Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə20/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

 
 
53 
 
İfaçılıq sənəti UOT: 786.8 Əhsən Rəhmanlı, Elçin Nağıyev - Qarmon ifaçılığında Firuz Babaşovun xidməti  
üçün daha rahat olur, həvəsi də birə-beş artır və asudə vaxtlarda daim məşğul olaraq 
xeyli irəli gedir. O, oxuduğu ümümtəhsil məktəbin özfəaliyyət ansamblına üzv olur, 
məşqlərə  gedir,  tədbirlərdə  çıxış  edir  və  inkişafa  yol  alır.  Məktəbin  bütün 
tədbirlərində,  bayram  konsertlərində  Firuzun  qarmonunun  səsi  gəlir.  O,  kollektivdə 
dərin  rəğbət  qazanır  və  müəllim-şagird  heyətinin  sevimlisi  olur.  Bu  sakit  təbiətli, 
təvazökar  və  istedadlı  oğlan  dost-yoldaşların  ev  yığıncaqlarında,  ad  günlərində 
təmənnasız çalaraq sərbəst çıxış etmək, sənəti işlətmək qaydaları öyrənir. Az sonra 
rayon  mərkəzində,  Neftçala  şəhərindəki  Mədəniyyət  Evinin  özfəaliyyət  xalq  çalğı 
alətləri  anamblına  çağırılır  və  buradakı  məşqlərdə  müntəzəm  iştirak  edir.  Bayram 
konsertlərində  ansambl  tərkibində  çalması,  rayon  ərazisində  müxtəlif  tədbirlərdə 
çıxış  etməsi  onu  daha  da  püxtələşdirir  və  tanınmasına  səbəb  olur.  Konsertlərdə  o, 
nağaranın müşayiəti ilə solist kimi xalq oyun havalarını da ifa edir. 
Firuz  hələ  orta  ümumtəhsil  məktəbin  yuxarı  siniflərində  oxuyarkən  özündən 
yaşca  böyük  olan  qavalçalan  Sabir  Quluyev  və  Vəli  Mürvətovla  öz  kəndlərində, 
rayon ərazisində xırda məclislərə– “şirni”, “xınayaxdı”, “paltarkəsdi”yə (qız evində 
keçirilən,  qadınlar  üçün  qurulan  toy  şənliyi)  dəvət  olunur.  Firuzun  yaşı  az  olsa  da, 
sənəti  xoşa  gəlir,  ifası  hər  yerdə  bəyənilir.    Belə  ki,  o,  istər  qədim  el  havalarını, 
istərsə  də  radiodan  eşitdiyi  yeni  mahnılar  və  rəqs  melodiyalarını  öyrənərək 
məclislərin tələbatını ödəyə bilir. Bu tədbirlər və yığıncaqlarda ifaçılıq etmək Firuz 
Babaşovun Bakıya təhsil almağa gəlməsinə qədər davam edir. 
Firuz  orta  ümumtəhsil  məktəbində  çox  yaxşı  oxuyurdu,  ali  məktəbə  qəbul 
oluna bilərdi. Buna baxmayaraq, 1965-ci ildə orta təhsili başa vurub qarmon ifaçılığı 
ilə  daha  ciddi  məşğul  olaraq  mükəmməl  sənətə  yiyələnmək  üçün  gün  ərzində 
saatlarla çalışırdı.O, ustad qarmon ifaçıları Əhəd Əliyev (1893-1942) və onun bütün 
davamçılarının  qrammofon  valları  və  radiodakı  çalğılarını  dönə-dönə  dinləmiş  və 
onlardan  çox  şey  öyrənmişdi.  Güclü  musiqi  yaddaşına  malik  Firuz  eşitdiyi 
melodiyaları  tez  qavrayır,  öz  çalğısına  gətirir  və  böyük  sənətkarları  imitasiya  edə 
bilirdi.Kiçik  yaşlarından  sənət  çeşməsindən  su  içməsi  onun  taleyini  musiqiyə 
bağlamış,  ömrünü  qarmon  sənətinə  həsr  edərək  doğma  el-obasının  toy-büsatında 
çalıb-çağırmış,  evə  qazanc  gətirərək  atasının  böyük  külfətinin  dolanışığına  kömək 
etmişdi.  
Sevib-seçdiyi  musiqi  sənətinə  sonsuz  həvəs  gənc  qarmonçalanı  1967-ci  ildə 
Bakı  Kitabxanaçılıq  Texnikumuna  (hazırda  Bakı  Humanitar  Kolleci)  gətirir.  O,  
“Klub  işçisi–özfəaliyyət  xor  kollektivi  rəhbəri”  ixtisası  üzrə  təhsil  alaraq  buranı 
1970-ci ildə uğurla bitirir. Təhsil illərində solfecionu öyrənir, notla sərbəst çalmağı 
bacarır,  bütün  nəzəri  biliklərə  yiyələnir  və  nümunəvi  tələbə  kimi  tanınır.  Ümumi 
fortepiano  dərsləri  də  onun  not  savadı  və  ifaçılıq  səviyyəsini  yüksəldir.  Firuz 
texnikumun  xalq  çalğı  alətləri  orkestri  və  ansamblının  fəal  üzvü  olaraq  tədris 
ocağının  bütün  bədii,  mədəni-kütləvi  tədbirlərində,  konsertlərdə  yaxşı  sənət 
göstərirdi. O, orkestrin tərkibində texnikumun xorunu da müşayiət edirdi. Ansamblın 
rəhbəri, texnikimun müəllimi, milli nəfəs çalğı alətlərinin və klarnetin məşhur ifaçısı, 
əməkdar  artist  Elşad  Cabbarovun  (1942-2016)  dediklərindən:  “Firuz  texnikuma 
peşəkar musiqiçi kimi gəlmişdi, tələbələrdən həm yaşca, həm də ifa bacarığına görə 


 
 
54 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
böyük  idi.  Təhsil  illərində  o,  daha  mükəmməl  ifaçı  və  savadlı  musiqiçıyə  çevrildi. 
Ansambl  məşqlərində  də  seçilirdi,  öyrədilən  əsərlərin  melodiyalarını  hamıdan  tez 
mənimsəyir,  sonra  xüsusi  bəzəklər, incə,  zərif  xallar,  qarmona məxsus  imkanlar  və 
zəngin çalarlarla ifa edirdi. O, əsl istedad idi”
1

Həmin  illərdə  texnikumun  qarmon  sinfində  dərs  deyən,  hazırda  Bakı  Dövlət 
Universitetinin  “Coğrafiya”  fakültəsinin  dekanı  vəzifəsində  çalışan  Firudun 
Hüseynzadənin  fikirləri:  “Firuz  tələbəlik  illərində  mahir  qarmonçalan  kimi 
gözlərimiz  qarşısında  olaraq  hamının  diqqətini  cəlb  etmişdi.  Onun  çalğısı  tələbə 
səviyyəsində deyil, peşəkar ifaçıya xas cəhətlərlə canlanırdı. Barmaqları cəld, çevik, 
çalğısı  usta  olmaqla  bərabər,  yaxşı  da  ürəyi  var  idi.  Çalğısı  bütöv,  tamam-kamal, 
kamil sənətkarın əlindən çıxan, qəlbindən gələn sənət təsiri bağışlayırdı. Bakıda qalıb 
burada çalışsaydı mütləq mənada yaxşı tanına bilərdi”
2

Firuzla  birlikdə  tarzən,  əməkdar  artist,  Azərbaycan  Dövlət  Mədəniyyət  və 
İncəsənət Universitetininin professoru Vamiq Məmmədəliyev, müğənni, xalq artisti 
Zaur  Rzayev,  Malıbəyli  kənd  uşaq  musiqi  məktəbində  nağara  sinfinin  müəllimi 
Heybət  Babayev  kimi  tanınmış  ifaçılar  təhsil  almışlar.Qrup  yoldaşı  olarkən  onları 
birləşdirən istedad, həvəs, sıx sənət əlaqələri və səmimi dostluq gənclərin hər birinin 
sonrakı  uğurlarının  təminatçısı  oldu.  Ansambl  və  orkestr  tərkibində,  texnikum 
daxilində  və  doğma  təhsil  müəssisəsinin  digər  yerlərində,  təhsil  və  mədəniyyət 
ocaqlarında keçirilən tədbirlərində bu dörd dost əsas qüvvəyə çevrilirdi. Bu bacarıqlı 
gənclər, tələbə artistlər birlikdə texnikum müəllimlərinin, onların dost-qohumlarının 
ad  günü,  yubiley  və  toy-nişan  məclislərinə  dəvət  olunar  və  belə  çıxışlarla  çox 
bəyənilərdilər. Gənclik illərində Zaurun ifa etdiyi muğamlar, təsniflər, xalq mahnıları 
və  bəstəkar  əsərlərini  müşayiət  edən  bu  üç  musiqiçinin  birlikdə  çıxışı  orkestr 
çalğısını xatırladırdı.  
F.Babaşov  Mədəni-Maarif  Texnikumunda  təhsil  aldığı  illərdə  o  dövrdə  çox 
məşhurlaşmış  qarmon  ifaçıları  Zakir  Mirzəyev,  Avtandil  İsrafilov,  Teyyub 
Teyyuboğlu,  Vaqif  Şıxıyev  (1947-1982)  və  Həmid  Haqverdiyevin  (1947-1980) 
radiodakı  və  maqnitofon  lentlərindəki  ifalarından  öyrənmiş  və  öz  ifasını 
formalaşdırmışdı.  Firuz  onların  çaldığı  oyun  havalarını  imitasiya  edirdi,  dinlədikdə 
elə  bilirdin  ki,  həmin  sənətkarların  öz  ifasını  eşidirsən.  O,  bütün  qarmon 
sənətkarlarının ifasını imitasiya edə bilir və elə bənzər, oxşar çalırdı ki, ayırd etmək 
mümkün  olmurdu.  Xüsusilə  Z.Mirzəyevin  rəqs  melodiyalarını,  A.İsrafilovun  radio 
fondundakı  “Bəstə-Nigar”  muğamını,  canlı  televiziya  konsertlərində  müğənniləri 
müşayiət edərkən çaldığı muğam şöbələrini ustalıqla ifa edərək, hər incəliyi olduğu 
kimi  təqlid  eləyirdi.  Ümumiyyətlə  o,  sənəti  klassik  qarmonçalanlardan  öyrənsə  də, 
1960-cı  ilin  sonlarında  və  1970-ci  illərdə  o  dövr  üçün  müasir  olan  üslubu  tam 
mənimsəyərək öz ifasında göstərirdi. Həmçinin  sənətdə o, özü kimi də var idi, bir 
qarmonçalan olaraq özünəməxsus xalları və cümlələri  işlədirdi. 
                                                            
1
Elşad Cabbarovun Əhsən Rəhmanlı ilə söhbətindən. 2007-ci il, Bakı Mədəni Maarif Texnikumu 
2
Firudin Hüseynzadənin Əhsən Rəhmanlı ilə söhbətindən. Bakı Dövlət Universiteti, 2008-ci il 
 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə