Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə6/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   2   3   4   5   6   7   8   9   ...   40

 
 
19 
 
Muğamşünaslıq UOT 781.7 Fərdin Məmmədli - XX əsrin əvvəllərində Rast muğamının səs və not yazılarında Bərdaşt şöbəsi 
 
“Bayatı-Qacar”  və  “Dügah”  dəstgahlarında  “Bərdaşt”,  “Novruzi-rəvəndə”,  yaxud 
“Novruzi-əcəm” adlı şöbə və ya guşə adına təsadüf etmədik. Yalnız “Mahur-Hindi” 
dəstgahında  “Bərdaşt”  termini  qeyd  olunmuşdur:  “Bərdaşt”,  “Mahur”,  “Üşşaq”, 
“Hicri”,  “İqbal”,  “Vilayəti”,  “Mübərriqə”,  “Əşiran”,  “Rak-hindi”,  “Şikəsteyi-fars”, 
“Əraq”,  “Heratı-Kabili”,  “Mahur-hindi”  [5,  s.  50].  Burada  diqqətimizi  çəkən  əsas 
məqam  isə  “Hümayun”  dəstgahında  ayrılıqda  “Novruzi”  və  “Ravəndi”  adları  ilə 
qarşılaşmağımız  oldu.  Belə  ki,  “Hümayun”  dəstgahı  Mirzə  Fərəcin  cədvəlində 
aşağıdakı  tərkiblə  verilmişdir:  “Nəva-Nişapur”,  “Hümayun”,  “Bayatı-feli”,  “Suzi-
Güdaz”,  “Tərkib”,  “Bidad”,  “Bəxtiyari”,  “Üzzal”,  “Novruzi”,  “Günəş”,  “Ravəndi”, 
“Məsnəvi”,  “Pəhləvi”,  “Mənəvi”,  “Moalifi”,  “Üzzal”,  “Hümayun”  (5,  s.  49).  Qeyd 
edək ki, 1925-ci ildə qəbul edilən tədris proqramında da “Hümayun”un tərkibində bu 
terminlə qarşılaşırıq: “Hümayun”, “Feili”, “Tərkib”, “Novruzi-Rəvəndə”, “Məsnəvi”, 
“Üzzal”, “Hümayun” [6, s. 231].  
“Bərdaşt”  anlayışının  bugünkü  ifaçılıqla  əski  çağlardakı  ifaçılığın  oxşar  və 
fərqli  cəhətlərini  müəyyənləşdirmək  üçün  yuxarıda  nəzərdən  keçirdiyimiz 
mənbələrin sırasına səs və not yazılarını da əlavə etmək zəruridir.  
Məlumdur  ki,  ötən  əsrin  əvvəllərində  bir  sıra  ustad  xanəndələrin  ifası 
qrammofon vallarına yazılmışdı. Bu sırada “Sport-Record”, “Qrammofon”, “Pate” və 
başqa  şirkətlər  tərəfindən  Cabbar  Qaryağdıoğlu  (1861-1944),  Şəkili  Ələsgər 
Abdullayev  (1866-1929),  Seyid  Mirbabayev(1867-1953),  İslam  Abdullayev  (1876-
1964),  Məcid  Behbudov  (1873-1945),  Məşədi Məhəmməd  Fərzəliyev  (1872-1962), 
Keçəçioğlu  Məhəmməd  (1868-1940),  Seyid  Şuşinski  (1889-1965)  və  başqalarının 
valları  buraxılmışdır.  Adlarını  sadaladığımız  xanəndələrin  lent  yazılarında 
“Çahargah”, “Rast”, “Mahur-hindi”, “Zabul-Segah”, “Rəhab”, “Şüştər”, “Hasar” və 
başqa muğamlar yer alır. Lakin “Rast” muğamı ilə bağlı mövcud yazılar azlıq təşkil 
edir. Əsrin əvvəllərində, yəni 1903-1912-ci illər arası yazılan vallarda “Rast” və ya 
“Rast”  ailəsinə  aid  muğamlara  yalnız  Cabbar  Qaryağdıoğlunun  (“Orta  Mahur”, 
“Bayatı-Qacar”),  Məcid  Behbudovun  (“Mahur”)  və  Seyid  Mirbabayevin  (“Mahur”, 
“Dügah”)  ifasında  qarşılaşdıq  [7].  Qeyd  edək  ki,  əsrin  ikinci  yarısında  “Rast”  və 
“Rast” ailəsinə aid muğamların yazıları şübhəsiz ki, say etibarilə çox olub, həm də 
daha  böyük  zaman  çərçivəsində  ifa  edilib  (30  və  daha  artıq  dəqiqə).  Lakin  nəzər 
yetirdiyimiz  əsrin  ilk  yarısının  ifalarında  bütün  muğamlar  bir  neçə  dəqiqədə 
tamamlanır.  
C.Qaryağdıoğlunun ifa etdiyi “Orta Mahur”a nəzər yetirsək görürük ki, lent 
yazısında  bu  muğam  kiçik  zaman  ərzində  ifa  olunmaqla  (3:10)  yalnız  “Mahur”  və 
“Vilayəti” şöbələrini əhatə edir. İki şöbə arasında da rəng çalınır. Burada “Bərdaşt” 
funksiyalı  hissəyə  təsadüf  olunmur.  Yaxud  xanəndənin  ifasında  “Bayatı-Qacar” 
bütövlükdə  3:24  saniyəni  əhatə  edir.  M.Behbudovun  ifa  etdiyi  “Mahur”  (3:14)  isə 
“Mayə”  ətrafında  gəzişən  improvizasiya  və  təsnifdən  ibarətdir.  Eyni  zamanda 
S.Mirbabayevin  ifasından  vala  yazılan  “Mahur”  (3:09)  və  “Dügah”  da  (2:41)  digər 
qeyd olunan ifalar kimi kiçik çərçivədə, yalnız bir şöbə, ardınca təsnif və ya rəngin 
ifasından ibarətdir [7]. 


 
 
20 
 
Konservatoriya” jurnalı 2017№ 2 (36)
Lent yazılarından savayı “Bərdaşt”la bağlı daha çox məlumatı ötən əsrin ilk 
yarısında  ərsəyə  gələn  not  yazıları  əks  etdirir.  Not  yazılarının  azsaylı  olmasına 
baxmayaraq onların elmi əhəmiyyəti böyükdür. Məlumdur ki, muğamın ilk not yazısı 
kimi  Müslüm  Maqomayevin  (1885-1937)  25  mart  1928-ci  ildə  Qurban  Pirimovun 
(1880-1965) ifasından yazdığı Rast muğamı (nəşr olunmayıb) hesab olunur [8]. Aida 
Hüseynovanın təbirincə desək “...”Rast” muğamının Qurban Pirimovun çalğısından 
edilmiş  nadir  not  yazısı  var  ki,  onu  Azərbaycan  musiqisində  muğam  tematizmini 
notlamağın  ilk  təcrübəsi  hesab  etmək  olar.  Bununla  da  Maqomayev 
etnomusiqişünaslıqda ən mürəkkəb problemlərdən birini qaldırmış və həmin sahədə 
bir  sıra  Azərbaycan  bəstəkarları  –  Niyazi,  T.Quliyev,  Z.Bağırov,  N.Məmmədovun 
axtarışlarının  sələfi  olmuşdur”  [14]. Bu  not  yazısında  bir  sıra  maraqlı  məqamlar 
özünü göstərir. Not yazısı mi mayəlidir. Bəstəkar həmin not yazısında muğamın şöbə 
və  guşə  ardıcıllığını  müvafiq  hissənin  üstündə  qeyd  etmişdir.  Həmin  ardıcıllıq 
aşağıdakı kimi göstərilib: “Hüseyni”, “Vilayəti”, “Şikəsteyi-fars”, “Əraq”, “Qərayi” 
[9]. “Bərdaşt” və “Mayə”nin adı göstərilməsə də not yazısında sözügedən hissələr öz 
əksini  tapıb.  Bu  da  M.Maqomayevin  yazısında  “Bərdaşt”ın  termin  olaraq  istifadə 
olunmadığına baxmayaraq, onun ötən əsrin 20-ci illərində mövcud olduğunu təsdiq 
edir.  
 
Müslüm Maqomayev “Rast” əlyazma (1928-ci il) 


 
 
21 
 
Muğamşünaslıq UOT 781.7 Fərdin Məmmədli - XX əsrin əvvəllərində Rast muğamının səs və not yazılarında Bərdaşt şöbəsi 
 
Not  yazıları  sırasında  Niyazinin  (1912-1984)  Cabbar  Qaryağdıoğlunun 
ifasından 1935-ci idə yazıya köçürdüyü “Rast”ı da qeyd etmək lazımdır [10]. Bu not 
yazılarının  əhəmiyyəti  mühüm  olub  dörd  böyük  musiqiçinin  (M.Maqomayev, 
Q.Pirimov,  Niyazi,  C.Qaryağdıoğlu)  musiqi  mədəniyyətimizə  bəxş  etdiyi  töhfədir. 
Belə  ki,  Niyazinin  əlyazmalarını  izlədiyimiz  zaman  “Rast”ın  bizə  məlum  olan  tam 
şəkildə  şöbə  və  guşə  ardıcıllığı  deyil,  dəstgahın  müxtəlif  hissələrindən  müəyyən 
cümlələri, qeydləri verilib [10]. Buradan belə anlaşılır ki, həmin not yazıları “Rast” 
simfonik  muğamı  üçün  “qeyd  vərəqləri”  kimi  olub  və  zənnimizcə,  bu  yazını 
bəstəkarın simfonik muğamı üçün hazırlıq və axtarışlarının qeydi kimi qəbul etmək 
olar. 
Not  yazıları  sırasında  bəstəkar  Tofiq  Quliyevin  (1917-2000)  Mənsur 
Mənsurovun  (1887-1967)  ifasından  nota  köçürdüyü  “Rast”  muğamı  da  xüsusi 
əhəmiyyətə  malikdir.  Bu  yazı  xronoloji  baxımdan  M.Maqomayev  və  Niyazinin 
yazılarından  sonra  ərsəyə  gəlsə  də  ilk  nəşr  olunan  nümunədir  [11].  Həmin  ildə 
T.Qulyevin “Rast”ı ilə yanaşı “Zabul dəstgahı” və Z.Bağırovun nota yazdığı “Dügah 
dəstgahı”  [12]  da  nəşr  olunmuşdur.  Hər  üç  muğam  L.Rudolfun  harmonizəsində 
verilmişdir [6, s. 110]. 
 
Tofiq Quliyev “Rast” (1936-ci il) 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə