Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə12/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

 
 
33 
 
Muğamşünaslıq UOT: 781,7 Nəzakət Teymurova - XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı xanəndələrinin yaradıcılığına nəzər  
göstərirdi. Ən çox Hafizin, Füzulinin qəzəl və qəsidələrinə müraciət edirdi. “Rast”ı 
isə xüsusi şövqlə oxuyarmış elə buna görə də ona “Rast Ağa Cəbrayıl” deyirmişlər. 
Digər  məşhur  xanəndə  Əbdülqədir  Cabbarov  idi.  O,  1871-ci  ildə  Bakıda 
anadan  olub.  Ağa  Cəbrayıldan  fərqli  olaraq  onun  səsi  bizə  gəlib  çatmışdır.  İfası 
yazılmış bir val Respublika Dövlət səsyazma arxivində qorunur. Məşədi Süleymanın 
yazdığına  görə,  o,  ötən  əsrin  sonlarında  Bakıdakı  ən  yaxşı  muğam  ifaçılarından 
idi.Nəsilliklə  qalayçı  olmuş,  Çəmbərəkənddə  yaşamışdır.El  içində  onu  “Qədirbala” 
çağırırmışlar. C.Cabbarlı adına teatr tarixi muzeyində fotosu vardır. Şəklinin altında 
əski  əlifba  ilə:  “Bakılı  Qədirbala.  Birinci  xanəndə”  sözləri  yazılmışdı.Səsinin  vala 
yazılması  da  bir  təsadüfün  nəticəsi  olub.Özü  buna  razılıq  vermirdi.  O  vaxt 
Əbdülqədirin sənətinə, şəxsiyyətinə hörmət bəslədiyi bir-iki nəfər onu özləri ilə birgə 
Riqaya getməyə razı salmışlar. Onun xasiyyətinə bələd olduqları üçün səsini yazmaq 
istədiklərini  bildirməmişlər.  Hərəsi  bir  az  oxuduqdan  sonra  xahiş  edirlər  ki,  sən  də 
bir  “Heyratı”  oxu,  qulaq  asaq.  Oxuyur  və  xəbəri  olmur  ki,  səsini  vala  yazırlar. 
Əbdülqədir  Cabbarovun  ifası  yazılmış  yeganə  val  Riqadakı  “Qrammafon-Rekord” 
firması tərəfindən belə yaranır [1, s. 14].  
Dövrünün  görkəmli  xanəndələrindən  biri  də  İçərişəhərli  Baladadaş  olub.Ona 
camaat  arasında  “Bayatı-Qacar  Baladadaş”  da  deyərdilər.Mənbələrdə  verilən 
məlumata  görə,  Baladadaş  pulla  toya  getməz,  həvəsi  gələndə  oxuyardı.Simaca  çox 
gözəl idi.Qələmi papaq qoyar, qollu uzun çuxa, döşlük geyər, üzünü qırxdırardı.Çox 
məlahətli səsə malik olduğundan bir gün axşamacan oxusa belə səsi onu dinləyənləri 
bezdirməzdi.Məşədi Süleymanın verdiyi məlumatda deyilir ki, Baladadaş hər bahar 
vaxtı Qoşa Qala qapısının üstündə oxuyardı. Bir dəfə Keşlə kəndindən bir atlı Qala 
qapısının yanına gəlir. Deyir Keşlədə Məşədi Baladadaşın səsini eşitdim ki, “Bayatı-
Şiraz”  oxuyur,  atı  mindim  gəldim.  O  vaxt  Keşlədən  Qala  qapısına  qədər  bir  dənə 
dam, ağac yox idi, yalnız əkin yeri idi. Səsi o qədər gur idi ki, İçərişəhərdə damda, ya 
hündür  bir  yerdə  oxuyanda  Bayıldan  eşidib  gəlirdilər  ki,  Baladadaş  “Çahargah” 
oxuyur.Həm  də  çox  mükəmməl  oxuyardı,  bir  nöqtə  artıq-əskik  olmazdı.  10  il 
dalbadal  Tehrana  gedib  farsca  kamil  öyrənmişdi.  Azərbaycan  şairlərinin  şeirlərilə 
yanaşı, fars qəzəllərini də çox ifa edərdi.  
O zamanlar Abşeronda ad çıxarmış başqa bir xanəndə “Çahargah” dəstgahının 
gözəl  ifaçılarından  sayılan  Kor  Hacı  olub.  Hacı  oxuyanlar  arasında  öyünürdü  ki, 
səsdə Məşədi Baladadaş mənə yaxın düşə bilməz.Bu söz Baladadaşın qulağına çatır, 
Bakı  musiqi  məclisinin  başçısı  Məşədi  Məliklə  danışır.Hacını  başqa  çalıb-
oxuyanlarla dəvət etdirir və bir “Çahargah” oxutdurur.Baladadaşın burada olmağını 
eşidəndə Hacının halı dəyişir.Baladadaş Hacının ifasından sonra özü oxuyur.Məşədi 
Süleyman  yazır  ki,  “Hisar-müxalif”  yerinə  çatanda  Hacının  bağrı  yarılır.Aradan 
çıxmaq istəyəndə atam qoymur.Baladadaş öz ifasından sonra Hacıdan üzr istəyir ki, 
sən  məndən  böyüksən,  indiyəcən  sən  olan  məclisdə  oxumamışam.Amma  sən  özün 
dalımca danışmısan, məni özün məcbur elədin ki, üzbəüz səninlə oxuyum [2, s. 92-
93]. 
Xanəndə  Seyid  Mirbabayev  öz  səsi,  ifaçılıq  məharəti,  Azərbaycan  muğam 
ifaçılığı tarixində seçilən sənətkar olmuşdur.Onun qeyri-adi taleyi olub.Bakı musiqi 


 
 
34 
 
Konservatoriya” jurnalı 2017№2 (36)
məclisinin sonbeşiklərindən biri olmuş Mir Seyid Mir Tağı oğlu Mirbabayev 1867-ci 
ildə  Bakıda  mərsiyəxan  ailəsində  anadan  olmuşdur.  O,  əvvəllər  atası  və  böyük 
qardaşları kimi mərsiyəxanlıq etmiş, sonralar isə xalq şənliklərində bir xanəndə kimi 
şöhrət  qazanmışdı.  Mir  Seyid  1910-cu  ilə  kimi  Bakının  musiqi  həyatında  ciddi  rol 
oynamış,  teatr  tamaşalarının  fasilələrində  və  “Şərq  konsert”lərində  mahir  müğənni 
kimi yaxından iştirak etmişdi.1902-ci ildə, daha sonra1906-cı ildə qrammofon şirkəti 
tərəfindən  Riqa  şəhərinə  dəvət  edilib  səsini  vala  yazdırmışdı.  Lakin  1910-cu  ildə 
Bakı  milyonçularından  biri  olan  Şıx  Balayevin  toy  məclisinə  dəvət  olunan  Seyid 
Mirbabayev, tarzən Şirin Axundov və kamança çalan Levon Qaraxanov ilə birlikdə 
həmin  məclisdə  iştirak  edərkən  toy  sahibi  sazəndələrə  pul  əvəzinə  hərəsinə 
Sabunçuda  həyat  sahəsi  bağışlamışdı.  Həmin  həyətdən  bir  neçə  neft  quyusu  fontan 
vurduqdan  sonra  Seyid  Mirbabayev  xanəndəliyin  daşını  atmış,  az  vaxtda  Bakı 
milyonçularından birinə çevrilmişdir. Ondan sonra xanəndəlik sənətinə nifrət etmiş, 
hətta  öz  qrammofon  vallarını  baha  qiymətə  alıb  sındırmışdı.Nəhayət,  1929-cu  ildə 
Parisdə səfil vəziyyətə düşən Seyid Mirbabayev “Pate-rekord” qrammofon firmasına 
gəlib öz köhnə qrammafon vallarının təzədən çap olunmasını xahiş edərkən saxladığı 
yeganə  valı  əlindən  salıb  sındırmışdı.Seyid  Mirbabayev  1953-cü  ildə  86  yaşında 
Tehranda  vəfat  etmişdir.Onu  da  qeyd  edək  ki,  C.Cahangirov  “Xanəndənin  taleyi” 
operasında Seyid Mirbabayevin taleyini əks etdirmişdir. 
Məşədi  Süleymanın  xatirələri,  Bülbülün  məqalələrində  Bakıda  Urlu  İskəndər 
adlı  bir  xanəndənin  fəaliyyət  göstərdiyi  qeyd  olunur.  O,  1839-1899-cu  illər  arası 
yaşayıb. Məlahətli zil səsli bir xanəndə olub.Məşədi Süleyman yazır ki, xanəndəliyə 
yeni başladığı təcrübəsiz vaxtlarında Sadıq Hacı Əli Əkbər oğlunun toy məclisində 
tarzən Əli Şirazi ilə rastlaşır.Ə.Şirazi “Şur” çalır və Urlu İskəndər oxuyur.Zurnanın 
müşayiəti  ilə  oxumağa  adət  etmiş  İskəndər  “Hicaz”a  yetişəndə  çox  bərk  səslə 
oxuyur.Əli o saat çalğısını kəsib, tarı yerə qoyur. İskəndər də nə qədər xahiş edirsə 
də, o çalmır: “Zalım balası, belə də oxumaq olar? Elə qışqırırsan, tarın səsi itib-batır. 
Elə bil çöldə adam çağırırsan”. Bu hadisə Urlu İskəndər üçün dərs olur.Ə.Şirazi ilə 
həmin  qarşılaşmadan  pərt  olan  Urlu  İskəndər  Mirzə  Ağakərim  Salikdən  muğamın 
sirlərini  öyrənməyə  başlayır.Bir  neçə  ildən  sonra  Abşeronun  sanballı 
xanəndələrindən  birinə  çevrilir.Mirzə  Ağakərimdən  aldığı  muğam  dərsləri  onu  elə 
püxtələşdirmişdi ki, artıq Ə.Şirazi onu məmnuniyyətlə müşayiət edirdi. 
O zamanlar Bakıda Mirzə Ağakərim Hacı Zeynaloğlu adlı bir musiqi həvəskarı 
vardı. Bir neçə il Mirzə Səttardan dərs alıb, muğamatı  mükəmməl öyrənib. Səsinin 
diapazonu geniş olmasa da, düzgün və şirin oxuyurdu.Musiqiyə o qədər bağlı idi ki, 
öz  mülkünü  satıb,  yoxsul  oxuyanlara  yardım  edirdi.Mirzə  Ağakərim  “Salik” 
təxəllüsü  ilə  şeirlər  də  yazmışdı.O,  1899-cu  ildə  56  yaşında  vəfat  edib.  Mirzə  Ağa 
Hacı  Ağababaoğlu  –  Bakının  toylu  gecələrindən  onların  da  səsi  gəlib.  Hacı  Məlik 
Heydər, Müğbil Xiləli, Kərbəlayi Eldar Qalalı, Xəlil... Ancaq onlar köhnə Bakının, 
Abşeronun  miyanə  oxuyanlarından  sayılırdı.Mirzə  Ağa  isə  muğamı  mükəmməl 
bilirdi.Həm  mayədə,  həm  miyanxanədə,  həm  də  zildə  yaxşı  oxuyurdu.Mirzə  ağa 
1866-cı  ildə  Bakıda  doğulub,  1926-cı  ildə  vəfat  edib.  O  vaxt  Bakıda  muğam  bilən 
çox  idi.  Məclislərdə,  toylarda  xanəndə  bir  guşəni  ixtisara  salsaydı,  ya  muğamın 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə