133
bağlayıb, yaxşılıq etmək qapısını açmaq; qəzəb və kin qapısını
bağlayıb, səbr və qənaət qapısını açmaq; həzz qapısını bağlayıb,
nəfsi qorumaq qapısını açmaq; xalqdan bir şey ummaq qapısını
bağlayıb, haqq qapısını açmaq; çox danışmaq qapısını bağlayıb,
Tanrını anma qapısını açmaq; şeytana uymaq qapısını bağlayıb,
Tanrıya xidmət qapısını açmaq.
Əxi birliklərinin tərbiyəedici və maarifləndirici fəaliyyətləri
islam dininin elm və tərbiyə haqqındakı qaynaqlarından irəli
gəlmişdir. Həmin fəaliyyətin istiqaməti aşağıdakılardır:
1)
Hər bir fərdə özünü tanıma yollarını göstərmək. Tərbiyə
və elm insanın özünü tanıma yollarnı, özünü dərketməyi öyrətmə-
lidir. Əks təqdirdə elm və tərbiyənin heç bir əhəmiyyəti qalmaz.
2)
İnsan fitrətini qorumaq.
3)
Kamil insan yetişdirmək. Belə insan yalnız vətənində de-
yil, hər yerdə, hər zaman doğru, düzgün insandır.
4)
Fərddəki gizli bacarıqları üzə çıxarmaq və onlara istiqamət
vermək.
Göründüyü kimi bütün bunlar müasir pedaqoji fikrin əsas
ideyaları ilə səsləşir.
Əxi birliklərinin təlim-tərbiyə sisteminin təməl qaydaları
aşağıdakılardır: 1) İnsan bütöv olaraq, dünyaya gəlmiş və ona görə
də, ona sənət, peşə öyrətməklə yanaşı dini, əxlaqi və sosial bilgi
verilməlidir; 2) görülən əməli işlər nəzəri məsələlərə uyğun olma-
lıdır, 3) təlim-tərbiyə müəyyən bir vaxta qədər deyil, bütün ömrü
boyu davam etdirilməlidir: 4) dərslər bilikli, bacarıqlı müəllimlər
tərəfindən öyrədilməlidir.
Əxilər qız uşaqlarının tərbiyəsinə xüsusi diqqət yetirmiş və
onlara belə öyüdlər də vermişlər. “İşinə diqqətli ol”, “Aşına diq-
qətli ol”, “Eşinə diqqətli ol”, (“Eş” həyat yoldaşı).
Əxi ocaqlarında müəllimlər təlim alan uşaq və yeniyetmələrə
aşağıdakı hərəkət və davranışları etməməyi tövsiyə edirdilər:
Tüpürmək, qiybət etmək, iftira etmək, lovğalanmaq, ayıb və qüsur
araşdırmaq, əmanətə xəyanət etmək, kinli olmaq, yalan danışmaq.
Fütüvvət qaydalarına görə Əxinin üç açıq, üç bağlı keyfiyyəti
olmalıdır: Əli açıq olmalı (səxavətli, çomərd olmalıdır); qapısı
açıq olmalı (qonaqsevər olmalıdır); süfrəsi açıq olmalı (ac gələni
doydurmalıdır).
134
Gözü bağlı olmalı (kimsəyə kəm gözlə baxmamalı, kimsənin
qüsurunu araşdırmamalıdır); dili bağlı olmalı (hər gördüyünü
deməməli, çox danışmamalı); beli bağlı olmalı (etibarlı, əmin
adam olmalı, haramdan uzaq olmalı). Bu qaydalara əməl edən
adam pis xasiyyətlərdən arınır, yaxşı keyfiyyətlərə sahib olur, çox
geniş işlənən bir deyimlə əlinə, belinə, dilinə, gözünə hakim olur.
Fütüvvət üzvlərinin dörd təməl əxlaq prinsipi vardır: 1) qüv-
vətli və qalib vəziyyətdə ikən əfv etmək.; 2) hiddətli zamanda yum-
şaq davranmaq: 3) pisliyə qarşı yaxşılıq etmək; 4) özünə ehtiyac ol-
duğu halda başqasına əl tutmaq.
Fütüvvət üzvləri üç qola ayrılmışdır: 1) Qılınclı qol. Bu qola
daxil olanlar həm nəfslərinə, həm də kafirlərə qarşı savaşırlar. Bu
Həzrəti Məhəmmədin Həztəti Əliyə qılınc bağışlamasının simvolu
kimi qəbul edilir; 2) sözlü qol. Bu qola bağlananlar qılınc daşımaz-
lar. Onlar söz sahibidirlər; 3) fütüvvət qədəhindən içənlər qolu. Bu
qola daxil olanlar təşkilata şərbət içərək qatılanlardır ki, onlar təşki-
latın qayda-qanunlarını inkişaf etdirirlər.
Əxilik haqqında yazılan bir sıra əsərlərdən, əlimizə keçən mə-
lumatlardan əxiliyin özəlliklərni ümumi şəkildə aşağıdakı kimi şərh
edə bilərik:
1.
Səxavətli olmalı.
2.
Doğru olmalı.
3.
Torpaq kimi aşağı könüllü, təvazökar olmalı.
4.
Xeyirxah olmalı.
5.
Öz həyatını xalqın işinə həsr etməli.
6.
Qonaqpərvər olmalı.
7.
Əməksevər və bir sənət sahibi olmalı.
8.
İnsanlara sevgi və məhəbbət göstərməli.
9.
Dinini sevməli və ona hörmət etməli.
10.
Utanc, həya duyğusuna sahib olmalı.
11.
Yalan söyləməməli, insanlarda qüsur aramamalı.
12.
Mərhəmətli olmalı.
13.
Kimsəyə qarşı düşmənçilik və kin bəsləməməli.
14.
Yoxsullara yardım etməli, zənginlərlə minnətsiz dolan-
malı.
15.
Böyüklərə hörmət, kiçiklərə şəfqət göstərməli.
16.
Fütüvvət əlamətlərini və geyimini daşımalı.
135
17.
Nəfsinə hakim olmalı.
18.
Ayna kimi sirr saxlayan olmalı.
Əxilərin sosial həyatdakı yaşamı xüsusi əxlaq qaydalarına
müvafiq olmalıdır. Bu qaydalar yemək yeyərkən, su içərkən danı-
şarkən, alış-veriş edərkən, hamama gedərkən, yataqda yatarkən və s.
haqqındadır.
Məsələn, yemək yeməyə dair qaydalar belə şərh olunur:
1.
Yeməkdən əvvəl və sonra əlləri yumalı.
2.
Süfrədə böyüklərdən öncə yeməyə başlamamalı.
3.
Yalnız öz qarşısndan və kiçik tikələrlə yeməli.
4.
Başqalarından tez yeyib, kənara çəkilməməli.
5.
Yeyərkən və içərkən səssizliyə əməl etməli.
6.
Payından çox və doyunca yeməməli.
Əxiliyin 740-a qədər görk qaydaları vardır. Əxiliyin son
mərtəbəsinə “Övliya” deyilir. Ovliya bu qaydaların hamısını yaxşı
bilir və ona əməl edir. Göründüyü kimi Əxilikdə əxlaq anlayışı
böyük bir sistem şəklindədir.
Əxilik vaxtilə Azərbaycanda geniş yayılmış özünəməxsus bir
əxlaqi təlim olmuşdur. Bəzi mənbələrə görə Nizami Gəncəvi də Əxi
təşkilatının üzvü olmuşdur. Bu barədə “Təzkireyi-Devletşah”da
yazılmışdır: “Şeyx Nizami Əxi Fərəcin müridlərindən idi”.
Tapşırıqlar
Səciyyələndirin:
1. Təsəvvüfdə tərbiyə məsələləri
2. Mövləvilikdə tərbiyə
3. Bektaşilikdə tərbiyə
6. Hürufilikdə tərbiyə
7. Əxilikdə tərbiyə
Ədəbiyyat
1.
Qurani- Kərim. Bakı: Azərnəşr, 1992.
2.
Abdulla Şaiq. Хatirələr// Azərbaycan jurnalı, 1954, № 1.
3.
Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989.
4.
Əhmədоv H. M. Azərbaycan məktəb və pedaqоji fikir tariхi.
Bakı: Təhsil, Elm, 2001.
Dostları ilə paylaş: |