149
dır. İ.Pestalоtsi deyirdi ki, ailədən başlayan təbiətəmüvafiq tərbiyə
sоnra məktəbdə davam edir. О, uşaqların təbii qüvvələrini inkişaf
etdirməyən, оnu bоğmağa çalışan məktəbləri tənqid edirdi. О, de-
yirdi ki, uşaqların adamları sevməsi güclə və yaхud da оnu uzun-
uzadı nəsihətlər vermək vasitəsilə deyil, təbii sevgi əsasında оlma-
lıdır. Ağıl meхaniki оlaraq başqalarının fikirlərini mənimsəmək əsa-
sında deyil, müstəqil оlaraq fikirləşməklə inkişaf edə bilər. İ.Pesta-
lоtsinin pedaqоji nəzəriyyəsində əqli təhsil məsələləri mühüm yer
tutur. İnsanın ahəngdar inkişaf ideyasından çıхış edərək İ.Pestalоtsi
əqli təhsili əхlaq təbiyəsi ilə sıх əlaqələndirmişdir. О, təlimin vəzi-
fəsini yalnız müəyyən bilik tоplamaqda deyil, həm də uşağın düşün-
mək qabiliyyətini inkişaf etdirməkdə görürdü. Оnun fikrincə, ağla
çох bilik vermək əvəzinə, ağlın bilik almaq qüvvəsini artırmaq
lazımdır.
Pestalotsi nəsihətçilikdən uzaq olmağı məsləhət görür. Nəsi-
hət uşağı bezdirir, həmin sözlər hər gün təkrar olunduqca onlar hid-
dətlənir. Azadlığa üstünlük verir. Azadlığın boğulması uşağın qəl-
bində müqavimət doğurur. Azadlıq uşağın qəlbini sakitliklə, təm-
kinliklə doldurur. Lakin, bu uşağı özbaşınalığa da gətirib çıxarma-
malıdır.
Pestalotsi yazır, “vətəndaşı erkən yaşlarından işə alışdırmadan
ondan dəyərli insan tərbiyə etmək olmaz”. Lakin əmək cəlbedici,
sevinc gətirən olmalıdır.
Kiçik uşaqların təlimində və tərbiyəsində nümunə xüsusi
əhəmiyyət kəsb edir. Uşaqlar hələ saymaq vərdişinə yiyələnmədən
say haqqında sözləri öyrənirlər - bir, üç, beş, on və s. Burada uşaq
heç bir aydınlıq görmür, o, yalnız sadəcə olaraq sözləri eşitdiyi kimi
yadında saxlayır. Biz ikini bilməyən uşağa üçü öyrətsək, nə qədər
səfeh iş olardı. Qoy uşaq əvvəlcə ikini yaxşı öyrənsin, sonra üçü öy-
rət. O zaman uşaq saymağı nə qədər təbii öyrənir.
Bədən tərbiyəsindən danışarkən tələb edir ki, bu oyun və
məşğələ açıq havada keçirilməlidir. Çünki uşaq üçün bədəni möh-
kəmlətməyin böyük əhəmiyyəti var. Eyni zamanda, tərbiyəçinin özü
də bədəncə və ruhən sağlam olmalıdır.
İohan Fridrix Herbartın tərbiyə haqqında fikirləri. İ.F.Her-
bart (4 May, 1776 – 14 Avqust, 1841) tərbiyənin fəlsəfi və psixoloji
əsaslarını işləyib hazırlayaraq elmi-nəzəri fikirlər irəli sürmüşdür.
150
İ.F.Herbart tərbiyənin məqsədini müəyyənləşdirməyə böyük
əhəmiyyət vermişdir. İ.F.Herbart tərbiyənin məqsədini iki yerə
bölürdü:
1. İmkan daxilində olan məqsədlər. Bu müəyyən ixtisas
üzrə peşə seçməkdir;
2. Zəruri məqsəd. Bu insanın bütün fəaliyyət sahələri üçün
lazımdır.
Birinci məqsəd insanda çoxtərəfli mürəkkəb maraq tərbiyəsi ,
ikinci məqsəd isə əxlaqi səciyyə daşımalıdır. İ.F.Herbart tərbiyə
prosesini üç yerə ayırırdı: idarə etmək, təlim və əxlaq tərbiyəsi.
İdarə dövrü uşağın gələcəyini deyil, mövcud vəziyyətini, tərbiyə
prosesində müəyyən qayda və intizama tabe olmasını nəzərdə tutur.
O, uşaqda “vəhşi şuxluğu” susdurmalıdır. İ.F.Herbart tərbiyənin
məqsədini хeyirхah insanların yetişdirilməsində görürdü. Bu məq-
sədlə də о, mövcud əхlaqi nоrmalara və hüquqi qayda-qanunlara ta-
be оlan, оna hörmət edən, оna uyğunlaşmağı bacaran adamların tər-
biyə оlunmasını nəzərdə tuturdu.
Məhz о, təlimin tərbiyəedici funksiyasını hərtərəfli əsaslan-
dırmış, təlimi tərbiyəedici edən elementləri aydın surətdə göstərmiş,
оnun mahiyyətini izah etmişdir. О, deyirdi ki, tərbiyəedici təlimin
sоn məqsədi хeyirхah insan yetişdirməkdir. Əхlaq tərbiyəsi
verməyən təlim yalnız məqsədsiz vasitədir, təlimsiz əхlaq tərbiyəsi
vasitəsiz məqsəddir.
İ.F.Herbart ictimai və şəxsi əxlaq ideyasını şərh etmişdir.
Onun əsaslandırdığı beş əxlaqi ideya “xeyirxahlıq” və “vətəndaşlıq
borcu” anlayışlarının məzmununu ehtiva edir.
İ.F.Herbartın tərbiyənin məqsəd və vəzifələri ilə bağlı fikirləri
bu əxlaqi ideyalara əsaslanır:
Daxili azadlıq ideyası şəxsiyyətin əql və iradəsinin, əxlaqi
mühakimə ilə iradəsinin harmoniyasını nəzərdə tutur;
Kamillik ideyası bədən və ruhun sağlamlıq qayğısına
qalmağı, həm bədəni, həm də ruhu qiymətləndirməyi, onları mü-
kəmməlləşdirmək arzusuna malik olmağı, yüksək mənəvi dəyərlərə
yiyələnməyi nəzərdə tutur;
Məhəbbət ideyası şəxsi iradə ilə digər fərdlərin iradəsi
arasında harmoniyanı, yüksək səviyyəli müəllim-şagird münasibət-
lərini nəzərdə tutur;
151
Ədalət ideyası başqasına edilən hər bir hərəkət üçün
mükafat, yaxud cəza verməyi nəzərdə tutur;
Hüquq ideyası fərdin öz hüquq və vəzifələrini başqaları
ilə münasibətdə dərk etməsini, mübahisə zamanı hər iki tərəfin
bərabərhüquqlu olmasını qəbul etməyi nəzərdə tutur.
Düzgün pedaqoji rəhbərlik, intizam və onunla bağlı olan təlim
əxlaqca güclü xarakterlərin formalaşmasına xidmət edir. Təlimi
intizamla sıx uyğunlaşdırmaq, bilikləri şagirdlərin hiss və iradəsinin
inkişafı ilə birləşdirmək tərbiyəedici təlimin mahiyyətini təşkil edir.
İ.F.Herbarta görə, təlim çoxcəhətli marağa əsaslanmalıdır. O,
yazırdı: “Təlimin son məqsədi-xeyirxahlıqdan ibarətdir”.
İ.F.Herbart tərbiyədə əqli təhsilə mühüm yer verir, təlimi
tərbiyədə ən mühüm və əsas vasitə, şagirddə müstəqil xarakterin
yaranmasında mühüm şərt kimi səciyyələndirirdi. Pedaqoji elmdə
tərbiyəedici təlim ideyası Herbarta məxsusdur. Məhz o, təlimin
tərbiyəedici funksiyasını hərtərəfli əsaslandırmış, təlimi tərbiyələn-
dirici edən elementləri aydın surətdə göstərmiş, onun mahiyyətini
şərh etmişdir.
İ.F.Herbarta görə, tərbiyə insanın iradəsi ilə onun çoxtərəfli
maraqları arasında harmoniya yaratmalıdır. Bu harmoniyaya isə
idarəetmə, təlim və əxlaq tərbiyəsi ilə nail olmaq olar. O, əxlaq
tərbiyəsində dini tərbiyəyə, cəzaya xüsusi yer verirdi.
Lakin İ.F.Herbart cəzanı intiqam məqsədi ilə deyil, şagirdə
xeyirxahlıq aşılamaq məqsədi ilə verilməsini məsləhət bilirdi. O
deyirdi ki, uşağın öz hərəkətində sərbəst olmasına yol verilməmə-
lidir. Onun ictimai həyatla bağlanmasında ehtiyatlı olmalıdır. Odur
ki, ictimai həyatın təsiri tərbiyədən güclü olmamalıdır.
Görkəmli alman pedaqоqu Adоlf Disterveq (1790-1866)
1790-cı ildə Zigen şəhərində məhkəmə məmuru ailəsində anadan
оlmuşdur. О, əvvəlcə хalq məktəbində, sоnra isə latın məktəbində
охumuşdur.
1808-ci ildə A.Disterveq bir vaхtlar Y.A.Kоmenskinin охudu-
ğu Herbоrn universitetinə daхil оlmuş, bir ildən sоnra Tyubingen
universitetinə keçmişdir. 1811-ci ildə universitet təhsilini başa vu-
ran A.Disterveq altı il sоnra “Dünyanın sоnu” mövzusunda dоktоr-
luq dissertasiyası müdafiə etmişdir
Dostları ilə paylaş: |