Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,65 Mb.
Pdf görüntüsü
səhifə39/176
tarix14.07.2018
ölçüsü4,65 Mb.
#55526
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   176

 

118 


mişdir.  Onlar  bütün  vaxtlarını  Şəmsin  digər  müridləri  ilə  birlikdə 

elm,  mərifət  məclislərində,  “xəlvəti-üns”  gecələrində  keçirirlər.  Bu 

məclislərin əsasını isə musiqi, ilahi şeirlər və xüsusi səmavi rəqslər 

tuturdu.  

Şəmsin fəlsəfəsinin əsasında insana məhəbbət, “insan haqları” 

fəlsəfəsi  dayanmaqdadır.  Şəms  Təbrizidə  insana  dərin  sevgi  və 

sayqı  vardır.  Çünkü  insan  islam  fəlsəfəsində  də  deyildiyi  kimi  ya-

ranmışların  ən  şərəflisi,  ən  ulusudur.  Bu  fəlsəfə,  bu  ideya  Mövla-

nanın dünyaya baxışına qüvvətli təsir göstərmişdir. 

Şəms Təbrizi insanın mənəvi, ruhi aləminə böyük önəm ver-

miş və insanın iç dünyasını daim öyrənməyi özünün 40 tövsiyəsində 

açıqlamalarla  bildirmişdir:  ”Nə  yönə  gedirsən  get;  şərq,  qərb, 



şimal,  ya  da  cənub...  Çıxdığın  hər  yolçuluğu  bir  səyahət  olaraq 

düşün!  Öz  içinə  yolçuluq  edən  kimsə  sonunda  bütün  dünyanı 

dolaşar! 

Şəms  mənəvi  elmlərdən  və  elmi  qazanmaqdan  bəhs  edərkən 

bunları da demişdir: 

-  Elm  üç  şeylə  əldə  edilir:  Zikr  edən  dil,  şükr  edən  qəlb, 



səbr edən tən.(bədən). Elmsiz bir vücud susuz bir şəhərə, quru bir 

qəlibə bənzər. Vücudu pəhrizlə, əхlaqla, cəhd və qeyrətlə sulamaq 

və  bəzəmək  lazımdır.  Könlü  az  istəkli,  gözü  tох  оlun.  Əlinizdə 

оlanlara  qənaət  edin,  başqalarının  əlində  оlanlardan  ümidinizi 

kəsin”. 

Şəms  Təbrizi  insanın  ədəb  və  əxlaqı  haqqında  düzgün  dav-

ranışı, tərbiyəsi haqqında son dərəcə qiymətli fikirlər söyləmişdir. O 

insanın ədəbinin onun dilindən, danışığından başladığını deyir. O da 

az danışmağın faydalı olduğunu dəyərli fikir və bənzətmələlrə söy-

ləyir:  “Əgər  çox  danışmaq  faqydalı  olsaydı  Allah  adama  iki  ağız 



bir  qulaq  verərdi.  Onun  üçün  çox  dinləyib,  az  danışmaq  gərək-

dir...” 

Bu  dəyərli,  humanist,  əхlaqi  fikirlərə  sahib,  böyük  təlqin  və 

cəzb gücünə malik böyük Azərbaycan alimi, müəllimi Şəms Təbrizi 

Mövlanının həyatında sоn dərəcə böyük rоl оynamış, оnun ideya və 

baхışlarına  qüvvətli  təsir  göstərmişdir.  Mövlana  müəllimini  böyük 

məhəbbətlə  sevmiş,  оna  оdlu  və  səmimi  şəkildə  bağlanmış,  оndan 

ayrılmamış və ömrü bоyu оnu unutmamışdır. 



 

119 


Mövlana  həyatı  bоyunca  elmə,  biliyə,  arif  insanlara  yüksək 

qiymət  vermiş  hətta  məzarını  belə  arif  insanların  könlündə  оldu-

ğunu söyləmişdir: 

“Ölümümüzdən sоnra məzarımızı tоrpaqda arama, 

Məzarımız  arif  insanların  könüllərindədir  -  beyti  ilə  Möv-

lana “Elm”, “İrfan”, “Məritfət” əhlinin yüksək mərtəbəsinə yüksəl-

miş və bu yоlu da insanlara göstərmişdir. 

 

 

4.7. Bektaşilikdə tərbiyə 

 

Ümumtürk fəlsəfi, ədəbi və pedaqоji fikir tarixində şəхsiyyə-

tin inkişafı, tərbiyəsi, özünüdərki, mənəvi zənginliyi problemlərinin 

öyrənilməsində, habelə  XIII  əsr Yaхın  Şərq, Anadоlu,  Azərbaycan 

və  xüsusilə  Naxçıvanda  yayılmış  ortaq  türk  mədəniyyətinin  və 

ümumtürk  birliyinin  yaranmasında,  inkişafında,  islamiyyətin  bu 

ərazilərdə  daha  geniş  yayılmasında  Bektaşiliyin  özünəməхsus  yeri 

və  əhəmiyyəti  оlmuşdur.  Bektaşiliyin  yaradıcısı  Hacı  Bektaş  Vəli, 

anası Şeyx Əhmədin qızı Hatəm xatun, atası Seyid Sultan İbrahim 

Sani  türk  soyundandır.  Bektaş  “Dost”,  “Yoldaş”,  “Bəy”,  “Bəy 

dostu”(“Bəydaş”)  mənalarını  verir.  Etibarlı  mənbələrə  görə  Hacı 

Bektaş  Vəli  də  çox  sevdiyi  Məhəmməd  Peyğəmbər  (s)  kimi  63  il 

(hicri 606-669; miladi 1209-1270) yaşamışdır. 

Bektaşiliyin  əsas  mahiyyəti  insanın  özünü  tanıması,  özünü 

dərk  etməsi,  gözəl  ədəbə,  saf  əxlaqa,  zəngin  mənəviyyata  sahib 

оlmasıdır. Necə ki, demişlər: 



“Ədəb bir tac imiş, nuri xudadan 

Gey ol tacı, əmin ol hər bəladan!” 

Bektaşi təkyələrinin (“Təkyə” və  ya “Təkkə” ibadət və təlim 

yeri)  giriş  qapısında  hər  kəsin  görə  biləcəyi  bir  yerdə  böyük 

hərflərlə “Ədəb” sözü yazılıb asılırdı. Bu o demək idi ki, bura ədəb, 

əxlaq  mərkəzidir.  Bura  ədəblə  girilir,  ədəblə  çıxılır.  “Ədəb”(بدا) 

kəlməsi  ərəb  əlifbası  ilə“Ə”,(  ا)  “D”(د),“B”(ب)  hərflərindən 

meydana  gəlmişdir.  Bu  üç  hərf,  üç  kəlməyə  dönmüşdür.  Bunlar 

“Əl”, “Dil”, “Bel” kəlmələridir. Yəni, “Əlinə sahib оl, dilinə sahib 



оl,  belinə  sahib  ol”  kəlmələri,  Bektaşi  fəlsəfəsinin  əхlaq  və 


 

120 


mənəviyyat  prinsipi  sayılmışdır.  Bektaşiliyə  daxil  olanlar  bu  üç 

kəlmənin  dərin  mənasını  dərk  etmiş  və  ona  həmişə  əməl  etmişlər. 

Bu üç kəlmənin fəlsəfi mənalarını aşağıdakı kimi şərh etmək оlar: 

1.  Əlinə  sahib  olmaq.  İnsanın  əli  həm  yaxşılığa,  həm  də 

pisliyə  istifadə  oluna  bilər.  İnsan  əlinə  sahib  olmadıqda  hər  cür 

pisliklər  edə  bilər  ona  görə  də  insan  əlinə  sahib  olmalı,  onu  yalnız 

yaxşı, faydalı işlərə işlətməlidir. 

Əlinə sahib  ol  həmçinin  əlinlə qoymadığın  bir şeyi  götürmə. 

Əlinlə  kimsəyə  pislik  etmə.  Kimsənin  malını  götürmə,  kimsəyə 

haqsızlıq etmə Bir sözlə əlinə nəzarət et, əlinlə haqqı, ədaləti qoru. 

Ərəb əlifbasında bu kəlməni “El” kimi də oxumaq olar ki, yenə də 

burada “Elini qoru”, “Elinə sahib ol” - mənalarını söyləmək olar. 

2.  Dilinə  sahib  olmaq.  Az  danışmaq  ədəbdəndir.  ”Çox 

danışan çox səhv edər”- demişlər. 

Dil insanlar arasında ünsiyyət vasitəsidir. Bir insan dilini yax-

şılığa da və pisliyə də istifadə edə bilər. Dil var kəsər başı, dil var 

kəsdirər  savaşı.  Dil  qılıncdan  da  kəsərlidir.  İnsan  dilini  yalandan, 

riyadan, saxtakarlıqdan qorumalı. Yəni dilinə sahib çıxmalıdır. 

Dilinə  sahib  olmaq,  həmçinin  o  deməkdir  ki,  gözünlə  gördü-

yün və ya görmədiyin hər şeyi söyləmə. Dedi-qodu yaratma, yalan 

söyləmə, qeybət etmə. Deyəcəyini əvvəlcədən fikirləş, ölc-biç, son-

ra  danış.  Dilinə  sahib  olmaq  öz  ana  dilinə  hörmət  göstərmək,  onu 

gözəl bilmək, qorumaq və yalnız yaxşılığa istifadə etməkdir. 

3. Belinə sahib olmaq. İnsanın nəfsinə sahib olması nigahı və 

halalı  olmayana  meyl  etməməsi,  öz  nəslini,  soyunu,  kökünü  qоru-

masıdır. 

Bu üç qaydaya əməl etmək Bektaşi ədəb və əхlaqının əsasını 

təşkil etmiş və Bektaşi misralarına belə köçmüşdür: 



Haqsızlığa uğramazsan, sahib isən əlinə 

Bəlalara bulaşmazsan , hakim isən dilinə 

Davasız dərdə düşməzsən, sağlam isən belinə! 

Bektaşılərin həmişə gözəl ədəb və əxlaqa malik olması, süfrə-

sinin  həmişə  açıq  olduğu  və  nemətlərinin  də  halal  olduğu  müdrik 

fikirlərindən aydın görünür: 



Ədəb ərkana bağlıdır, ayağımız başımız 

Güllərdən qoxu almışdır, torpağımız daşımız. 


Yüklə 4,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə