Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə22/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

 
 
57 
 
İfaçılıq sənəti UOT: 786.8 Əhsən Rəhmanlı, Elçin Nağıyev - Qarmon ifaçılığında Firuz Babaşovun xidməti  
sənət göstərə bilmişdir. O, 2016-cı il mart ayının 3-də dünyasını dəyişmişdir. Canı-
qanı,  vicdanı,  mənəvi  dünyası  və  könül  saflığı  ilə  bağlı  olduğu  doğma  Neftçalada 
Firuzun  xatirəsi  əziz  tutulur.  İstər  pedaqoji  sahədə,  bilavasitə  qarmonun  tədrisində, 
bu  sahə  üzrə  yeni  uğurlu  şagirdlərin  hazırlanmasında,  istərsə  də  ifaçılıq  sənətində, 
xalq şənliklərində  onun yeri görünür. Musiqi məktəbində, Firuz müəllimin uzun illər 
çalışdığı  sinif  otağında  ondan  yadigar  qalan  xeyli  tədris  vəsaitləri,  müxtəlif 
müəlliflərin  “Qarmon  məktəbi”  kitabları,  özünün  ifa  edib  maqnitofon  lentlərinə, 
audeo  diksklərə  yazdıraraq  tədrisdə  istifadə  etdiyi  qədim  və  müasir  dövrün  oyun 
havaları, muğam dəramədləri və rənglər qorunur. Musiqi məktəbində qarmonu tədris 
edən  müəllimlər,  qarmon  sinfində  oxuyan,  tumurçuq-tumurcuq  boy  atan  uşaqlar 
Firuz Babaşovun toplayıb, qoyub getdiyi sərvətdən hələ nə qədər istifadə edəcək və 
hər dəfə də onu xatırlayacaqlar. 
 
ƏDƏBİYYAT: 
1.
Nurlu İ. Neftçala XXI əsrin astanasında (II kitab). B.: Şərq-Qərb, 1998, 426 s.  
2.Rəhmanlı Ə.M. Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda  tədrisi (dərs 
vəsaiti). B.: MBM, 2012, 704 s. 
3. Mirzəyev Z.Q. Azərbaycan qarmonu. B.: Adiloğlu, 2007, 162 s. 
4. Mirzəyev Z.Q. Qarmon məktəbi (qarmon və fortepiano üçün). B.: Adiloğlu, 2008, 
114 s. 
5.  Rəsulov  N.M.  Qarmon  ilə  fortepiano  üçün  “Pyeslər  məcmuəsi”.  II  kitab.  B.: 
Çaşıoğlu, 1999, 78 s. 
5. Həşımov A.H. 10 zərbi-muğam. Qarmon sinfi üçün. B.: Zərdabi, MMC, 2007, 63 
s. 
6. Dəmirov T.H. Milli rəqslər və dəramədlər. B.: Adiloğlu, 2009, 68 s. 
 
АхсанРАХМАНЛЫ 
Преподаватель АГУКИ 
Ельчин НАГИЕВ 
Старший преподаватель АМК 
 
РОЛЬ ФИРУЗА БАБАШЕВА В РАЗВИТИИ ИСКУССТВА ИГРЫ НА 
ГАРМОНИ 
Резюме:  В  статье  раскрывается  жизнь  и  деятельность  Фируза  Баба-
шова - виртуозного исполнителя и талантливого преподавателя игры на гар-
мони.  В  статье  особое  внимание  уделяется  его  творческой  и  педагогической 
деятельности  во  время  работы  в  детской  музыкальной  школе  Нефтечалин-
ского района, где он родился и вырос.   
Ключевые слова: Фируз Бабашов, искусство исполнения на гармони, пре-
подавание, народная музыка  
 


 
 
58 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
 
Ahsan RAHMANLI  
Teacher of ASCAU 
Elchin  NAGHIYEV 
Senior Lecturerof ANC 
 
FIRUZ BABASHEV’s ROLE IN THE DEVELOPMENT OF THE ART 
OF PERFORMANCE ON GARMON 
 
Summary:  The article is about the life and activity of Firuz Babashov - a 
talanted, skilled player on garmon and teacher. His important services as a 
performer in Neftchala region, where he was born and grown up and as an 
experienced teacher at children's music school is also have taken into account in the 
article.  
Key words: Firuz Babashov, the art of  performance on garmon, teaching, folk 
music 
 
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyev; 
pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov 


 
 
59 
 
Musiqi akustikası UOT: 781.1 Zeynal İsayev - Azərbaycan xalq musiqisinin akustik xüsusiyyətlərinin tədqiqi  yolları 
Zeynal İSAYEV 
Üzeyir Hacıbəyli adına BMA-nın böyük elmi işçisi  
Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98  
Email: zeynalisaev2@gmail.com 
 
AZƏRBAYCAN XALQ MUSİQİSİNİN AKUSTİK  
XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ YOLLARI 
Xülasə: Məqalədə Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" 
adlı kitabının tədqiqat meyarları əsasında süni intellektin yaranmasına diqqət 
ayrılıb. Müasir informasiya texnologiyalarının, kompüterproqram metod-
larının  tətbiqi qarşıya qoyulan bu məqsədi gerçəkləşdirmək üçün böyük 
imkanlar açır. Səslənmənin real və fiziki xüsusiyyətləri arasındakı  əlaqələri 
müəyyən etmək üçün ixtisaslaşdırılmış  cədvəllərin təkmilləşdirilməsi tələb 
olunur. Bu metod gələcəkdə kompüter proqram metodlarının emalında  əsaslı 
nəticələrin əldə edilməsi üçün nəzərdə tutulub.  
Açar sözlər:  akustika, Azərbaycan xalq musiqisi, ekspert sistemi, meyarlar, 
təhlil 
Məlum  olduğu  kimi,  musiqi  səslənməsinin  akustik  baxımdan  tədqiqi  qədim 
tarixə  malikdir.  Belə  ki,  əvvəllər  insanın  eşitmə  sistemi  vasitəsilə  aparılan  ekspert 
təhlili, sonralar alman fiziki H. Helmhols (1821-1894) həcm rezonatorları vasitəsilə, 
daha sonralar səsyazma avadanlığından istifadə etməklə elektrik süzgəclərinin tətbiqi 
ilə və digər spektral təhlil qurğularından istifadə etməklə aparılıb. Hal-hazırda isə bu 
tədqiqatın  aparılması  üçün  kompüter  universal  alət  hesab  olunur  və  bütün  bunların 
həyata keçirilməsi üçün müasir informasiya texnologiyaları mövcuddur. 
Yeni-yeni  texniki  vasitələrin  meydana  gəlməsisəs  informasiyasının  analizi 
zamanı daha çox parametrlərlə zəngin səslənmə nümunələrini tədqiqata cəlb etməyə 
imkan  verir,  yəni  tədqiqatın  informativliyini  artırır.  Səsyazma  avadanlığıyazılmış 
fonoqramın dəfələrlə dinlənilməsinə imkan verir.Bu da tədqiqatçıya əsərin müxtəliv 
ifalarını yaxşı müqayisə edib fərqləndirmək və qiymətləndirmək  üçün şərait yaradır. 
Səs  tezliklərinin    təhlilində  texniki  vasitələrdən  (məsələn,  əvvəllər  tənzimlənən 
elektrik  süzgəcindən  və  yaxud  xüsusi  spektr  analizatorlarından,  hal-hazırda  isə 
kompüter  texnologiyalarından)  istifadə  olunması,  səslənmənin  fiziki  xasiyyət-
naməsini daha dəqiq, hərtərəfli və obyektiv ölçməyə imkan verir və belə cihazların 
və  qurğuların  meydana  gəlməsi,  tədqiqatın  yeni  metodlarının  yaranmasına  gətirib 
çıxarmışdır  (5;6;7). 
Musiqiçilər,  musiqişünaslar  və  pedaqoqların  musiqi  əsərinin  ifasını 
professional şəkildə qavraması üçün ilk növbədə səslənmənin analizi nəticəsində bu 
və  ya  digər  xarakterli  obyektiv  informasiya  əldə  olunmalıdır.  Məsələn,  akademik 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə