Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə13/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

 
 
35 
 
Muğamşünaslıq UOT: 781,7 Nəzakət Teymurova - XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı xanəndələrinin yaradıcılığına nəzər  
özünü  səhv  oxusaydı,  o  saat  qulaq  asan  musiqi  biliciləri  deyərdilər  ki,  saxla,  filan 
yeri düz deyil, yenə oxuyub çalın.Mirzə ağanın səsi öz təravətini son günlərinə qədər 
saxlayıb.  O,  ən  çox  Mirzə  Fərəc  və  Mirzə  Mansurun  müşayiəti  ilə  oxumağı 
xoşlayırdı.  Məşədi  Süleyman  xatirələrində  Ağabala  Ağaseyıdoğlu  adlı  xanəndə 
haqqında da məlumat verir. O, muğamı kamil bilməsi, ifa ustalığının bənzərsizliyi ilə 
həm  özündən  əvvəlki,  həm  də  sonrakı  abşeronlu  xanəndələrin  demək  olar  ki, 
hamısından seçilib. 
ƏDƏBİYYAT: 
1. Hüseynov R. B. Min ikinci gecə. B: İşıq, 1988, 408 s. 
2. Mansurov M.S. Xatirələr. B.: Şərq-Qərb, 2005, 139 s. 
3.  Məmmədova  Z.M.  Azərbaycan  musiqi  mədəniyyətinin  inkişafında  muğam 
məclislərinin rolu. B.: MBM, 2008, 26 s. 
4. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s. 
 
 
Назакет ТЕЙМУРОВА 
Доцент АНК 
О ТВОРЧЕСТВЕ БАКИНСКИХ ХАНЕНДЕ КОНЦА XIX – 
 НАЧАЛА ХХ ВЕКА 
  Резюме:  Статья  посвящена  творческому  наследию  бакинских  ханенде 
конца XIX – начала ХХ века, сыгравшее важную роль в развитии исполнитель-
ского искусства азербайджанского мугама. Опираясь на воспоминание Меша-
ди Сулеймана Мансурова автор даёт информацию о стиле и характере испол-
нения известных ханенде данного периода. 
Ключевые  слова:  мугам,  певец,  исполнитель  мугама,  тэсниф,  народные 
песни, дестгах 
 
                                                                        Nazakat TEYMUROVA 
Assistant professor of ANC 
 
DISCOURSE ABOUT THE WORK OF BAKU SINGERS AT THE END 
XIX - BEGINNING XX CENTURY 
Summary: The article is dedicated to the creative heritage of Azeri singers at 
the end XIX and beginning XX century, which played an important role in the devel-
opment of the performing arts of Azerbaijani Mugham. Relying on reminiscences of 
Mashadi Suleyman Mansurov, the author gives information on style and the nature 
of execution known to a hanendas of this period. 
Key words: mugham (eastern melody), singer, singer of mugham, tasnif, (na-
tional rhythmical melody), popular songs, dastgah 
Rəyçilər: xalq artisti, professor Arif Babayev 
                xalq artisti, professor Alim Qasımov 


 
 
36 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Abbasqulu NƏCƏFZADƏ 
sənətşünaslıq üzrə elmlər doktoru,  
AMK-nın professoru 
E-mail: a.najafzade@yahoo.com 
 
MEYXANA JANRI – AZƏRBAYCANIN QƏDİM FOLKLOR NÜMUNƏSİ 
Xülasə:  Bu  məqalədə  Azərbaycanın  ən  qədim  janrlarından  biri  olan 
meyxananın  yaranma  tarixi,  etimologiyası  araşdırılır.  Meyxana  janrının 
morfoloji  xüsusiyyətlərinə  diqqət  yetirilir  və  bir  sıra  tanınmış  ifaçıların 
yaradıcılığı tədqiq olunur. 
Açar sözlər: meyxana janrı, tarix, etimologiya, morfoloji xüsusiyyətlər, Nizami 
Rəmzi, Vaqif Mustafazadə 
 
