Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə17/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

 
 
44 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
o,  heç  də  peşəkar  meyxanaçılardan  geri  qalmır.  Bu  sənətkarlar  meyxanaçı  deyil, 
sadəcə  təbləri  gələndə  söz  deyirlər.  Azərbaycanlı  futbolçular  –  yığma  komandanın 
qapıçısı  Kamran  Ağayevlə  yarımmüdafiəçi  Ruslan  Əmircanovun  da  maraqlı  de-
yişməsi  video  lentə  alınıb  və  internet  şəbəkələrində  yayılıb.  Bunları  xatırlamaqda 
məqsəd odur ki, meyxana janrı Azərbaycan xalq təfəkkürünün məhsuludur. Kimə bu 
sahədə istedad verilibsə, peşəsindən, regionundan asılı olmayaraq meyxana janrında 
sözünü deyəcəkdir.  
 Sənətşünaslıq  üzrə  elmlər  doktoru,  professor  Elxan  Babayev  “Şifahi  ənənəli 
Azərbaycan  musiqisində  intonasiya  problemləri”  əsərində  meyxana  janrı  ilə  bağlı 
olduqca  maraqlı  məqamlar  açıqlayır  (1,  s.  70-78).  O,  Azərbaycan  folklorunun  bir 
qolu olan meyxana janrını “xalq şeirinin bənzərsiz nümunəsi” adlandırır. E.Babayev 
bu  janrın  ədəbiyyatşünaslıq  baxımından  deyil,  musiqişünaslıq  nöqteyi-nəzərindən 
təhlilini  verir,  araşdırır,  onun  quruluş  və  formayaradıcı  xüsusiyyətlərindən  söhbət 
açır.  E.Babayev  qeyd  edir:  “Avazla  oxunan  meyxananı  fərqləndirən  başlıca  cəhət 
onun  bədahətən  –  tam  improvizasiya  edilərək  deyilməsidir.  Adətən,  meyxana 
məclislərində  üz-üzə  oturub  söz  güləşdirən  sinədəftər  sənətkarlarımız  zərb  alətinin 
müşayiəti altında bədahətən, bənd-bənd şeir deyirlər. Söz axtarmağa yalnız hamının 
bir  yerdə  söylədiyi  qafiyə  zamanı  aman  verilir.  Lakin  qafiyəarası  söylənən  bəndlər 
yalnız üç misralı olmur. Əgər qafiyəli meyxanaların melodik materialı son zamanlara 
qədər bir qədər yeknəsəq idisə, müasir dövrdə janrın sürətlə inkişafı onun musiqisinə 
də böyük əlvanlıq gətirmişdir” (1, s. 76).  
E.Babayev  avazla  oxunan  müasir  meyxanaların  segah,  şur  məqam-
intonasiyaları  ilə  diqqəti  çəkdiyini  bildirir.  Lakin  tanınmış  meyxanaçılar  –  Nizami 
Rəmzi, Tahir Ümid, Tahir Rəvan, Namiq Məna, Namiq Qaraçuxurlu, Rəşad Dağlı, 
Hacı Ağamirzə, Vahid Qədim, Teymur Dağlı və başqalarının audio-kaset, həmçinin 
disklərini  izlədikdə  bayatı-şiraz,  çahargah,  rast,  şüştər  məqamlarına  da  rast  gəlirik. 
Ümumilikdə,  Elxan  Babayevin  meyxana  janrı  ilə  bağlı  araşdırmaları  və  fikirləri 
olduqca maraqlıdır.  
Sənətşanaslıq  üzrə  fəlsəfə  doktoru  Fuad  Əzimli  də  “Zərb  alətləri 
Azərbaycanda”  əsərində  meyxananın  “reçitativ-deklamasiya  şəklində,  solistin  və 
iştirakçıların çırtma çalaraq” ifa olunmasını bildirir. O, həmçinin bu janrın “melodiya 
ilə mahnı kimi oxunan” növündən də söz açır. Belə meyxanalar müşayiət olunduqda 
nağara və digər musiqi alətlərinin də vacibliyi vurğulanır (3, s. 60).  
Filologiya  üzrə  elmlər  doktoru,  professor  Azad  Nəbiyev  “El  nəğmələri,  xalq 
oyunları” əsərində “Bakı zorxanalarında pəhləvanları meyxana ilə tərif etmək dəbdə 
idi”  –  deyə,  yazır  (10,  s.  92).  A.Nəbiyevin  tədqiqatlarından  aydın  olur  ki, 
pəhləvanları yarışlarda ruhlandırarkən zurna, balaban, nağara, qoşanağara kimi çalğı 
alətləri ilə yanaşı, özənsəsli (idiofonlu) sinc aləti də səsləndirilirdi. Eyni zamanda bu 
məqsədlə meyxana janrından da geniş istifadə olunmuşdur.  
Meyxanaşünaslıqda  ilk  cəsarətli  addım  atan  gənc  alim  Aytac  Rəhimovanın 
“Azərbaycan  musiqisində  meyxana  janrı”  əsərində  də  ritmik  fiqurasiyalarla  bağlı 
fikirləri  maraqlıdır:  “Metrikləşdirilmiş  poetik  janrlarda,  o  cümlədən  meyxanada 
şeirin  əsasını  təşkil  edən  bəhri  və  onu  əmələ  gətirən  təfiləni  (şeirdə  vəzn  bölgüsü 


 
 
45 
 
Musiqi və poeziya UOT 78.07 Abbasqulu Nəcəfzadə - Meyxana janrı – Azərbaycanın qədim folklor nümunəsi  
deməkdir – A.N.) daha bir vəzn – zərb alətinin ostinat formulları müşayiət edir” (12, 
s. 5).  
Deyilən  faktlar  müasir  meyxana  janrının  aşıq  yaradıcılığı  kimi,  çoxşaxəli  sənət 
növlərindən biri olduğunu təsdiqləyir, o cümlədən müasir meyxana sənəti musiqi ilə sıx 
bağlıdır.  Bu  janrın  icrasında  bir  sıra  çalğı  alətlərindən  də  istifadə  edildiyinin  şahidi 
oluruq. Sənətşünaslıq üzrə elmlər doktoru, professor C.Həsənovanın təbirincə desək: 
“XX  əsrin  II  yarısında  Azərbaycan  musiqi  elmində  etnomusiqişünaslığın  ayrı-ayrı 
sahələri  –  folklorşünaslıq,  aşıqşünaslıq,  muğamşünaslıq,  alətşünaslıq  kimi  elm 
sahələri  formalaşır”  (7,  s.  4).  Fikrimizcə,  bu  siyahıya  meyxanaşünaslığı  da  əlavə 
etmək  olar,  çünki  meyxana  janrı  da  digər  sahələr  kimi,  Azərbaycan  xalqının 
beyninin, qəlbinin və zəkasının məhsuludur.  
Adları sadalanan alimlərin əsərlərindən artıq meyxana janrının elmi istiqamətə 
yönəldiyi bəlli olur. Biz ümid edirik ki, “meyxanaşünaslıq” mövzusu gələcəkdə daha 
geniş şəkildə alimlərimizin tədqiqat işinə çevriləcəkdir. 
ƏDƏBİYYAT: 
1.  Babayev E.Ə. Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri. 
B.: Elm, 1998, 146 s. 
2.  Əsgərli Z. Meyxana, yoxsa bədyə? // “Ədəbiyyat qəzeti”, 2010, 18 iyun, s. 6.   
3.  Əzimli F.N. Zərb alətləri Azərbaycanda. B.: R.N.Novruz-94, 2008, 176 s. 
4.  Hacıbəyli Ü.Ə. Bədii publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, 544 s.  
5.  Hacıbəyli Ü.Ə. Koroğlu. Klavir. B.: Şərq-Qərb, 2008, 472 s. 
6.  Herodot.  Tarix.  Doqquz  kitabda,  I  hissə.  (Tərcümə  edəni  P.Xəlilov). 
B.:Azərbaycan Dövlət Nəşriyyatı, 1998, 329 s.. 
7.  Həsənova  C.İ.  Üzeyir  Hacıbəylinin  yaradıcılığında  milli  musiqinin  nəzəri 
əsasları. B.: Mars-Print, 2009, 321 s. 
8.  Həsənova  R.T.  Meyxanasayağı  (Ala  meikhana)  fortepiano  üçün  fantaziya. 
Əlyazması, 1996, 16 s. 
9. Məmmədova  R.A.  Azərbaycan  Demokratik  Respublikası  dövründə  Bakının 
teatr  həyatı  (1919-cu  il).  //  “Konservatoriya”  jurnalı.  B.:  2009,  №  2,  s.  105-
117.  
10. Nəbiyev A.M. El nəğmələri, xalq oyunları. B.: Azərnəşr, 1988, 168 s.  
11. Nəcəfzadə A.İ. Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat). 
B.: MBM, 2010, 280 s.  
12. Rəhimova A.E. Azərbaycan musiqisində meyxana janrı. B.: Nurlan, 2002, 122 
s.  
13. Rəmzi  N.  Meyxanələrin  bir  dənə  pərvanəsi  oldum...  (redaktor  və  tərtibçi 
N.Məmmədli). B.: Nurlan, 2003, 48 s.  
14.  Rəmzi  N.  (Baxşıyev  N.R.).  Mahnılar  və  qəzəllər  (tərtib  edib  çapa  hazırlayanı 
A.Nəcəfzadə). I nəşr. B.: Min bir mahnı MMC, 2004, 110 s. 
15.  Tağısoy N. Etnos və epos: keçmişdən bu günə. B.:  Mütərcim, 2010, 372 s. 
 
Saytoqrafiya 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə