Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə18/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

 
 
46 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
16. Cabbaroğlu C. Meyxananın anatomiyası. // URI: 
http://meyxana.net/forum/showthread.php?15450-Meyxananin-anatomiyasi 
17.  Muradova N.,Murad E.Vurğunun verdiyi ad, qara ölüm kağızı, ağ royal… // 
Teleqraf.com saytı. 22 aprel 2017.URL: 
http://teleqraf.com/news/senet/133511.html 
18.  Səlimov-Şağani T. Nadir folklor janrı – meyxana. // URL: 
http://meyxana.net/forum/archive/index.php/t-5021.html 
19.  Zeynal M. Söz savaşı, yoxsa ağlın məşqi. // “Region plus” həftəlik analitik 
jurnal. 01.09.2015.URL: http://regionplus.az/az/articles/view/5524 
 
Аббасгулу Наджафзаде 
доктор искусствоведения, 
профессор АНК 
ЖАНР МЕЙХАНА – ПРИМЕР ДРЕВНЕГО АЗЕРБАЙДЖАНСКОГО 
ФОЛЬКЛОРА 
Резюме.  В  представленной  статье  раскрываются  история  зарождения  и 
этимология  одного  из  самого  древнего  жанраАзербайджана  –  мейханы.  Жанр 
мейхана рассматривается с точки зрения морфологических особенностей, изу-
чается на примеретворчества некоторых известных исполнителей. 
Ключевые слова: жанр мейхана, история, этимология, морфологические 
особенности, Низами Рамзи, Вагиф Мустафазаде 
 
Abbasgulu Najafzade 
    Doctor of study of Art,  
professorof ANC 
GENRE OF MEİKHANA - AND EXAMPLE OF ANCIENT AZERBAIJANI 
FOLKLORE 
Summary.This article investigates the history of origin, the etymology of one of 
the oldest genre of Azerbaijan – meikhana. The genre of meikhan is focused by mor-
phological features and is studied in the works of some famous artists. 
Key words: genre of meikhana, history, etymology, morphological features, 
Nizami Ramzi, Vagif Mustafazade 
 
Rəyçilərsənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova  
filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd 


 
 
47 
 
Aşıqşünaslıq UOT: 780.06 Həcər Məmmədli - «Çoban yaylağı» Peşrovu  
Həcər MƏMMƏDLİ  
Magistr musiqişünas 
E-mail: hecer-məmmədli@mail.ru 
 
“ÇOBAN YAYLAĞI” PEŞROVU 
Xülasə: Məqalədə Şirvan aşıq sənətinə məxsus olan “Peşrov” janrından bəhs 
olunur. Onun yaranması, tarixi inkişaf mərhələsi, dəqiq ritmikası  və 
xarakteristikası ön planda verilir. Müəllif “Çoban yaylağı” peşrovunu nota 
köçürmüş və geniş təhlilini vermişdir. 
Açar sözlər: aşıq, Şirvan, peşrov, məqam, “Çoban yaylağı” 
 
“Peşrov” dəqiq ritmli, lirik xarakterli aşıq havalarından biridir. Peşrovların sayı 
müxtəlif mənbələrdə fərqli göstərilir. Peşrovlar Şirvan şikəstələri kimi müxtəlifliyə 
malikdirlər. Peşrovlar arasında “Çoban yaylağı”, “Şəmsi Qəmər”, “Eyvaz” peşrovu 
daha çox ifa olunan variantlardır. 
 Peşrovların ilk not yazıları Aşıq Şamil Piriyevin yaradıcılığına həsr olunmuş 
tədqiqat  işinin  müəllifi  Kamilə  Dadaşzadəyə  məxsusdur  (1,  s.7).  Adı  çəkilən 
tədqiqat işində müəllif 3 peşrov havasını nota salaraq təqdim etmişdir.  
Digər  not  yazısı  isə  İlqar  İmamverdiyevin  notlaşdırdığı  peşrovdur  ki,  bu  not 
yazısı 2011-ci ildə nəşr olunmuş “Şirvan aşıqlarının saz havaları” kitabında verilir (7, 
s.72).  34  havanın  təqdim  olunduğu  bu  məcmuədə  İlqar  İmamverdiyev  Şirvan 
aşıqlarının  repertuarında  yer  alan  havaları  notlaşdıraraq  musiqi  ictimaiyyətinin 
ixtiyarına vermişdir. Əldə olunan materiallara əsasən peşrovlar məqam (lad) kökünə 
və  poetik  əsasına  görə  adlanır.  “Telli  sazım”,  “Şəmsi  Qəmər”,  “Eyvaz”  peşrovu  
poetik  mətnin  rədifinə,  “Şur”  və  “Hicazi”  peşrovu  məqam  kökünə  görə  adlanır. 
“Çoban  yaylağı”  peşrovu  təbiətlə,  “İbrahimi”,  “Əlicadi”peşrovu  (məçhur  zurna 
ifaçısı Əli Kərimovun bəstəsi) insan adları ilə, “Kərəm” peşrovu “Kərəmi” havaları 
ilə əlaqəli adlandırılmışdır. 
Peşrovlar  məqam  əsasına  görə  də  qruplaşır.  Peşrovlar  əsas  etibarilə  rast,  şur, 
segah  məqamlarına  əsaslanır.  Burada  “Mahur”,  “Şur”,  “Şahnaz”,  “Hicaz”, 
“Segah”muğamlarının  intonasiyaları  üzərində  qurulan  peşrovlar  vardır.  Məsələn, 
“Çoban yaylağı” peşrovu – “Mahur”, “Kərəm” peşrovu – “Segah”, “Şəmsi Qəmər” – 
“Şahnaz” və s. köklərə əsaslanır.       
Təhlil  zamanı  Aşıq  Şərbətin  ifasından  “Şəmsi  Qəmər”,  “Əlicadi”,  Aşıq  Rza 
Qobustanlının ifasından “Telli sazım” peşrovu, Aşıq Ağamurad İsrafilovun ifasından 
“Çoban yaylağı” peşrovu, Aşıq Abbas Musaxanoğlunun ifasından “Eyvaz” peşrovu, 
Aşıq Elçin Rəşidoğlunun ifasından “İbrahimi” peşrovu, eləcə də Aşıq İslamın, Aşıq 
Mahmud və Aşıq Eminağanın ifasından müxtəlif peşrov havalarının lent yazılarından 
istifadə olunmuşdur.  
Xarakter  etibarilə  bütün  peşrovlar  lirik,  həzin  melodik  dilə,  3/4  ölçüsünə 
əsaslanan  sabit  ritmik  quruluşa  malikdir.  Peşrovların  məzmunu  daha  çox  şikayət 
xarakterli, həsrət və küskünlük ifadə edən mətnlərdən ibarət olur. Onlardan bir sırası 
məhəbbət mövzulu, sevgilisinə həsrət qalan aşiqin qəmli şikayətlərini canlandırır.    


 
 
48 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Şirvanda  toy  məclisini  aşıqlar  idarə  edərkən  məclis  peşrov  janrı  ilə  açılır.  Bu 
barədə  Şirvan  aşıq  mühitinin  son  ustadlarından  sayılan  Şərbət  Fətiyevin 
müsahibələrindən  məlumat  alırıq.  Şərbət  Fətiyev  XX  əsrin  II  yarısında  yaşayıb 
yaratmış  Şirvan  aşıq  məkətəbinin  görkəmli  nümayəndələrindən  biridir.  İstedadlı 
aşığın  ifasında  bir  sıra  aşıq  havaları  öz  mükəmməl  ifa  təcəssümünü  tapmışdır. 
Aşıqlıq  sənətini  o,  atası  aşıq  Cənnətalıdan  öyrənmişdir.  Balaban  ifaçısı  Quliyev 
Ağaverdi  Gülverdi  oğlu  ilə  birgə  ifaçılığa  başlamışdır.  Şərbət  Fətiyev  1954-cü  ildə 
Şamaxıya gəlmiş və ilk dəfə toya dəvət almışdır. Gənc aşığın məclis aparmağı kənd 
camaatını valeh edir və aşıq hər gün toylara dəvət alaraq istedadlı sənətkar kimi xalq 
arasında şöhrət tapır. Aşıq ilk dəfə 1956-cı ildə Azərbaycan Dövlət Dram Teatrında 
müsabiqədə  çıxış  edərək  laureat  olmuşdur.  1956-58-ci  illərdə  Aşıq  Şakir,  Aşıq 
Pənah, Aşıq Məmmədağa, Aşıq Bəylərlə bərabər filarmoniyaya dəvət alaraq çıxışlar 
edirdi. 
Aşığın  dilindən  “Şəmsi  Qəmər”,  “Eyvaz”  (bu  adda  iki  peşrov  var,  “Eyvaz” 
peşrovundan sonra təsnif oxunur), “Dodaqdəyməz”, “İbrahimi”, “Çoban yaylağı” və 
s.  peşrovlarının  olduğunu  öyrəndik  və  öz  ifasında  “Şəmsi  Qəmər”  peşrovunun, 
“Yarıma bənzər” rədifli peşrov və “Əlicazib” peşrovunun (“Yadıma düşdü” rədifli) 
lent  yazılarını  qeydə  almışıq.  Aşığın  söylədiklərinə  görə,  peşrov  sözünün  mənası 
“açılış, başlanğıc” deməkdir. Aşıq məclisi də məhz peşrovla başlanır.  
Aşıq  Şərbət  peşrovları  oxuduğu  zaman  onların  hansı  muğam  kökünə 
əsaslandığını  da  qeyd  etmişdir.  O  cümlədən  “Şəmsi  Qəmər”  peşrovu  “Şahnaz” 
kökündə,  “Əlicadi”  peşrovu  “Segah”  kökündə,  “Yadıma  düşdü”  peşrovu  isə  “Şur” 
kökündə olması qeyd olunur. “Çoban yaylağı” peşrovu isə “Mahur” kökündədir.  
Məqalədə  təqdim  edilən  “Çoban  yaylağı”  peşrovu  Şirvan  aşığı  Ağamurad 
İsrafilovun  ifasından  nota  salınmışdır.  Bu  peşrov  “Mahur”  kökündədir,  rast 
məqamına əsaslanır. Aşıq ifaya sazla, kiçik bir muğam parçası ilə başlayır. Müşayiət 
dəstəsi  (saz,  balaban,  qoşanağara,  nağara)  bəhrli  instrumental  girişi  səsləndirir. 
Əvvəlki  peşrovda  olduğu  kimi,  burada  da  giriş  kupletin  mövzusu  üzərində 
qurulmuşdur: 
Nə ağlarsan, nə sızlarsan, 
Bir dərdi beş olan könlüm. 
Axırda zünnər bağlarsan, 
Qəmə yoldaş olan könlüm. 
 
Bir yar gəlir obasından, 
Alım dərdi bəlasından. 
Çərxi fələk badasından (badəsindən), 
İçib sərxoş olan könlüm. 
 
Abbas ağlar arsız-arsız, 
Dünya olub etibarsız. 
Deyirdin dözərəm yarsız, 
Döz, bağrı daş olan könlüm. 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə