Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə23/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

 
 
60 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
musiqi  əsərlərinin  səslənməsinin  təhlili    zamanı  musiqişünasları,  onlara  çoxdan 
məlum  olan  əsərin  ifa  xüsusiyyətləri  daha  çox  maraqlandırır.  Musiqiçi-tələbələrin 
ifasını  bir  neçə  dəfə  dinlədikdən  sonra  pedaqoq  ifadakı  fərdi  xüsusiyyətlərin 
mövcudluğunu müəyyənləşdirir (8; 9). 
Azərbaycan xalq musiqisinin, folklorun  təhlilində əsas məqsədlərdən biri səs 
yüksəkliyi  üzrə    tədqiqatın  aparılması,  habelə  temporitmik  şəklin,  dinamik  cizgi-
lərin,  tembrin  və  digər  başqa  xarakteristikaların təyin  olunmasından ibarətdir  (2;  3; 
4).  
Kompüter  texnikasının,  müasir  texniki  avadanlıqların  və  informasiya 
texnologiyalarının  tətbiqi  ilə  akustik  tədqiqatların  ən  müasir  akustik  səs  udma 
kameralarında  aparılmasını  Azərbaycan  xalq  musiqisinin,  habelə  müasir  və  qədim 
milli  musiqi  alətlərimizin,  həmçinin  ayrı-ayrı  ifaçılarımızın  ifa  xüsusiyyətlərinin 
daha  da  dərindən  və  obyektiv  öyrənilməsində  yeni  bir  dövrün  başlanğıcı  kimi 
qiymətləndirmək olar. Tədqiqatın daha obyektiv və səmərəli sayıla bilən informasiya 
texnologiyalarının tətbiqi ilə kompüter metodlarına keçilməsi üçün hər şeydən əvvəl, 
səslənmənin  keyfiyyət  xarakteristikaları  ilə  fiziki  kəmiyyət  xarakteristikaları 
arasındakı  münasibət  müəyyənləşdirilməlidir.  Bu  sahədə  əsas  problematik 
məsələlərdən  biri  ondan  ibarətdir  ki,  qiymətləndirilmə  meyarları  və  parametrləri  
musiqişünaslar tərəfindən hələ dəqiq müəyyən olunmamışdır (10; 11; 12). Odur ki, 
səslənmənin  musiqişünaslar  tərəfindən  qiymətləndirilməsinin  mexanizmi,  əsas 
meyarları  tezliklə  müəyyənləşdirilməli,  bir  cədvəl  şəklində  və  müvafiq  ballarla 
dəyərləndirilərək işlənib hazırlanmalıdır. Bu zaman musiqi əsərlərinin bədii analizi, 
hətta  musiqi  ifaçılığının  da  bədii  xüsusiyyətləri  ölçülə  bilən  fiziki  kəmiyyətlər, 
parametrlər, xarakteristikalar və s. vasitəsilə ifadə olunmalıdır. Bundan sonra isə bu 
cədvəldəki  meyarlara  uyğun  gələn  akustik  xarakteristikalar  (səs  rəqslərinin 
xarakteristikaları) tədqiqat işləri vasitəsilə müəyyənləşdirilməlidir. 
Azərbaycan  xalq  musiqisinin  akustik  xüsusiyyətlərini  tədqiq  edərkən,  bu 
musiqinin özünəməxsusluğu nəzərə alınmalıdır. Azərbaycan xalq mahnıları, təsniflər 
və  rənglər  əsasən  muğam  məqamlarında  bəstələnib.  Akustik  baxımdan 
muğamlarımızın  şöbələri  məqamdaxili  gəzişmələrdən  ibarət  olan  tonal  musiqidir, 
yəni  Üzeyir  Hacıbəylinin  təbiri  ilə  desək,  “teorem  və  postulatlar”  daxilində  inkişaf 
edir.  Burada  da  gəzişmələr  Azərbaycan  musiqisinin  qanunları  çərçivəsində 
sərbəstdir. Daha dəqiqi, melodik quruluşdakı səs yüksəkliyi qanunlarının, həmçinin 
səs  yüksəkliyinin  metroritmik  və  digər  musiqi  parametrləri  ilə  qarşılıqlı  əlaqəsinin 
araşdırmalar  vasitəsilə  aşkar  olunması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  da  öz 
növbəsində milli musiqimizdəki melodik xəttin formasını xarakterizə edən anlayışlar 
sisteminin  dəqiqləşdirilməsinə  imkan  vermiş  olacaq  (1;  10;  11;12).  Məqamların 
müxtəlif  pillələrinin  də  özünəməxsus  funksiyaları  var  və  melodik  hərəkət 
kontekstində  hər  bir  pillənin  tonal  funksiyalarının  aşkarlanması,  hərəkətin 
üstünlükləri  və  pillənin  məqamdakı  əhəmiyyətinin  müəyyənləşdirilməsi  üçün 
olduqca zəruridir. 
Təqdim  etdiyimiz  tədqiqat  işlərinin  nəticələrindən  istifadə  edərək,  Üzeyir 
Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” fundamental əsərində göstərilən 


 
 
61 
 
Musiqi akustikası UOT: 781.1 Zeynal İsayev - Azərbaycan xalq musiqisinin akustik xüsusiyyətlərinin tədqiqi  yolları 
məhdudiyyət  və  qaydaları  (“teorem  və  postulatları”)  özündə  əks  etdirən  bir  analiz 
proqramının,  yəni  ekspert  sisteminin  hazırlanması,  milli  musiqimiz  haqqında 
keyfiyyətcə yeni-yeni biliklərin əldə olunmasına imkan verəcəkdir. Ekspert sistemi–
problemlərin  həllində  mütəxəssis-eksperti  müəyyən  qədər  əvəz  edə  bilən  bir 
kompüter proqramıdır. Ekspert sistemi də insan-ekspert kimi biliklərə əsaslanır. Bu 
biliklər  isə  bilik  bazası  şəklində  kompüterin  və  ya  proqramın  özünün  yaddaşında 
yerləşdirilir və buraya da istənilən vaxt əlavələr və dəyişikliklər edilə bilər. Ekspert 
sistemi məsləhətlər verə, təhlil və müqayisələr apara, eləcə də diaqnozlar, proqnozlar 
və  s.  verə  bilir.  Bizim  tanıdığımız  bir  çox  kompüter  proqramlarından  fərqli  olaraq, 
ekspert  sistemləri  konkret  bir  sahəyə  istiqamətlənir.  Məsələn,  tibbi  diaqnostikada, 
planlaşdırmada, interpretasiyada (monitorinq nəticəsində qərar qəbul etmə və konkret 
qiymətləndirmə),  nəzarətetmə,  tənzimləmə  və  idarəetmədə,  mexaniki  və  elektrik 
avadanlıqlarında  və  maşınlardakı  çatışmamazlıqların  və  nasazlıqların  diaqnos-
tikasında, təlim prosesində və s. sahələrdə geniş istifadə olunur (10; 11; 12). 
Hal-hazırda  Üzeyir  Hacıbəyli  adına  Bakı  Musiqi  Akademiyasının  “Musiqi 
akustikası”  elmi  laboratoriyasında    professor  G.A.Abdullazadənin  təşəbbüsü  ilə 
musiqi analizi edə bilən belə bir ekspert sisteminin, yəni süni intellekt proqramının 
hazırlanmasına başlanılması nəzərdə tutulur. Bu isə  göstərilən problemlərin həllində 
ilk addım olacaq. İstənilən bir musiqi əsərinin fayllarını (yəni giriş verilənlərini) bu 
proqrama daxil etməklə və proqrama müxtəlif əmrlər (analiz etmə, müqayisə etmə, 
qiymətləndirməvə  s.  əmrlər)  verməklə,  bu  musiqi  əsərinin,  Üzeyir  Hacıbəylinin 
“Azərbaycan  xalq  musiqisinin  əsasları”  fundamental  əsərində  göstərilən 
məhdudiyyət  və  qaydalara  (“teorem  və  postulatlara”)  uyğun  olub-olmaması 
müəyyənləşdiriləcəkdir.  
Ekspert  sisteminin  strukturunu  göstərən  blok-sxemi  təxmini  olaraq  aşağıdakı 
kimi göstərmək olar. 
Ekspert sisteminin struktur sxemi 
 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə