Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,65 Mb.
Pdf görüntüsü
səhifə47/176
tarix14.07.2018
ölçüsü4,65 Mb.
#55526
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   176

 

143 


da tərbiyəlidirlər. Dövlətlilərin uşaqlarını tərbiyə etmək lazımdır. O 

zaman  dünya  başqa  şəkil  alar.  Ona  görə  də  J.J.Russo  Emili  varlı 

ailədən  götürmüşdü. O, deyirdi  ki,  pozulmuş  cəmiyyət  insanları  da 

pozur,  belə  cəmiyyətdə  Emili  tərbiyə  etmək  olmaz.  Ona  saf  tə-

biətdə,  təbiətə  uyğun  tərbiyə  vermək  lazımdır.  Təbiətə  imkan  ver-

mək  lazımdır  ki,  uşaqları  tərbiyə  etsin.  Bitkini  becərməklə,  insanı 



tərbiyə etməklə formalaşdırmaq olar. 

II.  Təbii  tərbiyə  nəzəriyyəsi. Russoya görə, uşağın tərbiyəsi 

təbiətə uyğun olmalıdır. Russo azad tərbiyə tərəfdarı idi. Russo tər-

biyənin  psixoloji  cəhətdən  əsaslandırılmasını  müdafiə  edir,  uşağın 

yaş xüsusiyyətləri ilə bərabər, həm də fərdi xüsusiyyətlərinin nəzərə 

alınmasını zəruri hesab edirdi. 

J.J.Russonun  nəzəriyyəsinə  görə,  təbii  tərbiyə  tərbiyəçinin 

uşağı dərindən bilməsi, onun şəxsiyyətinə  yüksək dərəcədə hörmət 

etməsi  nəticəsində onu pis  təsirdən qoruya bilər.  J.J.Russo deyirdi 

ki, uşaqlar tərbiyəni üç mənbədən: təbiət, əşya və insanlardan alır: 

1. Təbiət vasitəsi ilə tərbiyə insanın qabiliyyətlərini, hiss or-

qanlarını inkişaf etdirmək deməkdir



2.  Əşya  və  hadisələrlə  tərbiyə  uşaq  şəxsiyyətinə  onu  əhatə 

edən  mühitlə  təsir  etmək  deməkdir.  Məsələn:  uşaq  əlini  oda  vurur, 

əli yanır. Ona görə də ikinci dəfə əlini bir daha oda vurmur və bura-

dan da təbii olaraq əşyalar vasitəsilə uşaq tərbiyə olunur. 



3.  İnsanlarla  tərbiyə  uşaq  şəxsiyyətinə  müəyyən  məqsədlə 

edilən  pedaqoji  təsirdir.  Russoya  görə,  alınan  bilik  və  vərdişlər 

insanlar tərəfindən verilən tərbiyəyə daxildir. 

Bu  üç  təsir  istiqamətdə,  vəhdətdə  həyata  keçirilərsə,  tərbiyə 

düzgün  gedər,  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  olar.  Tərbi- 

yədə  ən  böyük  səhv  həddindən  artıq  tələsməkdir.  J.J.Russo  uşağın 

təcrübəsini  həddindən  artıq  yüksək  qiymətləndirirdi.  Təbiətin  ver-

diyi  bizdən  asılı  deyildir.  Russonun  təbii  tərbiyə  nəzəriyyəsi  onu 

azad  tərbiyəyə  gətirib  çıxarırdı.  O  deyirdi:  “Təbiət  tələb  edir  ki, 

uşaqlar böyük olmazdan əvvəl, uşaq olsunlar!” 

Tərbiyənin vəzifələrinə J.J.Russo xoşbəxtliyi, həm də ləyaqəti 

inkişaf  etdirməyi,  arzuları  məhdudlaşdırmağı,  qüvvələri  inkişaf  et-

dirməyi  daxil  edirdi.  Belə  tərbiyə  olunan  şəxsiyyət  ləyaqətli,  xoş- 

bəxt, rəhmdil olmaqla sözün əsl mənasında insan kimi yetişir. 

J.J.Russonun fikrincə, kamil tərbiyə təbii tərbiyə olmalı, tərbi- 




 

144 


yə  olunanın  təbiətinə  tamamilə  cavab  verməlidir.  Tərbiyə  zamanı 

heç bir zor, təzyiq işlədilməməlidir. 



III.  Təbii  din  nəzəriyyəsi.  J.J.Russo  Allahın  varlığını  qəbul 

edirdi.  O,  tərbiyədə  uşağın  yaş  xüsusiyyətlərini  nəzərə  almaq  tələ- 

binə  müvafiq  olaraq  insanın  inkişaf  dövrlərini  müəyyənləşdirməyə 

nail olmuşdur. 

O,  “Emil  və  ya  tərbiyə  haqqında”  adlı  pedaqoji  əsərində 

Emilin inkişafını dörd dövrə bölür. Əsər özü beş hissədən ibarətdir. 

Dörd  hissəsi  Emilin  tərbiyəsinin  dörd  dövründən,  beşinci  hissə  isə 

qadın tərbiyəsindən, yəni Sofiyanın tərbiyəsindən bəhs edir. 

Beləliklə,  J.J.Russonun  fikrincə,  kamil  tərbiyə  təbii  öyrənmə 

ilə olmalı və tərbiyə olunanın təbiətinə tamamilə müvafiq olmalıdır. 

Tərbiyə zamanı heç bir zor, təzyiq işlədilməməlidir. 

Russo uşağın nitq inkişafına xüsusi əhəmiyyət verirdi. O tələb 

edirdi  ki,  söz  aydın  deyilməli  və  əşya  uşağa  göstərilməlidir.  Uşaq 

nitqinin inkişafında Russo hər cür tələskənliyin əleyhinədir. Sözlə-

rin təhrif  edilərək tələffüz olunması  Russoya  görə  uşaqda pəltəklik 

yaradır. 

Russoya görə iki yaşa qədər uşaqlar həqiqi əqli qabiliyyətlərə 

malik  olmurlar.  Onlarda  təfəkkür,  hətta  yaddaş  belə  yoxdur.  Onlar 

yalnız səsləri, obrazları, duyğuları, rabitələri yadda saxlaya bilirlər. 

Onların bilikləri yalnız duyğularda əks olunur, təfəkkürə keçmir. Bu 

dövr  əqlin  yuxu  dövrüdür.  Madam  ki,  belədir,  onda  uşaqlara  əqli 

məsələlərlə məşğul olmağı təklif etməyin faydası yoxdur. 

Russoya  görə  fiziki  inkişaf,  əqli  inkişafla  sıx  bağlıdır.  Fiziki 

inkişaf əqli inkişaf mərhələsinə zəruri hazırlığı yerinə yetirir. 

Uşağın ağıllı və düşüncəli olması üçün onun möhkəm, sağlam 

olmasına  çalışın.  Qoyun  o  işləsin,  hərəkət  etsin,  qaçsın,  qışqırsın, 

həmişə fasiləsiz hərəkətdə olsun. Qoyun o, güclü və qüvvətli adam 

olsun. Onda onun əqli də inkişaf edəcəkdir. Bədəni fiziki möhkəm-

ləndirməyə gəldikdə Russo burada uşağın həddən artıq əzizlənməsi 

və  qəyyum  edilməsinin  əleyhinə  çıxır.  Uşağın  ilk  addımlarından 

müstəqilliyə öyrədilməsi vacibdir. Uşaq öz gücünə, qüvvəsinə inan-

malıdır. Russo qeyd edirdi ki, Emil ayaq açıb yeriyəndə onun qoru-

yucu papağı, təkərlərə bərkidilmiş səbəti olmayacaqdır. O, özü yeri-

məyi  öyrənəcək,  yıxılacaq,  duracaq,  lakin,  öyrənəcəkdir.  Qoy  uşaq 

müstəqil  addım  atarkən  yıxılsın,  dizi  əzilsin,  əti  göyərsin  –  bütün 



 

145 


bunlar  bu  yaşda  təhlükəli  deyil.  Çünki,  əzab  çəkmək  ilk  şeydir  ki, 

uşaq ona alışmalı, öyrənməlidir. 

Russo  əmək  tərbiyəsinə  xüsusi  əhəmiyyət  verir  və  deyirdi: 

“Əlini  işsiz  başını  fikirsiz  qoyma”!  Oğlu  Emilə  məsləhət  görərək 

deyirdi  “Emil  kəndli  kimi  çalışmalı,  filosof  kimi  düşünməlidir”. 

Russo  sənətkarlıq  əməyinə  xüsusi  qiymət  verərək  deyirdi  ki,  “Sə-

nətkar heç kimdən asılı deyildir”. 

Uşağa hansı peşəni öyrətməli? Hər şeydən əvvəl daim faydalı 

olan peşəni öyrətmək lazımdır. Bu peşələr dəbdən, dövlətli adamlar-

dan  asılı  olmayaraq  mövcuddur.  Buna  görə  də  Emil  özünə  şərəfli, 

faydalı bir peşəni seçməlidir. Russoya görə peşələr içərisində ən şə-

rəflisi əkinçilikdir. Daha sonra dülgərlikdir. 

Fransız materalist  filosoflarının görkəmli  nümayəndələrindən 

biri  Klod  Adrian  Helvetsidir  (1715-1771).  Helvetsi  fitri  ideyaları 

rədd  edərək  tərbiyənin  rolunu  yüksək  qiymətləndirir  və  deyirdi: 

“Tərbiyə  hər  şeyə  qadirdir!”.  Onun  fikrincə  tərbiyə  hər  şeyi  həll 

edir, tərbiyə vasitəsilə dahilər yetişdirmək mümkündür. Bu isə onun 

idealist  –  “dünyanı  rəylər  idarə  edir”  baxışından  irəli  gəlirdi.  Hel-

vetsi yazırdı ki, insan biliyi onun duyğularının məhsulu olduğundan

tərbiyənin əsas vəzifəsi hiss orqanlarını tərbiyə və inkişaf etdirmək-

dən ibarətdir. Həqiqətlər nə qədər yüksək olursa olsun hamı tərəfin-

dən qavranıla bilər - deməklə insanlar arasında olan təbii fərqləri in-

kar edirdi. Helvetsinin fikrincə din xadimlərini məktəbdən qovmaq, 

köhnə  sxolastik  feodal  məktəbini  kökündən  dəyişmək,  məktəbləri 

dünyəvi  etməklə  dövlətin  ixtiyarına  vermək  lazımdır.  Helvetsi 

ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutaraq məktəb tərbiyəsinə 

böyük əhəmiyyət verirdi. “Ağıl haqqında”, “İnsan, onun əqli qabi-

liyyətləri və tərbiyəsi haqqında” əsərlərni yazmışdır. 



Deni  Didro  (1713-1784),  fransız  materialist  filosoflarından 

biridir. D. Didro “Fəlsəfi düşüncələr”, “Korların məktubu və gözlü-

lərə nəsihət” adlı əsərlərində feodal quruluşunu tənqid edir, öz fikir-

lərində ardıcıl olaraq materiyanın  məhv olmamasını və  yaşamasını 

möhkəm müdafiə edirdi. O, duyğuları qiymətləndirərək deyirdi, ağ-

lımız  hakim,  duyğularımız  isə  şahidimizdir.  Didro  tərbiyənin  əhə-

miyyətinə böyük qiymət verirdi, lakin Helvetsi kimi onu həddindən 

artıq şişirtmirdi. Helvetsiyə cavab olaraq deyirdi: 




Yüklə 4,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə