140
Y.A.Komenski öz dövrü üçün əhəmiyyətli olan bir neçə dərs
kitablarının müəllifidir. Bu dərsliklər içərisində “Dillərin açıq qa-
pısı”, “Real aləm şəkillərdə” xüsusilə fərqlənir. “Dillərin açıq qa-
pısı” həm dilin qrammatikasını, həm də bilik sahələrini əhatə edir.
“Real aləm şəkillərdə” kitabı Komenskinin “Pansofiya” (hamıya,
hər şeyi öyrətmək) ideyasına uyğun tərtib edilən, ibtidai bilikləri
əhatə edən uşaq ensiklopediyasıdır. Pedaqogika tarixçilərinin fik-
rincə bu kitab məktəbi həyata, həyatı məktəbə gətirməkdir.
Y.A.Komenski təlim-tərbiyə prosesində müəllimin roluna
yüksək qiymət verir. O deyirdi ki, sən ata kimi hərəkət etməyi
bacarmırsansa, müəllim kimi fəaliyyət göstərə bilməzsən. Müəllim
uşaqları öz nümunəsi ilə tərbiyələndirməlidir. Y.A.Komenski peda-
qoji aləmdə ümumbəşəri fenomendir. Üç əsrdən artıqdır ki, onun
pedaqoji sistemi, ideyaları yaşayır.
Con Lokkun tərbiyə haqqında fikirləri. Con Lokk (1632-
1704) şəxsiyyətin tərbiyəsi sahəsində dolğun nəzəriyyə yaradan
ingilis maarifçilərindən biridir. O, öz ideyalarını “Tərbiyə haqqında
fikirlər” (1693) əsərində vermişdir. C.Lokkun fikrincə, bütün millə-
tin rifah halı uşaqların tərbiyəsindən asılıdır, insanların onda doqqu-
zu tərbiyənin nəticəsində xeyirxah, yaxud ziyankar, faydalı, yaxud
faydasız olur.
Görkəmli mütəfəkkirin fikrincə, tərbiyənin əsas məqsədi və
vəzifəsi ağıllı və planlı, ardıcıl iş aparmağı bacaran centlmen yetiş-
dirməkdir. C.Lokk qeyd edirdi ki, “Əsl centlmen fiziki, əqli və
mənəvi cəhətdən təkmilləşdirilmiş bir insan olmalıdır”. “İnsanın
tərbiyəsi necədirsə, özü də elədir”.
Onun fikrincə, “hər cür tərbiyənin məhsulu olan müxtəlif
ailələrdən gəlmiş müxtəlif tərbiyəli uşaqlar həqiqi centlmenin
yetişməsinə mane ola bilər”.Ona görə, “həqiqi centlmen evdə
yetişməlidir”. Tərbiyə haqqında mütərəqqi fikirləri ilə C.Lokk yeni
tərbiyə sisteminin bünövrəsini qoymuşdur.
C.Lokkun sensualizmi də diqqəti cəlb edir. Onun sensualizmi
tərbiyə sisteminin əsasını təşkil etməklə tərbiyənin şəraitə uyğun
qurulmasına zəmin yaratmalıdır. C.Lokk fiziki tərbiyəyə də üstün-
lük verir və “sağlam bədəndə sağlam ruh olar” deyirdi.
C.Lokkun pedaqoji fikirləri tərbiyə prinsipləri əsasında hər-
tərəfli inkişaf etmiş şəxsiyyətin inkişafında mühüm rol oynamışdır.
141
Xarakteri düzgün tərbiyə etmək, əxlaqlı, intizamlı insan böyütmək
tərbiyənin əsas vəzifəsidir. Tərbiyənin əsas vasitəsi isə mühakimə
deyil, məhz insanların canlı nümunəsi olmalıdır.
İnsanların müsbət nümunəsi tərbiyəyə öz təsirini göstərir.
Uşağın tərbiyəsində əsas amillərdən biri onun müsbət vərdişlərə
yiyələnməsidir. Müsbət adət və vərdişlər uşaqlara erkən yaşlardan
aşılanmalıdır. Tərbiyədə müsbət nəticələr kobudluqla, zorla deyil,
yumşaq, xoş rəftarla əldə olunur. Odur ki, tərbiyə sahəsində müsbət
vərdişləri uşaqlara tədricən aşılamaq lazımdır.
C.Lokkun fikrincə, tərbiyənin yaxşı nəticələr verməsi üçün
uşağın fərdi keyfiyyətləri mütləq nəzərə alınmalıdır. Bu tərbiyənin
metodunda dəyişiklik etməyi zəruri edir. Çünki uşağa onun fərdi
xüsusiyyətlərinə görə yaxınlaşmaq lazımdır ki, tərbiyəçi öz metodu-
nu ona uyğun dəyişə bilsin.
C.Lokk tərbiyə metodları dedikdə, qarşıya qoyulmuş məqsədə
çatmaq üçün tətbiq edilən tərbiyə vasitələrini başa düşürdü. Tərbiyə
vasitələrinə aşağıdakıları aid edirdi:
valideyn nüfuzu;
məşq;
nümunə;
uşaqla müsahibə;
Mükafat (rəğbətləndirmə) və cəzalandırma.
C.Lokk qeyd edirdi ki, yaxşı tərbiyə almış işgüzar insanlar
cəmiyyət üçün böyük alimlərdən də çox xeyir verə bilərlər. Fiziki
və əxlaqi kamillik əldə etmək, habelə elmlərin öyrənilməsinin əxla-
qa və tərbiyəyə təsiri alimi düşündürən mühüm məsələlərdən idi.
Con Lokka görə, əmək tərbiyəsi ona görə zəruridir ki, o, uşa-
ğı pis adətlərdən uzaqlaşdırır, habelə onu işgüzar gələcəyə hazırla-
yır. Uşağı əməyə və sənətə hazırlayarkən onun maraqları da mütləq
nəzərə alınmalıdır. Uşaq üçün maraqsız olan, zorla yerinə yetirilən
iş heç bir yaxşı nəticə verməz.
Con Lokk “Ağ lövhə” nəzəriyyəsini irəli sürmüşdür. Onun
fikrincə uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur.
Sonra ətraf aləm tədricən ona təsir edir və xarakteri formalaşır. O,
həmin nəzəriyyəsini “Təcrübələr” adlı əsərində belə ifadə edir: in-
san qəlbi ağ lövhə kimidir. Bu nəzəriyyənin öz dövrü üçün böyük
əhəmiyyəti vardır. Bu nəzəriyyə ilə Con Lokk feodalizm cəmiy-
142
yətinə, onun qayda və qanunlarına böyük zərbə vurmuşdu. O,
bununla fitri qabiliyyətlər nəzəriyyəsini rədd edirdi. V.Q.Belinski
Lokk nəzəriyyəsinin çatışmayan cəhətlərini tənqid etmişdi. O
yazırdı ki, uşaq beyni ağ lövhə deyil, imkanı olan toxumdur. Uşaq
dünyaya müəyyən təbii imkanlarla gəlir, həmin təbii imkanlar
həyatda inkişaf edir. Con Lokk isə həmin nəzəriyyə ilə hər cür fitri
istedadı inkar edirdi.
Lokk “Əqlin tərbiyəsi” əsərində göstərir ki, heç bir xalqın
övladı milliyyətindən, irqindən asılı olmayaraq ağılsız, qabiliyyətsiz
doğulmur. Avropa və zənci qəbilələri bir-birindən fərqləndirən tər-
biyədir, ictimai mühitdir..
Con Lokkun fikrincə uşaqlarda olan bəzi zərərli keyfiyyətlər
cəmiyyətdən gəlir. Ona görə də hər bir valideynin uşağını evdə
tərbiyə etməsi yaxşı olardı.
Onun pedaqoji görüşlərində ailə tərbiyəsi mühüm yer tutur.
C.Lokk tərbiyəçidən tərbiyə etdiyi uşağın bütün fərdi xüsusiyyətini
öyrənməyi tələb edirdi. O, insan xarakterində bir sıra mənfi və
müsbət keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb edirdi ki, uşaqda
müsbət keyfiyyətlərin inkişafına imkan yaratsın. Pis adətləri lap
kiçik vaxtdan yerindəcə boğmaq lazımdır.
Lokk tərbiyəyə yaradıcı bir proses kimi baxırdı. Ona görə
uşağın fərdi xüsusiyyəti həyatı boyu dəyişməz qalmır, səmərəli pe-
daqoji təsirin gücü ilə uşaq psixikasını dəyişdirmək olmaz. Con
Lokkun fikrincə, uşaq xarakteri axan çaya bənzəyir. Çayın qarşısın-
da bənd vurub onun istiqamətini, məcrasını dəyişdirmək mümkün
olduğu kimi, insan xarakterini də tərbiyənin gücü ilə dəyişdirmək
olar.
Beləliklə, Lokk XVII əsrdə geniş vüsət tapmış tərbiyəni hər
şey hesab edən nəzəriyyənin başında durur, onun yaradıcısı hesab
olunurdu. Jan Jak Russo, Pestalotsi də onun nəzəriyyəsindən qida-
lanmışdır.
Jan Jak Russonun tərbiyə haqqında fikirləri. XVII əsr
fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1778). O,
təbii hüquq, təbii tərbiyə və təbii din nəzəriyyələrini irəli sürmüş-
dür:
I. Təbii hüquq nəzəriyyəsi. J.J.Russoya görə, əmək adamla-
rını, onların uşaqlarını tərbiyə etməyə ehtiyac yoxdur. Onlar onsuz
Dostları ilə paylaş: |