Yaxın  ötən  illərdə  –  XX  və  XXI  əsrin  əvvələrində  meyxana  janrı  haqqında 
mətbuatda bir sıra yazılar yer almağa başladı. Belə ki, ölkəmizin tanınmış ziyalıları 
əsərlərində  meyxana  mövzusuna  müraciət  etmişlər.  Bu  baxımdan,  Mirzə  Ələkbər 
Sabir (1862-1911), Üzeyir Hacıbəyli (1885-1948), Əliağa Vahid (1895-1965), Soltan 
Nəcəfov  (1911-1981),  Hüseyn  Seyidzadə  (1912-1979),  Qılman  İlkin  (1914-2009), 
Tofiq  Tağızadə  (1919-1998),  Həsən  Seyidbəyli  (1920-1980),  Əziz  Mirəhmədov 
(1920-2002),  Balasadıq  (1929-2003),  Rəhimağa  İmaməliyev  (1936-2002), 
Əmirhüseyn  Elşən  (1937-2006),  Şahmar  Ələkbərov  (1943-1992),  Azad  Nəbiyev 
(1945-2012), Nizami Rəmzi (1947-1997), Elxan Babayev (1948-2003), Baba Pünhan 
(1948-2004), Fuad Əzimli (1952-2011) kimi şair-yazıçı, bəstəkar, aktyor, rejissor və 
musiqişünasların  yazdıqları  əsərlər  dəyərli  mənbələrdir.  Müxtəlif  sahələrin 
nümayəndələri  –  Vaqif  Mustafayev,  Sabir  Rüstəmxanlı,  Rəhilə  Həsənova,  Natiq 
Rəsulzadə,  Təvəkkül  Səlimov-Şağani,  Vüqar  Əhməd,  Nadir  Məmmədli,  Elçin, 
Vilayət  Quliyev,  Nizami  Tağısoy,  Aytac  Rəhimova,  Cavid  Cabbaroğlu,  Həsən 
Cəbrayılov, Saleh Sabat, Məhərrəm Zeynal, Vəli Həbiboğlu, Zaman Əsgərli, Nazim 
Rzayev,  Gülbala  Xudaverdioğlu  və  başqaları  da  əsərlərində  meyxana  mövzusuna 
müraciət etmişlər. Biz də müxtəlif illərdə meyxanaşünaslıqla bağlı bir sıra məqalələr 
hazırlamışıq.  Təvazökarlıqdan  uzaq  olsa  da  bildirməliyik  ki,  məhz  təşəbbüsümüzlə 
1988-ci ildə AzTV-nin “Dalğa” verilişində ilk dəfə meyxana janrı ilə bağlı telesüjet 
hazırlandı. Verilişin qonaqları filologiya üzrə elmlər doktoru, əruzşünas alim Əkrəm 
Cəfər  (1905-1991),  Nizami  Rəmzi  və  bu  sətirlərin  müəllifi  idi.  Beləcə,  o  vaxtlar 
Azərbaycan  Dövlət  Televiziya  və  Radio  Verilişlərinin  sədri  olmuş  professor  Elşad 
Quliyevin  (1941-2008)  xeyir-duası  ilə  meyxana  teleməkanlara  yol  açdı,  janr  haqda 
mətbuatda daha geniş yazılar yer aldı.    
Bütün  bu  kimi  görülən  işlərə  baxmayaraq,  cəmiyyətdə  meyxana  janrına 
münasibət  heç  də  birmənalı  olmayıb.  Belə  ki,  vaxtilə  bəzi  mütəxəssislər  meyxana 
janrını  ədəbiyyat  nümunəsi  belə  hesab  etmir,  onu  “xuliqanlıq  kimi  küçə 


 
 
37 
 
Musiqi və poeziya UOT 78.07 Abbasqulu Nəcəfzadə - Meyxana janrı – Azərbaycanın qədim folklor nümunəsi  
folkloru”,“küçəjanrı”  adlandırırdılar.  Bəziləri  isə  meyxananın  janr  olduğunu  inkar 
edir  və  onun  folklora  heç  bir  aidiyyatı  olmadığını  bildirirdilər.  İdeologiyaya  uyğun 
gəlmədiyindən  (yəni  meyxana  –  improvizasiyalı  azad  janr  olduğundan)  sovet 
dövründə bu fikirlər qəbul edilirdi. İlkin illər istisna olmaqla məhz sovet dövründə bu 
janrın  ifasına  uzun  müddət  qadağalar  qoyulmuşdu.  Meyxana  azad  və  müstəqil  janr 
olduğundan sovet senzurasının ona tətbiqi və nəzarəti mümkün deyildi. Azərbaycan 
folklorunun  digər  janrları  kifayət  qədər  araşdırıldığı  halda,  meyxana  janrı 
folklorşünasların,  musiqişünasların,  ədəbiyyatşünasların  diqqətindən  kənarda 
qalmışdı.  Son  illərdə  isə  bu  “buz”  əriməyə  başladı,  qeyd  etdiyimiz  sahələrin 
araşdırıcılları  müvafiq  sahə  üzrə  bir  sıra  sanballı  əsərlər  ortaya  qoydular.  Onlardan 
sənətşünaslıq  üzrə  elmlər  doktoru,  Bakı  Musiqi  Akademiyasının  professoru  Aytac 
Rəhimovanın  dissertasiya  işi  və  onun  əsasında  nəşrə  hazırladığı  monoqrafiyası 
xüsusi qeyd edilməlidir (12). Bu kimi əsərlər ortaya çıxdıqdan sonra meyxana janrı 
elmi istiqamət aldı, onun konsepsiyası işlənildi.  
Hər  hansı  sahədən  söz  açarkən  ilk  növbədə,  onun  yaranma  tarixi  araşdırılır. 
Daha  sonra  adının  sözaçımı,  etimoloji  məna  çalarları,  nəhayət,  ən  mühüm 
xüsusiyyətləri öyrənilir. Təqdim etdiyimiz bu məqalədə həmin məsələləri öyrənməyi 
qarşıya bir məqsəd kimi qoymuşuq.  
Yaranma  tarixi.  Ağız  ədəbiyyatımızın  ən  qədim  qollarından  biri  olan 
meyxananınibtidai icma quruluşu dövründə yarandığı ehtimal olunur. Təbii ki, həmin 
dövrdə xüsusi istedada malik nəzmlə danışmağı bacaran ulularımızmeyxananın ilkin, 
primitiv formalarını söyləmişlər.Qədim yunan tarixçisi Herodot (e.ə. 484 - e.ə. 425) 
–  “Tarix”  əsərində  Qafqaz  Albaniyası  və  Atropatena  (indiki  Azərbaycan  ərazisi), 
Xəzər dənizi haqqında geniş məlumat verir. O, əsərində bu ərazidə yaşayan massaget 
tayfalarından  söhbət  açarkən  onların  “bədahətən  şeirlər”  söyləmələrini  bildirir.  Bir 
sıra  mütəxəssislərin,  o  cümlədən  Abbasqulu  Ağa  Bakıxanovun  (1794-1847)  rəyinə 
görə,  Maştağa  kəndinin  adı  məhz  massaget  sözündən  yaranmışdır.  Herodot  yazır: 
“202. Bəzilərinin danışdığına görə, Aras İstrdən böyükdür; bəziləri isə əksinə, bunu o 
birindən  kiçik  hesab  edirlər.  Verilən  məlumata  görə  Aras  boyunca  Lesbos 
böyüklüyündə  çoxlu  ada  var.  Bu  adalarda  yay  vaxtı  yerdən  çıxartdıqları  müxtəlif 
köklərlə  dolanan  adamlar  yaşayırlar.  Onlar  yay  aylarında  ağaclardan  dəymiş 
meyvələr  yığıb  ehtiyat  üçün  saxlayırlar.  Orada  guya  xüsusi  növ  meyvələr  gətirən 
başqa ağaclar da var.Massagetlər dəstə ilə bir yerə toplaşıb tonqal qalayır, sonra onun 
ətrafında  oturaraq  həmin  meyvələri  oda  atırlar.  Ellinlər  çaxırdan  necə  sərxoş 
olurlarsa, bunlar da yanan meyvələrin iyindən sərxoş vəziyyətə düşürlər. Ocağa çox 
meyvə  atdıqca  özləri  də  o  qədər  artıq  sərxoş  olurlar  ki,  axırda  ayağa  qalxıb 
oynamağa  və  mahnı  oxumağa  başlayırlar.  Bu  tayfanın  həyat  tərzi  haqqında  belə 
danışırlar” (6, s. 88-89).  
Tarix  üzrə  fəlsəfə  doktoru  Cavid  Cabbaroğlu  “Meyxananın  anatomiyası” 
məqaləsində həmin fikirlərə münasibətini belə bildirir: “Bu üzdən ehtimal etmək olar 
ki, Herodot “tonqal başında mahnı oxumaq” deyərkən məhz meyxanaya işarə edib. 
Bu isə bir daha meyxananın vətəninin Bakı, Abşeron olduğunu deməyə əsas verir” 
(16).  


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə