136
5.
Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı: Nurlar, 2002.
6.
Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlar, 2010.
7.
Əlibəyzadə E.M. Azərbaycan хalqının mənəvi mədəniyyət
tariхi (İslamaqədərki dövr). Bakı: Gənclik, 1998.
8.
Hüseynzadə R.L.Qədim və orta əsrlərdə Azərbaycanda tərbiyə,
təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007.
9.
İmadəddin Nəsimi. Mən bu cahana sığmazam. Bakı: Gənclik,
1991.
10.
Məmmədov K.A. Şərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti).
Bakı: Mütərcim, 2011.
11.
Qumilyоv L.N. Qədim türklər. Bakı: Gənclik, 1993.
12.
Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, Maarif,
1993.
13.
Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004.
14.
Seyidov F.Ə. Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair.
Bakı: Sevinc, 1997.
15.
Mövlana Dərgahından Əsintilər. Bakı: İpək yolu, 2008.
16.
İslam əxlaqı. Bakı: 2008.
137
V fəsil
KLASSİK QƏRB VƏ RUSİYA PEDAQOJİ FİKRİNDƏ
TƏRBİYƏ MƏSƏLƏLƏRİNƏ BİR NƏZƏR
Əhatə olunan məsələlər:
5.1. Avropa klassiklərinin tərbiyə və təhsil haqqında fikirləri
5.2. Rusiya klassiklərinin tərbiyə haqqında fikirləri.
138
5.1. Avropa klassiklərinin
tərbiyə və təhsil haqqında fikirləri
Yan Amos Komenskinin tərbiyə haqqında fikirləri. XVII
əsrdə yaşamış çex pedaqoqu Yan Amos Komenski (1592-1670)
elmi pedaqogikanın banisi hesab olunur. O, 92 əsərin müəllifidir.
Komenskinin “Böyük didaktika” əsəri pedaqoji fikrin ən dəyərli
əsərlərindən biri hesab edilir. O bu kitabında didaktikanın nəzəri-
pedaqoji əsaslarını, kollektiv sinif dərs sisteminin pedaqoji əsasla-
rını işləmişdir.
Humanizm və demokratiklik Komenski dünyagörüşünün əsa-
sını təşkil edir. Y.A.Komenski pedaqogikasını təbiətəmüvafiqlik pe-
daqogikası adlandırırlar. Onun fikrinsə insan təbiətin bir hissəsi ol-
duğundan onun tərbiyəsi də təlimi də təbiətin qaydalarına tabe ol-
malıdır: “Təbiət hər yerdə bizə nümunə göstərir”. O, təbiəti müəllim
hesab edir və Siseronun “.... əgər bir rəhbər kimi biz təbiətin
arxasınca getsək, heç bir zaman azmarıq” – fikrinə haqq qazandırır.
Buradan belə nəticə çıxır ki, uşaq da təbiətin bir hissəsi olduğundan,
onun tərbiyəsi də təbii yolla getməlidir. Məktəb bütün qaydalarını
dəqiq olaraq təbiətdən götürməlidir. “Balıqlar suya, ağaclar meşə-
yə, otlar çəmənliyə toplaşdığı kimi, uşaqlar da məktəbə toplaş-
malıdır”. Komenski fərdi təlimin əleyhinə çıxmış, sinif-dərs siste-
mini, kollektiv təlimin zəruriliyini əsaslandırmışdır. Y.A.Komenski
dövrünün məktəb sistemini yaratmış, onun məqsəd və vəzifələrini
müəyyənləşdirmişdir. O, məktəbi insanlıq, humanizm, əməksevərlik
tərbiyə edən iş emalatxanası adlandırmışdır. O, elə məktəblər
açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir
yerdə elmləri öyrənə bilsinlər. Məktəbin əsas vəzifəsi cəmiyyətdə
ümumi müdrikliyi yaymaqdan ibarətdir. Y.A.Komenski yaş dövrlə-
rinə uyğun olaraq məktəb sistemini belə vermişdir: 1) 0-6 yaşa
qədər – uşaqlıq – “Ana qucağı məktəbi” – ailədə tərbiyə; 2) 6-12
yaş – yeniyetmə - ana dili məktəbi – hər hansı yaşayış məntəqəsində
yerləşən məktəb; 3) 12-18 yaş – gənclik – latın dili məktəbi – (gim-
naziya) – hər şəhərdə; 4) 18-24 yaş – kişiləşmə - akademiya –
universitetlər.
139
Birinci mərhələ üçün Komenski “Ana qucağı məktəbi” adlı
vəsait də yazmışdır. “Ana qucağı məktəbi”ndə uşaqların ətraf aləm-
lə tanışlığı, xarici hiss üzvlərini inkişafı nəzərdə tutulurdu.
Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək,
aşağıdakı kimi təsnif etmişdir:
1) əyanilik;
2) şüurluluq;
3) biliklərin möhkəmləndirilməsi;
4) sistemlilik və ardıcıllıq;
5) gücəmüvafiqlik.
Y.A.Komenski əyanilik prinsipini müəllimlər üçün “Qızıl
qayda” adlandıraraq yazırdı: “Mümkün olan hər şeyi duyğularla
qavramağa təqdim etmək, yəni görünəni – görmə duyğusuna,
səsi – eşitmə duyğusuna, iyi – iybilmə duyğusuna, dadı olanı –
dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim
etmək qoy müəllimlər üçün qızıl qayda olsun”.
Y.A.Komenski tərbiyə məsələlərinə öz pedaqoji nəzəriyyəsin-
də xüsusi yer ayırmışdır. O, hər bir xalqın gələcəyini və rifahını
yeniyetmələrin düzgün tərbiyəsində görürdü.
Y.A. Komenski uşaqların tərbiyəsində nümunəyə böyük əhə-
miyyət verir və deyirdi: “Axı uşaqlar meymun kimidirlər. Onlar
yaxşı və pis nə görsələr kənardan təhrik olmasa da, onu təqlid
etməyə səy edirlər. Bu yolla onlar dərketmədən qabaq təqlid et-
məyi öyrənirlər. Mən bu zaman istər həyatdan, istərsə də tarix-
dən götürülmüş nümunələri nəzərdə tururam və ilk növbədə
həyatdan alınmış nümunələri əsas götürürəm. Çünki onlar
uşaqlara yaxındır və daha qüvvətli təsir göstərir. Belə ki, hər
kəsdən əvvəl qoy valideynlər nümunə göstərsinlər. Özləri ev
intizamını ciddi gözləsinlər. Müəllimlər isə qoy başqaları
arasında öz əxlaqı ilə seçilən ən yaxşı adamlar olsunlar”.
Y.A. Komenski, tərbiyənin qarşısına aşağıdakı vəzifələri qo-
yurdu:
1. Bizi əhatə edən xarici aləmi dərk etdirmək;
2. İnsanın
nə etməli olduğunu öyrətmək;
3. Dinə sadiq, mömin insanlar yetişdirmək.
Y.A.Komenskiyə görə tərbiyənin aşağıdakı metodları vardır:
1) Şəxsi nümunə; 2) nəsihət; 3) təmrinlər; 4) rəğbətləndirmə; 5) cəza.