir əsasa giribdir” [1, s. 37-38]. 
Lakin bütün bunlara baxmayaraq, özündə şöbə və guşələrlə bağlı müxtəlif və 
çoxsaylı termin, eləcə də ifadələr ehtiva edən muğam anlayışı daim ifaçılıq, nəzəri- 
morfoloji,  etimoloji  və  digər  aspektlərdən  araşdırılaraq  tədqiq  edilmişdir.  Bir  çox 
görkəmli mütəxəssislərin araşdırmaları mühüm əhəmiyyətli olub, yeni fikirlərin üzə 
çıxarılmasında əsaslı mənbə kimi özünü göstərir. 
Məlumdur  ki,  muğam  sənəti  XIX  əsrdə  yeni  inkişaf  mərhələsinə  qədəm 
qoyub.  Bu  dönəmədək  janrın  inkişafında  əsaslı  dəyişikliklərin  özünü  göstərməsi 
şübhəsizdir. M.İsmayılov da yazır ki, əsrlərdən bəri davam edib gələn böyük musiqi 
irsimiz  XIX  əsrin  ikinci  yarısından  başlayaraq  daha  da  zənginləşməyə  başlamışdır. 
Bu  dövrdə  Azərbaycanda  bir  sıra  yeni  muğamlar,  müxtəlif  muğam  variantları, 
saysız-hesabsız orijinal musiqi nümunələri yaranmışdır [2, s. 25]. 
XX  əsrdə  muğama  olan  münasibət  bir  qədər  də  dəyişir.  Bu  da  bəstəkar 
yaradıcılığının  təsiri  ilə  istiqamətlənir.  XX  əsrdə  bəstəkar  yaradıcılığının 
formalaşması  ilə  müəyyən  məqamlarla  –  xüsusilə  muğamın  sistemli  tədris  planına 
daxil edilməsi ilə bu janrın klassik modelinə yeni rakursdan yanaşılır. Yəni dəstgahın 
ümumi quruluşu daha konkret, yığcam şəkil alır. Bunu da  yuxarıda qeyd etdiyimiz 
alimlərin  tədqiqatları,  habelə  XX  əsrin  ilk  yarısından  başlayaraq  Üzeyir  Hacıbəyli 
(1885-1948),  Mirzə  Fərəc  (1847-1927),  Əhməd  Bakıxanov  (1892-1973),  Kamil 


 
 
18 
 
Konservatoriya” jurnalı 2017№ 2 (36)
Əhmədov  (1920-1996)  və  başqalarının  tərtib  etdiyi  muğam  proqramlarında,  eyni 
zamanda  not  yazıları  ilə  müqayisədə  görürük.  Biz  də  sadaladığımız  bu  və  digər 
tədqiqatlara,  muğam  ifaçılarının  həyat  və  yaradıcılığından  bəhs  edən  ədəbiyyata, 
arxiv  materiallarına,  habelə  not  və  lent  yazılarına  istinad  etməklə  “Rast”  muğam 
ailəsindən  olan  dəstgahlarda  “Bərdaşt”  hissəsi  ilə  bağlı  bəzi  mülahizələri  əks 
etdirməyə çalışmışıq. 
Qeyd  edək  ki,  S.Urməvi  və  Ə.Marağayi  risalələrini  izlədiyimiz  zaman 
“Bərdaşt”  adlı  terminlə  qarşılaşmadıq.  Bundan  əlavə  bu  termin  nəinki  orta  əsrlər, 
hətta XX əsrə qədər olan digər mənbələrdə də özünü göstərmir.  
Ötən  əsrin  əvvəllərində  sənət  nümayəndələrinin,  muğam  ifaçılarının 
xatirələri,  habelə  onlar  haqqında  yazılan  bir  sıra  kitablar  həmin  dönəmin  ifaçılığı 
haqqında  müəyyən  təsəvvür  formalaşdırır.  Bu  sırada  “Bərdaşt”ın  ifası  ilə  bağlı  bir 
sıra  xatirə  xarakterli  mənbələr  də  maraq  doğurur.  Belə  ki,  Xan  Şuşinski  haqqında 
yazılan  kitabda  [3]  sənətçinin  gənclik  illərində  iştirak  etdiyi  el  şənlikləri  ilə  bağlı 
fikirləri  diqqətimizi  cəlb  etdi.  O,  1919-cu  ildə  dəvət  aldığı  toy  məclisində  Seyid 
Şuşinskinin də iştirak etdiyini xatırlayır: “Şuşada, bir toyda Seyiddən (Seyid Şuşinski 
–  F.M.)  “Çahargah”  oxumağı  xahiş  etdilər.  O,  muğamı  zildən    başlayıb  “Mayə”yə 
endi, şöbə-şöbə gəzib “Mənsuriyyə”yə keçdi” [3, s. 21]. 
Bundan  əlavə  1929-cu  ildə  Bakıda  keçiriləcək  konsertdə  iştirak  etmək  üçün 
dəvət  olunan  Xan  Şuşinski  haqqında  oxuyuruq:  “Gecəni  müğənni  (Xan  Şuşinski  – 
F.M.)  “Bayatı-Şiraz”  ilə  açdı.  O,  muğamı  zildən  –  “Üzzal”  şöbəsindən  başlayıb 
“Mayə”yə endi, sonra muğamı şöbə-şöbə ustalıqla axıra çatdırdı” [3, s.36].  
Başqa mənbədə qeyd olunub: “Müğənni (Seyid Şuşinski – F.M.) hər hansı bir 
muğamı  təsniflə,  ya  “Bərdaşt”dan,  ya  da  “Mayə”dən  başlayıb  ifa  edirdi.  [...]  Onun 
“Çahargah”ı  “Mənsuriyyə”dən  başlayıb  bütün  pərdələri  ustalıqla  gəzə-gəzə 
“Mayə”yə enməsi adamı heyrətdə qoyurdu” [4, s. 73]. 
Bu  fikirlərdə  “Rast”  muğamı  və  ya  ailəsindən  söhbət  getməsə  də,  mövzuya 
geniş  mənada  yanaşsaq,  hələ  ötən  əsrin  əvvəllərində  Seyid  Şuşinskinin  də 
“Mayə”dən öncə “Bərdaşt” funksiyalı hissəni oxumasını görürük. 
“Bərdaşt”la  qarşılaşmaq  məqsədi  ilə  muğam  proqramlarına  da  üz  tutduq. 
Öncəliklə XX əsrin ilk yarısında yazılan muğam proqramlarına nəzər yetirək. Üzeyir 
bəyin muğamın tədrisi üçün proqram yazmaq üçün yaratdığı şuranın (buraya Cabbar 
Qaryağdıoğlu,  Qurban  Pirimov,  Şirin  Axundov,  Mirzə  Fərəc  Rzayev,  Mansur 
Mansurov daxil idi) 1925-ci ildə müəyyənləşdirdiyi ilk muğam proqramına baxsaq, 
buradakı  “Rast” və “Rast” ailəsinə aid edilən dəstgahların heç birində “Bərdaşt” və 
ya “Novruzi-rəvəndə” ifadəsi ilə qarşılaşmırıq


Tarzən  Mirzə  Fərəcin  nəvəsi  Ruqiyyə  Rzayeva  da  “Tarzən  Mirzə  Fərəc 
haqqında  xatirələrim”  kitabında  [5]  sənətçinin  ifa  etdiyi  muğamların  tərkibini  qeyd 
etmişdir.  Kitabda  təqdim  edilən  dəstgahların  şöbə  və  guşə  ardıcıllığını  izlədiyimiz 
zaman  bir  sıra  maraqlı  məqamlarla  qarşılaşdıq.  Belə  ki,  “Rast”,  “Orta  Mahur”, 
                                                            

Proqramda yer alan dəstgahların şöbə və guşə ardıcıllığı Ramiz Zöhrabovun “Azərbaycan 
muğamları” (Bakı, 2013) kitabında verilmişdir. 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə