Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə15/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

 
 
40 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Biz  meyxana  sözünə  ətraflı  münasibətimizi  bildirmişik.  Bu  janrın  adının 
dəyişdirilməsinə  heç  bir  lüzum  görmürük.  Tarix  üzrə  elmlər  doktoru  Təvəkkül 
Səlimov-Şağani  də  meyxana  sözündə  problem  görmür:  “Hər  halda  bu  gün  həmin 
janrın  adı  olan  “meyxana”  bizi  qətiyyən  narahat  etməməlidir.  Çünki  bu  janr  elə 
cəlbedici  və  maraqlıdır  ki,  onun  adının  mənası  o  qədər  də  önəm  daşımır.  Məsələ 
formada yox, mahiyyətdədir” (18).  
Bəstəkar və kino yaradıcılığında. Bir sıra bəstəkarlar və yaradıcı sənətkarlar 
əsərlərindəki  səhnələri  daha  baxımlı  və  təsirli  etməkdən  ötrü  meyxana  janrından 
istifadə  etmişlər.  Dahi  Üzeyir  Hacıbəylinin  “Koroğlu”  operasında  (II  pərdə,  “Təl-
xəyin mahnısı”) meyxana kupletləri təqdim olunur (5, s. 148-149). 
Dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) “Se-
vil”  operasında  (1953)  “Əbduləli  bəylə  Məmmədəli  bəyin  dueti”ndə  də  meyxana 
frazaları verilib. Bundan başqa, meyxanavari ritmik fiqurasiyaların təfsirini tanınmış 
bəstəkar,  virtuoz  cazmen,  əməkdar  artist  Vaqif  Mustafazadə  (1940-1979)  də  “Caz-
Muğam”ında da göstərmişdir.  
Cazdan  söz  düşmüşkən  bildirməliyik  ki,  Nizami  Rəmzi  R.Behbudov  adına 
Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə meyxananın caz ilə ifa edərək lentə 
almışdır. Bu çox qiymətli lent yazısı N.Rəmzinin arxivində qorunur. Respublikanın 
xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə “Torpaqdan pay olmaz” adlı “caz-
meyxana” oxumuşlar. 
 
V.Mustafazadə meyxana janrını həddindən çox sevirdi. Bu da onun təbiətindən 
irəli  gəlirdi.  Bilindiyi  kimi,  Vaqifin  məşğul  olduğu  sahə  –  caz  da  meyxana  kimi, 
sərbəst, azad bir janrdır. Rəhmətlik Nizami Rəmzi danışardı ki, “Vaqif Mustafazadə 
çox  gözəl  meyxana  söləyirdi.  Hətta  mənimlə  deyişmişdi  də,  çox  məntiqli, 
hazırcavab,  sözləri  yerli-yerində  işlədirdi.  Bizi  bəstəkar,  xalq  artisti  Eldar 
Mansurovun əminəvəsi, respublika tikinti materialları üzrə sabiq sənaye naziri, daha 
sonra  Ekologiya  Komitəsinin  sabiq  sədri  olmuş  Arif  Mansurov  (1939-2003)  tanış 
etmişdi.  Vaqifin  ad  günündə  çox  yaddaqalan  görüşümüz  olmuşdu”.  Sözün  düzü, 
Nizaminin  söylədiklərinə  o  vaxtlar  bir  o  qədər  də  əhəmiyyət  vermirdim.  Bu  ya-
xınlarda  Muradova  Nərmin  və  Elçin  Muradın  birgə  hazırladıqları  məqaləni 
oxuduqdan sonra həqiqətən Vaqifin gözəl meyxana deməsi öz təsdiqini tapmış oldu 
(17).  Onu  da  deyək  ki,  Arif  Mansurov  Nizami  Rəmzi  ilə  möhkəm  dost  idi. 


 
 
41 
 
Musiqi və poeziya UOT 78.07 Abbasqulu Nəcəfzadə - Meyxana janrı – Azərbaycanın qədim folklor nümunəsi  
N.Rəmzinin dostunun acı taleyinə həsr etdiyi və onun dilindən yazdığı “Şəhərim var” 
adlı qəzəli də çap olunub. 
ŞƏHƏRİM VAR 
 
Aylı gecədə zövqü-səfalı şəhərim var
Ruxsarını təkrar eləyən al səhərim var. 
İnkar edə bilməz bunu heç bir yağı qüvvə, 
Fikir etmə əzilsəm, ya döyülsəm, hünərim var. 
Mən naleyi-fəryadımı aşkar eləməzdim
Asudə gəzərdim, deməsinlər kədərim var.  
Nəfsim məni dartıb aparır sahilə hərdən
Sirrimlə, xəyalımla şərik göy Xəzərim var.  
Ulduzlara xəlvətcə deyir ay gecə vaxtı: 
“Rahət dolanın səbr ilə, Allahu-Kərim var”. 
Oynatsa fələk atın Rəmzi, söyləyər Arif: 
“Vəhdətli, şərafətli dövürdən xəbərim var” (14, s. 91).     
Qəzəldə bir məqama diqqət yetirmək lazımdır. Şeirin ardıcıllıqla hər misrasının 
baş  hərflərini  yuxarıdan  aşağıya  birləşdirdikdə  –  “Arif  Mansurov”  oxunur. 
Azərbaycan ədəbiyyatında bu cür şeirlər müvəşşəh adlanır. 
Bəstəkar Rəhilə Həsənova “Meyxanasayağı” adlı fortepiano fantaziyasında bu 
janrı  instrumental  dillə  son  dərəcə  həssas,  incə  duyumla,  səslər  vasitəsi  ilə  aydın 
şəkildə  dinləyiciyə  çatdıra  bilmişdir  (8).  R.Həsənova  sanki  “Meyxanasayağı”  əsəri 
ilə bu janrın xalqımıza daha doğma olduğunu nümayiş etdirmək istəyir. Həmin əsəri 
A.Rəhimova təhlil edərkən olduqca maraqlı nəticələr əldə edir (12, s. 83-87).  
Meyxana janrı kinorejissorların da diqqətindən yayınmayıb. Xalq artisti Həsən 
Seyidbəyli  çəkdiyi  “Bizim  Cəbiş  müəllim”  (1969)  və  “Nəsimi”  (1973),  əməkdar 
incəsənət xadimi Hüseyn Seyidzadə “Dəli Kür”, xalq artisti Tofiq Tağızadə “Yeddi 
oğul  istərəm”  (1970)  filmlərində  meyxana  səhnələrinə  yer  ayırıb.  Tanınmış  aktyor, 
əməkdar  artist  Şahmar Ələkbərovun  “Qəzəlxan”  (1991)  filmində  isə  meyxana janrı 
dahi Əliağa Vahidə həsr olunaraq ana xətt kimi işlənilmişdir. Fikrət Əliyevin “Yuxu” 
(2001) filmində Nizami Rəmzinin meyxanasından istifadə olunub. Film 1994-cü ildə 
tamamlansa  da  N.Rəmzinin  ölümündən  sonra  yayılmışdır.  Təəssüf  ki,  titrdə 
N.Rəmzinin  adı  göstərilmir.  Xalq  artisti  Vaqif  Mustafayevin  “Fransız”  (1995) 
filmində  Ağasəlim  Çildağ  (1930-2008)  “Niyə  müsəlman  olmaq  istəmirsən?” 
meyxanasını söyləyib.  
Bir  sıra  tanınmış  yazarlarımız  da  əsərlərində  meyxanadan  istifadə  etmişlər: 
xalq şairi Sabir Rüstəmxanlı “Həyat kitabı”, yazıçı, əməkdar incəsənət xadimi Natiq 
Rəsulzadə “Evləndim” hekayəsində, Saleh Sabat “Uşaq və biz” (əsər “Yuğ” Müasir 
Eksperimental Teatrında tamaşaya qoyulub) və s.  
Morfoloji  xüsusiyyətləri.  Bilindiyi  kimi,  meyxana  sənətini  ritmsiz  təsəvvür 
etmək  mümkün  deyil.  Qədim  zamanlarda  da  meyxana  deyildikdə  mütləq  çırtma 
çalınmış, özənsəsli (idiofonlu), yaxud membranofonlu (səs mənbəyi dəri olan) zərb 
alətləri səsləndirilirmiş. Bir sözlə, meyxanaçılar sözlərini müəyyən ritm çərçivəsində 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə