Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə11/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

 
 
31 
 
Muğamşünaslıq UOT: 781,7 Nəzakət Teymurova - XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı xanəndələrinin yaradıcılığına nəzər  
məktəbində  Seyid  Mirbabayev,  Ağa  Kərim  Salik,  Bəylər,  Ağa  Səid  oğlu  Ağabala, 
Əli  Zühab,  Mirzə  Fərəc  və  başqa  musiqiçilər  toplaşaraq  öz  musiqi  sənətlərini 
nümayiş etdirirdilər. 
Bəzən musiqi məclislərində muğamı bir neçə xanəndə oxuyar, muğam biliciləri 
onun  haqqında  rəylərini  söyləyərdilər.  Buna  görə  də  hər  bir  xanəndə  və  çalğıçı  öz 
sənətini daha dərindən öyrənməyə və təkmilləşdirməyə səy göstərirdi. Çox zaman isə 
yaradıcılığa başlayan musiqiçilər burada ustad sənətkarlardan xeyir-dua alırdılar. Bu 
məclislər muğam sənətinin inkişafı üçün çox önəmli idi və muğam ifaçıları üçün əsl 
ustadlıq  məktəbinə  çevrilmişdi.  Bu  məclislərdə  Şərq  musiqisinin  incəliklərinə 
dərindən  bələd  olan  görkəmli  musiqişünaslar  xanəndələrin  düzgün  oxumasına  və 
ustalığına  xüsusi  qayğı  göstərirdilər.  Musiqi  məclislərində  “Şur”,  “Rast”,  “Mahur”, 
“Çahargah”, “Bayatı-İsfahan” muğamlarının oxunması iki, bəzən də üç saat çəkərdi. 
Maraqlıdır  ki,  məclislərdə  bütün  muğamları  düzgün  və  tamam-dəstgah  oxumağı 
öyrənən  xanəndələr  hər  hansı  bir  muğamı  daha  kamil  öyrənər,  ixtisaslaşmağa 
çalışardılar. O dövrün musiqiçilərinin xatirələrində deyildiyi kimi, müsabiqə üçün ən 
yaxşı sazəndələr çağırılırdı. Hələ musiqi məclisinə bir həftə qalmış ən yaxşı xanəndə 
və  sazəndələr  və  rəisi-məclis  seçilirdi.  Həmin  şəxs  xanəndə  və  sazəndələrin  ifa 
edəcəkləri musiqi proqramını tərtib edirdi.  
XIX  əsrdə  Bakı  şəhərində  və  Bakıətrafı  kəndlərdə  (Nardaran,  Mərdəkan, 
Maştağa,  Buzovnada)  şair  və  muğamatçıları  öz  ətrafında  toplayan  yığıncaqlar 
Azərbaycan muğam sənətinin inkişafında böyük rol oynamışdır. Bakıdakı ən böyük 
musiqi  məclisinin  rəhbəri  Məşədi  Məlik  Mansurov  (1845-1909)  öz  dövrünün  açıq 
fikirli,  istedadlı,  mədəni  şəxslərindən  biri  olmuşdur.  Məşədi  Məlikin  Bakıda, 
İçərişəhərdəki  evinin  böyük  salonunda  tez-tez  dövrünün  məşhur  ziyalıları  və 
sənətkarları  yığışırdılar.  Qarabağdan,  Şirvandan,  İrandan  gələn  musiqiçilər  bu  evin 
qonağı olardılar. 
XIX  əsrin  axırlarında  Bakıda  “Məşədi  Məliyin  musiqi  salonu”  ilə  yanaşı,   
“Məcməüş-şüəra”  adlı  ədəbi  musiqili  məclisi  də  fəaliyyət  göstərirdi.  Bu  məclisin 
üzvlərindən Ağadadaş Muniri, Məhəmmədağa Cürmi, Azər Buzovnalı və Mirzəcəlal 
Yusifzadə  olmuşdur.  Burada  tez-tez  poeziya  və  musiqidən  söhbət  gedir,  məclisin 
daha  maraqlı  və  təsirli  keçməsi  üçün  yazdıqları  qəzəllərdə  muğam,  şöbə  və 
hissələrinə daha çox müraciət edirdilər. 
 Bakı ətrafı kəndlərdə mədəniyyət, incəsənət və teatr xadimləri toplaşaraq teatr 
tamaşaları  göstərir,  “Xeyriyyə  gecələri”  təşkil  edirdilər.  Musiqiçilər  bütün  mədəni 
tədbirlərdə  yaxından  iştirak  etməklə  ifaçılıq  sənətinin  inkişafına  təkan  verirdilər. 
Şəhər  günü-gündən  böyüyür  və  tərəqqi  edirdi.  Buna  görə  də  get-gedə  Bakıya 
Gəncədən,  Lənkərandan,  Şəkidən,  Şamaxı  və  Şuşadan  bir  çox  sənətkarlar,  o 
cümlədən  yazıçı  və  şairlər  böyük  ümidlə  gəlirdilər.  Bu  dövrdə  Həsən  bəy  Zərdabi, 
Nəcəf bəy Vəzirov, Bədəl bəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Şükür bəy 
Əfəndiyev,  Nəriman  Nərimanov,  Mirzə  Muxtarovla  yanaşı,  musiqimizin  Cabbar 
Qaryağdıoğlu,  Şəkili  Ələsgər,  Qurban  Pirimov,  Məşədi  Zeynal,  Segah  İslam, 
Keçəçioğlu  Məhəmməd,  Şirin  Axundov,  Seyid  Şuşinski  kimi  qüdrətli  sənət 
nümayəndələri Bakıda təşkil olunmuş məclislərdə böyük rol oynayırdılar. Ona görə 


 
 
32 
 
Konservatoriya” jurnalı 2017№2 (36)
də Bakının musiqi məclislərinin və bu məclislərin yetirdiyi istedadların zəngin tarixi 
vardır. 
Ümumiyyətlə, Bakı və onun ətrafında muğama olan maraq bu ərazidə islamın, 
xüsusilə  şiəliyin  dərin  kök  salması  ilə  bağlıdır.  Xüsusi  istedada  malik  olan  səs 
sahibləri,  muğamat  biliciləri  dini  mərasimlərdə  oxumağı  məclis  və  konsertlərdə 
oxumaqdan üstün tutublar. İslamın musiqiyə münasibəti heç də birmənalı deyil. Bəzi 
dini  mənbələrdə  musiqinin  haram  olduğu  göstərilsə  də,  Azərbaycan  ərazisində 
müqəddəs  Quran  ayələri,  mərsiyə,  qəsidələr  xüsusi  muğam  avazları  üzərində  ifa 
olunur.  
Bakı  kəndlərində  muğam  məclislərinin  təşkil  olunması  ilə  bağlı  hekayələr 
ağızdan-ağıza  ötürülərək  bu  günümüzə  qədər  gəlib  çatmışdır.  Ustad  sənət-
karlarımızdan  olan  Hacı  Aqil  Məlikov  bu  barədə  danışır  ki:  “Bakı  kəndlərində, 
xüsusən  Buzovnada  muğam  məclisləri  belə  təşkil  olunardı.  Kəndin  kəndxudası 
olmuş və ərəb, fars dillərini mükəmməl bilən Qurbanəli bəyin məclis keçirmək üçün 
“otağ”ı var imiş. İki mərtəbəli mülkünün birinci mərtəbəsində (qapısı küçəyə açılır) 
musiqi  məclisi  təşkil  olunardı.  Bu  otağın  taxçalarında  klassiklərimizin  “divan”  və 
əsərləri yığılarmış. Evin yuxarı başında yerdən bir metr hündürlüyündə qurulan taxt 
səhnə  sayılırdı.  Səhnə  xalçalarla  döşənər,  üstünə  mütəkkə,  döşəkçələr  qoyulardı. 
Keçiriləcək  muğam  gecəsində  bir  həftə  qabaq  muğamın  adı  elan  olunar  və  dəvət 
olunan muğam ustaları bunu qabaqcadan bilərdilər.Günorta namazından sonra məclis 
başlanardı. Əvvəlcədən təyin olunmuş muğama uyğun qəzəllər müzakirə edilərdi”. 
XIX əsr Bakı (Abşeron) xanəndələri, musiqiçiləri haqqında ən maraqlı mənbə 
Mansurovların  tərtib  etdiyi  kitablardır.  İki  qardaş  –  Məşədi  Məlik  və  Məşədi 
İsmayılın musiqiyə sevgisi böyük idi. Məşədi Məlik yaxşı tar, kamança, qaval, 7 dilli 
qarmon,  cürə  saz  çalardı.  Məşədi  İsmayılın  evindən  musiqi  səsi  əskik  olmazdı. 
Tarzən  Novruz,  xanəndə  Hüseyn  bu  evin  daimi  qonağı  idi.  Musiqiyə  belə  sonsuz 
istək qardaşları İçərişəhərdəki mülklərini bir sənət yığıncağına çevirməyə sövq edir. 
Bakıda  1863-cü  ildə  “Məşədi  Məliyin  salonu”  adı  ilə  məşhur  olan  musiqi  məclisi 
belə  yaranır.  Köhnə  Bakının,  Şirvanın,  Qarabağın,  Tiflisin  məşhur  xanəndələri, 
çalğıçıları  vaxtaşırı  bu  sənət  məclisinə  qonaq  gəlirlər.  Cabbar  Qaryağdıoğlu,  Seyid 
Mirbabayev, Mirzə Fərəc, Ala Palasoğlu Ərdəbilli, Ələsgər Abdullayev, Əli Zühab, 
Məşədi  Zeynal  Haqverdiyev  bu  musiqi  ocağında  neçə  yol  səs  yarışına  qoşulurlar. 
Məşədi  Məliyin  bu  çal-çağırlı  evdə  dünyaya  göz  açan  oğlanları  –  Mansur  mahir 
tarzən, Süleyman isə gözəl muğam bilicisi olur. 
  Məşədi  Süleyman  Mansurov  günlərin  biri  atasından  eşitdiklərini,  köhnə 
bakılılardan öyrəndiklərini, özünün gördüklərini yazıya almağa başlayır. Bu yazılar 
köhnə Bakının musiqi həyatı haqqında bir salnaməyə çevrilir. Həmin bu iki əlyazma 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Memarlıq  və  İncəsənət  İnstitutunda 
qorunur  (5).  Məşədi  Süleyman  öz  xatirələrində  yazır  ki,  Bakının  tanınmış 
xanəndələrindən  biri  də  “Rast  Ağa  Cəbrayıl”  olub.  O,  1883-cü  ildə  İçərişəhərdə 
doğulmuşdu.  Fars  dilini,  klassik  poeziyanı  yaxşı  öyrənmişdi.  Ağa  Cəbrayıl  həm 
pəstdə, həm də zildə eyni ustalıqla oxuyurdu. Bu da dinləyiciləri heyrətə salırdı. O, 
“Bayatı-Şiraz”,  “Çahargah”,  “Segah”  muğamlarını  ifasında  xüsusi  məharət 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə