Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə16/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

 
 
42 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
söyləmiş və bu zaman konkret ritmə tabe olmuşlar. Bu xüsusiyyət qədimdə olduğu 
kimi bu gün də qorunub saxlanılır. 
Meyxanalar müxtəlif həcmdə, yəni bəndlərin (kupletlər) sayı az və ya çox ola 
bilər.  Bu,  deyişən  meyxanaçıların  söz  ehtiyatından  asılıdır.  Bəndlər  də  4-6  misra 
arasında  dəyişə  bilər.  Adətən,  meyxanaçılar  2  misradan  ibarət  bir  qafiyə  tutur  və 
buna  “sabit  qafiyə”,  yaxud  “sabit  beyt”  deyirlər.  “Sabit  qafiyə”dən  mahnı  janrında 
olduğutək  bəndlərarası  nəqərat  kimi  istifadə  olunur.  Bu  qafiyəni  həm  deyişən 
meyxanaçılar, həm də dinləyənlər xorla söyləyirlər ki, buna da “vaygirlik” deyirlər.    
Meyxanaların 4 misralıq bəndlərində ilk 3 misra bir-birinə qafiyələnməli, 4-cü 
misra isə “sabit beyt”lə həmqafiyə olmalıdır. 4-cü misradan sonra nəqəratvari “sabit 
beyt”  söylənilir.  Həriflərdən  istifadə  etməklə  4  misralıq  meyxanaların  strukturunu 
təqdim edirik: 
AB (2 misralıq sabit qafiyə)+C (1-ci misra)+E (2-ci misra)+D (3-cü misra)+F 
(4-cü, sabit beytə həmqafiyə misra)+AB (2 misralıq sabit qafiyə).  
Meyxana boyu hər yeni bənd bu quruluşla davam etdirilir. Buna misal olaraq 
tanınmış qəzəlxan-şair, meyxana ustası Nizami Rəmzinin “Oyansın” adlı meyxana-
sından bir nümunəyə diqqət yetirək. 
Sabit qafiyə: 
Təblə deyəyin meyxanəni aləm oyansın, 
Həvvayə toxunma bu gecə, Adəm oyansın. 
I bənd: 
Hardan tapa billəm axı Həzrət Musanı, 
Döndərsin əjdahaya əlindəki əsanı. 
Çarmıxlara çəkəndə ki, Həzrəti İsanı, 
Qalxıb ayağa, baxsın ona, Məryəm oyansın. 
Yenidən sabit qafiyə:  
Təblə deyəyin meyxanəni aləm oyansın, 
Həvvayə toxunma bu gecə, Adəm oyansın (13, s. 7). 
4  misralıq  meyxanaların  qafiyəsi  bəzən  sabit  beytlə  (sabit  qafiyə  ilə)  deyil, 
“sərbəst  qafiyə”  adlanan  tək  misralı  da  olur.  Bu  zaman  ilk  3  misra  bir-birinə 
qafiyələnməlidir. 4-cü misra isə “sərbəst qafiyə”dir, yəni sərbəst olaraq heç bir misra 
ilə qafiyələnmir. “Sərbəst qafiyə” 3-cü misradan sonra nəqəratvari şəkildə, bir neçə 
dəfə  təkrarlanır.  Örnək  olaraq  N.Rəmzinin  “Ay  Hacı  Zeynalabdin  Tağıyevdi” 
meyxanasından bir nümunəyə nəzər salaq. 
Sərbəst qafiyə: 
Ay Hacı Zeynalabdin Tağıyevdi 
I bənd: 
Hacını millət idi düşündürən
Şövkəti İtaliyaya göndərən
Burdan ora ona təqaüd verən 
Sərbəst qafiyə: 
Ay Hacı Zeynalabdin Tağıyevdi (13, s. 13-14). 


 
 
43 
 
Musiqi və poeziya UOT 78.07 Abbasqulu Nəcəfzadə - Meyxana janrı – Azərbaycanın qədim folklor nümunəsi  
Xatırladaq  ki,  məqalədə  meyxana  nümunələrini  təqdim  edərkən  uzun  illər 
müxtəlif  el  şənliklərində,  toyda-düyünlərdə,  televerilişlərdə,  müxtəlif  ölkələrin 
nəhəng  konsert  salonlarında  bərabər  çalışdığımız  Nizami  Rəmzi  yaradıcılığına 
istinad etmişik. Belə ki, Nizami Rəmzi hafizədə bu janrla bağlı dərin izlər buraxmış 
və dəfələrlə onun sənət möcüzəsinin canlı şahidi olmuşuq.  
İfaçılar.Azərbaycan xalqı bütün dövrlərdə öz söz xiridarları, meyxana ustaları 
ilə  fəxr  etmişlər.  Təəssüflə  qeyd  etməliyik  ki,  meyxana  janrı  şifahi  şəkildə 
yayıldığından orta əsrlərdə fəaliyyət göstərən peşəkar meyxanaçıların nə əsərləri, nə 
də adları hələlik müəyyənləşməyib. Buna baxmayaraq, yaxın keçmişdə yaşamış bir 
sıra  meyxanaçılar  haqqında  müəyyən  bilgilər  əldə  etmək  mümkündür.  Onların  bir 
neçəsinin adına diqqət yetirək. 
Jurnalist  Məhərrəm  Zeynal  yazır:  “Çoxları  inanmayacaq,  amma  dahi  satirik 
Mirzə Ələkbər Sabir nəinki meyxana yazıb, həm də toylarda meyxana deyib” (19).  
Dövrünün  tanınmış  söz  xiridarıMirzə  Bağır  Cabbarzadə  (1810-1882) 
Azərbaycanın  Rusiya  və  İran  tərəfindən  iki  yerə  bölünməsi  ilə  bağlı  maraqlı  bir 
meyxana söyləyib (15, s. 171-172). Əliağa Vahid “Satir-agit” teatrında, Azərbaycan 
radiosunun diktoru, əməkdar artist Soltan Nəcəfovla meyxanalar demişlər.  
Böyük  söz  ustadları  olan  buzovnalı  Azər  İmaməliyev  (1870-1951),  Mirzə 
Cavad,  şağanlılar  –  Bəyməmməd  Məmmədzadə,  onun  oğlu  Bəbir  Məmmədzadə 
(1914-1942),  maştağalılar  –  Atababa  Hicri  (1863-1922),  Mir  Cəlal  Mirhadıoğlu 
(1870-1973),  Hacı  Kazım  Canmirzəoğlu  (1913-1982),  Həkim  Qəni  (1918-2008), 
Ələkbər  Şahid  (1920-1999),  İkram  Cahangiroğlu  1924-1994),Ağasəlim  Çildağ, 
Balaqardaş  Səttaroğlu,  Ağahüseyn  Əfsun,  masazırlı  Əliağa  Vahid,  Balaxanılı 
Nəcəfqulu,  Novxanılı  Əlizaman,  xızılılar  –  Nuruş,  Zülfüqar,  Səlimağa,  Nizami 
Rəmzi,  Tahir  Ümid,  Novxanılı  Ağadadaş,  Saraylı  Rəhim  və  b.  Bəzən  Məmmədəli 
Müsəddiq,  Rəhimağa  İmaməliyev  kimi  alimlər  də  təb  gələndə  toyda-düyündə 
meyxanaçılarla söz güləşdirirdilər. 
AMEA-nın  müxbir  üzvü,  sənətşünaslıq  üzrə  elmlər  doktoru,  professor  Rəna 
Məmmədova  bir  məqaləsində:  “XX əsrin əvvəllərində göstərilən tamaşalarda çıxışları 
daha  maraqlı  olsun  deyə,  aktyorlar  meyxanalar  söyləyərdilər”  –  yazır  (9,  s.  105-117). 
Burada  Cəmil  Qarabağinin(1975-1928,  dahi  bəstəkar  Fikrət  Əmirovun  atası  –  Məşədi 
Cəmil  Əmirov)  “Azərbaycan”  qəzeti  №  8,  14  yanvar  1919-cu  il  tarixli  sayından  sitat 
göstərilir:  “Maraqlıdır  ki,  iyulun  18-də  bu  operetta  təqdim  edilərkən,  A.M.Şərifov, 
R.Darablı və A.H.Anaplı günün vacib məsələlərinə aid “meyxana” söylədilər”. 
XX  əsrin  əvvəllərində  təkcə  xalq  artisti  Abbas  Mirzə  Şərifzadə  (1893-1938), 
əməkdar artist Rza Darablı (1883-1942), Əbülhəsən Anaplı (1894-1921) deyil, digər 
aktyorlar – xalq artisti Hacağa Abbasov (1888-1975), Əhməd Anatollu (1902-1982) 
yeri gələndə meyxanalar deyərdilər. Həmin illərdə meyxanaçı-aktyorlar Əli İslam və 
Mirpaşa Sadıqov (?-1921)Azərbaycan Dövlət Teatrında meyxanalar ifa etmişlər. 
Müasir dövrdə də Nizami Rəmzinin iştirakı ilə keçirilən Quba toylarında xalq 
artistləri  –  Hacıbaba  Bağırovun  (1932-2006),  Siyavuş  Aslanovun  (1935-2013)  və 
Yaşar  Nurinin  (1951-2012)  də  bir-biri  ilə  meyxana  janrında  deyişməsinin  şahidi 
olmuşam. Tanınmış gənc aktyor Elcan Rəsulov da çox gözəl meyxanalar söyləyir və 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə